Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə31/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   130

 

93 


dən  müəyyənləĢdirilmiĢ  təlim  nəticələrinin  reallaĢdırılması 

üçün  mühüm  bir  vasitədir.  Ümumi  təlim  nəticələri  fənlərdə 

məzmun  xətti  üzrə  sistemləĢdirilir.    Məzmun  xətləri  hər  bir 

fənn  üzrə  Ģagirdlərin  əldə  edəcəyi  təlim  nəticələrini,  bilik  və 

bacarıqları  daha  aydın  təsəvvür  etmək  və  onları  sistemləĢ-

dirmək  məqsədi  daĢıyır.  Standartların  yaranması  təhsilə 

lazım  olan  məzmunu  gətirmiĢ,  bilik  və  bacarıqların  həcmi 

müəyyən olunmuĢ, təhsilin məzmununa lüzumsuz məsələlərin 

daxil edilməsinin qarĢısı alınmıĢdır. Məzmun və fəaliyyətdən 

ibarət  olan  standartlar  Ģagird  nailiyyətlərinin  obyektiv  qiy-

mətləndirilməsinə real Ģərait yaratmıĢdır. 

 

Məzmun standartı  və növləri 



 

Məzmun standartı - təhsil alanların bilik və bacarıq 

səviyyəsinə qoyulmuĢ dövlət tələbidir.  



Məzmun standartının iki növü vardır: Əsas standart; 

alt-standart. 

Əsas standartın funksiyalarına aiddir: 

 



Fənlər  üzrə  müəyyən  olunan  təlim  nəticələrini  məzmun 

xətləri üzrə ümumi Ģəkildə ifadə edir. 

 

 Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparıl-



masını təmin edir.  

Alt-standartların funksiyalarına daxildir: 

 



Təlim  məqsədlərinin  dəqiq  müəyyən    olunması  üçün 

etibarlı zəmin yaradır. 

 

Təlim  strategiyalarının  düzgün  seçilməsində  mühüm  rol 



oynayır. 

 



Təlimdə inteqrativliyi təmin edir. 

 



Təlimin  məzmununun davamlı inkiĢafını təmin edir.  

Standartlar bilik və fəaliyyət hissələrindən ibarət olur. 

Biliyin  üç  kateqoriyası  var:  deklarativ,  prosedural   

kontekstual. 

Deklarativ  -  məlumat  xarakterli  biliklərdir.  Bunların  sıra-

sına anlayıĢlar, təriflər, faktlar daxilldir.  



 

94 


Prosedural  -  fəaliyyətin  icrasına  dair  prosedur  qaydaları 

əhatə edən biliklərdir.  

Kontekstual  bilik  -  problemin  həll  edilməsi  yolu  ilə  əldə 

olunan yeni biliklərdir.  

Fəaliyyətin  də  üç  növü  var:  idraki,emosional    psixo-

motor. 

 

Ġbtidai siniflərdə fəndaxili və  fənlərarası inteqrasiyanın 



məzmunu 

 

Təlim  özünün  iki  əsas  komponenti  olan  öyrətmə  və 



öyrənmə  fəaliyyəti  ilə  bilik,  bacarıq  və  vərdiĢlərin,  fəaliyyət 

üsullarının verilməsi, təcrübənin qavranılması, dərk edilməsi və 

tətbiqi  proseslərinə  nail  olmağa  çalıĢır.  Bu  prosesin  uğurlu 

alınması  üçün  öyrədən  qarĢıya  məqsəd  qoyur  və  bu  məqsədinə 

uyğun vəzifə və məzmunu müəyyənləĢdirir. Təbii ki,  məzmuna 

uyğun  metod  və  material  seçməklə  öyrənmə  fəaliyyətini  təĢkil 

edir.  Bu  fəaliyyəti  təĢkil  edərkən  öyrədən  nəticənin  gözlənilən 

məqsədlərə çatması üçün təlimin səmərəliliyini artıran müxtəlif 

vasitələrə müraciət edir. Belə istinad edəcəyi vasitələrdən biri də 

inteqrasiyadır.  

 

 

 



 

Ġnteqrasiya latın sözü (inteqer) olub, mənası tam deməkdir. 

Ümumiyyətlə,  inteqrasiya  elə  bir  əsas  prinsipdir  ki,  o,  fənlərin 

tədrisində  mütləq  və  zəruri  hesab  edilir.  Çünki  tədris  zamanı 

istifadə edilən inteqrasiya Ģagirdləri inkiĢafa istiqamətləndirmək 

məqsədi  daĢıyır,  təlimi  təkmilləĢdirir,  fənlər  arasında  və  fənlər 

daxilində  (mövzular  arasında)  əlaqə  və  asılılıqlar  dərinləĢir. 

ġagirdlərdə  idraki  qabiliyyətlər  formalaĢır.  Bu  isə  çox  əhəmiy-

yətlidir.  Tədris  prosesində  istifadə  edilən  inteqrasiya  bilik  və 

bacarıqların  Ģagirdlər  tərəfindən  daha  asan  mənimsənilməsinə, 

dərslərin  daha  maraqlı,  anlaĢılan  bir  Ģəkildə  qurulmasına  səbəb 

olur.  Dünya  təcrübəsi  göstərir  ki,  ümumiyyətlə,  düzgün  seçilən 

təlim  metodu  dərsin  keyfiyyətini  əsaslı  Ģəkildə  artırır.  Təlimin 

keyfiyyətinin  artırılmasına  inteqrasiya  kömək  etsə  də,  inteq-




 

95 


rasiyadan  istifadə  edilərkən  təlim  materialı  dərindən  dərk 

olunmalı, bu sahədə müəyyən bilik və bacarıqlar olmalıdır. 

Müəllim  dərsdə  inteqrasiyadan  nə  zaman  və  necə  istifadə 

etməni, dərsdə iĢi necə planlaĢdırmanı bacarmalıdır. Bunun üçün 

müəllimdən nəzəri, pedaqoji, psixoloji, ümumi hazırlıq, təfəkkür 

itiliyi tələb olunur. 

 

 

 



 

 

  



Bir fənnin tədrisi prosesində Ģagirdlər digər müxtəlif fənlər 

üzrə sadə Ģəkildə olsa da, biliklərə yiyələnirlər. Əldə olunan bu 

biliklər  digər  biliklərin  yaxĢı  və  mükəmməl  mənimsənilməsi 

üçün münbit, əlveriĢli Ģərait hazırlayır. 

 

 

Ġnteqrasiya biliklərin elə qarĢılıqlı əlaqəsidir ki, bu zaman 



elmlərin  yaxınlaĢması  baĢ  verir,  sanki  sistemin  ayrı-ayrı  əlaqəli 

hissələri  birləĢir.  Ġnteqrasiyadan  istifadə  olunduqda  az  vaxt 

ərzində çox bilik verilir, təlimdə nailiyyətlər əldə olunur. 

Fənlərarası  inteqrasiyanın  əhəmiyyəti  aĢağıdakı  mövqe-

lərdən irəli gəlir: 

 



Tədris  fənlərinin  məzmunundakı  müxtəlif  əlaqələrlə 

gerçək aləmin prosesləri, hadisələri və obyektləri arasın-

da real mövcud olan əlaqələrin əksini təĢkil edir. 

 



 Məktəbdə  elmi-biliklərə  yiyələnmə  hal-hazırda  hər  bir 

tədris  fənninin  sonradan  tədris  mövzularına  parçalanan 

tədrisin məzmununun predmet quruluĢuna əsaslanır. 

 



Tədrisin  məzmununun  hər  bir  sistem  vahidi  özünün 

əsaslı mövqeyinə malikdir. 

         Respublikamızda  aparılmıĢ  tədqiqatlara,  pedaqoqlarımızın 

fikirlərinə  əsaslansaq,  əslində    inteqrasiya  bir  prinsipdən  daha 

çox  elə  bir  metodiki  vasitə,  üsuldur  ki,  bu  üsulla  təlimin  məz-

munu  zənginləĢir.  Bu üsuldan istifadə  zamanı isə  müəllim təbii 

ki,  bəzi  zəruri  prinsiplərə  (prinsip  latınca  prinsipium-baĢlanğıc, 

əsas mənasını verir) əsaslanır.  

Tədris  prosesində  inteqrasiyadan  istifadə  zamanı  daha 

çox aĢağıdakı prinsiplərə istinad olunur: 

1.

 

Elmilik  prinsipi-müəllimin  inteqrasiyadan  istifadəsi 



zamanı  dərsin  elmi  səviyyəsinin  təĢkili,  izah  və  fikirlərdə  elmi 

dəqiqliyin mütləq özünü büruzə verməsi ilə əlaqədardır. Belə ki, 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə