Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə243/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   245

 
351
xüsusi fikir verilməsinə aid maraqlı fikirlər söyləmişdir. Beləliklə  də o, məişət mədəniyyəti haqqında faydalı 
fikirlər söyləmiş, bu fikirlər insanların gündəlik həyatı ilə bağlamışdır. Məsələn, o, ailədə ciddi rejim olmasının 
tərəfdarı olmuş, yeməklərin dəyişdirilməsi, saxlanılması, süfrə qaydaları (süfrə arxasında oturma, əl yumaq, çirkli 
paltarla evə daxil olmamaq), evin havasının tez-tez dəyişdirilməsi, evin işıqlı olması, qapı və pəncərələrin qibləyə 
baxması ( yerin hərəkəti ilə bağlı olaraq günəşin  şüalarının evə düşməsi nöqteyi nəzərindən), sağlamlığın 
qorunmasında yaşıllığın rolu və s . məsələlərə dair təcrübəni nəzəriyyə ilə əsaslandırmışdır. O, spirtli içkilərin və 
siqaretin insana zərəri olduğunu qeyd edir və pisləyirdi.Zərdabi sağlamlığın qorunmasında geyim mədəniyyətinə 
də xüsusi əhəmiyyət vermişdir.  
İsmayıl bəy Qasprinski (1851-1914) də X1X əsr Qafqaz ədiblərinin görkəmli nümayəndələrindən biridir. 
Onun Rusiya müsəlmanlarının mədəniyyətinin inkişafında əhəmiyyətli rolu olmuşdur. Qasprinski 1884-cü ildə 
(aprelin 10-da) öz hesabına «Tərcüman» qəzeti nəşr etdirir. Rusiya müsəlmanları arasında maarifçilik və milli 
mədəniyyət nümunəsi kimi çıxış edən qəzetin devizi belə idi: «Dildə, fikirdə, işdə birlik!» Bu, ilk türkdilli qəzet 
olub, 30 il nəşr edildi. Qəzetdə Azərbaycan maarifçiləri məktəb, elm, mədəniyyətə aid məqalələrlə  çıxış 
edirdilər. Qəzet Krım, Volqaboyu, Orta Asiyada və Azərbaycanda geniş yayılır, bu ölkələrdə yeni təlim 
sisteminin yaranmasında, yeni tip məktəblərin açılması,  əhalinin ictimai-siyasi, mədəni həyatında, 
maariflənməsində  əhəmiyyətli rol oynamışdır. Onun fəaliyyəti,  əsasən milli dirçəlişə doğru yönəlmişdir. 
Qasprinski qeyd edirdi ki, müasir mədəniyyəti olmayan xalqın sənayesi də olmaz, sənayesiz isə nə milli dövlət, 
nə  də sinfi şüur olmaz. O, günün başlıca vəzifəsini millətin mədəni yüksəlişini təmin etməkdən ibarət hesab 
edirdi. İnsanı gəldi- gedər, millətin maarif və mədəniyyətini daimi hesab edirdi. Qasprinski türkdilli xalqların 
maarifi və mədəniyyətinin «mənəvi atası» sayılırdı. 
M. T. Sidqi Ordubadda «Əncumani - şüəra»nın təşkilatçısı  və  fəal üzvü olmuş, yeni üsullu «Əxtər» 
(Ulduz) məktəbində fəaliyyətə başlamışdır. 1894- cü ildə Naxçıvanda «Tərbiyə» məktəbini yaratmışdır. 1896-cı 
ildə «Qız məktəbi» açmışdır. Ömrünün sonuna kimi maarif və  mədəniyyət carçısı olmuş bir neçə  dərslik
«Məktəb nizamnaməsi», «Şagirdlər üçün qaydalar», «Heykəli – insana bir nəzər», «Hakimanə sözlər» və s. 
əsərlərini yaratmışdır. M.T. Sidqi insanın formalaşmasında irsiyyət, mühit və tərbiyənin rloluna eyni dərəcədə 
əhəmiyyət verirdi. O, insan zəkasının qüdrətinə yüksək qiymət verir, insanların tərbiyəsinin  əsasını biliklərə 
yiyələnmədə, zəkanı inkişaf etdirməkdə görürdü. Onun fikirincə elm elə bir ağacdır ki, onun nəticəsi əməl və 
ədəbdir. Ədəbsiz və əməlsiz insanı o, meyvəsiz ağaca bənzədirdi. Elmsiz insanı ruhsuz cismə bənzədərək qeyd 
edirdi ki, insan təbiət hadisələrini dərk etməklə biliyini, ağlını atrırır, ağıl vastəsilə isə istək və arzularını, zövq 
və ehtiraslarını idarə edir.  
O,  əməyi insan həyatının mənbəyi hesab edirdi, hər bir maddi və  mənəvi nemətlərdən istifadə etmək 
istəyən şəxs bu nemətlərin yaradılmasında iştirak etməlidir. O, tənbəlliyi xəstəlik, əməyi isə səadət hesab edirdi. 
Sidqi insanlarda təvazökarlıq, sədaqət, dostluq, insanpərvərlik, cəsarətlilik, xeyirxahlıq və s. kimi əxlaqi 
keyfiyyətlərin formalaşdırılmasını  zəruri hesab edirdi. Biliklərə yiyələnmə, sistemli məktəb tərbiyəsi və  bədii 
ədəbiyyatı qiymətli tərbiyə vasitələri hesab edirdi. Ailə tərbiyəsi də Sidqi yaradıcılığında xüsusi yer tuturdu. Bu 
məqsədlə o «Qızlara hədiyyə» dərsliyini yazmışdır.  
Mir Möhsün Hajı Mir Əhməd oğlu Nəvvab (1833 - 1919) dünya hadisələri, xalqların iqtisadi və mədəni 
inkişafını izləməyə, bu tərəqqini Azərbaycanda təbliğ etməyə çalışmışdır. O, bütöv Qarabağda mədəniyyət, elm 
və maarifin böyük və bacarıqlı təbliğatçısı idi. Nəvvab Şuşada xalqın mənəvi həyatında əhəmiyyətli rolu olan 
kitabxana və qiraətxanalar açmışdı. O, bir çox qəzetlərdə Qarabağ üzrə müxbir kimi çıxış edir, «Əkinçi», 
«Ziyayi - Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetləri müxtəlif vastələrlə  Şuşay gətizdirir, onların xalq 
arasında oxunmasını təşkil edirdi. 
O,  Şuşada  şəxsi litoqrafiya (daş basma) yaratmışdır. Bununla da Şuşanın mədəni həyatında böyük 
yeniliklər yaranmasına səbəb olmuşdur. Ana dilində «Gövhəriyyə» adlı yeni üsüllu məktəb açmışdır. O, 20-dən 
çox əsər yazmışdır. «Kifayət ül – ətfal», «Nurul - əntər», «Təzkireyi - Nəvvab», «Nəsihətnamə», «Dər elmi – 
musiqi və vüzuhül - ərqam» (musiqi elmində rəqəmlərin aydınlaşdırılması) və s. əsərlərini nümunə göstərmək 
olar. Nəvvab «Pəndnamə  və yaxud 500 faydalı  nəsihət» adlı  əsərində  əxlaqi keyfiyyətləri sistemləşdirməyə 
çalışmışdır. Bu əxlaqi keyfiyətlər dövrün mənəvi – mədəni tələbləri  əsasında tərtib edilmiş, insanın həyat və 
fəaliyyətinin bütün sahələrinə toxunmuşdur.  
M. Nəvvab musiqiyə, estetik tərbiyəyə  də yüksək qiymət vermişdir. «Vüzuh – əl - əqrəm» (rəqəmlərin 
izahı) adlı əsərində o, Platon, Aristotel, Fərabi, İbn Sina, Urməvi, Pifaqor, M. Əbdülqadir kimi alimlərin musiqi 
haqqındakı fikirlərini təhlil etmiş, muğamlar, ümumiyyətlə Azərbaycan musiqisi haqqında məlumat vermişdir.  
Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1937) Azərbaycanda ana dilində  məktəblər 
açılmasında, dərsliklər çap edilməsində, milli mətbuat və milli teatrın yaranmasında böyük işlər görmüşdür. O, 
dörd hissədən ibarət «Samouçitel russkovo yazıka», «Kilidi - ədəbiyyat», «Lüğəti – türki və rusi» və s. əsərlərin 
müəllifidir. S. Qənizadə elmə yiyələnməyi vacib hesab edir, tərbiyəni də elmi biliklər üzərində qurmağı 
əhəmiyyətli sayırdı.  İnsanların formalaşmasında tərbiyənin rolunu yüksək qiymətləndirir, insanların təbii 
imkanlarının tərbiyə vasitəsilə istedada çevrilməsini qeyd edirdi. İstər böyüyən nəslin tərbiyələnməsində, istərsə 
də Azərbaycanın içtimai - mədəni inkişafanda müəllimlərin roluna yüksək qiymət verirdi. O əxlaq tərbiyəsi, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə