Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   246

 
73
Ümumiyyətlə, kulturoloq və sosioloqlar mədəniyyətin elitarlığının keyfiyyət və  həm də  kəmiyyət 
dəyişikliklərinin zəruriliyi haqqında öz konsepsiyalarında müxtəlif müddəalarla çıxış etmişlər. Bunun 
səbəbəbini bir neçə amillə izah etməyə də çalışmışlar. Bu amillərdən ən başlıcası, kütləvi mədəniyyətin geniş 
vüsəti ilə izah edilir.  
Rus mühafizəkar filosof-ekzistensialisti N. Berdyayev elitar mədəniyyətin «katakombası» 
konsepsiyasında bu mədəniyyətin üzə  çıxması  və «kütləviləşmə»də ölməsi fikrini irəli sürür. «Yüksək 
mədəniyyət yalnız az adama lazımdır. Bəşəriyyətin orta səviyyəli təbəqəsi üçün orta səviyyəli mədəniyyət 
gərəkdir. Elm və incəsənət, fəlsəfə  və poeziya demokratik yolla yaradıla bilməz. Mədəniyyətin aritsokratik 
mənbələrinin bağlanması – bütün mənbələrin itməsi deməkdir». 
Artıq XX əsrin 60-70-ci illərində elitar və kütləvi mədəniyyət arasındakı fərqlərin şərtilik və nisbiliyini 
təsdiq edən mülahizələrə rast gəlmək mümkündür.  
Fikrimizi Orteqa-i-Qassetin kulturoloji nümunəsi  əsasında izah edə bilərik. O, elitar və kütləvi 
mədəniyyət arasındakı fərqləri mütləqləşdirərək popyular və qeyri-populyar incəsənəti ayırır. Bu mənada Orte-
qa-i-Qasset bir fikri də belə izah edir ki, populyar müəyyən zaman çərçivəsində qeyri-populyara keçə bilər. 
Yalnız «prinsipial cəhətdən qeyri-populyar olan» populyara çevrilə bilməz. Ancaq sonuncu söylədiyimiz, filoso-
fun fikrincə  həqiqi elitar olub, ötürülməz dəyərə malikdir. Nümünə kimi Orteqa-i-Qasset Pikasso və Brakın 
rəngkarlığını, Pirandellonun dramlarını, Debüssi və Stravinskinin musiqisini misal göstərir. Lakin Orteqa müa-
sir günümüzə qədər yaşasaydı (0, 1955-ci ildə vəfat edib), bu təsnifatın nə qədər ötəri olduğunun şahidi olardı. 
Belə ki, adlarını  fəxrlə  çəkdiyi bu sənətkarların  əsərlərinin min nüsxələrlə tirajlandığının və geniş tamaşaçı 
kütləsi qarşısında popylarlaşdığının şahidi olardı.  
60-cı illərdə isə, T.Adorno Orteqa-i-Qassetin təsnifatına uyğun elitar və kütləvi mədəniyyətə yönəldilmiş 
bədii şüurun tipologiyasını yaratmışdır. O, «təmiz elitardan» (yüksək mədəniyyətə malik, ali təhsilli dinləyici) 
başlamış  şlyagerlə  fəxr edən, ruhların emosional dinləyici tiplərinə  qədər olan musiqi dinləyicilərinin səkkiz 
tipini müəyyən etmişdir. Bu tədqiqat zamanı Adorno belə bir nəticəyə gəlir: demək olar ki, şüurun xalis elitar və 
ya kütləvi tipi yoxdur, qarışıq tiplər üstünlük təşkil edir. Bu isə onu təsdiq edir ki, xüsusiləşdirilmiş elitar və 
kütləvi mədəniyyətlər yoxdur, sadəcə olaraq daxilən parçalanmış vahid mədəniyyət fenomeni mövcuddur. 
Kulturoloqların fikrincə elitar və kütləvi mədəniyyətlərin uyğunlaşma və ya birləşməsində qeyri-adi bir 
şey yoxdur. Sadəcə olaraq elitar mədəniyyət kütləvi mədəniyyətin törəməsi kimi zəruri formada meydana çıxır. 
Kütləvi mədəniyyətin ekspansiyası cəmiyyətdə bir submədəniyyətin digəri ilə əvəz olunmasına şərait yaradır ki, 
bu da elitar avanqard mədəniyyət səviyyəsində özünü təzahür etdirir. 
Deməli, əslində elitar və kütləvi mədəniyyətlər vahid bir mədəniyyətin ayrı-ayrı formaları kimi təşəkkül 
tapır. 60-cı illərin sonunda «kütlə  tərəfindən dərk edilməyən» azlığın mədəniyyəti məxfi  şəkildə «avanqard 
mədəniyyət» adı altında kütləvi mədəniyyətin amansız düşməni kimi özünü göstərməyə başlayır. Sonralar 
müşahidə olunmağa başlayır ki, bu mədəniyyət elitarlığın bir təbəqəsini təşkil edir. Bu, elitar avanqardizm 
adlandırılır.  
Azərbaycan incəsənətində elitar avanqardizm, xüsusilə, musiqi sahəsində görkəmli yer tutmuşdu. Fəlsəfə 
elmləri namizədi V.Gərayzadənin bu sahədəki elmi tədqiqatı və onun nəticələri bu fikirləri təsdiqləyən ən ciddi 
elmi mənbələrdəndir. Müəllif «Elitar və kütləvi incəsənət Azərbaycan mədəniyyəti kontekstində» adlı 
namizədlik dissertasiyasında bu mədəniyyət formalarının ölkəmizdəki təzahürünü şərh etmişdir. Xüsusilə, mu-
siqi timsalında tədqiqatçı «pop-musiqi»ni kütləviliyin fenomeni kimi təhlil edirsə, caz musiqisini elitarlığın ən 
bariz nümünəsi kimi sübüt edir. Bu tədqiqat  əsərində caz musiqisinin tarixi inkişaf məsələləri və elitar 
incəsənətin nümunəsi kimi təkamülü araşdırılır. Amerika və Afrika folkloru ilə sıx bağlı olan və zənci xalqının 
yaratdığı enerjini təcəssüm etdirən caz musiqisinin rəngarəng emosional – cəlbedicilik xüsusiyyətləri onun tarixi 
inkişaf prosesində beynəlmiləl xarakter kəsb etməsinə  səbəb olur. Artıq XX əsrin 60-cı illərində caz daha da 
mürəkkəbləşərək elitarlıq kəsb edir, kütlələr tərəfindən daha çətin dərk olunmağa başlayır. 70-ci illərin 
əvvələrində bir sıra harmonik, ritmik və texniki xüsusiyyətləri saxlamaqla caz-rok və digər istiqamətlər meyda-
na çıxır. Sözsüz ki, bu incəsənət növü yalnız onu dərk edənlərin «malına» çevrilərək öz elitarlığını sübut etdirir. 
Müəllif öz tədqiqatında elitarlığı yaradıcılığının estetik üsul və istiqamətləri ilə əlaqələndirir.  
Musiqidə avanqard cərəyanların  ən yeni nümayəndələri,  Ştokhauzendən başlamış Keyçə  qədər bu 
xususiyyətləri elmi şəkildə təhlil edirlər.  
Azərbaycan musiqisinin elitar formasının təşəkkülündə  Qərb və  Şərq musiqilərinin qovuşmasının 
müstəsnalığı Andre Malro, Qassetin fəlsəfi-estetik  əsərlərində özünəməxsus yer tutmuşdur. Xüsusilə, 
Azərbaycan musiqi həyatında bu qovuşma Qara Qarayevin («Yeddi gözəl» baleti), Fikrət  Əmirovun 
(«Azərbaycan kapriççiosu», «Min bir gecə» baleti) və s. əsərlərində hiss olunmaqda idi.  
Mədəni sintezin qeyri-adi məhsulu olmaqla caz Azərbaycanda, muğam sənəti zəminində təşəkkül tapdi. 
İlk vaxtlar nəinki kütlələr tərəfindən, hətta professionallar tərəfindən belə narazılıqla qarşılanan Azərbaycan cazı 
müəyyən zaman müddətində öz unikallığı ilə elitar bir sənət olduğunu sübut etdi. Tezliklə elitar avanqard musi-
qinin bir növü kimi caz Azərbaycan musiqi sənətinin digər səviyyələrində özünü nümayiş etdirməyə başladı. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə