Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə238/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   245

 
345
aləmə başqa gözlə baxmaq imkanı yaradır ("Orada, uzaqda" hekayə  məcmuəsi, 1968, "Xarakterlər" hekayə 
məcmuəsi, 1973, "Belə bir cavan yaşayır" filmi 1964, "Sobacıq-daxmacıq" filmi, 1973, "Qırmızı başınağacı" 
filmi 1979). 
Dramaturgiya sahəsində istedadlı sovet müəlliflərinin – A.V.Vampilovun ("Ördək ovu", 1970), 
V.S.Rozovun ("Şərait", 1973), Q.İ.Qorinin (Ofşteyn) ("Herostratı unutmalı", 1972, "Həmin Münhauzen"), 
A.M.Volodinin (Lifşits) ("Payız marafonu", 1979) yeni əsərləri meydana gəldi. 
Sovet adamının mədəni həyatında estrada musiqisi əhəmiyyətli rol oynayırdı. "Dəmir barmaqlıq" altından 
xəlvətcə süzülən Qərb rok mədəniyyəti kütləvi sovet musiqisinə  də öz təsirini göstərirdi. Vokal-instrumental 
ansamblların meydana çıxması ("Samotsvetı", "Pesnyarı", "Maşina vremeni" və b.) zəmanəsi idi. Məşhur 
müğənnilər – Çofiya Rotaru, Valeri Leontyev və b. bütün ölkədə tanınmışdı. 70-ci illərdə ölkə estradasının 
zirvəsinə Alla Puqaçova kimi yeni parlaq ulduzun yüksəlməsi dövrüdür. 
Q.V.Sviridovun ("Zaman-irəli" süitası, 1965, A.S.Puşkinin "Çovğun" poemasına musiqili illüstrasiyalar, 
1974) klassik musiqinin inkişafına olan təsiri olduqca əzəmətlidir. İri həcmli musiqi əsərləri, o cümlədən balet, 
opera, simfoniya yaradıcısı kimi R.K.Şedrini ("Anna Karenina" baleti 1972, "Ölü canlar" operası 1977) misal 
gətirmək olar. Klassik ənənələrlə yenilikçi kompozisiya üsullarının sintezi A.Q.Şnitkenin yaradıcılıq dəst-
xəttində özünü büruzə verir. 
Ölkə elminin uğurları başlıca olaraq fundamental elmlər sahəsində  təzahür edərək cəmləşir – əvvəllər 
olduğu kimi dünyada qabaqcıl mövqeləri sovet fizikləri, kimyaçıları tutur. Sovet İttifaqı kosmik fəzanın fəthində 
birinciliyi  əldən vermir. Eyni zamanda sənaye nümayəndələrinin istehsalın səmərələşdirilməsində maraqlı 
olmaması səbəbindən elm və mühəndis nailiyyətləri xalq təsərrüfatında tətbiq edilmir. Elmin tətbiq sahələri ol-
duqca zəif inkişaf edir. Sovet İttifaqı Kompüter texnikası sahəsində inkişaf etmiş ölkələrdən əhəmiyyətli surətdə 
geri qalır. 
 
2.5.11. 1985-1991-ci illərdə Rusiyada ictimai 
 və mədəni həyat 
 
Yenidənqurma dövründə,  əvvəllər, hərtərəfli nəzarət illəri boyu yalnız xəlvəti "mətbəxlərdə" müzakirə 
olunan məsələlər açıq surətdə müzakirəyə  çıxarıldı. Aşkarlığın üzə  çıxardığı partiya nomenklaturasının 
cinayətləri Kommunist partiyasını hörmətdən salaraq, həqiqət üzərindəki inhisarına son qoydu. 
Aşkarlıq sovet adamına ölkənin yuvarlandığı uçurumun dərinliyini göstərdi, cəmiyyət qarşısında gələcək 
inkişaf yollarını seçmək məsələsini qoydu, tarixə böyük maraq yaratdı. Sovet dövründə tarixin yazılmadığı 
səhifələri bərpa edilməyə başladı. Bunlarda insanlar həyatın onların qarşısına çıxardığı suallara cavab tapmağa 
çalışırdılar. 
Qalın ədəbi jurnallar geniş sovet oxucu kütləsi üçün naməlum qalan əsərləri, şahidlərin xatirələrini və ta-
rixi həqiqətə yeni baxış təzahürü olan memuarları dərc edirdilər. 
Bir neçə il ərzində jurnallarda və ayrı-ayrı nəşr formasında A.İ.Soljenitsının ("Birinci çevrədə", "Xərçəng 
xəstələri binası", "QULAQ arxipelaqı"), Y.İ.Zamyatinin ("Biz"), M.A.Aldanovun ("Müqəddəs Yelena, kiçicik 
ada"), B.L.Pasternakın ("Doktor Jivaqo"), M.A.Bulqakovun ("Usta və Marqarita"), V.V.Nabokovun ("Lolita"), 
B.Pilnyakın ("Çılpaq il", "Söndürülməmiş hilal hekayəti"), A.Platonovun ("Çevenqur", "Çala") nəsr  əsərləri, 
Q.V.İvanovun, A.A.Axmatovanın, N.S.Qumilyovun, O.E.Mandelştamın poetik əsərləri çap edildi.  
Teatr  səhnəsində publisist dram üstünlük təşkil etməyə başlayır. Bu cərəyanın  ən parlaq nümayəndəsi 
M.F.Şatrovdur (Marşak, "Vicdanın diktaturası"). Stalinizm və Stalin repressiyaları mövzusuna toxunan əsərlər 
xüsusi ictimai əks-səda yaradırdı. Onlardan heç də hamısı  ədəbiyyatın gözəl nümunəsi deyildi, lakin 
yenidənqurma dövrünün oxucularında hədsiz maraq doğurur, "gözdən pərdəni qaldırır",  əvvəllər haqqında 
danışılası mümkün olmayan şeylərdən bəhs edirdilər. 
İncəsənətin digər növlərində də buna bənzər şərait müşahidə olunurdu. Əvvəllər ideoloji qadağaya məruz 
qalan incəsənət xadimlərinin mirasının qızğın surətdə "qayıdışı" prosesi vüsət almışdı. Tamaşaçılar yenidən 
P.Filonov, K.Maleviç, V.Kandinski kimi rəssamların əsərlərini görə bildilər.  
Musiqi  mədəniyyətinə A.Şnitkenin, M.Rostapoviçin yaradıcılığı qaytarıldı, musiqi "andeqraundun"un 
nümayəndələri – "Nautilus", "Akvarium", "Kino" qrupları və s. geniş səhnəyə çıxmaq imkanı qazandı. 
Yenidənqurma illərində bilavasitə  işləyən yazıçıların, musiqiçilərin və  rəssamların yaradıcılığında stali-
nizm fenomeninin bədii təhlili müəyyənləşdirici istiqamət oldu. Sovet ədəbiyyatının görkəmli təzahürlərindən 
biri kimi Ç.Aytmatovun "Edam kürsüsü" romanı (1986) dəyərləndirildi. Yazıçının digər əsərlərində olduğu kimi 
burada psixologizm folklor ənənələri ilə, mifoloji obrazlılıq mübaliğə ilə uyğunlaşır. Yenidənqurma dövrü 
ədəbiyyatının görkəmli təzahürü, ən çox oxunan kitabı A.N.Rıbakovun "Arbatın övladları" romanı (1987) oldu. 
Burada  şəxsiyyətə  pərəstiş dövrü 30-cu illərin nəslinin taleyi nöqteyi-nəzərindən açıqlanır. Totalitar rejim 
şəraitində genetika üzrə alimlərin taleyindən, elmin vəziyyətindən V.D.Dudintsevin "Bəyaz geyimlər" (1987) və 
D.A.Qraninin "Zubr" (1987) romanlarında bəhs edilir. 1944-cü ildə çeçenlərin zorakılıqla doğma torpaqlarından 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
346
sürgün edilməsi nəticəsində baş vermiş faciənin təsadüfi qurbanları olan uşaq evində tərbiyə alan yetim uşaqlara 
A.İ.Pristavkinin "Gecələmiş qızıl bulud" romanı (1987) həsr edilmişdir. 
Keçid dövründə yaradılmış  əsərlərin heç də hamısı zamanın sınağından çıxa bilmədi. Təsviri sənətdə 
"zəmanənin ruhu" İ.S.Qlazunovun ortabab, ümumiləşdirilmiş ("Əbədi Rusiya" 1988) əsərlərində duyulur. Tarix-
in dönüş anlarında, əvvəlki kimi, plakat aparıcı janra çevrilir. 
Yenidənqurma dövrü kinematoqrafında  zəmanənin tələblə-rinə cavab verən bir sıra görkəmli bədii və 
sənədli filmlər – T.Abuladzenin "Tövbə", Y.Podniyeksin "Gənc olmaq asan deyil", S.Qovoruxinin "Belə 
yaşamaq olmaz", Y.Karamın "Sabah müharibə oldu", "Əlli üçüncü ilin soyuq yayı" filmləri meydana gəldi. 
ölkənin taleyindən bəhs edən düşüncələrlə  zəngin olan ciddi, dərin filmlərlə yanaşı  bəzi müəlliflərin 
tamaşaçıların marağını qazanmaq naminə gerçəkliyi qara boyalarla təsvir etməsinin məhsulu kimi bir sıra ol-
duqca zəif filmlər də işıq üzü gördü. Belə filmlər qalmaqallı şöhrət qazanmaq üçün idi, onların obrazlar sistemi 
lazımsız naturalizmdən, yataq səhnələrindən və digər bayağı üsullardan qaçan ənənəvi sovet kinematoqrafı ilə 
ziddiyyət təşkil edilmə üzərində qurulmuşdur. Belə filmlər loru dildə "bulaşıq" filmlər ("Balaca Vera" rej. 
V.Piçul) adlandırıldı. 
Mədəni və ictimai həyatda publisistika görkəmli rol oynayırdı. "Znamya", "Novıy mir", "Oqonyok" 
jurnallarında, "Literaturnaya qazeta"da məqalələr dərc edilirdi. O dövrdə  həftəlik "Arqumentı i faktı" qəzeti 
oxucuların böyük sevgisini qazanmışdı. Yenidənqurma dövründə "A i F"-in tirajı ağlasığmaz həddə yüksələrək 
"Ginnes rekordları kitabına" düşdü. 
Lakin ən böyük auditoriyada "Vzqlyad" ("Nəzər"), "Dvenadtsatıy etaj" ("On ikinci mərtəbə")," Do i posle 
polunoçi" ("Gecə yarıdan əvvəl və sonra"), "600 sekund" ("600 saniyə") kimi televiziya publisist verlişləri malik 
idi. Bu verilişlər tamaşaçıların  əksəriyyəti üçün namünasib vaxtda efirə buraxıldığına (gecə yarıdan keçmiş) 
baxmayaraq olduqca böyük şöhrət tapmışdı, burada gedən süjetlər ümumxalq müzakirəsinə  səbəb olurdu. 
Jurnalistlər müasir dövrün ən qızğın və  həyəcanlı mövzularına - gənclərin problemlərinə,  Əfqanıstan 
müharibəsinə, təbii fəlakətlərə və s. mövzulara toxunurdular. Proqramların aparıcıları ənənəvi sovet diktorlarına 
bənzəmirdi- açıq- saçıq, müasir, ağıllı idilər (V.Listyev, V.Lyubimov, V.Molçanov və b.). 
Təhsil sahəsində Yenidənqurmanın nəticələri heç də bir mənalı deyil. Aşkarlıq bir tərəfdən orta və ali 
məktəblərdə mövcud olan ciddi çatışmazlıqları, maddi-texniki imkanların zəifliyini, orta və ali məktəb proqram 
və dərsliklərinin həyatdan geri qalmasını, ənənəvi tərbiyəvi vasitələrin (iməciliklər, pioner toplantıları, Timurçu 
dəstələr) köhnəlməsini, nəticə etibarı ilə  təsirini itirməsini üzə  çıxardı. Beləliklə  təcili dəyişikliklərin zərurəti 
ortaya çıxdı. 
Digər tərəfdən, yaranmış vəziyyəti düzəltmək cəhdləri yalnız tədris prosesinin keyfiyyətinin pisləşməsi ilə 
nəticələndi. Köhnə  dərsliklərdən imtina edən məktəb ya tamam dərsliksiz qalırdı, ya da keyfiyyəti  şübhə 
doğuran dərsliklərdən istifadə etmək məcburiyyəti ilə üzləşirdi. Məktəbdə yeni fənn proqramlarının tətbiqi 
("Ailə həyatı etikası və psixolgiyası", "İnformatika") hazırlıq cəhətdən axsayırdı - yeni fənləri təlim etməyə ixti-
sas müəllimləri hazır deyildi, texniki vəsait, tədris-metodik  ədəbiyyat yox dərəcəsində idi. Mənəvi cəhətdən 
ömrünü tapşırmış pioner və komsomol təşkilatları  nəhayət ləğv edildi, lakin əvəzində yeniləri yaradılmadı - 
beləliklə gənc nəsil tərbiyə prosesindən kənarda qaldı. Bir çox halda "dəyşikliklər" sadəcə ad dəyişmə ilə nəticə-
ləndi - orta məktəblər, texniki peşə  məktəbləri və texnikumlar kütləvi surətdə gimnaziya, litsey, kollec, hətta 
akademiya adlandırıldı. Lakin ad dəyişmə yolu ilə mahiyyət dəyşilmədi. Zamanın tələblərinə cavab verən çevik 
təhsil sistemi yaratmaq cəhdləri müəllim kütləsinin əsas hissəsinin ətaləti və vəsait azlığı ilə üzləşdi. 
Xalq təhsili üçün ümumi olan problemlərlə yanaşı, ali məktəb müəllim çatışmazlığı problemi ilə üzləşdi, on-
lardan bir çoxu ali məktəbi tərk edərək özəl şirkətlərə üz tutur, xaricə işləməyə gedirdilər. 
"Beyin axını" problemi elm sahəsi üçün daha ağır nəticələrə  gətirib çıxardı. Yenidənqurma illərində 
tətbiqi elmlərdə canlanma baş versə də, on illər boyu milli fəxr obyekti olan fundamental elmlər maddi-maliyyə 
vəsaitinin azlığı ucbatından, alimin cəmiyyətdə ictima əhəmiyyətinin heçə endirilməsi səbəbindən tənəzzülə 
uğrayır. 
Bütövlükdə, Yenidənqurmanın mədəni nəticələri hələ özünün dəyərləndirilməsini gözləyir. Yəqin etmək 
mümkündür ki, demokratikləşmənin müsbət cəhətləri ilə (mirası kölgədə qalmış, adlarına qadağa qoyulmuş 
yazıçıların, rəssamların, musiqiçilərin yaradıcılığının dirçəlişi, ümumi mədəni həyatın canlanması) yanaşı, axıra 
qədər düşünülməmiş, kal islahatların mənfi nəticələrinə (təhsil sistemində uçurumun dərinləşməsi, funda-mental 
elmlərin tənəzzülü) göz yummaq mümkün deyil.  
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə