Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə26/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   130

 

78 


dövründə  fonematik  təhlilə  geniĢ  yer  verilməlidir.  Nitqdən 

cümlənin  götürülüb  sözlərə  ayrılması,  cümlədə  sözlərin  sayı-

nın  və  ardıcıllığının  müəyyənləĢdirilməsi  xüsusi  əhəmiyyət 

kəsb  edir.  ġagirdlər  həmin  dövrdə  sait  və  samit  haqqında 

ilkin  anlayıĢlara  yiyələnirlər.  Sözlərdə  saitin  asanlıqla  uzan-

ması, samitin isə uzanmamasını dərk edirlər. 

Savad təliminin birinci günündən oxu təlimi yazı təlimi 

ilə  paralel  gedir.  Bu  dövrdə  yazı  ləvazimatı  ilə  tanıĢlıq, 

qaməti  düzgün  saxlamaq,  partada  düzgün  əyləĢmək,  dəftəri 

düzgün qoymaq, yazarkən qələmi düzgün tutmaq, barmaq və 

bilək əzələlərini möhkəmləndirmək, yazının gigiyenasına aid 

tələblərə  əməl  etmək  lazımdır.  Savad  təlimi  yeni  sistemdə 

Ģərti  və  real  olmaqla  müxtəlif  ünsiyyət  situasiyasından  baĢ-

lanır.  Bu  situasiya  birinci  sinif  Ģagirdlərinin  kommunikativ 

nitq qabiliyyətinin inkiĢafı üçün daha əlveriĢli Ģərait yaradır, 

dilin  ən  mühüm  ünsiyyət  vasitəsi  olaraq  insanların  fikri  və 

mənəvi  fəaliyyətinin  ən  vacib  aləti  kimi  dərk  edilməsinə  kö-

mək göstərir. Məhz ünsiyyət situasiyasında birincilər ilk dəfə 

dil  həqiqətlərini  söz,  cümlə  və  mətn  vasitəsi  ilə  dərk  etməyə 

baĢlayırlar. 

Yeni kurikulumlarla iĢ prosesində ən zəruri amillərdən 

biri kimi bütün müəllimlərin fəal təlim metodlarından istifadə 

bacarıqlarına yiyiələnməsi mühüm vəzifələrdəndir. 

Ənənəvi dərsdə Ģagirdlər məlumatları yadda saxlamağa 

çalıĢırlar,  müəllim  isə  nəticələri  özü  çıxararaq  bilikləri  hazır 

Ģəkildə  Ģagirdlərə  çatdırır.  Öyrədici  fəaliyyət  ilk  növbədə 

müəllimin fəallığı əsasında həyata keçirilir. 

Hamıya məlum olduğu kimi, hər hansı bir məlumat real 

həyatda tətbiq edilən zaman biliyə çevrilir. ġagirdin cavabına 

qoyulan  tələblərin  əsasını  əslində  biliklərin  mənimsənilmə-

sinin  yoxlanılması  yox,  verilən  məlumatların  yadda  saxla-

nılması  təĢkil  edir.  Eyni  zamanda,  ənənəvi  təlim  prosesində 

biliklərin  praktik  tətbiqini  təsəvvür  etmək  üçün  Ģagirdə 

müvafiq imkanlar yaradılmır. Dərsin məzmunu, adətən daha 

çox nəzəri öyrənilir və həyatın tələbatlarına uyğunlaĢdırılmır. 



 

79 


ġagirdin Ģəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliy-

yətləri və fərdi xüsusiyyətləri nəzərə alınmır. Bu cür prosesin 

nəticəsində  heç  kim  əmin  ola  bilməz  ki,  bütün  Ģagirdlər  bu 

bilikləri lazımı səviyyədə dərk edəcək. ġagirdin hazır bilikləri 

mənimsəməsi nəinki onun təfəkkürünün inkiĢafı üçün stimul 

yaratmır,  eyni  zamanda  idrak  prosesini  kütləĢdirir,  uĢağı 

yaradıcılıqdan,  sərbəstlik,  müstəqillik,  təĢəbbüskarlıq  kimi 

keyfiyyətlərdən  məhrum  edir.  Nəticədə  təlimin  səmərəliliyi 

azalır, çünki onun keyfiyyəti Ģagirdin əqli qabiliyyətlərinin və 

hafizəsinin  inkiĢaf  səviyyəsi,  idrak  motivasiyasının  olub-

olmaması kimi psixoloji amillərdən birbaĢa asılı olur. 

Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən 

biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, 

qeyri-çevik olmasıdır. Müasir informasiya – kommunikasiya 

dövründə  elmin  müxtəlif  sahələrində  toplanmıĢ  bilik  kütləsi 

elə  sürətlə  artır  ki,  təlimin  ənənəvi  sxem  və  prinsiplərinə 

əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənim-

sətmək,  əslində  qeyri-mümkün  iĢə  çevrilir.  Əgər  əvvəllər 

bilikləri əldə etmək üçün Ģagirdi iki əsas bilik mənbəyi (müəl-

lim  və  dərslik)  qane  edirdisə,  bu  gün  həmin  mənbələr  çox-

saylı  məlumat  mənbələri  ilə  müqayisədə  uduzur.  Bu  səbəb-

dən  müasir  təlimin  baĢlıca  vəzifələrindən  biri  öyrənməyi 

oyrətməkdir,  yəni  Ģagirdləri  bilikləri  müstəqil  əldə  etməyə 

yiyələndirməkdir,  biliklərədn  çox  biliklərin  əldə  edilməsi 

yollarını öyrətməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə 

dəyiĢdirilməsi,  onların  Ģəxsiyyətə,  onun  tələbatlarına  yönəl-

dilməsi,  bilikləri  mənimsəmə  zamanı  yaradıcı  təfəkkürdən 

fəal istifadə edilməsi Ģəraitində təlim böyük səmərə verə bilər. 

Eyni  zamanda,  Ģəxsiyyətyönümlü  tədris  prosesi  inkiĢaf  pro-

seslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı 

artırmaqla  Ģəxsiyyətin  dəyərlərini  və  vərdiĢlərini  formalaĢ-

dıracaqdır. 

Kurikulum  sadəcə  tədris  proqramı  deyil,  o,  bütöv  bir 

təhsil prosesidir. Bu tələblərin nəzərə alınması məhz məhsul-

dar,  yaradıcı  təfəkkürü  və  yeni  biliklərə  müstəqil  yiyələnmə 



 

80 


üsullarını  özündə  birləĢdirən  fəal(interaktiv)  təlim  texnolo-

giyalarına üstünlük verməyi tamamilə zəruri edir. 

Fəal  təlimin  üstünlüklərinə  baxmayaraq,  müəllim 

ənənəvi  metodların  istifadəsindən  tam  imtina  etməməlidir. 

Təlimin məqsədindən, məzmunundan, Ģagirdlərin hazırlığın-

dan  asılı  olaraq  müəllim  öz  seçimini  etməlidir.  Məsələn,  

müəllim  bacarıq  və  vərdiĢlərin  formalaĢması  məqsədini  qo-

yursa,  o,  daha  çox  təkrarlama  metodunu  üstün  tuta  bilər. 

Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni 

anlayıĢ  və  məlumatları  bilməyi  tələb  edirsə,  bu  zaman 

ənənəvi metod (izahedici) daha çox səmərə verə bilər. 

 

Ədəbiyyat 

1.Abdullayev  A.S.  Ġbtidai  məktəbdə  Azərbaycan  dilinin 

tədrisinin metodikası. Bakı: Maarif, 1962, 165 s. 

2.Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəbləri 

üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-

IV siniflər). Bakı, 2012 

3.Balıyev H.B. Ana dilinin tədrisi metodikası. Bakı: 3 №li 

Sənaye Liseyi,1997, 102 s. 

4.Əhmədov 

Ə.  Ümumtəhsil  sistemində  kurikulum 

islahatları// Kurikulum, 2008, №1 

5.Həsənov  M.,Cəfərova  N.  Ġbtidai  siniflərdə  Azərbaycan 

dilinin tədrisi metodikası. Bakı: Elm Nvə təhsil,  2013, 404 s. 

6.Kərimov  Y.ġ.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı: 

Nasir, 2003, 520 s. 

7.Rəhimov  A.N.  Ana  dilinin  tədrisi  metodikası.  Bakı, 

2003, 408 s. 

8.Люблинская 

А.А. 


Детская 

психология. 

М.: 

Просвещение, 1971  



9.Николски  V.A.  Cочинени  в  средней  школе.  M.: 

Учпедгиз, 1954 

 

 

 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə