Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə173/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   169   170   171   172   173   174   175   176   ...   205

12.3.  Heyvanların  xəstəliklərə  irsi davamlılığının  artırılması və 

cinslərin  genofondunun qiymətləndirilməsi

Heyvan  və  quşların  xəstəliklərinə  qarşı  aparılan  baytarlıq  tədbirləri  ilə 

bərabər,  xəstəliklərə  davamlı  cins  və  xətlərin  yaradılmasının  genetik  əsas­

larının  işlənib  hazırlanması  müasir  heyvandarlığın  intensiv  inkişafının  ən 

prioritet problemidir. Həmin problemin həlli isə baytarlıq  təbabəti,  genetika, 

zootexniya və  seleksiya elmilərinin, başqa sözlə,  seleksion -   baytarlıq geneti­

kasının  qarşısında  duran ən  ümdə  və ciddi  məsələ  hesab  edilir.  Heyvanların 

xəstəliklərə  qarşı  daha  davamlı  cins  və  xətlərinin  seleksiyasına  aşağıdakı 

amillər ciddi maneçilik  törədir:

-  Rezistentliyin mürəkkəb genetik xüsusiyyəti və yaradılma  mexanizmi;

-   M akro  və  mikroorqanizmlər arasındakı  mürəkkəb  genetik  təbiətin  və 

qarşılıqlı əlaqənin mövcudluğu;

-  Bitkilərdə  olduğu  kimi,  heyvanlarda  da  rezıstent və həssas  fərdlərin  aş­

kar  edilməsi  üçün  onların  patogen  agentlərlə  eksperimental  yoluxdurulma- 

sımn  geniş tətbiq olunmasının qeyri-mümkünlüyü;

-   Daha  etibarlı  dolayı  (birbaşa  olmayan)  markerlərin-krıterilərin  olma­

ması;

Heyvanların  davamlılığım  kölgədə  saxlayan  patogen  agcntlərın  çox 



sürətlə  dəyişkənliyə  məruz  qalması  və  ekoloji  amillərin  təsirindən  onların

mutagenezə  uğraması  nəticəsində  yeni  və  daha  çox  davamlı  ştammların  ya­

ranması;

-  Uzunmüddətli  seleksiya işlərinin  aparılması  və yeni  nəsillər arasındakı 

intervalın çox  böyük  olması;

-  Ekoloji  amillərin  və  antropogen  təsirlər  nəticəsində  yaranan  süni 

mutagenezlərin  istifadəsinin  qeyri-mümkünlüyü;

-   Heyvan  və  quşların  davamlılığı  vo  məhsuldarlıq  əlamətləri  arasında 

bəzi  hallarda  mənfi korrelyasiyanın  mövcud olması.

Seleksiya  işlərinin  səmərəli  olması  üçün,  birinci  növbədə,  xəstəliklərə  da­

vamlı  və həssas  fərdlərin  aşkar edilməsi  tələb olunur.  Mastitlərə,  lcykoza,  qı- 

sırlığa  davamlı  vo  həssas  heyvanların,  yaxud  qohumluq  əlaqəsi  olan  qrup­

ların  seleksiyası  süni  yoluxdurma  aparılmadan  da  mümkündür.  Çünki  bu 

xəstəliklərin  baş  verməsi  üçün  təbii  yoluxma  hallan  istisna  edilmir.  Vərəm, 

brusellyoz,  lcptospiroz,  infeksion  enterotoksemiya,  bradzot,  yaman  şiş,  em- 

fizematoz  karbunkul,  pastereilyoz,  kolibakterioz.  salmoncllyoz,  çiçək  xəstə­

liklərinə  görə  qeyri-sağlam  olan  təsərrüfatlarda  heyvanların  xəstəliklərə  da­

vamlılığını  vo həssaslığını  təyin  elmək  bir  o  qədər də çətinlik  törətmir.  Lakin 

bu  zaman  heyvanların  genetik  davamlılığının  vo  həssaslığının  xarici  mühit, 

ekoloji  böhran  və kataklızmlərin  təsiri  nəticəsində  baş  verməsi  həmişə  mütə­

xəssislərin  diqqət  mərkəzində  olmalıdır.  Parazit,  helminl  və  gənələrin  xarici 

mühit  və  ekoloji  amillərin  təsiri  nəticəsində  çox  böyük  dəyişikliyə  uğraması 

vo  yeni  m utantlann  yaranması  heyvan  və  quşların  xəstəliklərə  davamlı  və 

həssas  cinslərinin,  xətlərinin  və  ayrı-ayrı  fərdlərin  aşkar  olunmasaını  və 

seleksiyasının  proqramını  olduqca  çətinləşdirir.  Bu  hal  həm  bitkiçilikdə.

395



həm  də  heyvandarlıqda  geniş  müşahidə  olunur.  Belə  ki.  «Şimal  kəşfiyyatçı» 

alma  sonu  ağacları 

100

 

ildən  artıq  fitopatoloji  xəstəliklərə  tutulmadığı 



halda,  son  illər Avstraliyada  alma  ağacları arasında yeni biotoplar müşahidə 

olunmağa  başladı  (Q  Rassel.  1982).  Bu  cür hallar heyvan  və quşlar arasında 

da  geniş  intişar  tapıb  və  onlara  çox  təsadüf  edilir.Bu  baxımdan  C'ovenin 

(1964)  apardığı  eksperiment  böyük  maraq  doğurur.  O.  ağ  siçanları 

salmonellaların  patogen  ştamlarının  1.107  miqdarda  mıkrob  hüceyrələrini 

qarın  boşluğuna  yeritməklə  yoluxdurmuş  və  onların  hamısı  7-8  gündən 

sonra  tələf  olmuşdur.  Lakin  onların  seçmə  yolu  ilə  seleksiyasından  alınan

11-ci  nəslin  l'ərdəlrini  həmin  mikrobla  eyni  dozada  süni  yoluxdurduqda 

salmonellalara  qarşı  davamlılıq  kəskin  surətdə artmağa  başlamış,  yoluxdur­

madan  20  gün  sonra  ağ  siçanların  yalnız  40%-indo  letallıq  törətmişdir. 

Cinslərin  genofondunun  qiymətləndirilməsi  də  xəstəliklərə  davamlılığın 

artırılması  zamanı  vacib  şərt  sayılır.  Heyvan  va  quşların  xəstəliklərə  qarşı 

davamlılığının  artırılmasının  əsas  mənbəyi  kimi  bəzi  cinslərin  genofonduna 

istinad  olunur.  Təbii  seçmə  nəticəsində  cins  rezistlentliyinə  nail  olunması 

dəfələrlə  öz  təsdiqini  tapmışdır.  Hindistanın  zebu  cinsi  ingilis  qaramal 

cinslərinə  nisbətən  taun,  dabaq  və  qarayara  xəstəliklərinə  qarşı  olduqca 

davamlıdır.  Ümumiyyətlə,  zebu  cinsli  qaramallar  digər  iri  buynuzlu  hey­

vanlara  nisbətən  dabağa.  priplazmidozlara.  trixostronqilidozlara.  qastro- 

enteritlərə  və  respirator  xəstəliklərə daha  çox  davamlı  olur.  Ndama qaramal 

cinsi  başqalarına  msbətən  tripanosomoz.  anaplazmoz  xəstəlikləri  və 

Trichosirongilidae  ailəsinə  mənsub  olan  nemalodlarla  a /  hallarda  yoluxur 

(cadval 36).

Cədvəl 36

M üxtəlif  cinsli  iri  buynuzlu  heyvanların  tripanosom oz,  teylerioz, 

anaplazm oz və  nem atodozlara  qarşı  davam lılığı  (V.Anson,  T.Obi,  1980)

ı

Cinslər



Ndama 

Ağ filani 



Şvis 

Holslin 

Ndama  X 

şvis

Tripanosomoz.

teylerioz.

anaplazmoz

. . .   . 

Xəstəliklə 

Miqdar 

,  .

-rın  faizi

Miqdarı

3-12 aylıq  buzovların  lq 

fekalisində sirongilid 

yumurtalarının sayı

30

6.6

I9

16

66

25.6

29

130

23

60,5

I8

181

I8

67.7

15

950

24

37.3

9

-

Camışların  və  sarı  Tayvan  adası  cinsli  qaramalların  qrip,  vərəm,  bru- 



sellyoz  və anaplazmoz xəstəliklərinə  davamlılığı  yüksək  olur.  Camışlar  ham 

də  qaramalların  taun  xəstəliyinə  tutulmur.  Lakin  heyvan  və  quşların  ayrı-

396



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə