Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/246
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19465
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   246

 
78
cəmləşdirməyə başladı. Bir qayda olaraq, nümunə timsalında iki yazıçının yaradıcılığı haqqında danışmaq 
məqsədə müvafiqdir: bunlardan biri ingilis yazıçısı Daniel Defo (1660-1731) hesab edilir ki, onun məşhur 
«Robinzon Kruzo» adlı əsər-romanı nəinki o dövrün, hətta müasir oxucuların böyük əksəriyyətinin ən maraqlı 
əsərinə çevrilmişdir. Digər yazıçı isə 481 sayda müxtəlif həyat tərzinə malik olan və böyük risk tələb edən peşə 
adamlarının – müstəntiq, hərbçi, oğru, fahişə  və s. obrazlar yaradan Matvey Komarovdur (1730-1812). Onun 
«İngilis milordu Georginin macəraları haqqında povesti» və digər populyar kitablarının adlarını  çəkmək olar. 
Hər iki müəllifin əsərləri sadə və aydın dildə yazılmışdır ki, bu da kütləvi mütaliə, üçün ən zəruri şərtdir. 
3.
 
1870-ci ildə Böyük Britaniyada qəbul edilmiş  məcburi ümummilli savadlılıq haqqında Qanun kütləvi 
mədəniyyətin inkişafına ciddi təsir göstərdi. Bu Qanun XIX əsrdə  bədii yaradıcılığın  əsas növü olan roman 
janrının inkişafına böyük təkan verdi. 
Yuxarıda qeyd olunanların hamısı kütləvi mədəniyyətin ilkin tarixidir. Amma kütləvi mədəniyyətin 
konkret tarixi Amerika Birləşmiş Ştatlarına, XIX-XX əsrlərə aiddir. 
Tanınmış Amerika politoloqu Zbiqnev Bjezinski bu haqdı çox yerində deyilmiş bir ifadə  işlətmişdir: 
«Əgər Roma dünyaya hüququ, İngiltərə parlament fəaliyyətini, Fransa – mədəniyyət və respublika millətçiliyini 
bəxş etmişsə, müasir ABŞ – elmi-texniki inqilab və kütləvi mədəniyyəti vermişdir». 
Kütləvi mədəniyyətin təzahür fenomeni aşağıdakı qaydada müəyyən olunur. XIX-XX əsrlər Avropa və 
Amerika həyatının kütləvi şəkildə dərk edilməsi xarakterik və səciyyəvi idi. Kütləviləşmə prosesinin mahiyyəti 
və  məzmunu haqqında  əvvəlki fəsildə çox geniş  təhlillər verilmişdir. Təkrar olmasın deyə, sadəcə onu qeyd 
etmək kifayətdir ki, bu kütləviləşmə iqtisadiyyat, siyasət, idarəetmə  və insanların ünsiyyəti kimi cəmiyyətin 
bütün sahələrini əhatə edir. 
«Kütləvi mədəniyyət»in daha dərin təhlili Kanada sosioloqu M.Maklyüen (1911-1980) tərəfindən 
verilmişdir. O da D.Bell kimi belə bir nəticəyə gəlir ki, kütləvi kommunikasiya yeni mədəniyyət tipini yaradır, 
formalaşdırır. Özünün «Quterberqin qalaktikası», «Rabitə vasitələrinin dərki» (1964), «Mədəniyyət bizim 
işimizdir» adlı əsərlərində Maklyüen xüsusi olaraq qeyd edir ki, «sənaye və tipoqrafik insan» tarixi dövrünün 
çıxış nöqtəsini XV əsrdə İ.Quttenberqin kəşf etdiyi «çap dəzgahı təşkil edir. Maklyüenin sözlərinə görə kütləvi 
informasiyanın müasir vasitələri «yeni insan» yaradır.  Bu  yeni  insanı  qədim  əcdadlarından fərqləndirən  əsas 
cəhət «elektron informasiya»nın formalaşmasıdır. Bu müəllifin fikrinə görə, çap texnikası – publikanı, elektron 
texnikası isə – kütləni yaratmışdır.  İncəsənəti mənəvi mədəniyyətin aparıcı elementi kimi müəyyən edən 
Maklyüen bədii mədəniyyətin eskeynietik (real həyattdan uzaqlaşdırma) funksiyasını xüsusi ayırmışdır. 
Əlbəttə, bizim müasiri olduğumuz tarixi mərhələdə kütlə əhəmiyyətli dərəcədə dəyişmişdir. Kütlələr daha 
təhsilli, hər  şeydən xəbərdar və  fəal olmuşlar. Bundan əlavə, kütləvi mədəniyyətin subyektləri təkcə kütlənin 
özü deyil, onlarla müxtəlif  əlaqəyə daxil olan ayrı-ayrı  fərdlərdir.  İnsanlar eyni vaxtda həm fərd, həm lokal 
qrupların, həm də kütləvi sosial birliklərin üzvləri olmaqla «kütləvi mədəniyyət»in subyektinə ikili mövqedən – 
fərdi və kütləvi aspektdən yanaşırlar. 
Kütləvi mədəniyyət bir sıra özünəxas cəhətlərlə seçilir. Bunlardan biri odur ki, kütləvi mədəniyyət sosial 
planda özündə «orta sinif» adlanan yeni ictimai təbəqəni formalaşdırır. Mədəniyyət sahəsində  təbəqənin 
formalaşması  və  fəaliyyəti fransız filosof və sosioloqu E.Morenin «Zamanın ruhu» (1962) adlı  əsərində ifadə 
olunaraq konkretləşdirilmişdir. «Orta sinif» anlayışı Qərb mədəniyyəti və fəlsəfəsində başlıca və əsaslı yer tutur. 
Bu «orta sinif» sənaye cəmiyyətinin qayəsini təşkil edərək populyar kütləvi mədəniyyəti formalaşdırır. 
Kütləvi mədəniyyət təbiət və insan cəmiyyətində baş verən real prosesləri sadəlövh tərzdə  təcəssüm 
etdirir. Şüurda rasional başlanğıcın inkarı baş verir. Kütləvi mədəniyyətin məqsədi adamların, kütlələrin asudə 
vaxtının təmini, gərginlik və stresslərin aradan qaldırılmasından çox, tamaşaçı, dinləyici, oxucu şüurunun 
formalaşdırılması təşkil edir ki, bu da həmin mədəniyyətin yeni tipinin yaranmasına təsir göstərir. Formalaşan 
bu yeni insan tipi isə tez zamanda manipulyasiyaya məruz qalır.  
Kütləvi mədəniyyətin təşəkkülü asudə vaxtın sərf edilməsi problemi ilə sıx bağlıdır. Amerikalı sosioloqlar 
c.Ramni və Meyer belə yazırlar: «Kütlələr yalnız XX əsrdə asudə vaxt əldə edə bildilər. İş vaxtının azaldılması 
və  həyat səviyyəsinin  əhəmiyyətli dərəcədə yüksəldilməsi dövrün özünəməxsus problemini törətdi: asudə 
vaxtda nə etmək və ya «vaxtı necə öldürmək». Milyonlarla insan isə öz əmək fəaliyyətindən zövq ala 
bilmədiyindən öz «mən»ini məhz asudə vaxtda tapmaq məqsədilə kütləvi mədəniyyətin bilavasitə istehlakçısına 
çevrilir. 
İstehsal qüvvələrinin inkişafı istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması  mədəni istehlak 
əşyalarının, formalarının kütləvi tirajlarla istehsalı üçün çox əlverişli  şərait yaratmışdır. Lakin bu mədəni 
məhsulun satılması üçün əlverişli bazarın olması da vacibdir. Kütləvi mədəniyyət istehlakında fərdi zövqlər əsas 
deyildir. Məhz buna görə  də auditoriyanı lazımi ruhda tərbiyə etmək üçün kütləvi kommunikasiya, reklam 
kanallarından geniş istifadə olunur. Bu mənada kütləvi mədəniyyəti istehsal edənlərin fəaliyyətini ticarətlə 
məşğul olanların işi ilə eyniləşdirmək olar. Belə ki, kütləvi mədəniyyət istehlakçıları da əyləncələri 
hazırlayarkən yalnız öz mənfəətlərini güdürlər. Müasir kinorejissorlar, müğənni və yazıçılar kütlənin maraq və 
meyllərini öyrənib, ona güvənərək yaradıcılıq məhsullarını ortalığa çıxarırlar. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə