Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə174/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   170   171   172   173   174   175   176   177   ...   205

ayn  xəstəliklərə  qarşı  davamlılığı  və  həssaslığı  bəzən  fərqli  xarakter  daşıyır. 

Məsələn,  ağ  Leqqorn  cinsli  toyuqların  ieykoza  davamlı  bəzi  xətləri  (8,7%) 

monositoza  (qanda  limfositiərin  miqdarının  artması)  daha  həssas,  İeykoza 

həssas olan xətlər isə, əksinə, monositoza daha davamlı (65%) olur 



(cədvəl 37).

Cədvəl

  37,

Toyuqların  m ü xtəlif xətlərinin  İeykoza və  m onositoza  davamlılığı

(F.H utt,  1982)

Xətlər


Ölüm,  %-lə

Leykoz


Monositoz

İeykoza  davamlı

6,5

1,0


İeykoza davamlı

8,7


7,4

Leykoza həssas

65,0

0

Xəstəliklərə  davamlılığın  növbəloşməsi.  Populyasiyalarda  xəstəliklərə 



davam lılığın  və  həssaslığın  cinsdaxili  genetik  müxtəlifliyinin  öyrənil­

m əsinin  xüsusi  əhəmiyyəti  vardır.  M astitlərə,  İeykoza,  atrofik  rinitə, 

M arek  xəstəliyinə  görə  genetik  davamlılığın  müxtəlifliyi  heyvan 

sürülərində  törədicilərin  və  ailələrin  kütləvi  seçmə  işlərinin  aparılm asına 

mühüm  zəmin  yaradır 

(cədvəl  38).

  Lakin  bu  üsul  genetik  müxtəlifliyin 

azlığı  ucbatından  iri  buynuzlu  heyvanlarda  qısırlığın  və  quşlarda 

ölümün  qarşısının 

alınm asında  qeyri-səmərəli  hesab  edilir  (h2=0,0!- 

0,04).  X əstəliklərə  davam lılıq  kəmiyyət  əlaməti  olduğundan  onu  ləyin 

edərkən  yalnız  əlam ətlərin  növbələşməsini  möhkəmlətmək  üçün  Lətbiq 

edilən  üsullardan  istifadə  olunm alıdır.  G enetik  müxtəlifliyin  aşağı 

m ənalarında  kütləvi  seçmə  deyil,  yalnız  törədicilərin  və  ailənin  arasında 

seçmə  aparılm alıdır.  Bu  məqsədlə  ailələrin  xəstəliklərə  davamlılığı  və 

həssaslığı  aşkar  edilməli,  törədicilər  isə  törəmələrin  xəsləliklərə  davam ­

lılığına  görə  qiym ətləndirilm əlidir.  H eyvanların  xəstəliklərə  d avam ­

lılığının  artırılm asının  ən  əlverişli  və  səmərəli  üsulu  rezistent  törədi­

cilərdən  və ailələrdən  geniş  istifadə  olunm asından  ibarətdir.

397



Cədvəl 38

Bəzi  xəstəliklərə  qarşı  davam lılığın  növbələşm ə  əmsalı 

(V .L .P etu xo v və  b.,  1985)

Xəstəliklər

h-

(növbələşmə əmsalı)

Xəstəliklər

h:

(növbələşmə

əmsalı)

İri buynuzlu heyvanlar

Mastit

0,05-0,40

Ətraf xəstəlikləri

0,13

Brusellyoz

0,19

Yumurtalığın kistası

0,16-0,43

Vərəm

0,08-0,30

Ketoz

0,10-0,25

Leykoz

0,05-0,58

Doğum parezi

0,10

Çənələrə

Timpaniya

0,10

davamlılıq

0.28-0,42

Qısırlıq

0,00-0,10

Donuzlar

Leptospiroz

0,20

Plevrit

0,13

Atrofik  riniı

0,13-0,60

Osteoxondrit

0,40

Pnevmoniya

0 .1 4


Ətrafların zəifliyi

0 ,1 0


Iiymerioz 

(koksidioz) 

Marck xəstəliyi 

Nyukasl xəstəliyi

Toyuqlar

0,28

0 , 1 4 -0 , 6



0,07-0,17

6-10  həftəlik  cücələrin  ölüm ü 

Y aşlı  to y u q la rın   ölüm ü



0,2

0,4

Törədicilərin  və  ailələrin  kompleks  qiymətləndirilməsi. 

Hazırda 


heyvandarlıqda  süni  mayalama  üsulundan  geniş  istifadə  olunması  hər  bir 

törədicidən minlərlə  törəmələrin  alınmasına  zəmin  yaradır.  Lakin  bu  zaman 

qaramal  sürülərində  genetik  çatışmazlıqların  və  xəstəliklərə  davamlılığın 

azalması  halları  daha  geniş  vüsət  alır və onların  arealı  çox  genişlənir.  Buna 

görə  də  törədicilərdə  müsbət  və  mənfi  əlamətlərin  vaxtmda  aşkar  edilməsi 

məqsədilə onlarda  məhsuldarlıq  əlamətləri,  xəstəliklərə  davamlılığın,  həssas­

lığın,  zərərli  resessiv  genlərin  heteroziqot  daşıyıcılığın  olması  dəqiqliklə 

müəyyənləşdirilməlidir.  Bunun  üçün  isə  törədicilər  və  ailələr  kompleks 

üsullarla  müayinə  edilməli  və  qiymətləndirilməlidir.  Kompleks  sürətdə 

müayinələrin  aparılması  anomaliyalara  və 

g e n e t i k  

çatışmazlıqlara  görə 

steril,  yüksək  məhsuldar,  xəstəliklərə  davamlı  və  uzun  müddətli  təsərrüfat 

yararlığına  malik  olan  ailələrin  formalaşmasına  çox  ciddi  zəmin  yaradır. 

Davamlı  heyvan  cinslərinin  seleksiyasının  səmərəliliyinin  artırılması  üçün 

yalnız  rezistentliyı yüksək olan  törədicilərdən və dişi fərdlərdon  istifadə olun­

malıdır.  Sübut  olunmuşdur  ki,  bu  üsulla  seleksiya  işləri  aparılan  sülhlərdə 

həssas 


a t a  

və  analardan 

i s t i f a d ə  

olunan  sürülərə  nisbətən  heyvanların 

xəstəliklərə davamlılığı  30-50 dəfə yüksək  olur.

398



12.4.  Quşların xəstəliklərə  davamlılığına  görə  seleksiyası

Toyuqların pulloroza  (tip )  davamlılığa gora  seleksiyası.

 

Quşçuluq  təsər­



rüfatlarına  ən  böyük  iqtisadi  zərəri  Salmonella  pullorum  bakteriyaları  tərə­

findən  törədilən  pulloroz xəstəliyi  verir.  Pulloroz

 

-  cavanlarda  bağırsaqların 



və  parenxımatoz  orqanların,  yaşlı  quşlarda  isə  yumurtalığın  iltihabı  ilə 

xarakterlənir.  Quşların  pulloroza  davamlı  xətlərini  yaratmaq  üçün  ən 

səmərəli  və  əlverişli  üsul  təbii  seleksiyaya  üstünlük  verilməsidir.  Quşların 

pulloroza  davamlılığım  artırmaq  üçün  onların  yüksək  temperaturda  saxlan­

ması  istiqamətində  maraqlı  təcrübələr aparılmışdır.  Bu məqsədlə  10  günlüyə 

qədər  bədən  temperaturu  38,9°C  olan  cücələrin  saxlandığı  binada  tempera­

turun  tədricən  artırılması  nəticəsində  onların  temperaturu  4 yaşlı  toyuqlara 

məxsus  olan  həddə  (41-42°C)  çatdırılmışdır.  Bədən  temperaturu  həmin 

həddə  daha  tez  sürətlə  çatan  cücələr  pullorozun  törədicisi  ilə  süni  olaraq 

yoluxdurulduqda  onlar  temperaturu  daha  zəif sürətlə  yüksələn  fərdlərə  nis­

bətən pulloroza qarşı çox davamlılıq göstərmişlər. Alimlərin  fikrincə,  bunun 

əsas  səbəbi  temperaturu  çox  sürətlə yüksələn  orqanizmdə  immunoqlobulın- 

lərin  çox  sürətlə  və  dayanıqlı  sintez olunmasıdır.  Leqqorn  cinsli  toyuqlarda 

bədən  temperaturu  rod-ayland  cinslilərə  nisbətən  çox  sürətlə  yüksəlir  və 

onların  pulloroza  davamlılığı  yüksək  olur,  Göründüyü  kimi,  pulloroz  mühi­

tin irsi davamlılığa təsirinin sübutu  üçün  ən xarakterik nümunədir.  Müəyyən 

edilmişdir ki,  həyatının ilk  günlərində 35°C temperaturda  yetişdirilən cücələr 

daha  sağlam  o.lur və az xəstələnir,  30ÜC  temperaturda  yetişdirilən  cücələr isə 

pulloroza çox davamsız olur.

Eymerioza (koksidioza) 



davamlılığa 

görə 


toyuqların 

seleksiyası. Toyuqla­

rın  eymcrioza  davamlılığı  daha  geniş  və  ətraflı  öyrənilmişdir.  Bu  məqsədlə 

süni  olaraq  eymeriozun  oositləri  ilə  yoluxdurulmuş  cücələr  üzərində  lü 

günlük müşahidə aparılaraq müəyyən edilmişdir ki, davamlı cücələr arasında 

xəstələnmə  15%,  həssas  cinslərdə  iso-72%  olmuşdur.  Başqa  bir  seleksiya 

təcrübəsində  3  il  müddətində  eymeriozla  xəstələnmə  62,1%-dən  14,1%-ə 

qədər  azalmışdır.  Digər  seleksiya  təcrübəsində  ağ  leqqorn  cinsli  cücələri 

Eymeriozun  törədicisi  Eymeriya  tenella  ilə  süni  yoluxdurduqda  cücələr 

arasında ölüm faizi 29-90%,  orta hesabla isə 60,7% təşkil etmişdir.  Lakin  3-4 

illik  seleksiyadan  sonra  həmin  təcrübə  təkrar  olunduqda  cücələr  arasında 

ölüm  22,1%-ə  qədər  azalmışdır.  Toyuqların  eymerioza  davamlılığında 

bədənin  diri  kütləsi  çox  mühüm  əhəmiyyətə  malikdir.  Belə  ki,  davamlı  cins 

və xətlərin cücələrinin diri kütləsi  (115q)  həssaslara  (94q)  nisbətən xeyli  artıq 

olur.  Orta  diri  kütləyə  malik  olan  cücələrin  yaşama  müddətləri  arasında 

müsbət  korrelyasiya  (r=0,43)  mövcuddur.  Seleksiya  prosesində  qruplar 

arasında  xəstəliyə  davamlılığın  genetik  dəyişkənliyi  artdığı  halda,  qruplar 

daxilində,  əksinə,  xeyli azalır,  eymerioza  davamlılığın  növbələşmə əmsalı isə 

-  0,28-ə bərabər olur.

Murek  xəstəliyinə  davamlılığa görə  toyuqların  seleksiyası.

 

Bu  sahədə ən 



maraqlı  təcrübə 30 il  ərzində F.Xatta  və P.Kolle (1982)  tərəfindən aparılmış 

və  müəyyən  edilmişdir  ki,  Marek  xəstəliyinə  qarşı  davamlı  toyuq  cinsləri

399



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə