Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə177/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   173   174   175   176   177   178   179   180   ...   205

yaxud  başqa daha güclü serotipli reflekslə əvəz olunarsa heyvan daha güclü sinir 

tipinə aid edilir. Heyvanların əksəriyyəti əsasən güclü, az miqdan (12-20%) isə zəif 

sinir  tipinə  malikdir.  Təsərrüfat  əhəmiyyətinə  görə  güclü  sinir  tipinə malik  olan 

heyvanlar  daha səmərəlidir.  Çünki  onlar cəld,  çevik  cavab  reaksiyası  verməsinə, 

yemləri yaxşı qəbul etməsinə və yüksək ət,  süd, balavermə, yun məhsuldarlığına 

görə çox səmərəli və əlverişli hesab olunur. Zəif sinir tipinə malik olan heyvanlar 

isə  həmin  keyfiyyətlər  nəzərə  çarpacaq  dərəcədə  fərqli  olur.  Sxemdə  göstərilən 

davranış  reaksiyalanndan  başqa  heyvanlarda  həzm  (ağız  suyu,  mədə  şirəsi, 

mədəaltı  vəzi  şirəsi,  bağırsaqların  peristaltikası  və  s.),  orientasiya  (qulağını 

şəkləmək, başım 

və  gözünü 

çevirmək, burun dəliklənni genişləndirmək və s.).  səs 

reaksiyalan (səs çıxarmaq,  mələmək,  hürmək, ulamaq və s.) və tonik reaksiyalar 

(ayağa  durmaq,  dayanmaq,  yatmaq  və  s.)  da  mövcuddur.  Davranış  reaksiya­

larının  yaranması 

və 


formalaşmasında  həmçinin  rombvari  (uzunsov)  beyindən 

çıxan  12 cüt baş beyin sinirlərinin (qoxu, görmə, gözü hərəkət etdirən,  blok, üçlü, 

aparıcı,  üz,  eşitmə,  dil udlaq,  azan,  əlavə və  dilaltı  sinir) çox  böyük  rol  oynayır. 

Onların  innervasiya  və  impulslan  yaymaq  qabiliyyəti  geniş  diapozona  malik 

olmaqla,  analizatorlann fəaliyyətinin  icra  olunması  və tənzimlənməsi  prosesində 

və davranış reaksiyalarında xüsusi rol oynayır. Orqanizmin xarici mühiti və onun 

təsirlərini  hiss  etməsi  5  əsas  hiss  üzvlərinin  (görmə,  duyma-taktil,  eşitmə,  qoxu 

bilmə  və  hiss  etmə)  vasitəsilə  həyata  keçirilir.  Onlann  hər  biri  üçün  ayn-ayn 

orqanlar və mərkəzi sinir sisteminin müvafiq  şöbələri  fizioloji  funksiyaları yerinə 

yetirir.  Qeyd olunan hiss üzvlərindən  əlavə kəllə sümüyünün  dərinliyində qulağın 

azacıq aşağı hissəsinə yaxın yerləşən 

vestibulyar aparat

 çox  mühüm funksiyaları- 

dayaq  və  müvazinətin  təmin  olunmasını  icra  edir,  nəzarətdə  saxlayır  və 

tənzimləyir.



Şəkil  63.

  Ev  iti  küçüyünün  ətə  qarşı  verdiyi  hərəkət  reaksiyası  (Usdavini, 

1958);  yuxarıda-doğulduqdan  1  gün  sonra,  ortada-2-ci  gün,  aşağıda - 21-ci  gün.

404


Şəkil 64.

  Qağayıların  davranış formaları  (Tunbergen,  1965).

I-   u zu n   m ü d d ə tli səsli ça ğ ırış  və h ə r ə k ə t;

II- V-retual çağırışı  və göriişü;

VI- 

təhliikə hissi

,

VII- 



inamsızlıq;

VIII- 

qorxu hissi

Şəkil 65.

  Qırmızı  tülkülərin tipik  davranış formaları  (Tembrock,  1964).

/ -  


hücum etmək;

II-  passiv-mühafizə reaksiyası  (qaçmağa cəhd etmək);

III-  hərəkət fəallığının tamamilə tormozlanması;

IV-  arxadan dişləməyə qarşı müdafiə reaksiyası;

V- 

çiynini əyərək hücum etmək;

VI-  tabe olmaq davranışı

405


Heyvanların  etologiyasına  görə  seleksiyası  zamanı  onların  fərdi  davar- 

mşma  xüsusi  önəm  verilir.  Müəyyən  olunmuşdur  ki,  heyvanların  davranışı 

həm  genetik,  həm  də  xarici  mühit  amillərinin  təsiri  nəticəsində  yaranır  və 

formalaşır.  Müxtəlif genotipli heyvanlar sənaye və kompleks texnologiya  şə­

raitində  saxlandıqda  və  yetişdirildikdə  onların  həmin  mühitə  adaptasiya 

olunması  və  cavab  reaksiyası  eyni  olmur.  Heyvanların  sinir  tipi  ilə  ətraf 

mühitə  uyğunlaşma -  adaptasiya  olunma dərəcəsi  arasında yüksək  korrelya­

siya  vardır.  Stress  reaksiyalarına  orta  və yüksək davamlılıq  göstərən  inəklər­

də  süd  məhsuldarlığı  yüksək  olmaqla,  onlar  maşınla  sağıma  daha  tez  və  sü­

rətlə  uyğunlaşır.  Qoyunlarda  da  davranış tipinin  genetik  olaraq  baş  verməsi 

alimlər  tərəfindən  geniş  və  ətraflı  öyrənilmişdir.  Ana  qoyunların  və  onların 

dişi  törəmələrinin  davranış  tipi  arasında  müsbət  korrelyativ  əlaqə  mövcud­

dur.  Sakit  sinir  tipinə  malik  olan  ana  qoyunlar  həm  yüksək  məhsuldarlığa 

malik  olur,  həm  də  xəstəliklərə  və  stress  amillərinə  qarşı  çox  davamlılıq 

göstərir.  Akademik  D.K.  Belyayevin  rəhbərliyi  ilə  gümüşü-qara  tülkülər 

üzərində  çox  maraqlı  və  uzunmüddətli  bir  təcrübə  aparılmışdır.  Həmin 

təcrübənin əsas  məqsədi  tülkülərin  insanlara  qarşı  sakit  və  coşqun  (aqressiv) 

davranış  nümayiş  etdirməsinin  öyrənilməsindən  ibarət  olmuş  və  alınan 

nəticələr  ballarla  (1-4)  qiymətləndirilmişdir.  Tülkülərin  birinci  valideyn 

populyasiyasının  davranışı  -- 0.96  balla  qiymətləndirildiyi  halda,  18-ci  nəslin 

fərdləri  seçmə  nəticəsində  insana  qarşı  həddindən  artıq  sakit  davranış  tipi 

nümayiş  etdirərək  orta  hesabla  +  2,4  bala  layiq  görülmüşdür.  Aqressivlıyə 

görə  seçmə  aparılarkən  insana  qarşı  aqressivlik  FV  orta  hesabla  -   2,2  balla 

qiymətləndirilmişdir.  Göründüyü  kimi,  seleksiya  yolu  ilə  sakit  sinir  tipi  olan 

heyvanlar  sonrakı  nəsillərdə  daha  da  mülayim  olur,  aqressiv  tiplilərində  isə 

davranışı  kəskin  surətdə  dəyişilir.  Bu  isə  öz  növbəsində  heyvanların 

yetişdirilməsi  zamanı  xüsusi  əhəmiyyət  kəsb  edir  və  məhsuldarlığın 

artmasına çox  böyük zəmin yaradır.



Rezistentliyin artırılması üçün dolayı seleksiyanın aparılması.

  I Ieyvan  və 

quşların  xəstəliklərə  davamlılığını  təyin  etmək  məqsədilə  onların  yoluxucu 

agentlərlə  (patogen  virus,  mikroorqanizmlər,  helmintlər,  parazillər.  onların 

sürfələri  və  s.)  eksperimental  olaraq  yoluxdurulması  hazırda  o  qədər  də 

əlverişli  və  partativ  üsul  sayılmır.  Bunu  nəzərə  alaraq,  hazırda  heyvan  və 

quşların  xəstəliklərə davamlılığını  artırmaq  üçün  genetik  və biokimyəvi  mar- 

kerlərdən  dolayı  yolla  aparılan  seleksiya  işlərində  geniş  istifadə  olunur.  Bu 

zaman  istifadə olunan maı kerlər aşağıdakı tələbləri  ödəməlidir:

Xəstəliyə  qarşı  rezistentliyə  görə  yüksək  korrelyasiyaya  malik 

olmalıdır;

-  Yüksək  növbələşmə və təkrarlanma  xassəsinə malik olmalıdır;

-   Heyvanların  rezistentliyinin  cavan  yaşlarda  baş  verməsinin  aşkar 

olunması.

Quşların  Marek  xəstəliyinə  qarşı  davamlılığı  və  həssaslığı  arasındakı 

korrelyasiya  qan  qrupu  sisteminin  B-!  və  bB,9B  antigenləri  tərəfindən  tən­

zimlənir.  Həmin  halotan  testi  ilə  bəm  də  donuzların  yaman  keyfiyyətli 

hipertermiyaya  qarşı  həssaslıq  dərəcəsi  də  təyin  olunur.  Bəzi  alimlərin

406



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə