Dərslik (I hissə)


Azərbaycan dilinin təlim və tərbiyəvi  əhəmiyyəti



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə27/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   130

 

81 


Azərbaycan dilinin təlim və tərbiyəvi  əhəmiyyəti 

 

Müasir  dövrdə  yeni  nəslin  vətəninə,  torpağına,  soy-kö-

künə  bağlılığını,  onun  əsil  vətəndaĢ    kimi  yetiĢməsini  təmin 

etmək  üçün  məqsədyönlü  iĢ  aparılması,  təhsilin    ilkin 

pilləsindən  baĢlayaraq  bütün  imkanlardan    istifadə  edilməsi 

ən mühüm  vəzifələrdən biridir. 

Azərbaycan  dilinin  tədrisi  özünün  məzmunu  ilə  uĢaq-

larda vətəninə və xalqına coĢqun məhəbbət hissinin tərbiyyə 

edilməsinə, onların vətənpərvərlik ruhunda əsil vətəndaĢ kimi 

yetiĢməsinə  xidmət  edir.  Azərbaycan  dili  qüdrətli  tərbiyə 

vasitəsidir.  ġagirdlər  onun  vasitəsilə  milli-mənəvi  sərvətləri-

mizi  öyrənir,  əxlaqi  dəyərlərə  və  yüksək  insani  keyfiyyətlərə 

yiyələnirlər. 

ġagird  Azərbaycan  dilini  öyrənməklə  öz  zehnini  yeni  

təsəvvürlər  və surətlərlə, məfhum, fikir və ideyalarla zəngin-

ləĢdirir.Mübariz,  vətənpərvər,  iradəli,  milli  mənlik  Ģüuruna 

yiyələnən Ģəxsiyyət kimi formalaĢmasının əsası qoyulur. 

MüĢahidə  və  təcrübələr  göstərir  ki,  məktəbdə  bütün 

təlim  və  tərbiyə  iĢlərinin  müvəffəqiyyəti  uĢağın  ana  dili 

sahəsindəki uğurlu fəaliyyətindən çox asılıdır. 

Azərbaycan  dili  hər  hansı  bir  məlumatı  mənimsəmək 

üçün baĢlıca alətlərdən biridir. UĢaq hər Ģeyi öyrənməkdə və 

tərbiyə  almaqda  baĢlıca  olaraq,  sözdən  istifadə  etdiyi  üçün 

dil bütün təlim və tərbiyə iĢlərinin mühüm vasitəsi kimi özünü 

göstərir 

Ü.Hacıbəyov  qeyd  edirdi  ki,  xalqın  milli  varlığı  və 

gələcəyi,  mədəniyyətinin  inkiĢafı  ana  dilinin  inkiĢafı  ilə  sıx 

bağlıdır. 

Maarifpərvər  ziyalı  F.  Köçərli  yazırdı:  ―Ananın  südü 

bədənin mayası olduğu kimi, ananın  dili də ruhun qidasıdır. 

Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini sevir‖. 

UĢaqların  ana  dilinə  yiyələnməsi  təlim-tərbiyə    iĢinin 

mühüm  vəzifələrindən  biridir.  Rus  pedaqoqu  K.D.UĢinski 

yazırdı  ki,  dil  xalqın  çox  əsrlik  mənəvi  həyatının  ən  dolğun  




 

82 


tarixi olmaqla bərabər, hələ nə kitab, nə də məktəb olmadığı 

dövrlərdə  belə  xalqı  öyrədən  və  onu  tarixin  sonuna  qədər 

öyrətməkdə davam edən ən böyük tərbiyəçidir. 

Azərbaycan dili Ģagirdlərin bədii tərbiyəsi üçün də yaxĢı 

vasitədir.  Məlumdur  ki,  ana  laylaları  və  oxĢamalarından 

baĢlamıĢ xalqımızın folklor nümunələri, bədii ədəbiyyat kiçik 

məktəbyaĢlı  uĢaqların  bir  Ģəxsiyyət  kimi  formalaĢmasında 

çox  qüvvətli    vasitədir.  Kiçik  məktəb  yaĢlı  uĢaqların  lüğət  

ehtiyatının  zənginləĢməsində  bədii  əsərin    xüsusi  əhəmiyyəti 

vardır.  UĢaqlar  xalq  nağıllarına,  maraqlı    hekayələrə  qulaq 

asmağı  çox sevirlər. Bədii əsərlər  uĢaqlara hər Ģeydən əvvəl 

Ģadlıq  gətirir,  öz  zəngin  məzmunu  ilə  onları  özünə  cəlb 

edərək bədii obrazları, ifadəli dili və ahəngdarlığı ilə onların 

marağını  oyadır.  Kiçik  məktəbyaĢlı  uĢaqlar  bədii  söz 

vasitəsilə ədəbi dilə sahib olur və bədii danıĢma qabiliyyətini 

mənimsəyirlər.  Buna görə də bədii sözün ana dilinin inkiĢa-

fındakı  rolu  çox  böyükdür,  bədii  söz  vasitəsilə  uĢaq  ana  di-

lini,  onun  qrammatik  quruluĢunu  öyrənir  və  öz  lüğətini 

zənginləĢdirir. 

Söz  kiçik  məktəbyaĢlı  uĢaqların  nitq  fəaliyyətinə 

eĢidildiyi və tələffüz edildiyi Ģəkildə təsir edir, uĢaq onu əhatə 

edən  ictimai  mühitdə  eĢitdiyi  sözləri  təhlil  etmədən  olduğu 

kimi qavrayır və ifadə edir. Təkrar nəticəsində həmin sözlər  

beyin qabığı  üzərində iz buraxır və möhkəmlənir. Ona görə 

də  uĢağın  düzgün  nitqə  yiyələnməsi  iĢində  onu  əhatə  edən 

yaĢlıların  düzgün    və  ədəbi  dildə  danıĢmaları    böyük  əhə-

miyyətə malikdir. 

Odur  ki,  uĢağın  böyüklər  tərəfindən  eĢitdikləri  sözlər, 

cümlələr qrammatik cəhətdən düzgün ifadəli, aydın və anla-

Ģıqlı olmalıdır. Bu tələblər kiçik məktəbyaĢlı uĢaqların nitqini 

inkiĢaf  etdirmək  iĢində  xüsusilə  əhəmiyyətlidir,  çünki  bu 

dövrdə  uĢaq  dilin    qrammatik    quruluĢuna  yenicə  alıĢmağa 

baĢlayır.  Bunun  üçün  həm  valideyn,  həm  də  müəllimlər  öz 

nitqlərinin  bədii,  obrazlı  və  mənalı  olması  üzərində  xüsusilə  

çalıĢmalıdır. Hər bir  bədii nümunə xalqın öz sərvətinə dərin 



 

83 


məhəbbət  tərbiyə  edir.  UĢaqlar  hadisələri    bədii  obrazlarla 

daha səmərəli qavrayırlar. 

Müəllimlər  xalqımızın  mənəvi  sərvətlərinə  yaxından 

bələd olmalı, kiçik məktəbyaĢlı uĢaqların həyata hazırlığının 

düzgün istiqamətləndirilməsində bədii ədəbiyyatdan, oradakı 

müsbət  obrazlardan  istifadə  etməyi  bacarmalıdır.  Bunlar 

uĢaqların  tərbiyəsinə  təsir  edən    qüvvətli  amillərdəndir  və 

onların mənəviyyatını  zənginləĢdirir, vətənin ləyaqətli övlad-

ları  kimi  böyümələrinə  müsbət  təsir  göstərir.  Bədii  ədəbiy-

yatın böyük tərbiyəvi  qiyməti kiçik məktəbyaĢlı uĢağın ətraf 

mühitdəki  həqiqəti  dərk  etməsinə,  qəlbində  milli  Ģüurun  ilk 

əlamətlərinin yaranmasına  təkan verir. 

Azərbaycan  dilinə    yaxĢı  yiyələnmək  uĢaqların  müvəf-

fəqiyyətlə  təhsil  almalarına  kömək  edir.  Azərbaycan  dili  tə-

limi uĢaqların təfəkkür fəaliyyətinin  formalaĢmasına, müstə-

qilliyinin  və  yaradıcı  təsəbbüsünün  inkiĢafına  kömək  edir. 

Fəal/interaktiv təlimdən istifadə etməklə keçilən Azərbaycan 

dili dərsləri biliyin Ģüurlu Ģəkildə qazanılmasına imkan verir. 

ġagirdlər mövzunu tapır, onun içərisində nədən söhbət gedə-

cəyinə dair ilkin ehtimallarını söyləyir, sonra müəllim həmin 

ehtimalları əldə rəhbər tutmaqla  Ģagirdlərə qrup tapĢırıqları 

verir.  ġagirdlər  axtarıĢa  çıxır,  tapĢırığın  nəticələrini  iĢçi  və-

rəqlərində  qeyd  edirlər.  Sonra  həmin  qeyd  olunmuĢ  məlu-

matlar  sinfə  təqdim  olunur.  Bu  zaman  Ģagirdlərin  axtarıĢ-

larına  qiymət  verilir.  Hər  bir  qrup  layiq  olduğu  qiyməti 

aldıqdan  sonra  iĢçi  vərəqindəki  məlumatların  nəzərdən 

keçirilməsinə baĢlanır. Müəllim sinfə təklif edir ki, gəlin indi 

həmin  vərəqlərdəki  məlumatları  bir  yerə  cəmləĢdirək. 

Beləliklə, vərəqlərdəki məlumatlar bir vərəqdə, ya da lövhədə 

ümumiləĢdirilir. Bu, vacib məsələdir çünki sinif Ģagirdləri nəyi 

axtardıqlarını, nəyi tapdıqlarını umimiləĢmiĢ Ģəkildə görəndə 

yeni  öyrənilən  mövzu  bütün  mahiyyəti  ilə  göz  önündə 

canlanır.  Sonra  müəllim  Ģagirdlərin  diqqətini  dərsin  əv-

vəlində  onların  irəli  sürdükləri  ehtimallara  yönəldir.  Onlara 

təklif edir ki, indiki yekunlarla əvvəl irəli sürülən ehtimalları 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə