Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   246

 
82
Müasir Azərbaycan həyat və  məişətində kütləvi tamaşalar müxtəlif siyasi, ictimai hadisələrlə yanaşı milli 
bayram və ənənələrdə özünü daha çox təzahür etdirir. Baharın gəlişinə həsr edilmiş Novruz mərasim və bayramları 
daha böyük əhəmiyyət kəsb edir. 
Musiqi də kütləvi mədəniyyət fenomeninin mühüm formalarından biri hesab edilir. Milli professional 
musiqimizin banisi Ü. Hacıbəyov və onun ardıcılı M.Maqomayev milli musiqi sənətinin inkişaf yolunu 
Azərbaycan musiqi mədəniyyəti ənənələri ilə dünya klassik musiqi nailiyyətlərinin məntiqi vəhdətində görürdü. 
Milli Azərbaycan musiqisi, aşıq musiqisi muğam üzərində  təməl taparaq özünün bir sıra kütləvi formalarını 
təzahür etdirmişdir. Xüsusilə, teatr və kino musiqisi sahəsində yaradılan  ən gözəl nümunələr kütlələrin 
sevimlisinə çevrilmişdir. Kino, teatr özü kütləvi sənət növü olduğu kimi bunlar üçün bəstələnmiş musiqi də 
kütlə  tərəfindən anlaşıqlı, aydın və  şən, sadə mahiyyət kəsb etməli idi. Azərbaycan professional musiqisində 
Tofiq Quliyev, Rauf Hacıyev, cahangir cahangirov və digərləri kimi kütlələrin ruhunu tələbini duyan gözəl 
bəstəkarlar yetişmişdir. Bu bəstəkarların yaratdıqları mahnılar zaman və dövründən asılı olmayaraq kütlələrin 
böyük həvəs və həyəcanla dinlədikləri musiqi nümunələridir. 
Hələ professional musiqinin təməli qoyulan dövrlərdən görkəmli bəstəkarımız Ü.Hacıbəyov xalq 
kütlələrinin mənəvi zənginliyini formallaşdırmaq və  təkmilləşdirmək məqsədilə sadə anlaşıqlı musiqinin 
yaradılmasına çox yüksək qiymət verirdi. Görkəmli bəstəkar nəinki təkcə musiqidə, bütövlükdə milli 
mədəniyyət və incəsənətdə «kütləvilik» tendensiyasını alqışlayır. Bu tendensiyanın kökündə geniş xalq 
kütlələrinin tələb və marağına cavab verən prinsiplər – sadəlik, aydınlıq, anlaşıqlıq dururdu. «Sovetləşdirmə» 
mərhələsində bu tendensiyaya daha böyük tarixi ehtiyac vardı. 
Müasir gündə Azərbaycan musiqisində «pop-musiqi» kütləviliyin fenomeni olub, gənclər sənəti kimi 
qiymətləndirilir. Bu musiqi özünün «yüngüllüyü», «əyləncəviliyi» ilə seçilir. 
Qərbi Avropa və ABŞ-da kütləvi musiqinin saysız-hesabsız lirik, məişət rəqsləri, rok-musiqi, folk-rok, 
art-rok, xard-rok, latin-rok kimi növləri formalaşır ki, onun təzahürləri Azərbaycanda özünü nümayiş etdirir. 
Son illər musiqinin bu kütləvi sahəsində respubliikamızda bir sıra yeni musiqi qrupları, dəstələri 
yaradıcılıq fəaliyyəti göstərir. Bu musiqi qruplarının  əksəriyyəti öz yaradıcılıq üslublarını milli klassik 
musiqimizin bünövrəsi sayılan muğam üzərində quraraq çox maraqlı pop, rok musiqi nümunələrini yaradırlar. 
Bu sahədə Azərbaycan gəncləri arasında çox populyar qrup sayılan «Rast» rokla yanaşı, muğamın da təbliğində 
böyük tərbiyəvi rol oynayır. 
Azərbaycvanda kütləvi mədəniyyətin ən spesifik forması kimi kino da özünəməxsus tərbiyəvi əhəmiyyət 
kəsb etmişdir. Azərbaycan kinosu öz kütləvi xarakterinə görə keçmiş sovet ölkələri içərisində seçilib-
sayılanlardan olmuşdur. Əvvəla, öz yaranma tarixinə görə Zaqafqaziyada ilkin sayılan Azərbaycan kinosunun 
kütləviliyi onun mövzu və  məzmun dairəsində, forma aydınlığında, yüngül qavranılmasında idi. Xüsusilə, 
«sovetləşdirmə» dövrünün məhsulları kimi qiymətləndirilən «Ögey ana», «O olmasın bu olsun», «Arşın mal 
alan», «Əhməd haradadır», «Sehirli xalat», «Bir qalanın sirri», «Böyük dayaq», «Görüş» və digər filmlər məişət 
xarakterli olmaqla yanaşı, həm də öz sadəliyi, əyləncəviliyi ilə kütlələrin ruhuna, əhvalına hopurdu. Məhz elə bu 
keyfiyyətlərinə görə həmin filmlər onları müasir gündə də baxımlı edir. Müasir tamaşaçı üçün bu gün çox bəsit, 
həddən artıq sadəlövh görünən həmin filmlər kütləviliyin əlaməti ilə izah edilir. 
Beləliklə, kütləvi mədəniyyət ictimai kökləri ilə tarixin dərinliklərinə gedib çıxan sosial-mədəni 
hadisələrdən biri olmaqla, elmi-texniki tərəqqi sayəsində XX əsrdə daha geniş vüsət tapmış bir fenomendir. 
 
1.17. Azərbaycan mədəniyyətinin inkişaf problemləri 
 
 
Müasir Azərbaycan mədəniyyətinin xüsusiyyətləri bir sıra cəhətləri ilə diqqəti cəlb etməkdədir. Əvvəla, 
xalqın həyatında baş verən milli, siyasi oyanışlar, tarixi dövrün səciyyəsi həmin xüsusiyyətlərin mahiyyətini 
kəsb edirdi. Bu mənada XX əsr milli təfəkkür tarixində mürəkkəb bir hadisə kimi diqqəti cəlb edir. Belə ki, milli 
təfəkkür təkcə Qərb yönümü ilə Şərq yönümünün münasibəti üzərində düşünməklə qalmırdı, onun öz daxilində 
mübarizə gedirdi: klassik təfəkkür (Şirvan mühiti) Şərq yönümü ilə ittifaqa girib vaxtilə intibah mədəniyyətini 
yaradan (və yeni zamanda intibahın məhsulu olan) folklor (xalq) təfəkkürünü sıxışdırmışdı. 
XX əsrin 20-ci illərindən başlayaraq şifahi xalq ədəbiyyatının toplanıb nəşr edilməsi, bolşevik inqilabının 
qələbəsilə  əlaqədar olaraq ümumi mədəniyyətin ictimailəşməsi (kütləviləşməsi) demokratik olanı 
normalaşdırır.( N.Jəfərov – «Ədəbiyyat və injəsənət» qəzeti, 1978, 11 mart.) 
Azərbaycan mədəniyyətinin məhz bu dövrünün daxili dinamikası bir daha sübut edir ki, bu tarixi 
mərhələdə ən müxtəlif, hətta bir-birini inkar edən bədii mövcudluqlar bəzən ardıcıllıqla, bəzən də paralel olaraq 
ortaya çıxmışlar. 
XX əsrin 60-cı illəri Azərbaycan mədəniyyətinin «sosialist, kommunist mədəniyyəti»nin formalaşmasının 
ən «məhsuldar» dövrü kimi qiymətləndirilirdi. Lakin bütün bunlarla yanaşı, həmin zaman kəsiyində  ədəbi-
estetik düşüncə daha çox mövcud ideologiyanın, «nəsihət» və «dərs»lərindən boyun qaçırırdı.  Əsrin ortaları 
Azərbaycan tarixinin elə  məqamı idi ki, ictimai-siyasi sıxıntılar mərhələsində  çırpınan həqiqət və azadlıq 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
83
çarçıları onları sarımış yalan, hiylə, saxtakarlıq ilğımından sivrilib çıxmaq, ayıq danışmaq istəyirdilər. Artıq 
dövr özünün estetik, fəlsəfi, siyasi düşüncələrini doğurdu. Artıq bu gün, yəni müstəqillik qazanmış azad 
Azərbaycan Respublikasında mədəniyyətin inkişafı üçün hərtərəfli geniş imkanlar açılmışdır. Bu, hər  şeydən 
əvvəl, Azərbaycan mədəniyyətinin dünya sivilizasiyalarına inteqrasiyası, Avropa mədəniyyətləri ilə qarşılıqlı 
əlaqəsi üçün ən münbit zəmin formalaşdırır. 
90-cı illərdən müstəqilliyə qovuşmuş ölkədə mədəniyyətin inkişafı, tərəqqisi üçün atılan bir sıra addımlar 
bu sahədəki işlərin başlanğıcı kimi dəyərləndirilməlidir. Xüsusilə, mədəniyyətin statusunun 
müəyyənləşdirilməsində Azərbaycan dövlətinin hüquqi-normativ sənədlərində aparılan yenidənqurma buna 
əyani sübutdur. Azərbaycan Demokratik Respublikasının ali qanunu olan Konstitusiya (1995, 12 noyabr), 
Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Tarix və  Mədəniyyət abidələrinin 
Qorunması haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Muzey işi haqqında Qanunu (1992), Təhsil 
Qanunu ölkədə mədəniyyətin yeni ideologiya, yeni humanist prinsiplər əsasında mədəniyyətin tərəqqisinə geniş 
yol açmış oldu. Bunlar isə milli müstəqil mədəni siyasətin formalaşması üçün ən zəruri və vacib amilidir. Dünya 
mədəniyyət təcrübəsi sübut edir ki, mədəni siyasətin başlıca mahiyyətini, cəmiyyətin daha möhkəm inkişafını 
təmin etmək, həyat şəraitinin keyfiyyət göstəricilərinin yüksəldilməsi təşkil edir. 
Xüsusilə, bədii mədəniyyət sahəsində azad düşüncə  tərzi, mövzu seçmə müstəqilliyi sənətin inkişafı, 
istedad və qabiliyətlərin üzə çıxarılması üçün əlverişli tarixi məqam oldu. Lakin bütün bunlarla yanaşı, müasir 
Azərbaycan mədəniyyətinin bu gün narahat, problem doğuran məqamları da mövcuddur. Xüsusilə, 
Azərbaycanda kütləvi mədəniyyətin dinamikasında bir sıra cəhətlər milli mentalitet üçün ciddi narahatçılıq 
doğurur. İncəsənətin müxtəlif janrlarında, daha çox musiqidə, teatrda bayağılıq, yüngül janrların üstünlük təşkil 
etməsi, bir tərəfdən, insanların zövqlərinin deformasiyasına, xüsusilə  də, gənclərin  əsil sənətin dərkindən, 
aşılanmasından uzaq düşməsinə, digər tərəfdən isə, çox dərin köklərə, zənginliklərə gedib çıxan klassik 
incəsənətimizin unudulmasını təmin etmiş olur. 
Azərbaycan mətbuatında yaranan qəzet-jurnal bolluğu, televiziya və radio kanallarının çoxluğu, bəzi 
hallarda özünün birbaşa vəzifəsinə deyil, əks istiqamətə yönəldilmiş olur. Bütün mədəniyytələr kimi, 
Azərbaycan mədəniyyəti, incəsənəti də öz hümanist prinsipləri ilə zaman-zaman tərbiyə funksiyasını yerinə 
yetirmişdir. Bu gün əsas məqsədlərdən biri, məhz mədəniyyət vasitəsilə tərbiyəni inkişaf etdirmək, humanizmi 
təbliğ etməkdir. 
Tarix sübut edir ki, cəmiyyətdəki transformasiya həmişə sosial-iqtisadi gərginliklərlə üzləşdiyi üçün o 
mütləq mədəniyyətin stabilliyi və ya inkişaf dinamikasına təsir edir. Bu, xüsusilə, son on il ərzində Azərbaycan 
Respublikasında öz təzahürünü aydın  şəkildə göstərməkdədir. Xüsusilə, insan təbəqələrinin sosial 
statuslarındakı  dəyişikliklər mənəvi mədəniyyətə dağıdıcı  zərbə vurur. Fikrimizi daha da aydınlaşdıran fakt 
respublikada son on il ərzində insanların kütləvi istirahəti üçün geniş imkanlara malik mədəniyyət 
müəssisələrinin – klub, mədəniyyət sarayları, evləri, kitabxanaların bağlanması  və ya digər məqsədlər üçün 
istifadəyə verilməsi hallarıdır. Düzdür, bu gün respublikada, xüsusilə, Bakı  şəhərində dünya standartlarına, 
müasir tələbatlara cavab verə bilən yaraşıqlı, hətta möhtəşəm mədəniyyət müəssisələrinin – istirahət və mədəni 
əyləncə obyektlərinin təşkilində irəliləyişlər  əldə edilmişdir. Lakin bunlar kimə xidmət edir? Kütləyə, yoxsa 
müəyyən təbəqəyə?! İkincisi daha doğrudur! Bazar iqtisadiyyatı qanunlarına tabe olan mədəniyyət obyektlərinin 
bu prinsip əsasında fəaliyyəti qanunauyğun haldır! Mədəniyyətin müvafiq sahəsində yaranan bu vəziyyət 
cəmiyyət daxilində müəyyən narazılıqla da qarşılanır ki, bu da Azərbaycan mədəniyyətinin bu günkü 
problemlərindəndir! 
Hazırda Azərbaycan Respublikasında gedən ciddi sosial-iqtisadi, mənəvi, mədəni dəyişikliklər 
mədəniyyətin mühüm sahələrindən biri olan təhsildə  də öz əks-sədasını göstərməkdədir. 1992-ci ildə  qəbul 
edilmiş  Təhsil Qanunu hazırda təkmilləşdirilərək təhsilin bütün sahələr və  səviyyələr üzrə yenidən qurulması 
məqsədilə islahatlarla müşahidə olunmaqdadır. Təhsil və elmdə gedən bu geniş miqyaslı islahatlar Azərbaycan 
mədəniyyətinin dünya sivilizasiyasına qədəm qoymasına, habelə qabaqcıl dünya ölkələrinə inteqrasiya etməsinə 
əhəmiyyətli təsir göstərir. 
Hazırda yeni mədəni siyasətin formalaşaraq təkmilləşdirilməsi Azərbaycan mədəniyyətindəki 
problemlərin aradan qaldırılmasına, o cümlədən inkişafına əlverişli şəraitin yaradılması deməkdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə