Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   246

 
72
mədəniyyətə basqını prosesi davam edərsə, dünya yenidən özünün əvvəlki vəziyyətinə – barbarlığa qayıdacaq. 
Sözsüz ki, Orteqa-i-Qassetin bu fikirlərindəki qətilik və  sərtilik kütlələrin mədəniyyət tarixindəki rolunun 
inkişaf etməsi ideyasından irəli gəlirdi. Lakin həqiqətdə isə, ispan filosofu bu məsələdə müəyyən mənada səhv 
mövqe tuturdu. Orteqa-i-Qassetin həmin fikri qorxu, təhlükə məzmunu kəsb edirdi. Əslində isə kulturoloq və 
sosioloqların dəfələrlə söylədikləri fikirlərdə mədəniyyətin tərəqqipərvər inkişafında xalq kütlələrinin imkanları 
və rolu əhəmiyyətli dərəcədə qiymətləndirilir. Orteqa-i-Qassetin elitar mədəniyyət haqqındakı ideya və 
müddəaları 1925-ci ildə  nəşr olunmuş «incəsətin dehumanistləşməsi» adlı görkəmli fəlsəfi  əsərində 
özünəməxsus şəkildə təhlil olunmuşdur. Bu əsərində müəllif yeni və köhnə incəsənət, mədəniyyət anlayışlarını 
izah edir və onların ictimai, sosial, mədəni köklərini,  əlamətlərini üzə  çıxarır. Köhnə  və yeni incəsənət 
problemlərinə toxunaraq Orteqa-i-Qasset hər iki incəsənət arasındakı fərqi yeni mədəniyyətin cəmiyyətin kütlə 
təbəqəsinə deyil, məhz elitasına ünvanlandığında görür. Bu tezisdən irəli gələrək müəllif belə bir fikri də iddia 
edir ki, yeni mədəniyyətin, incəsənətin populyar olması, daha doğrusu, ümuminsani olması və hamı tərəfindən 
dərk edilməsi mütləq deyil və həm də mümkün deyil! 
Yeni incəsənət,  əksinə, insanları real həyatdan kənarlaşdırmalıdır. «Dehumanistləşmə» - XX əsr yeni 
incəsənətinin bünövrəsini təşkil etməlidir, - Orteqa-i-Qassetin irəli sürdüyü tezis budur. Həmin tezisin təhlilini 
müəllif aşağıdakı kimi izah edir: «…yeni incəsənət publikanı iki sinfə - onu başa düşənlər və onu başa 
düşməyənlərə bölür… Yeni incəsənət – xalis bədii sənətdir». (Orteqa-i-Qasset X.Gstetika. Filosofiə kulğturı. M. 
1991 s.224). 
Orteqa-i-Qassetə görə elita - cəmiyyətin irsi aristokratiyası  və ya imtiyazlara malik təbəqəsi deyil o
cəmiyyətin xüsusi «qavrama, həssaslıq orqanına» malik olan hissəsidir. Məhz cəmiyyətin bu hissəsi ictimai 
tərəqqini yaratmağa qadirdir. Bütün professionallar öz yaratdıqları  əsərlərlə  cəmiyyətin bu hissəsinə müraciət 
etməlidirlər. 
İspan filosofu yeni incəsənətin cəmiyyətin elitar hissəsi üzərindəki şəkildə ifadə etmişdir. Yeni incəsənət 
«…yaxşıların» özünü dərk etməsinə, … mövqelərinin dərkinə; azlıqda olmaqla çoxluqla mübarizə aparmağı bir 
vəzifə kimi başa düşməsinə …» köməklik göstərməlidir.  
Kütlə  mədəniyyətinə etinasızlıq, bəzən də nifrət, elitar mədəniyyətə isə  rəğbət və onun müdafiəsi XX 
əsrin bir sıra kulturoloqlarının  əsərlərində  qırmızı  xətlə keçir. c.Santayana yazırdı: «Mədəniyyət çətin 
vəziyyətdir:  əgər o, dərin və mötəbərdirsə nadir hesab edilməli, geniş yayılıbsa orta səviyyəli hesab 
edilməlidir… Aritstokratiyanı  məhv etmək … mədəniyyəti törədən mənbəni məhv etmək deməkdir».  Şair və 
publisist kimi tanınan T.Eliot və E.Paund hesab edirlər ki, mədəniyyət sırf mənəvi elitaya aid olub, xalqla heç 
bir əlaqəsi yoxdur. Əksinə, «ətalətli kütlə» mədəniyyət yaradıcısının fərdilik və novatorluğunu boğur.  
T.Adornaya görə, elitar mədəniyyət onu yaradanların özünütəzahürü, özünüifadəsidirsə, «kütləvi 
mədəniyyət» kütlənin tələbatına görə yaradılır, - yəni bu istehlak mədəniyyətidir. Adorno hesab edir ki, elitar və 
«kütləvi» mədəniyyət dilemması ümumsosioloji deyil, tarixi fenomendir. Belə ki, «kütləvi mədəniyyət»- tarixdə 
görünməmiş hadisədirsə, elitar mədəniyyət səbəb deyil, «kütləvi» mədəniyyətin nəticəsidir; belə ki, o, öz sənət 
əsərlərinin kütləvi standartlar səviyyəsinə enməsini arzulamayan sənətkarın sığınacağıdır. Əsil, həqiqi mədəni 
elita kütlə üzərində hökmranlığa can atmağ istəyənlər deyil, əksinə, kütlədən ayrılıb özünə qapılanlardır. 
T.Adorno öz ideyalarında həm liberal, həm də anarxist mövqedən çıxış edir. Belə ki, o, bir tərəfdən, inhisarçı 
dövlətin konformist mədəniyyətinə qarşı  çıxış edir, digər tərəfdən, özünü anarxist qrupun mövqelərinin 
müdafiəçisi kimi təzahür etdirərək tərəqqipərvər qüvvələrlə  əlaqəsi olmadığını nümayiş etdirir. Tərəqqipərvər 
qüvvələrdən ehtiyat edərək T.Adorno hesab edir ki, onlar doqmatizm və konformizm qorxusu törədir.  
Bu fikirlərlə, xüsusilə, elitar mədəniyyət haqqında irəli sürülən konsepsiya və ideyalarla barışmayan və 
uzun müddət onun mövcudluğunu aradan qaldırmaq üçün yollara əl atan proletariatın rəhbəri V.İ.Lenin məşhur 
şüarı olan «incəsənət xalqa məxsusdur» ilə  məzmunca yeni bir mədəniyyətin təşəkkülünə  cəhdlər göstərirdi. 
Bunlar həm də «incəsənət elitaya məxsusdur» tezisinə qarşı qoyulmuşdur. Bu şüarı irəli sürənlər kulturoqlar idi. 
Amerikalı sosioloq J.Barzan bu fikrə tərəfdar çıxaraq göstərirdi ki, kapitalizm kütlələri elə bir vəziyyətə salıb ki, 
onların icsənət və mədəniyyət ilə maraqlanmağa belə həvəsləri və imkanları yoxdur. 
Müasir cəmiyyətdə elita dedikdə T.Eliot və digər tənqidçilər Qərbin hakim-iqtisadi, siyasi elitasını deyil, 
«mənəvi elitasını  nəzərdə tuturdu». Əlbəttə, bu tənqidçilərin hakim elitanın mənəvi simasındakı  şübhələrinə 
müəyyən əsasları vardı. Sosioloqların tədqiqatları göstərdi ki, maliyyə oliqarxiyası elitasının səviyyəsi çox aşağı 
mədəni standartlarla xarakterizə edilir. Sosioloji tədqiqatlarda qoyulan «Niyə biznesmenlər ciddi kitablar 
mütaliə etmirlər?» sualına cavab aşağıdakı məzmunda ifadə olunurdu: bir qayda olaraq biznesmenlərin mütailə 
dairəsi çox məhdud xarakter daşıyaraq yalnız əyləncəvi məzmun kəsb edir. 
Mədəniyyətin sosial forması kimi qiymətləndirilən elitar mədəniyyətin ictimai proses və hadisələrə, xüsusilə, 
kütləvi mədəniyyətin vüsəti nəticəsində  bəzi keyfiyyət dəyişikliklərinə  məruz qalması haqqında müasir kultorolo-
giyada ideya və fikirlər səslənməkdədir. Müasir kulturologiya bunu, hətta elitar mədəniyyətin kütləvi mədəniyyəti ilə 
müəyyən mənada birləşmək meylləri ilə izah edir. Xüsusilə, son vaxtlarda hər iki mədəniyyətin sintezi «zövq 
mədəniyyəti» anlayışının formalaşmasına səbəb olmuşdur: yəni mədəniyyət istehlakçılarının ehtiyaclarına uyğun bir 
mədəniyyət. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə