Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə230/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   245

 
334
adamlarına dözüm, iradə kimi əxlaqi keyfiyyətlər, döyüşçülərə isə  qələbəyə inam, döyüşə  cəsarət hissi 
aşılamışlar. Lakin müharibənin qələbə ilə qurtarmasından dərhal sonra sovet rəhbərliyi mədəniyyətə ideoloji 
təzyiqi gücləndirdi. Bədii mədəniyyətə, incəsənətə partiyanın təsiri gücləndirildi. Stalinin şəxsiyyətə pərəstişinin 
dərəcəsi fenomenal ölçüdə yüksəldi.  
Bunlar bədii yaradıcılığın inkişafında ciddi əngələ çevrildi. 
Partiya orqanları açıqcasına ədəbiyyat və incəsənət işlərinə yersiz nüfuz edir, lazımsız qərarlar qəbul edir-
di. 
1949-1950-ci illərdə Sovetlər ölkəsində kosmopolitizmlə mübarizə kompaniyası geniş vüsət almağa 
başladı. Bütün bu kimi neqativ hadisələr bədii mədəniyyətin cılızlaşmasına  şərait yaradırdı. Lakin bütün bu 
mənfi məqamlarla yanaşı, hərbi illərdən sonra sovet mədəniyyəti tarixinə gələcəkdə görkəmli şəxsiyyətlər kimi 
tanınacaq gənclər gəldi. Onlar mədəniyyətin bütün sahələrində özlərini göstərməyə başlayırdı.  
Sovet mədəniyyətinin spesifik xüsusiyyətlərinə təsir edən əsas hadisələrdən biri - XX əsrin II yarısında, 
Stalinin ölümündən sonra ictimai həyatın demokratikləşdirilməsindəki proseslər oldu. Mədəniyyətin bir çox 
sahələrində keçirilən islahatlar şəxsiyyətə pərəstişin mənfi cəhətlərinin aradan qaldırılmasına təsir göstərdi. 
Mədəniyyətə «60-cı»ların gəlişi incəsənətin müxtəlif sahələrində vətəndaş mövqeyinin - düzlük, mərdlik, 
cəmiyyət problemlərinə fəal münasibət mövzusunun geniş vüsətinin təzahüründə mühüm yer tutdu. 
1985-ci ildə SSRİ-də Yenidənqurma («Perestroyka») ideyasının gerçəkləşməsindəki addımlar ölkənin iq-
tisadi, siyasi, sosial həyatında demokratikləşdirmə və aşkarlığı kökündən bərpa etməli idi. Bu, bünövrəsi çürük 
olan cəmiyyətin dağılmasına səbəb oldu ki, nəhəng bir dövlətin – SSRİ-nin dağılması millətlərin, xalqların əsil 
qurtuluşuna ciddi təkan oldu. 
SSRİ mədəniyyəti ilə yanaşı, XX əsrdə Avropa mədəniyyəti də yeni məzmun ilə inkişaf edirdi. XX əsrin 
ikinci yarısında qərb dünyasının ümumi vəziyyəti II Dünya müharibəsinin nəticələri ilə səciyyələnirdi. Düzdür, 
bu müharibədən qaliblərin sayı çox olsa da, ABŞ yeganə ölkə idi ki, həmin müharibədən daha çox şey qazanmış 
oldu. Ona görə  də ABŞ XX əsrin sonlarında dünyanın nəhəng dövlətlərindən birinə çevrilir. İlk dəfə atom 
bombasına (40-cı illərin axırlarına yaxın) malik olan ABŞ-ın ən böyük rəqibi SSRİ idi. ABŞ və SSRİ arasında 
dərin və qorxulu rəqabıt «soyuq müharibə» üçün əsas oldu. Bu tarixi mərhələdə Avropada elmi-texniki inqilab 
cəmiyyətdə çox böyük dəyişikliklərə gətirib çıxardı. Sənaye sivilizasiyasından postsənaye sivilizasiyasına keçid 
texnologiyanın həyata nüfuzunun ən aparıcı  səbəbi oldu. Cəmiyyətdə postsənaye və kütləvilik başlıca 
xüsusiyyətə çevrildi. Kütləvi istehlak, kütləvi informasiyanın yeni vasitələri insanların həyat  şəraitinin, 
məişətinin əsas tərzi oldu. Bundan çıxış edərək mədəniyyətdə də ciddi dəyişikliklər baş verdi. Mədəniyyət üç 
səviyyədə – humanitar (ənənəvi), elmi-texniki (intellektual) və kütləvi şəkildə inkişaf etməyə başladı. 
Humanitar mədəniyyətdə, incəsənətdə realizm üstünlük üstünlük təşkil edir. Fransız  ədəbiyyatında bu 
cəhət öndə gedir. Bu ədəbiyyatın nümayəndələrindən M.Dryuon (1918), E.Bazen (1911), F.Saqan (1935), 
J.Simenon (1903-1989) və b. adlarını çəkmək olar. E.Bazenin «Oğul naminə», «Bayquş çığırtısı» romanları ic-
timai mövzulara həsr olunmuş əsərlərdəndir.  
F.Saqanın  əsərləri çox populyar idi. Onun lirik romanları olan «Kədər, salam!», «Soyuq suda bir az 
günəş», novellalar kitabı olan «İncə baxış» oxucuların sevimliləri idi. 
İsveçrə ədəbiyyatı da bu dövrdə yüksəlişdə idi. Dünya şöhrətli Q.Qesse (1877-1962), F.Dyurrenmatt (1921), 
M.Friş (1911) kimi yazıçıların əsərləri dünya oxucularının marağına səbəb olurdu. 
Eyni inkişafı alman, ingilis, Amerika ədəbiyyatı da keçirirdi. Qərb mədəniyyətində İtaliya kinosu özünün 
neofaşizm cərəyanı ilə fərqlənməyə başladı. Onun əsasını qoyan R.Rosselini (1906-1977) özünün «Roma – açıq 
şəhərdir», «Genaral Dela Rovere» və d. filmləri ilə dünya kinosuna yenilik gətirmişdi. Bu cərəyanın digər 
nümayəndələri - A.Viskonti (1906-1976), C. de Santis (1917), F.Fellininin (1920-1995) adlarını da çəkmək olar. 
Elmi-texniki mədəniyyətdə çox görkəmli nailiyyətlər  əldə olunur. Elmi-texniki və intellektual 
mədəniyyətə neomodernizm aid edilir. Bu, hər şeydən əvvəl, hisslərə deyil, intellektə yönəlir. Ötən əsrin 50-70-
ci illərində bunun təkamülündə ciddi dəyişikliklər baş verir. Neoavanqardın təkamülü incəsənəti inkar etməsi ilə 
irəliləyir. Bu, xüsusilə, pop-artın inkişafında müşahidə edilir. 
Pop-art bədii  əsərin yerinə «redi meyd» («hazır  şeylər») təklif edir. Pop-art «hər  şey incəsənətdir!» 
ideyasını  dəstəkləyir. Bu düstur ilk baxışda incəsənətin  əhatə dairəsinin genişləndiyi təsəvvürünü yaratsa da 
əslində belə deyil. Belə ki, pop-art ən adi şeyləri incəsənət  əsərilə eyniləşdirir. Bu neoavanqardın digər 
cərəyanlarını – lend-art, bodi-art, xeppe-ninq, performans və s. –ni də təzahür etdirir. Bu cərəyanlar incəsənətin 
bütün sahələrində öz əksini tapır. Neomodernizmin bütün cərəyanlarında subyektivlik, fərdi-şəxsi başlancığ mi-
nimuma endirilir, ya da kənarlaşdırılır. 
Amma ümumilikdə götürdükdə, elmi-texniki və intellektual mədəniyyət də cəmiyyətin məhdud hissəsinə 
aid edilir. Bunların hər ikisini bəzən «yüksək» və ya «elitar» mədəniyyət də adlandırırlar. Bu mədəniyyətin 
mövcudluğu mürəkkəbləşdikcə problematik səciyyə kəsb edir. 
XX əsrin II yarısından başlayaraq kütləvi mədəniyyət də hakim mövqe əldə etməyə başlayır. Bu, tamamilə 
yeni bir hadisə kimi sənaye və postsənayenin məhsulu kimi formalaşır. Onun vətəni ABŞ-dır. Amerikalı sosioloq 
Z.Bjezinski bu haqda qeyd edir: «Əgər Roma dünyaya qanun, İngiltərə parlament, Fransa mədəniyyət və milli res-
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə