Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə233/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   245

 
338
LEF – incəsənətin sol cinahını  təşkil edirdi. Bu təşkilatın üzvlərinin (V.Mayakovski, N.Aseyev, 
S.Eyzenşteyn və b.) mövqeləri olduqca ziddiyyətlidir. Onlar futurizmi proletar mədəniyyəti ruhunda 
yenilikçiliklə uyğunlaşdıraraq, cəmiyyətdə maddi istehsalat üçün əlverişli mühitin yaranması  vəzifəsinə  əməli 
xidmət edən fantastik «istehsalat» ideyası ilə  çıxış edirdilər.  İncəsənət fərdi mənbə, xəyal, psixologizmdən 
məhrum olan texniki quruculuğun ünsüri kimi nəzərdən keçirilirdi. LEF nümayəndələrinin yaradıcılığı onların 
irəli sürdüyü ideya mövqelərindən qat-qat geniş və hərtərəfli idi. Vladimir Vladimiroviç Mayakovski dahiyanə 
şair idi (1893-1930). İnqilabçı o, bir sənətkar kimi dərk edirdi: burada onu qlobal partlayış poeziyası, köhnə 
dünyanın dağılması, fəlakət alovunda yeni cəmiyyətin yaranması, bu cəmiyyətin  ədalət,  şüur, saflıq üzərində 
qurulması cəzb edirdi. Bir futurist kimi ona yeni dünyanın qurulması ideyası yaxın idi. Onun yaradıcılığı olduq-
ca maraqlı  və  şübhəsiz, istedadlı idi. Sovet dövründə kütlələrin  şüurunda Mayakovski surəti təhrif edilmişdi. 
Şairin irsi məhdud, birtərəfli nəzərdən keçirilirdi – onun simasında yalnız «təşviqatçı, gursəsli adam» 
görürdülər, çox vaxt unudurdular ki, inqilabi mübarizəni tərənnüm edən əsrlərdən («sol marş», «Vladimir İliç 
Lenin», «Yaxşı») başqa onun bir neçə gözəl lirik şer və poeması (məsələn, «Şalvarlı bulud») var.  
O dövrün daha bir dahi şairinin Sergey Aleksandroviç Yeseninin yaradıcılığını  ədəbi cərəyanların sərt 
çərçivəsinə yerləşdirmək mümkün deyil. Hər hansı gerçək istedadın labüd xüsusiyyəti – onun hərtərəfliliyi və 
vüsətidir. Dəfələrlə onun imajistlərə (fransızca image - surətdir) yaxınlığı qeyd edilirdi. Onlar üçün «surətin 
məzmun üzərində qələbəsinə» meyl səciyyəvi idi. İmajinist şer aydın məna kəsb etməyə də bilərdi, lakin ədəbi 
surətlərlə zəngin olması idi. İmajinizm S.Yeseninin yaradıcılığının yalnız bir məsələsini təşkil edirdi. Yesenin 
poeziyasının incə, lirik surətləri heç bir zaman dəqiq, dərin mənadan məhrum olmamışdır. 
O öz əsərlərini kəndli Rusiyasına həsr edir, onun mənzərə lirikası («Radunitsa», «Kənd dua kitabı» 
məcmuələri) olduqca təmtəraqlıdır. Şairin diqqətini onun üçün müasir olan ictimai gerçəklik də («İyirmi altılar 
haqqında ballada», «Anna Snegina» poemaları) cəlb edirdi. 
Anna Andreyevna Axmatova (əsl soyadı Qorenko, 1889-1966) yaradıcılığı mədəniyyətdə görkəmli, sözün 
əsl mənasında dünya əhəmiyyətli hadisə oldu. Axmatova lirikasında qadın taleyini məhəbbət, naməlum 
həyəcanların ucbatından  əzab, cəfalı  şair kimi hər cəhətdən tərənnüm edən qadın surəti öz əksini tapmışdır 
(«Axşam» 1912-ci il, «Təsbeh» 1914-cü il). Axmatovanın  əsərləri üçün dərin psixologizm səciyyəvidir, onun 
nəzm dili klassik üsluba meyllidir. Axmatovanın A.S.Puşkin yaradıcılığına məftunluğu da təsadüfi deyil. Axmato-
va poeziyasında Rusiyanın taleyi mövzusu güclüdür, ölkənin faciəsi şairə tərəfindən şəxsi ürək ağrısı, öz taleyinin 
faciəsi kimi qəbul edilir («Rekviyem» 1940). 
XX əsr rus ədəbiyyatının inkişafı üçün «kənd» şairləri V.Y.Brüsovun, E.Q.Baqritskinin, O.E.Mandelştamın, 
B.L.Pasternakın, D.Bednının poeziya yaradıcılığı böyük əhəmiyyət kəsb etmişdir. Onların parlaq nümayəndəsi 
Yeseninin dostu N.A.Klüyev idi. İnqilabı qəbul etməmiş və ölkəni tərk etmiş şair və yazıçıların yaradıcılığı ölkə 
ədəbiyyatı tarixində xüsusi səhifədə  həkk edilmişdir. Onların arasında M.İ.Tsvetayeva, Z.N.Qippius, İ.A.Bunin, 
A.N.Tolstoy, V.V.Nabokov kimilərinin adları var. Onlardan bəziləri (Tsvetayeva, Toletoy) qürbətdə yaşamağı 
özləri üçün dözülməz hesab edərək sonradan geri qayıtdılar. 
20-ci illərdə yazıçı-nasirlər külli sayda maraqlı əsərlər yaratdılar. O dövrün bədii nəsr əsərləri həm üslub-
ca, həm də mövzu zənginliyinə görə müxtəlifdir. Hələ inqilabdan qabaq məşhurlaşmış ustadların  əsərləri 
(V.Q.Korolenko - «Müasirimin tarixçəsi», 1921-ci il; A.N.Toletoy - «Əzablı yollarla», 1921-ci il; M.Qorki - 
«Artamonovların işi», 1925-ci il, «Klim Samginin həyatı» 1925-36-cı illər), həm də artıq sovet dövründə 
ədəbiyyata gerçəkdən daxil olmuş yazıçıların  əsərləri (D.A.Furmanov «Çarayev» 1923-cü il, A.A.Fadeyev 
«Tarmar» 1927-ci il, M.A.Bulqakov «Ağ qvardiya» 1925-ci il) realist roman nümunələridir. 20-ci illərdə 
M.A.Şoloxovun ədəbi fəaliyyəti başlanır («Don hekayələri», 1926-cı il). 
Ədəbiyyatda modernist meyllər «Biz» fantastik antiutopiya romanının (1924-cü il) müəllifi 
Y.İ.Zamyatinin yaradıcılığında təzahür edir. Müəllif insan həyatının simasızlaşdırılması  və  hərtərəfli nəzarət 
üzərində qurulmuş «Vahid dövlət» adlanan ölkənin totalitar cəmiyyətinin həyatını  təsvir edir. B.Piliyakın 
(B.A.Voqay) «Çılpaq il» (1923) romanı da modernizm üslubunda yazılmışdır. 
20-ci illərdə rus təsviri sənəti  çiçəklənmə dövrünü yaşayır. Elə  qənaətə  gəlmək olardı ki, inqilabi 
sarsıntılar, vətəndaş müharibəsi, aclıq və  hərcmərcliklə mübarizə  bədii yaradıcılığın fəallığını azaltmalı idi, 
həqiqətdə isə onun üçün yeni təkan rolunu oynadı. Rus avanqardının inkişafı parlaq uğurlarla qeyd olundu, onun 
tanınmış sənətkarları (P.N.Filonov, K.S.Maleviç) sovet dövründə də yüksək məhsuldarlıqla öz fəaliyyətini da-
vam etdirir. 
Yeni yaradıcı birliklər meydana gəlir. 1922-ci ildə 20-ci illər sovet incəsənətinin  ən kütləvi təşkilatı – 
«Səyyar rəssamlar birliyi», «Rusiya rəssamlar ittifaqı» və başqalarının birləşməsi nəticəsində yaranan «İnqilabi 
Rusiya rəssamlar birliyi» təşəkkül tapır (İRRB).  İRRB rəssamları «Sənət sənət üçün» şüarının  əleyhinə  çıxış 
edir, incəsənətdə solçu cərəyanlarla mübarizə edir, inqilabi Rusiyanın həyatını təsvir etməyi öz başlıca vəzifəsi 
hesab edirdilər. İRRB üzvləri sırasında çoxlu istedadlı rəssam var idi. A.A.Rılovu sovet mənzərə janrının banisi 
sayırlar, onun realist yaradıcılığı romantik çalarlarla zəngindir. Onun parlaq yay səhərini, soyuq mavi işıq saçan 
dənizi, üfüqdə yelkənli gəmini və ön planda süzən qu quşlarını təsvir edən «Mavi genişlikdə» (1918) mənzərə 
əsəri geniş  şöhrət qazanıb. Peyzaj ustası, rəssam, qrafik, teatr rəssamı K.F.Yuonun yaradıcılıq üslubunda im-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə