Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   246

 
68
kütlələrinin inkişaf səviyyəsi nöqteyi-nəzərindən izah edilir. Bu nəzəriyyəlirin klassikləri xalq kütlələrinin 
əməyi və mübarizəsini cəmiyyətin tarixi inkişafının əsas meyarı kimi qiymətləndirirlər. Xalq öz əməyi ilə böyük 
maddi və  mənəvi sərvətlər yaradır. Böyük rus yazıçısı M. Qorki yazırdı: «Xalq nəinki bütün maddi sərvətlər 
yaradan qüvvədir, o, zəngin mənəvi sərvətlərin yeganə dükənməz mənbəyi, zaman etibarilə, öz gözəlliyi və 
yaradıcılığının gözəlliyi və dühası etibarilə bütün böyük poemaların, faciələrin, o cümlədən onlardan ən 
əzəmətlisi olan ümumbəşər mədəniyyətinin tarixini yaradan ilk filosof və  şairdir.( M. Qorki. Ədəbi-tənqidi 
məqalələr, M. 1957, səh 26.) 
Bəzi Qərb sosioloqları «kütlə» kateqoriyasına sosial proseslərin təşkilinə pozğunluq gətirən  əsas səbəb 
kimi yanaşaraq insanların davranışlarına, gündəlik həyat tərzinə təsirini araşdırmağa çalışırlar. Belə ki, «kütləvi 
davranışın» spesifik tipi kimi çaxnaşma, hay-küyü (panika), apatiyanı, moda, qiyamı, sosial hərəkatları nümunə 
göstərirlər. 
«Kütləviləşmə» prosesinin psixologiyasını  tədqiq edən Lebon insanların kütlədəki davranışını kütləvi 
psixozun formasfı kimi qiymətləndirir. Onun fikrincə, kütlə fikirləşmir, o, (kütlə) öz hisslərinin hakimidir; bura-
da kiçik antipatiya nifrətə, adi istək güclü ehtirasa çevrilir. Kütləni aldatmaq bir nəfəri aldatmaqdan çox asandır. 
Kütlənin sayı nə qədər çox olarsa, səviyyəsi bir o qədər aşağı düşər. Kütləni seçilmiş nümayəndələr deyil, tör-
töküntülər maraqlandırır; dünyaya hökmranlıq edənlərin hamısı kütlələrin ruhunu instinktiv başa düşən psix-
oloqlar olmuşdur ki, məhz buna görə onlar hökmdarlığa nail ola bilmişlər. 
Lebonun bu fikrinə Orteqa-i-Qasset də  əlavələr edərək kütlənin rəhbərlik etdiyi cəmiyyətin uçuruma 
yuvarladığını bildirir və cəmiyyətin yalnız elita ilə idarə olunmasını məqbul hesab edirlər. XX əsrin böhranını 
Orteqa-i-Qasset əsas hərəkətverici qüvvənin elita deyil, kütlənin olması ilə izah edirdi. 
«Kütləvi cəmiyyət» doktrinasının bütün müəlliflərini maraqlandıran məqamlardan biri də 
«kütləviləşmə»nin formalaşmasına zəmin verən amil və  şərtlərin araşdırılmasıdır. Bu barədə  nəzəriyyələrin 
ümumi fikir məxrəci ondan ibarətdir ki, «kütləviləşmə» istehsalat, itsehlak, mədəniyyət strukturları ətrafında baş 
verir. Kapitalizm şəraitində kütlələrin birləşmə xarakteri milli gəlir, siyasi imtiyazların, sosial nüfuzun, mədəni 
nailiyyətlərin azlıqların əlində cəmlənməsi ilə izah edilir. 
«Kütləviləşmə»nin sosial-iqtisadi zəmini, adətən son yüz ildə demokratik partlayışla müşayiət edilir. 
İqtisadi sahədəki «kütləviləşmə»ni sosioloqlar sənayeləşmə  və urbanizasiya ilə  əlaqələndirirdilər. 
«Kütləviləşmə» «sənaye sivilizasiyası»nın məhsulu kimi qiymətləndirilir. Burada əsas yer kütləvi istehsala verilir. 
Martin Deyl yazır: «Kütləvi məhsul – «kütləvi cəmiyyət»in simvoludur. Azad rəqabət kapitalizmi istehlakçının 
müstəqilliyindən əmələ gəlmişdir. İnhisarlar istehlakı «özbaşına» buraxa bilməz, əksinə, onları özünün möhkəm 
nəzarətinə götürərək istehlakçıların zövqlərini «bərabərləşdirirlər». Bu xüsusiyyətdən çıxış edərək c. Helbreyt 
yazır: «Məhsulları hazırlayan firma bazar münasibətlərini idarə edərək onu nəzarət altında saxlayır və xidmət et-
diyi kütlə üzərində sosial qaydaları formalaşdırır».( Qelbreyt Dc. «Novoe industrialğnoe obhestvo». M. 1969, str. 
260.) Beləliklə, kütləvi istehsal bir tərəfdən pisliyin mənbəyi, digər tərəfdən isə firavanlığın açarı kimi 
qiymətləndirilir. 
Siyasi sahədə «kütləviləşmə»ni tənqid edənlər təsdiq edirlər ki, ümumi seçki hüququna əsaslanan «kütləvi 
demokratiya» idarə sistemi «qeyri-ixtisasçıların, qeyri mütəxəssislərin hücumu»na səbəb olur ki, bu da siyasi 
liderliyi, elita mövqeyini sarsıdır. Bununla yanaşı, «kütləvi cəmiyyət»in tənqidçiləri insanları öz təsiri altında 
saxlayan elitanın onları «siyasi ətalət kütləsi»nə çevirməsini də vurğulayırlar.  
Mənəvi həyat sahəsində bu «kütləvi mədəniyyət» - cəmiyyətdir, elitar mədəniyyət məhv olur, ünsiyyətin 
kütləvi vasitələri «mənəvi tələbatları» vahid şəklə salır, tarazlayır, mədəni standartları aşağı salır. Təfəkkürün 
müstəqilliyini boğan mənəvi istehsal sənayeləşərək fərdi ona yad olan sosial sistemin maraqlarına yönəldir. 
«Kütləvi cəmiyyət» nəzəriyyəçiləri xalq kütlələrinin tarixi prosesdəki artan rolunu nəzərdən keçirməyə 
bilmirlər. Bu nəzəriyyənin solçuları yenə də kütlələrin, xüsusilə, proletariatın tarixi missiyalarına inanmayaraq və 
bunu qəbul etməyərək bütün ümidlərini radikal ziyalılara bağlayırlar. Bütövlükdə «kütləvi cəmiyyət» 
nəzəriyyəsində xalq kütlələrinin artan rolu sivilizasiyanın qurumu kimi şərh edilir. Bu nəzəriyyələr müəyyən real 
proseslərə əsaslanaraq insan kütlələrin fəaliyyət qanunauyğunluqlarını nəzərə alır. 
Xalq, kütlə olmadan mədəniyyətin, sivilizasiyanın mümkünlüyündən danışmaq əbəsdir. Xalqın həyat və 
mübarizəsini ifadə edən mədəniyyət hər bir dövrün sivilizasiyasına əhəmiyytli hədiyyədir. Xalqın əsrlərlə seçib 
saxladığı  əfsanələr, mahnılar, rəqslər, xalq eposunun gözəl bədii surətləri, yazıçılar, bəstəkarlar, rəssamlar və 
sənətin digər sahələrinin nümayəndələri üçün, əslində dükənməz ilham mənbəyi olmuşdur. Marksist 
nəzəriyyəçilər mədəniyyətin böyük xadimlərinin məhz xalqın, kütlənin içərisindən çıxdığı  dəfələrlə ifadə 
etmişlər. 
Əgər qısaca qeyd etməli olsaq, tarixi inkişafın ümumi prosesi obyektiv qanunauyğunluq olsa da, həm 
şəxsiyyətlər və həm də xalq kütlələri bu prosesə öz təsirini göstərir, onun sürətini artırır. İctimai-iqtisadi və ta-
rixi şərait lazımınca yetişdikdə isə böyük tarixi vəzifəni yerinə yetirməyi bacaran şəxsiyyət meydana gəlir. 
«Kütləviləşmə» konsepsiyalarının antikommunist istiqaməti sosializmi daim tənqid edərək  şəxsiyyətin 
yalnız dövləti möhkəmləndirmək işində vasitə kimi istifadəsini söyləyirlər. Bu hələ Orteqa və O.Xaksli 
tərəfindən irəli sürülən antikommunist tezislər idi. onlar qeyd edirdilər ki, «kommunizmin məqsədi – fərdi şəxsi 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə