Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə241/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   245

 
349
Bakıxanovun pedaqogikaya aid də maraqlı nəzəriyyələri olmuşdur. O, tərbiyə məsələlərinə yüksək qiymət 
verirdi, tərbiyənin məqsədinin həqiqi insan yetişdirməkdən ibarət olduğunu irəli sürürdü. Ədib insan, onun 
yaradıcı gücünə inanır, onun mənəvi aləmini günəşə  bənzədir, tərbiyəyə  hələ körpəlikdən başlamağı  zəruri 
hesab edir və belə tərbiyəni daş üzərində aparılan nəqşə bənzədirdi. Bakıxanov insanların formalaşmasında əqli 
və əxlaqi tərbiyəyə daha üstünlük verirdi. O, insanlarda nəzakət, təvazökarlıq, səmimiyyət, doğruçuluq, düzlük, 
çalışqanlıq, həssaslıq, düşüncəli hərəkət etmək, səmimilik, ehtiyatlılıq, əməksevərlik kimi əxlaqi keyfiyyətlərin 
formalaşdırılmasını zəruri hesab edirdi. Onun pedaqoji görüşlərində rəğbətləndirmə və cəzalandırma da xüsusi 
yer tuturdu. 
Bakıxanov insanların  əqli bacarıqlarına yüksək qiymət verirdi, xalq kütləsinin  əqli inkişafı ana dilində 
aparılan təlimin vasitəsilə  həyata keçirilə bilər. Elmə böyük içtimai bir qüvvə kimi baxırdı. Elmi nəticələr 
çıxararkən səbirli olmağı, səhv nəticədən ruhdan düşməməyi, alınan nəticələr uyğun elm sahələri ilə müqayisə 
etməyi məsləhət bilirdi. Həmçinin o, elmin gücünə inam, məqsədə çatmaqda inadkarlıq, ilə yaradıcı yanaşmaq 
haqqında maraqlı fikirlər söyləmişdir.  Şəxsiyyət formalaşdırmaqda, cəmiyyətin mədəni həyatda yüksək rolu 
olan müəllimlik peşəsinə yüksək qiymət vermiş, onun bir sıra spesfik cəhətlərini təhlil etmişdir. Onun 
əsərlərinin XIX əsr tarixçiləri və içtimai xadimlərinin dünyagörüşlərinə mütərəqqi təsiri olmuşdur. «Gülüstani- 
İrəm» əsəri həm öz dövründə həm də müasir dövrdə Azərbaycan tarixinə aid qiymətli əsər hesab olunur.  
XIX  əsrin görkəmli maarifçisi, mütəfəkkir Azərbaycan Azərbaycan  şairlərindən biri də M.Ş Vazehdir. 
Vazeh  şerlərində  həmçinin dinə qarşı  çıxır, dünyəvilyi təbliğ edirdi, Dünyəvi mövzuda yazdığı  şerlərində o, 
oxuculara həyatı öyrənməyi, ondan faydalanmağı bacarmağı, yüksək  əhval-ruhiyyəni təbliğ edirdi. Həyatı 
birbaşa təbiətin özündən, təmiz bulaqlardan, meşələrdən, quşların səsindən öyrənməyi kitablardan öyrənməkdən 
üstün sayırdı. Din əleyhinə yazdığı şerlər onu satirik şair kimi tanıtmışdı. Satirik şerlərində o, xurafata, cəhalətə 
qarşı  çıxırdı. Həyata realis münasibətini  şerlərində  tərənnüm edirdi. O dinin insanların həyatı,  əxlaqı, 
mədəniyyəti üzərində hakimiyyətinə, zəmanəsinin eybəcərliklərinə qarşı çıxış edirdi. O, insanların müdrükliyinə 
yüksək qiymət verir, «dünyanı  əxlaqın müdürükliyi idarə edir» fikirini təbliğ edirdi. O, uzun müddət rus 
məktəblərində Azərbaycan dilinin təlimi ilə məşğul olmuşdur. Onun əsərləri hələ öz sağlığında avropa dillərinə 
tərcümə edilərək Avropaya aparılmışdır.  
İsmayıl Qutqaşınlı XIX əsrdə yazıb-yaradan maarifçi ədiblərdən biridir. Onun müasir dövrədək çatmış yeganə 
hekayəsi «Rəşid bəy və Səadət xanım» hekayəsi Azərbaycan ədəbiyyatı tarixində realizmin ilk rüşeymlərini yaradan 
əsər kimi qiymətləndirilir. 
XIX əsrin 50 – 60-cı illərindən sonra Azərbaycanda Rusiyanın təsiri ilə, kapitalizmin inkişafı dövrü hesab 
edilir. Bu Azərbaycanın XIX əsrdə üçüncü inkişaf dövrü də adlanır. Azərbaycanda kapitalizmin inkişafına 
Rusiya ilə bərabər xarnci qərb kapitalistləri də maraq göstərirdilər. Çünki Azərbaycan zəngin təbii iqlimə, təbii 
sərvətlərə malik idi. Bu maraq və kapitalist münasibətlərinin inkişafı meyli həm kənd təsərrüfatına, həm də 
sənayeyə aid idi.  
Bu illərdə elm və mədəniyyət sahəsində tərəqqi başlayır. Müxtəlif elm sahələrinə aid alimlər yetişir. Elm 
ümumilikdən tərkib hissələrinə, müxtəlif ixtisas sahələrinə ayrılmağa başlayıb. Tarix, fəlsəfə, hüquq, dilçilik 
sahəsində kamil alimlər yetişir. 
M. F. Axundov da bu dövrdə yazıb yaratmışdır. O, Tiflisdə  çıxan qəzetlərdə  çıxış edirdi. Əlifbanın 
dəyişdirilməsi, dil, ədəbiyyat, incəsənət, tarix, mətbuat və s. məsələlərə dair aktual nəzəri fikirlər irəli sürürdü. 
Ərəb və fars dilində  təhsil almış ziyalılar öz dünyagörüşlərinə yenilik elementləri daxil etməyə, müasir elmi 
münasibətləri qavramağa çalışırdılar. Bu dövrdə vətənpərvərlik ideyaları yayılmağa başlayır. Bu ideyaların təsiri 
ilə Azərbaycan dilində elmi işlər dərc edilməyə başlayır. Azərbaycan dilində məktəblər üçün dərsliklər, tədris 
vəsaitləri nəşr edilir. Yazıçıların əsərləri, seçilmiş şerləri, ədib və filosoflar haqqında məqalələr çap edilir.  
Bu dövrdə elmlə yanaşı incəsənət  də inkişaf edərək realist istiqamətdə yüksəlməyə başlayır. Getdikcə 
demokratik mahiyyət kəsb edən Azərbaycan incəsənətində yeni-yeni istedadlı  rəssamlar, bəzək ustaları, 
memarlar və musiqişünaslar yetişir. Şuşalı usta Qənbər, Şamaxılı Əliqulu, Qurbanəli o dövrün tanınmış bəzək 
və naxış ustaları idi. Nuxa xan sarayını yenidən usta Qənbər bərpa etmişdir. Mirzə qədim İrəvani (1825 - 1879) 
İrəvanda, Mir Möhsüm Nəvvab Qarabaği (1833 – 1918) Qarabağda, Xurşudbanu Natəvan (1830 - 1897) həmin 
dövrün görkəmli rəssamları idilər. Bu realist rəssamların yaradıcılığının  əsas xüsusiyyətlərini müşahidəçilik
ifadəçilik, konkretlik təşkil edirdi. Bu rəssamlar təbiəti, insanı, real əşyaları  təsvir edirdilər. Mirzə  Qədim 
İrəvani öz dövrünün məşhur rəssamı, nəqqaşı, bəzək ustası kimi 100-dən artıq əsər yaratmışdır. Onun şüşə və 
dəri üzərində rəngli boya ilə çəkdiyi şəkillər indi də öz parlaqlığını itirməmişdir. Lakin onun əsərlərinin az bir 
hisəsi gəlib bizə çatmışdır. 
Mir Möhsün Nəvvab Qarabağlının sulu boya ilə çəkdiyi «Teymurləngin portreti», «Çiçəklər», «Quşlar» 
kimi rəsm əsərləri onu realist rəssam kimi tanıtmışdır.  
Xurşudbanu Natəvanın bizə  gəlib çatmış albomunda onun əli ilə  çəkilmiş  rəsmlər real həyata həsr 
olunmuşdur. 
XIX  əsrin 50-60-cı illərində memarlıq  sənəti də realist istiqamətdə inkişaf etməyə başladı.  İçəri  şəhər 
qalası  ətrafında böyük bazarlar, karvansaralar, mehmanxanalar, ağ daşlardan  əzəmətli binalar tikildi. Dəniz 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə