Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   246

 
69
azadlığın  ən kiçik əlamətlərindən belə  məhrum etmək və onu kollektiv insan tərkibinin bir hissəsinə 
çevirməkdir». 
«Kütləvi cəmiyyət» tənqidçiləri şəxsiyyət və cəmiyyət arasındakı ziddiyyəti mütləqləşdirməyə çalışırlar. 
Fromm  şəxsiyyətin iki tələbatı ilə mübarizəni qeyd edir: - onun sosiallaşması, kommunikasiyası, azadlıq və 
müstəqilliyi, fərdiləşməsi. O, haqlı olaraq, qeyd edir ki, insan geniş sosial əlaqə və azadlıqlara malik olmalıdır. 
İnsan dünyaya fərd kimi gələrək  şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır. Fərd tarixən  əmələ 
gəlmiş müəyyən ictimai münasibətlər sisteminə  hələ ilkin uşaqlıq dövründə daxil olur. İnsanın sosial qrup 
daxilindəki sonrakı inkişafı münasibətlərin elə şəbəkəsini yaradır ki, bu da onu şəxsiyyət kimi formalaşdırır. 
Lakin  şəxsiyyəti sosial mühitin yalnız passiv məhsulu kimi şərh etmək və  şəxsiyyətdə  fəal xadimi 
görməmək düzgün olmazdı.  Şəxsiyyətin sosial təcrübəni mənimsəməsi prosesi onun daxili aləmi vasitəsilə 
həyata keçirilir. 
Yuxarıda qeyd etdiyimiz kimi, «kütləviləşmə» nəzəriyyəçiləri «fəaliyyət»ə ayrıca bir aspekt kimi 
yanaşıblar.  Şəxsiyyətin fərdililiyi dedikdə, insanın psixoloji xüsusiyyətlərinin təkrarolunmaz uzlaşması başa 
düşülür. Buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən 
hissələrin və  fəaliyyət motivlərinin məcmuyu, formalaşmış qabiliyyətlər daxildir. Şəxsiyyət hər  şeydən  əvvəl 
özünün cəmiyyətin həyatında fəal iştirak etmək, tərbiyə və təlim nəticəsində əmələ gələn ləyaqəti və nöqsanları, 
güclü və zəif cəhətləri ilə birlikdə canlı konkret adamdır. 
Şəxsiyyətin ictimai həyatda tutduğu yer ciddi surətdə birmənalı  şəkildə müəyyən oluna bilməz. Bu fakt 
empirik sürətdə  qədim zamanlarda müəyyən olunmuş  və öz əksini «şəxsiyyət» anlayışının  əmələ  gəlməsi 
prosesində tapmışdır. 
Şəxsiyyətin fəallığının mənbəyini nə  təşkil edir? XX əsrin  əvvəllərində  şəxsiyyətin «kütləviləşmə»dəki 
fəallığı ideyası Vyana psixiatrı və psixoloqu Z. Freydin elmi görüşləri sistemində özünəməxsus yer tutdu. Bu 
psixoloqun fikrincə, insan onun nəticəsində  fəaldır ki, onda heyvan əcdadlarından irsən alınmış instinktiv 
təhriklər və hər şeydən əvvəl, cinsi instink və özünümühafizə instinkti təzahür edir. 
Şəxsiyyətin fəallığının başa düşülməsində neofreydistlər seksual həvəsin birinciliyindən imtina edir və 
insanın aşkar surətdə biolojiləşdirilməsindən uzaqlaşırlar.  Şəxsiyyətin mühitdən asılılığı ilk plana çəkilir. Bu 
zaman  şəxsiyyət guya onu avtomatik surətdə müəyyən edən sosal mühitin sadəcə funksiyası kimi meydana 
çıxır. Mühit özünün ən mühüm keyfiyyətlərini şəxsiyyətin üzərinə köçürür. Onlar həmin şəxsiyyətin fəallığının 
formalarına (məsələn, K.Xorniyə görə, nəyin bahasına olursa-olsun məhəbbət və  tərif axtarmaq, hakimiyyətə, 
nüfuza, var-dövlət yığmağa can atmaq, nüfuzlu şəxslər qrupuna itaət etmək və onun rəyini qəbul etmək, 
cəmiyyətdən qaçmaq) çevrilir. 
«Kütləvi cəmiyyət» tənqidçilərin qeydlərinə görə konformizmi törədir. Konformizm – «kütləvi cəmiyyət» 
adamının həmin cəmiyyət daxilində öz funksiya və rollarının yerinə yetirilməsini nəzərdə tutur. «Kütləvi 
cəmiyyət»  şəxsiyyətin müəyyən olunmuş sosial standartlara tabeçiliyini tələb edir. Konformizm insanın kütlə 
içərisindəki psixoloji xarakteristikası kimi də izah edilir. «Kütlənin əsas qanunu – konformizmdir» - fransız so-
sioloqu L. Bodenin əldə etdiyi nəticə budur. 
«Kütləvi cəmiyyət»in idarə olunması da mühüm məqamlardandır. Kütlələrin fəallığının boğulması anta-
qonist cəmiyyətlərin hakim təbəqələrinin üzərinə düşən vəzifələrdən hesab edilir. Belə bir cəmiyyətdə kütlələrin 
tarixi proseslərdəki artan rolunun qarşısını ala bilməyən hakim qüvvələr onlara təsiretmə və manipulyasiya sis-
temi hazırlayır. İnhisarçı dövlət şəraitində idarəetmənin manipulyativ tipi sosial həyatın bütün sahələrini əhatə 
edir. Manipulyativ idarəetmə  cəmiyyətin ziyalılar təbəqəsinin etirazına gətirib çıxarır. Bunu ziyalıların 
şüurluğunun yüksəlməsi kimi də başa düşmək olar. 
Beləliklə, elitar cəmiyyət nəzəriyyələri kimi «kütləvi cəmiyyət» doktrinası tarixi inkişaf proseslərinin əsas 
aparıcı qüvvələri hesab edilən kütlələrin təşəkkülü, formalaşması  və onun struktur mexanizmlərini  şərh edən 
xüsusi nəzəri təlim formasında yaradılmışdır. 
 
1.16. Elitar və kütləvi mədəniyyət  
sosial-mədəni fenomen kimi 
 
 
Tarixi inkişaf proseslərinin zəruri sosial hadisələri kimi qiymətləndirilən cəmiyyətin təbəqə  və zümrələrə 
parçalanması ideyası elitarizm və «kütləvi cəmiyyət» təlim və nəzəriyyələrində möhkəm yer tutmaqla yanaşı, bu 
parçalanmanın sosial həyatın bütün sahələrinə nüfuz etməsi və təsiri fikri də təsdiq olunur. Belə ideyalardan biri də 
mədəniyyət və incəsənət aləmində özünə yer tutmuş, «elitar mədəniyyət» və «kütləvi mədəniyyət» anlayışlarıdır. 
Əslində bu anlayış və hadisələr yuxarıda haqqında şərh və təhlillər apardığımız mövzuların – elitarizm, «kütləvi 
cəmiyyət» nəzəriyyələrinin tərkib hissələri olmaqla ayrıca konsepsiyalar kimi yaranmış və həyatda özünü təsdiq 
etdirməyə çalışmışdır. «Elitar» və «kütləvi mədəniyyət» anlayışları insanların yaradıcılıq prosesində estetik 
yaşantılara cəlb olunmasının bu və ya digər qatını  əks etdirərək mədəniyyət və incəsənət tarixində  həmişə  fəal 
ideyalar törətmişdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
70
Mədəniyyətdə bu təbəqələşmənin səbəbini və  mənşəyini, ictimai köklərini araşdırmaq üçün bu sosial 
hadisənin tarixi və inkişafı prosesinə müraciət etmək zəruridir. 
Mədəniyyətin unikallığı ondan ibarətdir ki, o, həm ayrı-ayrı fərdlərin yaradıcılığı, həm də kollektiv fəaliyyət 
nəticəsində inkişaf etmişdir. Tarixən yaranmış insan birlikləri içərisində elələri vardır ki, onlar sinfi, dövlət, dini 
birliklərdən fərqli olaraq etnik formada mövcud olub, dil, adət və mədəniyyətin digər xüsusiyyətləri ilə üzə çıxır. 
Belə insan birlikləri tayfa, xalq və millətdir. Tayfa, xalq və millətlərin mədəniyyətləri heç vaxt qapalı, bir-birindən 
ayrı mövcud olmayıb, milləti təşkil edən bütün siniflər üçün xarakterik olan xüsusiyyətlər – ümummilli 
xüsusiyyətlər adlanır. Bunlar ümumi, təbii mühit, tarixi şəraitin təsiri ilə formalaşan spesifik etnik xüsusiyyətlər, 
bütün siniflərin mənafeyinə xidmət edən və hamının iştirak etdiyi siyasi hərəkatlar və s.- dir. Belə ümumilli «et-
nik» xüsusiyyətlər dil, mədəniyyətin ənənəvi formaları (yaşayış yeri, geyim, qida), adət-ənənə, psixi xüsusiyyətlər 
aiddir. 
Mədəniyyət ictimai tarixi proses kimi inkişaf və cəmiyyətin ən vacib formalarından biri kimi insanların 
həyatına nüfuz etdikcə onun nəzəri problemlərinə  də maraq artır və kulturologiya, sosiologiya elmində  əsas 
tədqiqat obyektinə çevrilir. Beləliklə, digər ictimai şüur formaları kimi mədəniyyət haqqında da müxtəlif 
nəzəriyyələr yaranır. Bu nəzəriyyələr mədəniyyətin bütün aspektlərini əhatə edir.  
Mədəniyyət tarixində maraq doğuran nəzəri məsələlərdən bir də onun incəsənətin yaradıcıları  və 
ümumiyyətlə  mədəniyyətin kimlərə aidiyyatı olan müxtəlif konsepsiyalardır. Həmin məsələlərlə  əlaqədar 
mədəniyyətə müxtəlif metodoloji yanaşmalar mövcuddur. Onların bəzilərinə nəzər yetirək.  
Mədəniyyətə marksist yanaşma konsepsiyasında mədəniyyətin mənsubiyyətini sinfi hesab edərək hər bir 
milli mədəniyyətdə inkişaf etməmişdə olsa mütləq iki mədəniyyətin hakim sinfin və istismar olunan 
məzlumların mədəniyyətinin mövcud olduğu da iddia edilir. Onlar sovet hakimiyyəti illərində bu konsepsiyanı 
özlərinə strateji bir fəaliyyət proqramı seçərək «mədəni inqilab» siyasətini həyata keçirməyə çalışmış proletar 
mədəniyyət nümunələrini hər vasitə liə təbliğ etməyə, inkişaf etdirməyə, bəşəriyyətin yaratmış olduğu zəngin 
milli mədəniyyət nümunələrini isə qeyri proletar mədəniyyəti kimi qanundan kənar elan etməyə çalışmışlar; onu 
burjua mədəniyyətinin nümunələri saydıqları üçün ona laqeyd münasibətin bəslənilməsinə, sıxışdırılıb, aradan 
çıxarılmasına nail olmuşlar. Bu da öz növbəsində milli mədəniyyətlərin inkişafına böyük zərbə vurmuş, uzun 
illər bu ölkə daxilində «Rus-Sovet» tipli yeni bir xalqın və  mədəniyyətin yaradılması istiqamətində  mənasız 
cəhdlər göstərilmişdir. Təbii ki, «sovet xalqı» kimi vahid sovet mədəniyyəti anlayışları da demokratik proseslər 
başlayanda sabun kimi partlamış, özünü real həyatda təsdiq edə bilməmiş  və ancaq kağız üzərində quru bir 
nəzəriyyə şəklində mövcud olmuşdur.  
Mədəniyyətin mənsubiyyətinə yanaşma məsələsində digər yayılmış konsepsiya «elitar və kütləvi 
mədəniyyət» haqqındakı nəzəriyyələrdir. Xüsusilə bu yanaşmalar müasir Qərb mədəniyyətşünaslığında möhkəm 
yer tutmuşdur. «Elitar mədəniyyət konsepsiyasının nəzəriyyəçiləri bu mədəniyyətin mahiyyətini «mədəniyyət 
mədəniyyət üçündür» və ya «sənət sənət üçündür» tezisi ilə ifadə etməyə çalışırlar. Bu nəzəriyyənin müəllifləri 
mədəniyyət və incəsənəti yalnız bir qrup adamın malı hesab edir, xalq kütlələrinin bu zəngin mənəvi sərvətdən 
məhrum olduqlarını, onu başa düşmədiklərini elan edirlər. Bu konsepsiyanın müəlliflərinin fikirlərinə görə 
mədəniyyəti yaradan da, istiqamətləndirən də «elitar» sayılan təbəqənin nümayəndələridir. Xalq isə, nə onun 
yaradılmasında, nə də bu sərvətlərdən bəhrələnməkdə iştirak etmir. 
Bu qısa icmaldan göründüyü kimi, cəmiyyətin təbəqələşməsi kimi, mədəniyyətin də  təbəqələşməsi 
məsələsini üzə  çıxaran nəzəriyyəçilər elitar mədəniyyəti elitarizmin əsas tərkib hissələrindən biri kimi 
qiymətləndirirlər. Əvvəlki fəsildə biz elitar təbəqənin spesifik xüsusiyyətlərini şərh edərək bu problemi müxtəlif 
aspektlərdən izah edənlərin fikirləri üzərində dayandıq. cəmiyyətin elitasını  bəziləri hakim təbəqədə görürsə, 
digərləri onu qnoseoloji mənşə ilə  əlaqələndirərək bu təbəqəyə yalnız düşünən «beyinləri» aid edirlər. Onlar 
ictimai tərəqqini təmin edənlərdir.  
Elitarizmin əsas ideya istiqamətlərindən birini də cəmiyyətdə elitanın mövcudluğunun zərurəti haqqındakı 
tezis təşkil edir. Həmin tezisə görə  cəmiyyətdə elitanın mövcudluğunun vacibliyi ona görədir ki, o, 
«mədəniyyətin yaradıcısı», sivilizasiyanın təminatçısıdır. Bu fikrə proletariatın rəhbəri kimi tarixə düşmüş 
V.İ.Leninin ifadəsində  də rast gəlirik: «…Hər bir milli mədəniyyətdə, inkişaf etməmiş  də olsa demokratik və 
sosialist mədəniyyət ünsürləri vardır, çünki bir millətdə zəhmətkeş və istismar olunan kütlə vardır və onun həyat 
şəraiti labüd surətdə demokratik və sosialist ideologiya dövrüdür. Lakin hər bir millətdə, habelə burjua, çox za-
man isə hətta qaragüruhçu və klerikal mədəniyyət də vardır. Həm də yalnız «ünsürlər» şəklində deyil, hakim 
mədəniyyət şəklindədir. 
Mədəniyyətdə  də  təbəqələşmə prinsipini zəruri hesab edənlər onun əsas köklərini sosial amillərlə izah 
etməyə çalışırlar. Bu cür izahı, xüsusilə «sosialist və burjua ideologiyası»nın mövcudluğunu iddia edən 
nəzəriyyəçilərin tədqiqatlarında aydın hiss etmək mümkündür. Marksist nəzəriyyəçi hesab edilən V.İ.Leninin 
yuxarıdakı fikri hakim sinfin və geniş kütlənin ayrı-ayrılıqda mədəniyyətə sahib olmasını təsdiqləsə də, o, hər 
iki mədəniyyətdən bir vahid «proletar mədəniyyəti»nin formalşdırılmasını sosializmin ən böyük vəzifələrindən 
hesab edirdi. «İncəsənət xalqa məxsusdur!», «Mədəniyyət hamı üçündür!» - ifadələri də bu ideyanın qısa tezisi 
idi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə