Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə33/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   130

 

99 


məsələdir.  Məhz  bu  vacib  vəzifənin  reallaĢdırılması  istiqa-

mətində hər bir fənn üzrə tədrisin məqsədi, məzmunu və təĢkili 

formaları daha da konkret olaraq müəyyənləĢdirilmiĢdir.        

ġagirdlərin  elmi  dünyagörüĢünün  formalaĢmasında  fən-

lərarası əlaqələrin təmin olunması mühüm əhəmiyyət kəsb edir. 

Bizi  əhatə  edən  ətraf  aləmdə,  bütün  sahələrdə  və  proseslərdə 

inteqrasiya  mövcuddur.  Ən  müasir  peĢələr  bir  sıra  qabiliy-

yətlərin inteqrasiyasını tələb edir. 

  

Fənn  kurikulumunun  səmərəli  təĢkili  prosesində  həm  fən-



daxili,  həm  də  fənlərarası  əlaqələrin  düzgün  müəyyənləĢdiril-

məsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Fəndaxili  inteqrasiya  fənn 

daxilində  əlaqələrin  yaradılması,  təlim  nəticələrinin  əldə 

edilməsi üçün bilik, bacarıq və vərdiĢlərin sistemləĢdirilməsidir. 

Fənlərin tədrisində geniĢ Ģəkildə istifadə olunan fəndaxili inteq-

rasiyanın  qurulması  üçün  əlaqəli  modeldən  istifadə  edilməsi 

məqsədəuyğundur.  Bu  zaman  bir-biri  ilə  daha  sıx  əlaqədə  olan 

bir-birlərini  tamamlayan  mövqelərin  seçilməsi  və  əlaqələndiril-

məsi  vacibdir.  Fənlər  üzrə  ibtidai  təhsil  pillələri  üzrə  ümumi 

təlim  nəticələrinin  inteqrasiyasını  əks  etdirən  əlaqəli  model 

standartlar  Ģəklində  verilmiĢ  bacarıqların  daxili  mahiyyətindən 

irəli  gəlir  və  təlim  prosesində  biri  digərinə  əsaslanmaqla  onu 

məntiqi baxımdan tamamlayır. Müasir dünya təcrübəsində, adə-

tən,  inteqrasiyanın  3  səviyyəsini  fərqləndirirlər:  Fəndaxili  in-



teqrasiya; fənlərarası inteqrasiya, fənllərüstü inteqrasiya. 

 Fəndaxili  inteqrasiya–müəyyən  bir  fənnin  aĢıladığı 

anlayıĢ,  bilik  və  bacarıqların  əlaqələndirilməsi,  fənn  daxilində 

səpələnmiĢ  faktların  sistemləĢdirilməsidir.  Belə  səviyyədə 

inteqrasiyanı  verilmiĢ  materialın  ayrı-ayrı  tədris  vahidlərində 

cəmləĢdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə fənnin 

məzmununun  strukturunun  dəyiĢdirilməsinə  gətirib  çıxarır.  Bu 

mənada, inteqrasiya olunmuĢ məzmun informativ cəhətdən daha 

tutumlu  olur,  Ģagirdlərin  daha  əhatəli  kateqoriyalarla  düĢünmə 

bacarıqları formalaĢdırmalarına kömək edir. Ġbtidai təhsil pilləsi 

fənlərinin  tədrisində  geniĢ  Ģəkildə  istifadə  olunan  fəndaxili 

inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluĢ 




 

100 


daha xarakterikdir. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk 

olunması  xüsusidən  ümumiyə  və  yaxud  ümumidən  xüsusiyə 

doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni məlumatlarla, 

bağlılıqlarla  və  asılılıqlarla  zənginləĢərək  daha  maraqlı  hala 

gəlir.  Bu formanın  üstün xüsusiyyəti ondan ibarətdir ki,  Ģagird-

lər  baĢlanğıc  problemi  diqqətdən  qaçırmadan  onunla  bağlı  olan 

bilgilərini daha da geniĢləndirir və dərinləĢdirirlər. 

 Fənlərarası  inteqrasiya  –  iki  və  ya  daha  artıq  fənnin 

əhatə  etdiyi  anlayıĢ,  bilik,  prinsip  və  sairin  sintezidir.  Bu 

inteqrasiya  bir  fənnə  aid  olan  qanun,  nəzəriyyə  və  metodların 

baĢqa bir fənnin öyrədilməsində istifadəsini nəzərdə tutur. 

Məzmunun  bu  modelə  uyğun  sistemləĢdirilməsi  Ģagird-

lərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazının yara-

dılması  ilə  yanaĢı,  həm  də  ümumelmi  anlayıĢlar,  kateqoriyalar 

və  yanaĢmalarla xarakterizə olunan yeni tip biliklərin formalaĢ-

dırılmasına  təkan  verir.  Bununla  yanaĢı,  müxtəlif  fənlərə  aid 

oxĢar  və  bir-birini  tamamlayan  mövzular  elə  planlaĢdırılır  və 

tədris  olunur  ki,  onlar  üçün  müəyyən  bir  çərçivə  yaranır,  yəni 

eyni  vaxtda  tədris  olunur.  “Həyat  bilgisi”  fənninin  əsas  təhsil 

pilləsində  tədrisi  zamanı  müxtəlif  fənn  müəllimləri  arasında 

birbaĢa  əməkdaĢlıq  və  məsləhətləĢmələr  tələb  olunduğu  halda, 

ibtidai  təhsil  pilləsində  bütün  fənlərin,  adətən,  eyni  müəllim 

tərəfindən  tədrisi  inteqrasiyanın  bu  səviyyəsinin  təmin  edilmə-

sində  baĢlıca  amilə  çevrilir.  Bu  amil  ibtidai  sinif  müəlliminə 

təlim  prosesində  fənlər  və  mövzular  arasındakı  əlaqələri  asan-

lıqla izləməyə, ümumi xətlər tapmağa imkan verir. O, ayrı-ayrı 

fənlərə  aid  ümumi  təlim  məsələlərini  birlikdə  nəzərdən  keçirir, 

fənlərarası  anlayıĢ  və  bacarıqların  formalaĢdırılmasında  bu  əla-

qələrdən yaradıcılıqla bəhrələnir. 

 Fənlərüstü  (transfənn)  inteqrasiya–bu,  inteqrasiyanın 

ən yüksək səviyyəsi olmaqla, özündə təlimin əhatə etdiyi əsas və 

əlavə  məzmun  komponentlərinin  sintezini  ehtiva  edir.  Yəni  bu 

inteqrasiya ilə Ģagirdlərin məktəbdə öyrəndikləri məzmunla (bi-

liklə)  məktəbdən  kənarda  aldıqları  məzmun(bilik)  sintez  edilir. 

Günümüzdə  təhsil  paradiqmalarının  dəyiĢməsi,  məktəb-kom-



 

101 


plekslərin artması inteqrasiyanı aktuallaĢdırır. Belə məktəblərdə 

dərs gününün məzmunu Ģagird üçün vahid fəaliyyət sahəsi kimi 

qurulur.  Yəni  həmin  gün  çərçivəsində  uĢaqların  məĢğul  olduq-

ları  müxtəlif  fəaliyyətlər  vahid  bir  iĢ  kimi  görünür.  Ġnteqra-

siyanın  iki  modeli  daha  çox  istifadə  edilir:1.Fəndaxili.    2.Fən-

lərarası. Fəndaxili əlaqə özü də iki formaya malik olur: 1) üfüqi; 

2) Ģaquli. 

 

 



Fəndaxili inteqrasiya hər hansı fənnin daxili imkanları he-

sabına  yaradılır,  yəni  uyğun  məzmun  və  fəaliyyətlər  əlaqələn-

dirilir.   

 

 



 

 

 



 

Üfüqi inteqrasiya fənnin məzmun xətləri arasındakı əlaqə-

ləndirilmədir.  Bunu  mövzulararası  inteqrasiya  da  adlandırmaq 

olar.  Hər  hansı  bilik,  bacarıq  və  vərdiĢlərin  müxtəlif  mövzular 

daxilində  formalaĢdırılması,  təməlləĢdirilməsi  Ģaquli  inteqrasi-

yadır.  Bu  siniflərarası  inteqrasiya  da  adlanır.  Yəni  anlayıĢların, 

bacarıqların siniflər üzrə geniĢlənərək inkiĢaf etdirilməsini təmin 

edir.   Fənlərarası inteqrasiya isə eyni anlayıĢ və bacarığın müx-

təlif  fənlər  daxilində  daha  da  təkmilləĢdirilməsini,  ümumiləĢ-

dirilməsini  təmin  edir.  Ġnteqrasiya  anlayıĢı  həm  çox  geniĢ,  həm 

də  dar  mənada  iĢlənir.  Bizim  təhsil  sistemimizin  Avropa  təhsil 

sistemi ilə inteqrasiyası, asılı olmayan ölkələrin təhsil sistemləri 

ilə  inteqrasiyası,  müxtəlif  ölkələrin  dövlət  təhsil  sistemləri 

arasında inteqrasiyası haqqında ideyalarla rastlaĢırıq.  

        Bu  mənada  inteqrasiya  heç  də  tam  birləĢməyə,  vahidliyə, 

eyniliyə aparmır. Dar mənada inteqrasiya dedikdə, tədris prose-

sində  fənlərarası  əlaqənin  ən  yüksək,  yeni  keyfiyyət  qazanmıĢ 

formasını  nəzərdə  tutulur.  Bu  baxımdan  inteqrasiyanın  ən  real 

tələbi  tədris  planında  qohum  fənlərin  daha  da  yaxınlaĢdırılaraq 

Ģagirdlərə  təbii  əlaqələr  Ģəraitində    ümumiləĢdirilmiĢ  biliklərin 

verilməsidir.    

        Ġnteqrasiyanın məzmunundan danıĢarkən Ģagirdlərin maraq 

və  ehtiyacları,  cəmiyyətin  tələbləri  və  sairə  nəzərə  alınmalıdır. 

Fənlərarası  əlaqənin  məzmununa  əsasən  aĢağıdakılar  daxildir. 

Onları əvvəlcə  qruplara  bölək, sonra isə hər birinə aid  bəndləri 

qeyd  edək.  Hər bir sinif, fənn üzrə  inteqrasiyanın  məzmununda 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə