Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə175/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   171   172   173   174   175   176   177   178   ...   205

yetişdirmək üçün ən azı 3-4 nəslin  alınması tələb olunur.  Müəyyən edilmişdir 

ki,  2,6,7,14  və  B21  qrupu  allellərinə  malik  olan  toyuq  cinsləri  Marek 

xəstəliyinə  çox davamlı,  əksinə,  1,3,5,13,15,19 genetik  indikatorlar  (marker- 

lər) isə  toyuqlarda yüksək həssaslığın yaranmasına səbəb olur.



12.5.  Heyvanların  etoloji  (davranışına  görə) seleksiyası

E to lo g iy a -o rq a n izm in

  təkamül  prosesi  nəticəsində  formalaşan  irsi  növ 

əlamətləri  və  fərdi  inkişaf  zamanı  qazanılan  müxtəlif  xarakterli  davranış 

reaksiyalarının  məcmuundan  ibarət  olmaqla,  əsasən  reflekslərin  iştirakı  ilə 

icra  olunur.  Bu  prosesdə  ən  başlıca  ekoloji-fizioloji  amil  adaptasiyanın 

davranış  formaları  hesab  edilir.  Bütün  heyvanlarda  postembritonal  dövrdə 

adaptiv  davranış  forması  biruzə  verir.  Məsələn,  məməlilərin  balası  doğulan 

kimi  ilk  əvvəl  ayağa  qalxmağa,  hərəkət  etməyə,  ən  əsası  isə  öz  anasını 

əmməyə  başlayır  və  ona  nail  olur.  Quşlarm  balalalrı  da  yumurtadan  çıxan 

zaman  dərhal  ağızlarım  açaraq  analarından  yem  gözləyir.  Postembrional 

inkişaf  dövründə  heyvanlarda  şərti  reflekslər  və  xarici  mühit  amillərinin 

təsirinə  uyğunlaşma-adaptasiya  davranışları  formalaşır  və  ctologiya  vərdiş­

lərinin yaranmasına zəmin yaranır. Uzaq məsafəyə  uçan quşlar (durnalar  və 

s.) soyuğa  (aşağı  temperatura),  yaxın  məsafəyə miqrasiya edən quşlar isə  is­

tiyə (yüksək temperatura) adaptasiya olunur.

A d a p ta s iy a -

  orqanizmlərin  mövcud  mühit  şəraitinə  uyğunlaşması  və 

özünün  ontogenetik  təkamülündə  dayanıqlı,  stabil  inkişafını  təmin  etməsin­

dən  ibarət  olan  mürəkkəb  bir  prosesdir.  Müasir  fiziologiyanın  və  genetika­

nın  ən  aktual  problemlərindən  biri  orqanizmin  adaptasiyasının  fizioloji  me­

xanizminin  aşkarlanmasıdır.  Müasir  son  təsnifata  əsasən  anadangəlmə  irsi 

və  fərdi  inkişaf prosesində yaranan  adaptiv  davranış  formaları  3  əsas  qrupa 

bölünür.


B irin ci  qru pa

 

postnatal  inkişaf  mərhələsində  yarana  fərdi  adap­



tasiyalar (şərti reflekslərin,  hormonal  və fermentativ və toxuma proseslərinin 

formalaşması və s.) aiddir.  Həmin adaptiv forma  geri dönən proses sayılır.



İk in c i  qrup

  -   irsi  möhkəmlənmiş  növ  uyğunlaşmasından  ibarət  olub 

mütləq  genetik  xarakter  daşıyır.  Onlar  orqanizmlərin  möhkəmlənmiş  sinir 

sistemi  və  genetik  sabitliyinin  və  ontogenez  zamanı  yaranan  morfoloji 

dəyişkənlik zəminində formalaşır və  bu  prosesdə  müxtəlif orqanlar və üzvlər 

sistemi  iştirak  edir.  Məməlilərin  yeni  doğulmuş  körpələrə  xüsusi  qayğı  gös­

tərməsi  (doğulan  kimi  balalarının  dərisini  yalaması,  təmizləməsi,  əmiz- 

dirməsi),  quşlarm  balalarını  yemləməsi  və  s.  buna  xarakterik  misaldır.  Hə­

min  genetik  davranışlar  irsi  olaraq  proqramlaşdırılmış  reflcktor  aktlar  və 

mürəkkəb  hormonal  münasibətlər  formasında  ixtisaslaşmaqla,  hətta 

taksonomik  cəhətdən  çox  yaxın  olan  növlərdə  belə  bir  -  birindən  olduqca 

fərqlənir.



Üçiincü  qrup

 -   populyasiya  adaptasiyalarından  ibarət  olub,  onun  kon­

kret  xarici mühit  şəraitində formalaşması 

prosesi 


zamanı  yaranır və müxtəlif

400



yaşayış  şəraitlərində həmin  növün  davranışını  xarakterizə  edir.  Populyasiya 

davranışı  öz genetik  quruluşuna  görə çox  mürəkkəbdir.  Bu  adaptasiya  növü 

çox  ciddi  genetik  xarakter  daşıyır  və  təbii  seçmə  (bəzən  isə  süni  seçmə)  ilə 

əlaqədar  olur.  Ontogenezin  prenatal  və  postnatal  dövrlərində  və  impritinq 

(məməlilərdə  və  quşlarda  erkən  postnatal  dövrdə  yaranan  reaksiyalar) 

hadisəsi  zamanı  genetik  adaptasiyanı  və  mühitin  təsirini,  görünüşünü  əks 

etdirir.  İmpritinq

 

hadisəsini  ilk  dəfə  quşlarda  və  məməlilərdə  Lorens  (1937) 



öyrənmişdir.  Heyvanların  inkişafının  təkamülü  baxımından  orqanizmin 

tənzimləyici  sistemlərlə  əlaqədar  olaraq  hüceyrə,  toxuma,  orqan,  orqanlar 



sistemi  və  orqanizm

 

səviyyəli  adaptasiyalar  ayırd  edilir.  Anadangəlmə  irsi 



adaptasiya  həm  də  instinkt

 

adlanır.  İnstinkt-



 

davranışın  genetik  olaraq 

formalaşan  və  orqanizmin  yaşayış  mühiti,  şəraiti  və  tərzi  ilə  heç  bir  əlaqəsi 

olmayan  və  ontogcncz  zamanı  təkmilləşən  formasıdır.  Məməli  heyvanların 

balaları doğulan  kimi  xarici  mühitlə heç bır əlaqəsi  olmayan anda  analarım 

əmməyə  başlaması  instinktin  əyani  növüdür.  Ana  südü  ilə  qidalanan 

küçüklər  yalnız  20-21  gündən  sonra  ət  yeməyə  başlayır,  qağayılar  və  bəzi 

başqa  quşlar,  tülkülər,  eləcədə  digər  heyvan  növləri  də  müxtəlif  formalı 

instinktlər  nümayiş  etdirirlər 

(

şəkil  63,  64,65).

 

ilər  bir  heyvan  növünün 



yemə  qarşı  şərti-reflektor  ağız  suyu  ifraz  etməsi  üçün  müəyyən  məsafə  tələb 

olunur:


it  üçün  3  metr

meymun üçün  4 metr

tülkü üçün  2,5-3 metr

kirpi üçün 

10 sm-o qədər.

Bu  instinktlərin  hamısı  genetik  olaraq  nəsildən  nəsilə  keçir.  Heyvanların 

bütün  müxtəlif  xarici  davarış  reaksiyaları  mərkəzi  sinir  sisteminin  birbaşa 

funksional  əlaqəsi  ilə  baş  verir  və  daimi  olaraq  onun  nəzarəti  altında 

çaxlanılır.  btologiyanın  əsas  və  vacib  məsələlərinin  elmi  əsasları  ilk  dələ 

Ç.Darvin tərəfindən öyrənilmişdir. O, instinktlərə, davranışlara, təbii  və süni 

seçməyə  çox  böyük  əhəmiyyət  vermişdir.  Uzun  müddətli  təkamül  prosesi 

zamanı  xarici  mühitin  təsiri  altında  heyvanlarda  xarakterik  əlamət  və 

reaksiyalar  formalaşaraq  nəsildən-nəsilə  keçmişdir.  Məsələn,  yırtıcı  vəhşi 

heyvanların  (canavar,  pələng,  ayı,  jenot,  giena  və  s.)  qida  məqsədilə 

heyvanlara  hücum  edərək  onları  parçalaması,  erkək  dağ  keçi  və  qoyun- 

larının-arxarların  dişi  fərdləri  qoruması,  mühafizə  etməsi,  onlara  keşik  çək­

məsi,  yaşlı  atların körpə  dayçaları dairəyə alaraq canavarların hücumundan 

qoruması  və s.  davranış reaksiyalarının xarakterik  nümunəsidir.

Ev  heyvanlarının  davranış  reaksiyaları  təkamül  prosesi  zamanı  uzun 

müddətli  əhliləşdirmə  nəticəsində  yaranmış  və  formalaşmışdır.  E.A.Boqda- 

nov  və  A.N.Seversevə  görə  ev  heyvanlarının  əhliləşdirilməsi  və  tam  keyfiy­

yətli  yemlərlə  təmin  olunması  və  müvafiq  saxlama,  bəsləmə  şəraitinin  yara­

dılması  zamanı  onların  səmərəli  təsərrüfat  keyfiyyətləri  dəyişilmiş,  möhkəm­

lənmiş  və nəsildən-nəsilə keçmişdir.  Heyvanlarda  davranış  reaksiyaları  müx­

təlif  amillər  tərəfindən  törəndiyi  üçün  onlar  bəzi  qruplara  təsnif  olunur 

(sxem

 

S).  Bu  zaman  növdaxilı  fərdlərin  öz aralarındakı  bir-birinə  olan  mü-



401


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə