Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə244/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   245

 
352
insanlarda formalaşdırılacaq mədəni davranış qaydaları haqqında maraqlı fikirlər söyləmişdir. Qadını insan 
aləminin ziyarətgahı hesab edən  ədib qızların tərbiyəsi, ailə  və ailədə  uşaqların düzgün tərbiyəsndə onların 
roluna böyük əhəmiyyət vermişdir. O, öz əsərlərində qadın azadlığını təbliğ etmiş, qadınların iqtisadi – sosial 
asılılığını  tənqid etmişdir. Onun tərbiyə, maarif, elm, mədəniyyətə aid fikirləri bu gün də öz aktuallığını 
itirməmişdir.  
 
 
 
2.5.13.XX əsr Azərbaycan mədəniyyəti 
 
Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr 
məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü  
Xüsusiyyətləri, tarixi - ictimai şəraiti ilə  fərqləndiyindən bütün bunlar istər - istəməz mədəniyyət və 
incəsənət sahəsində  də öz dərin izini buraxmışdır. Belə ki, əsrin  əvvəllərində Azərbaycan xalqının müstəqil 
dövlət qurmaq ideyası bir neçə il təcrübədə  həyata keçsə  də, tezliklə xalqın həyatı yenidən sözdə suverenlik 
pərdəsi altında rus tabe etdirildi. 70 il ərzində bu ictiami şəraitdə yaşayan Azərbaycan xalqı, nəhayət,  əsrin 
sonuncu onilliyində sözün əsil mənasında dövlət müstəqilliyinə qovuşdu. Göründüyü kimi, XX əsr Azərbaycan 
xalqının tarixində ictimai - siyasi çevriliş və dəyişmələr dövrü kimi yadda qalmışdı. Baş verən ictimai - tarixi, 
siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə  də, ümumiyyətlə, inkişaf nöqteyi 
nəzərindən bu dövrü məhsuldar bir mərhələ kimi səciyyələndirmək olar. Əsrin əvvəllərində milli maarifpərvər 
qüvvəllərin mədəni inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər, mədəniyyət və 
incəsənətin ayrı-ayrı sahələrinin təşəkkülü, formalaşdırılması üzrə çalışmaları Azərbaycanda mədəniyyətin 
dirçəldilməsinə çox ciddi təkan verdi.  
Azərbaycan xalqının görkəmli ziyalıları N.Nərimanov, H.Zərdabi, C.Məmmədquluzadə, R.Əfəndiyev, 
Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Maqamayev, Ə.Əzimzadə, M.M. Nəvvab və onlarla digərləri öz 
müqəddəs niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini yüksəltmək, kölə vəziyyətində olan savad-
sızları  təlim - təhsilə  cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və istedadlı  şəxsləri üzə 
çıxartmaq, Azərbaycan maddi və mənəvi sərvətlərini bütün bəşəriyyətə tanıtmaq və s. Qeyd etmək lazımdır ki, 
bu müqəddəs tarixi vəzifəni həyata keçirən görkəmli şəxsiyyətlər xalq qarşısındakı bu öhdəçiliyi şərəflə yerinə 
yetirdilər. 
Əsrin  əvvəllərində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də  mədəni cəhətdən geridə qalmış 
ucqarlardan biri olmasına baxmayaraq mədəniyyətin ayrı-ayrı sahələrində irəliləyişlər hiss edilməkdə idi. Artıq 
bu dövrdə Azərbaycanda milli dramturgiyanın, teatrın, mətbuatın, professional musiqinin əsası qoyulmuşdur. 
Hələ milli teatrın qoyuluşundan  əvvəl yazılan mükəmməl realist dram əsərlərinin meydana gəlməsi Milli 
teatrların tarixində nadir hadisələrdən idi. Belə ki, 1873-cü ilin mart və aprel aylarında göstərilən “Lənkəran 
xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə Azərbaycan teatrının tarixi başlayır.  
XX  əsrin  əvvəllərində  mədəniyyətimizin  şanlı  səhifələrindən birini, ilk növbədə  ədəbiyyat təşkil edirdi. 
Bu  əsr milli ədəbiyyatada yeni intibah dövrünün başlanğıcı oldu: inqilabi - demokratik ədəbiyyatın 
nümayəndələri hesab edilən C.Məmmədquluzadə,M.Ə.Sabir, N.Nərimanov,  Ə.Haqverdiyev,  Əli Nəzmi, 
M.S.Ordubadi,  Əliqulu Qəmkusar, Mirzə  Əli Möcüz, Bayraməli Abbaszadə, realist - maarifpərvər yazıçılar 
S.Axundov, Ü.Hacıbəyov, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev, Y.B.Çəmənzəminli,  İ.Musa-bəyov, Marağam 
Zeynalabdin, habelə romantik ədəbiyyatın nümayəndələri Məhəmməd Hadi, H.cavid, A.Səhhət, A.Divan-
bəyoğlu, ədəbiyyatşünas Firudin bəy Köçərli, məhz XX əsrin yetişmələri sayılır.  
XX  əsr realistlərində müxtəlif dərəcəli və formalı gülüşlə yanaşı göz yaşalırının, qəzəblə  mərhəmətin, 
sevinclə  kədərin, kəskin satira ilə  həzin lirikanın birgə üzvü əlaqəsi açıqca hiss olunur. Bu müəlliflərin 
əsərlərində insan birtərəfli deyil, ətraflı  və bütün mürəkkəbliyi ilə, ictimai mübarizələrin iştirakçısı, müasir 
dünyanın fəal vətəndaşı kimi təsvir olunurdu.  
Ədəbiyyatda yumor və satira böyük sənətkarların qələmi ilə fəlsəfi səviyyəyə qaldırılmış, bəşəri ideyalar 
cəhətdən mənalandırılmışdır. 
Bu cəhətdən c.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığı müstəsnalıq təşkil edir, xalqımızın bu mötəbər 
ziyalıları xalq həyatının bütün sevincli və  kədərli, işıqlı  və kölgəli, yeni və köhnə  mənzərələri ilə  ədəbiyyata 
gətirən, söz sənətini xalq qurtuluş  və  səadəti üçün səfərbər etməyi vacib vətəndaş  vəzifəsi sayan öncül 
ədiblərdəndir. c.Məmməd-quluzadənin yaradıcılığında drama-turji fəaliyyət mühüm yer tutaraq Azərbaycan 
ədəbiyyatına “Çay dəsgahı” (1889) kimi alleqorik mənzum əsəri, “Ölülər” (1909), “Danabaş kəndinin məktəbi” 
(1971), “Anamın kitabı” (1920) kimi dəyərli bədii  əsərlər bəxş etmişdir. Bu əsərlər hazırda müasir teatr 
afişalarından düşməyən komediyalar, dramlardır. Bu əsərlərin həmişə yaşarlığı onların mövzularının həqiqi 
reallıqlardan, ictami mübarizələrdən, canlıel məişətindən götürülməsidir. Ümumiyyətlə, C.Məmmədquluzadə 
ictimai inkişaf tarixində dramaturqluqla yanaşı, görkəmli jurnalist kimi də  məşhurluq tapmışdı. Belə ki, əsrin 
əvvəllərində milli mətbuatdan formalaşması üçün təkanverici əhəmiyyət kəsb edən məşhur “Molla Nəsrəddin”in 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
353
nəşri onun adı ilə bağlıdır. Milli mətbuat tarixində ilk inqilabi - demokratik satirik məcmuaə olan “Molla 
Nəsrəddin” 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” Mətbəəsində  nəşrə başladı. Məcmuaənin belə 
adlandırılması milli xalq ədəbiyyat - ənənələri, güclə Şərq kaloriti ilə sıx bağlılığı ilə izah edilirdi. Jurnalın çox 
maraqlı, rəngarəng proqramı vardı: məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki  şerlər, məzhəki 
teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, karikatura və illüstrasiyalar. 
“Molla Nəsrəddin” satirik məcmuəsi daha sonralar milli Azərbaycan mətbuatının inkişafında, uşaq 
mətbuatının yaradılmasında möhtəşəm rol oynadı.  
Əsrin  əvvəllərində Molla Nəsrədinçi kimi məşhurluq qazanan görkəmli satirik ustadlardan biri də 
M.Ə.Sabir oldu. Klassik şair S.Ə.Şirvanin şagirdi olmuş Sabir XX əsr ədəbiyyatının zənginləşməsində görkəmli 
xidmətləri olmuşdur. Belə xidmətlərdən ən önəmlisi onun Azərbaycan şerinə tamamilə yeni bir ruh, yeni həyat, 
yeni məzmun, yeni söz kəsəri göstərməsidir. Şair M.Ə.Sabir bütün düşüncə, mülahizə və təsvirlərini uca, qəhqə-
həli, sağlam bir ictimai mənalı gülüşlə bədii şəkildə ifadə edildi. 
XX  əsrdə Azərbaycan  ədəbiyyatının inkişafının mühüm mərhələlərindən birini də Sovet dövrü təşkil 
edirdi. Bu dövrə c.cabbarlı, S.Hüseyn, M.Müşfiq, Y.V.Çəmənzəminli, S.Rüstəm, S.Vurğun, S.Rəhimov, 
Ə.Əbülhəsən, Mir cəlal, M.Rahim, M.Hüseyn, R.Rza, M.İbrahimov, O.Sarıvəlli,  Ə.Vəliyev, S.Rəhman, 
İ.Əfəndiyev, Ə.Məmmədxanlı, B.Azəroğlu və başqalarının ədəbi yaradıcılığı aiddir. Bu dövr ədəbi yaradıcılığın 
sovet ideologiyası prinsiplərinə ciddi qulluq etməsinə baxmayaraq Azərbay-canlı yazıçı, dramaturq və  şairlər 
bədii dəyəri yüksək olan əsərlər yaratmışlar. Azərbaycan Sovet ədəbiyyatının görkəmli sənətkarı kimi tanınan 
cəfər cabbarlı (1899 - 1934) milli dramaturgiyamızın, teatrımızın inkişafına güclü təsir göstərmişdir. Onun 
“1905-ci ildə” (1931), “Almaz” (1930), “Yaşar” (1932), “Od gəlini” (1928), “Sevil” (1928), “Oqtay Eloğlu” 
(1923), “Araz çayı”, “Aydın” (1928), “Solğun çiçəklər” dramları müasir gündə  də teatrlarımızın səhnəsini 
bəzəyir. c.cabbarlının yaradıcı obrazlar həyatın reallıqlarından götürülmüş həqiqi insanlar, mübarizələrdir. Məhz 
bu xüsusiyyətinə görə, bu müəllifin əsərləri həmişə yaşardır! 
XX  əsr Azərbaycan  şeriyyətində xüsusi yeri olan şairlərdən biri Səməd Vurğun hesab edilir. Yaşadıcı 
dövrdə S.Vurğunun “Şairin andı” (1930), “Fanar” (1932), “Könül dəftəri” (1934), “Şerlər (1935), “Azad ilham” 
(1939), “Talıstan” (1940), “Səadət uğrunda” (1942), “İstiqbal təranəsi” (1947), “Muğan” (1950), “Dünyanın 
xəritəsi” (1951), “Aygün” (1956) adlı kitabları nəşr olunmuşdur. 
S.Vurğun həm də drumaturq - şair kimi də Azərbaycan ədəbiyyatına zənginlik gətirmişdir. Onun “Fərhad 
və Şirin” (1940), “Vaqif” (1937) əsərləri dramaturgiyamızın ən gözəl əsərlərindən hesab edilir. 
Azərbaycan Milli komediyasının inkişafında dahi Ü.Hacıbəyov yaradıcılığından sonra müstəsna yer tutan 
komediya ustadlarından biri də S.Rəhman idi (1910 - 1970). Onun ssenariləri üzrə “Arşın mal alan” (1951), 
“Məşədi  İbad” (1956), “Koroğlu” (1959), “Əhməd haradadır?” (1964) kinofilmləri çəkilmişdir. “Ulduz”, 
“Hicran” musiqili komediyalarının librettosunu da məhz Sabit Rəhman yazmışdır.  
S.Rəhman yaradıcılığının mühüm sahələrindən birini dramaturgiya təşkil edirdi. 1938-ci ildə yazdığı 
“Toy”, “Xoşbəxtlər” (1941), “Aşnalar” (1945), “Aydınlıq” (1949), “Nişanlı  qız” (1953), “Əliqulu evlənir” 
(1961), “Yalan” (1965), “Dirilər” (1967) komediyaları, “Mirzə Fətəli”, “Hüseyn Ərəblinski”, “Sevimli yollar”, 
“Teatr və  nəyat” kimi kiçik pyesləri ilə Azərbaycan dramaturgiyasının və teatrının inkişafında mühüm rol 
oynayır.  
XX  əsr Azərbaycan dramaturgiyasında xüsusi xidmətləri olan sənətkarlardan biri də  İlyas  Əfəndiyev 
(1914) idi. Onun “Unuda bilmirəm”(1968), “Məhv olmuş gündəliklər”(1969), “Mahnı dağlarda qaldı”(1971), 
“Bağlardan gələn səs”(1976), “Xurşudbanu-Natəvan” (1982), “Büllur sarayda”(1984) adlı pyestləri Azərbaycan 
Dövlət Dram Teatrının repertuarının daimi tamaşalarındandır.  İ.Əfəndiyev dramaturgiyada müasir mövzulara 
dalıb böyük üstünlük verirdi. Bir sıra pyeslərində isə, (“Mahnı dağlarda qaldı”, “Natəvan”) tarixi hadisə  və 
şəxsiyətlərin bədii təjəssümünə də üstünlük verilmişdir.  
XX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, milli şüurun güclü oyanışı əbədi müşitin saflaşmasına 
demokrotik prinsiplərin daha üstünlük kəsb etməsinə güclü zəmin yaratdı. Yeni ədəbi nəsl nümayəndələrinin 
yaradıcılığı mühüm yer tutdu. XX əsr Azərbaycan mədəniyyətinin çiçəklənməsində müstəsia əhəmiyət kəsb edən 
hadisələrdən biri də milli teatr incəsənətinin inkişafda idi. Hələ əsası yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 70-ci 
illərində qoyulan Azərbaycan professional teatrının intibatı üçün yeni- əsr mühüm əhəmiyyət kəsb etməyə başladı. 
Bu tərəfdən, öz gözəl və rəngarəng istedadları ilə fərqlənən yeni dramaturqların formalaşması digərtərəfdən aktyor 
rejissor nəslinin yetişməsi teatrın müxtəlif canrlarının Azərbaycanda təşəkkümülə çox əhəmiyətli təsir göstərir. 
C.Zeynalov, H.Ərəblinski, M.A. Əliyev, H.Sarabski, Əbülfət Vəli, Əlvəndi kimi ilk aktyorlar əsrin əvvəllərində 
milli teatrın inkişafına zəmanət verənlər olmuşlar. Daha sonralar, sovet dövründə Azərbaycan teatr sənəti 
mədəniyyətin  ən aparıcı sahələrindən birinə çevrildi. Sovet hakimiyyətinin ilk illərində  Şərqdə ilk teatr kimi 
tanınan “Tənqid və Təbliğ” teatrı (1921-ci il 13 noyabr) öz ətrafında S.S. Axundov, M.S. Ordubadi, A. Şaiq, Ə. 
Haqverdiyev, c.cabbarlı, c. Məmmədquluzadə kimi görkəmli  ədibləri  ətrafında birləşdirdi. 1926-cı ildə isə, 
professional milli teatrı “Dövlət Türk Akademik teatrı” adlanmağa başlayaraq fəaliyyətini davam etdirdi. Həmin 
teatırda uzun illər repsisorluq edən A.Tuqanovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Yaradıcılığı bu illərdən 
başlayaraq həmin teatr bir sıra milli, rus, gürcü, digər bəşəri müəllif dramaturqların pyeslərini səhnələşdirən 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə