335
publika
bəxş edibsə, müasir Amerika Birləşmiş Ştatları dünyaya elmi-texniki tərəqqi və kütləvi mədəniyyət
gətirmişdi!» Kütləvi mədəniyyəti tədqiq edən mütəxəssislər onun tarixi ilə bağlı fikirlərində bu hadisənin ötən
əsrlərin məhsulu olduğunu təsdiqləyirlər. Kütləvi mədəniyyət sonradan, yəni XX əsrin II yarısından kütləvi kom-
munikasiya, istehsalın yeni üsullarının, mədəniyyətin yayılma və istehlakının nəticəsi, məhsulu kimi tərəqqi
etməyə başlayır. Kütləvi mədəniyyətin səviyyə və keyfiyyəti, bir qayda olaraq aşağı,
bəzən isə, orta səviyyədə
olur. Bu mənada kütləvi mədəniyyət xalq mədəniyyətindən fərqlənir. Xalq mədəniyyətində də yüksək sənət
nümayiş etdirməyən nümunələrə rast gəlmək olar. Lakin bu saxta xüsusiyyətlərlə örtülmür, xalq mədəniyyəti ilk
növbədə öz səmimiliyi, həyati mənası ilə seçilir. O, sırf xalqın özü tərəfindən yaranır və kökü çox-çox qədimlərə
gedir çıxır. Bu mədəniyyət xalqın istək və arzusunu, xarakterini ifadə edir. Hətta professionallar öz yaradıcılığında
məhz xalq sənətinə müraciət edir, bunu özləri üçün müqəddəs mənbə hesab edirlər. Milli
professional musiqimizin
banisi Ü.Hacıbəyov, ilk milli dramaturqumuz M.F.Axundov, dahi C.Məmmədquluzadə və b. yaradıcılıqlarında
xalq mədəniyyətindən səmərəli şəkildə bəhrələnmiş və bunu özlərindən sonrakı varislərinə də tövsiyə etmişlər.
Lakin kütləvi mədəniyyət xalq tərəfindən deyil, xalq üçün yaradılır. Onların yaradıcılığın ən parlaq və
yüksək səviyyəsi «Kitç» adlanır. Kütləvi mədəniyyət unikal sənətin təqlidçisi kimi də tanınır. O, populyarlığa,
reklama çox yaxındır. Kütləvi mədəniyyətin əsas forma və növləri komiks, illüstrativ, reklam və məlumat-
informasiya jurnalları, videoyazı, videoklip, videooyundur. Kütləvi mədəniyyət və incəsənətin əsas janrları qor-
xulu və s. dəhşətli ölumlə bağlı olan dedektiv, vestern, melodram,
fantastika, seks, erotika, parnoqrafiya, myu-
zikl, mistika və s.-dir.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir
336
2.5.5. XX ƏSR RUS MƏDƏNİYYƏTİ
Rus sovet mədəniyyəti
İnqilab Rusiya cəmiyyətinin həyatını kökündən dəyişərək ölkə tarixində yeni mərhələ, əhəmiyyətli dönüş
nöqtəsi olan sovet dövrünün başlancığını qoydu. Gətirdiyi dəyişikliklərin miqyasına və dərinliyinə görə 1917-ci
ilin oktyabr inqiqabını Rusiyanın xristianlığı qəbul etməsi, Rusiya dövlətinin yaranması və Pyotrun islahatları
ilə bir sıraya qoymaq olar. Mədəniyyətin dünya miqyaslı tərəqqisi siyasi və ictimai həyatdakı dəyişikliklərin
ayrılmaz hissəsinə çevrildi.
İnqilabdan dərhal sonra bolşevik partiyası və sovet hökuməti təhsil sistemini nəzarət altına alır. 1917-ci
ilin axırı – 1918-ci ilin əvvəlində kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında dekretlər qəbul
edilir. Xalq maarifinə rəhbərlik A.V.Lunaçarski başda olmaqla Maarif üzrə dövlət komissiyasına həvalə olunur.
1923-cü ildə «Rədd olsun savadsızlıq!» könüllü cəmiyyəti təşkil olunur.
Orta və ali ixtisas təhsilinin demokratikləşməsində əhəmiyyətli uğurlar əldə edilir. Fabrik-zavod
məktəbləri (FZM), kəndli gənclər məktəbləri (KGM) və texnikumlar ixtisaslı fəhlə və orta
texniki işçi
hazırlığının kütləvi formalarına çevrilir. Fəhlə və kəndlilərin ali məktəblərə qəbulunu asanlaşdırmaq məqsədilə
1919-cu ildən başlayaraq institut və universitetlər nəzdində fəhlə fakültələri yaranır ki, onların köməyi sayəsində
həmin gənclərin bilik səviyyəsi zəruri pilləyə qaldırılır. Ali məktəblərin sayı sürətlə artır. Qəbul vaxtı «qeyri-
istismarçı» siniflərin nümayəndələri – fəhlələr və əməkçi kəndlilər üstünlüyə malik olur.
Bununla belə, təhsil sisteminin inkişafı ciddi çətinliklərlə üzləşir, müəllim qıtlığı faciəli vüsət alır –
onların əksəriyyəti inqilab illərində məhv edilmiş və ya «burjua ünsürü» kimi ölkədən qovulmuşdu. Problemi
həll etmək məqsədi ilə 1921-ci ildə Qırmızı professorlar institutu təşkil olunur. Buna baxmayaraq tədrisin
keyfiyyəti aşağı düşür.
Bolşevik dövlətinin əlində məktəb güclü ideoloji silaha çevrilir. Tədris proqramları kökündən dəyişdirilir,
onların siyahısından nəinki bərqərar olmuş siyasi rejimin xarakterinə birbaşa zidd olan fənlər (məsələn, ilahiyyat
qanunları) və hətta inqilabi ifratçılıq dalğasında «keçmişin qalıqlarına»
aid edilən fəlsəfə, tarix kimi fənlər də
xaric edilir. Onların əvəzinə təhsil alan geniş gənc kütlələrdə marksist (daha doğrusu, bolşevik) dünyagörüşü
formalaşmasına xidmət edən tarixi materializm, proletar diktaturasının iqtisadi siyasəti və bu kimi fənlər daxil
edilir.
Keçmişin mədəni irsinin qorun\ub saxlanması üzrə Sovet hökumətinin yeni sovet mədəniyyətinin
təşəkkülünə yönəldilmiş təcili tədbirləri əhəmiyyətli rol oynadı, halbuki «İnqilabi kütlələrin» şüurunda keçmiş
dövr mədəniyyəti hakim sinfin məişəti ilə əlaqəsi ucbatından bəzən mənasız surətdə vəhşicəsinə məhv
edilirdi
(məsələn, A.A.Blokun Şaxmatovo malikanəsi gözəl kitabxanası ilə birgə kəndlilər tərəfindən yandırılmışdı).
Kitabxana, muzey, rəsm qalereyaları, saray və malikanələrin qorunub saxlanması haqqında dekretlər qəbul edil-
di. Vətəndaş müharibəsi və ümumi viranəlik şəraitində nəhəng səylərin bahasına külli miqdarda tarixi və mədəni
abidələr qorunub saxlanıldı, halbuki böyük qismi məhv edilib puç oldu.
Sovet partiya rəhbərliyi ölkənin elmi potensialının qorunub saxlanılmasının və inkişafının zərurətini yaxşı
başa düşürdü. Yeni hakimiyyətə müsbət münasibət bəsləyən, xüsusilə təbiiyyat elmlərinin nümayəndələri olan
görkəmli alimlərin fəaliyyəti üçün şərait yaradılırdı. İlk dövrlərdə, əlbəttə müəyyən hüdudlar çərçivəsində,
onların şüurundakı bəzi siyasi azadfikirlilik belə əfv edilirdi. Onlar hələ inqilabdan qabaq başladıqları
tədqiqatları davam etdirir, vətəndaş müharibəsi və işğalın nəticələrini dəf etməklə dövlətlə əməkdaşlıq edirdilər.
Rus bitki fizioloqları elmi məktəbinin
banilərindən biri, REA-nın müxbir üzvü, fotosintez, aqronomiya, elm ta-
rixi sahəsində sanballı əsərlərin müəllifi, darvinçi- təbiətşünas K.A.Timiryazev Mossovetin deputatı idi. Lenin
adına Ümumittifaq kənd təsərrüfatı elmləri Akademiyasının həqiqi üzvü, seleksiyaçı, 300-dən çox meyvə-
giləmeyvə bitki növünün müəllifi İ.V.Miçurinin fəaliyyəti kənd təsərrüfatının inkişafında böyük rol oynadı. Rus
təyyarə konstruktorları da öz işini davam etdirirdi. 1918-ci ildə Mərkəzi aerohidrodinamika institutunun əsası
qoyuldu. Onun baniləri N.Y.Jukovski və S.A.Çanlıgin idi.
Fizikada əhəmiyyətli nailiyyətlər əldə edildi. Müasir yarımkeçiricilər fizikasının banisi akademik A.F.İoffe ol-
du, onun təşəbbüsü nəticəsində Fizika-texniki
institut, SSRİ EA Yarımkeçiricilər institutu və s. açıldı. 20-ci illərdə öz
tədqiqat fəaliyyətinə P.L.Kapitsa başladı, gələcəkdə o, akademik, SSRİ EA fizika problemləri institutunun banisi,
Nobel mükafatı laureatı oldu (1978-ci il).
Fizioloq İ.P.Pavlov, raket texnikası nəzəriyyəçisi K.E.Tsiolkovski, sintetik kauçuku kəşf edən kimyaçı
S.V.Lebedev, reaktiv mühərrikin kəşfinin müəllifi konstruktor F.A.Tsander, biogeokimyaçı, neosfer haqqında
nəzəriyyənin müəllifi V.İ.Vernadski öz tədqiqatlarını davam etdirirlər.
Rus elminin inkişafına Vavilov qardaşlarının gətirdiyi töhfə əvəzedilməzdir. Bioloq N.İ.Vavilov
seleksiyasının bioloji əsasları haqqında müasir elmin banisi, akademik, Lenin adına Ümumittifaq kənd
təsərrüfatı elmləri Akademiyasının ilk prezidenti idi. Fizik S.İ.Vavilov fiziki
optika elmi məktəbinin banisi,
SSRİ EA-nın prezidenti idi.
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir