Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə24/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   130

 

72 


rindən eĢidilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti 

və yürütdüyü dil siyasəti ilə bağlı olmuĢdur. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ulu  öndər  H.Əliyev  ana 

dilini  sevməyi,  onu  yaĢatmağı  vətənpərvərlik  tərbiyəsinin  ən 

əsas  tərkib  hissəsi  olduğunu  göstərmiĢdir.  Çünki,  özünün  dili 

olmayan xalq millət ola biməz. Millətin yaranması dil birliyi və 

birgəyaĢayıĢ  nəticəsində,  müəyyən  bir  ərazidə  daimi  məskən 

salmaq,  yaĢamaq  nəticəsində  mümkün  olmuĢdur.  Sonralar  hə-

min ərazi  millətin vətəninə, dövlətinə çevrilmiĢdir. Dil eyni za-

manda  hər  bir  xalqın  tarixini,  mənəviyyatını,  kim  olmağını 

özündə ehtiva edən qan yaddaĢıdır. 

Məhz  ona  görə  də  Azərbaycanın  görkəmli  ədəbiyyatĢü-

nası  F.Köçərli    “Ana  dili  millətin  mənəvi  diriliyidir,  həyatının 

mayası, mənziləsindədir”-demiĢdir. 

Digər tərəfdən hər bir insan tarixin müəyyən bir dövründə, 

vətənin kiçik bir guĢəsində yaĢadığı üçün yalnız vətənin keçdiyi 

tarixi  yolu,  onu  gözəllikləri,  görkəmli  alimləri,  sərkərdələri, 

dövlət  baĢçıları,  təbii  sərvətləri  haqqında  yazılmıĢ  əsərlər  vasi-

təsi  ilə  tanıĢ  ola,  məlumat  əldə  edə  bilər  ki,  bu  da  ona  dilini 

bilmədən heç cür mümkün deyildir. 

Yaxın tariximizdən məlumdur ki, müstəqilliyin ilk ilin-

də,  1991-ci  ildə  latın  qrafikalı  Azərbaycan  əlifbası  qəbul 

olunsa da, o, bütün gücü ilə iĢləyə bilmirdi. Yalnız ümummilli 

liderimiz bu məsələnin birdəfəlik həllinə nail olmuĢdur. Azər-

baycan  dili  milli-mənəvi  sərvətimizdir,  xalqın  varlığının  təs-

diqidir. Bizim eĢitdiyimiz və öyrəndiyimiz dil misilsiz xəzinə-

dir. O, özünəxas bir Ģəkildə xalqın tarixini, mənəvi sərvətini, 

dövlətçilik  yolunu,  coğrafi  mənzərəsini  hifz  edib  saxlayır. 

Millətin milliliyini saxlayan onun dilidir.

 

Xalqın  ümummilli  lideri  Heydər  Əliyevin  imzaladığı 



―Dövlət dilinin tətbiqi iĢinin təkmilləĢdirilməsi haqqında‖ 18 

iyun  2001-ci  il  tarixli  506  saylı  fərman  dilimizin  inkiĢafı  və 

tətbiqi  sahəsində  meydana  çıxan  problemlərdə  həlledici  rol 

oynamıĢdır.  Həmin  fərmanda  Azərbaycan  Prezidenti  yanın-

da Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutul-



 

73 


muĢdu.  Dünyanın  heç  bir  dövlətində  analoqu  olmayan  belə 

bir  qurumun  yaradılması  ana  dilimizin  tətbiqi  iĢinin  tək-

milləĢdirilməsinə  daha  səmərəli  Ģəkildə  nəzarət  etmək  və  bu 

prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məq-

sədi daĢıyır. Ulu öndər Heydər Əliyevin  Azərbaycan dilinin 

inkiĢafı  naminə  imzaladığı  ―Azərbaycan  Respublikasının 

Dövlət  Dili  Komissiyasının  tərkibinin  təsdiq  edilməsi  haq-

qında‖  4  iyul  2001-ci  il  tarixli  766  saylı  sərəncam,  ―Azər-

baycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi 

haqqında‖ 9 avqust 2001-ci il tarixli 522 saylı sərəncam və 2 

yanvar 2003-cü il tarixli ―Azərbaycan Respublikasının Döv-

lət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq 

edilməsi‖  barədə  835  saylı  fərmanı  ölkəmizdə  dil  siyasəti  və 

dil  quruculuğunun  mükəmməl  konsepsiyasını,  onun  uzun-

müddətli  strategiyasını  və  aydın  proqramını  verən  tarixi 

qanunvericilik aktlarıdır. 

Bu tarixi sənədlər dilimizin tətbiqi iĢinin daha mükəm-

məl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaĢımıza 

və  milli-mənəvi  dəyərlərimizə,  eyni  zamanda,  əlifbamızın 

beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan 

əlifbasına keçidini sürətləndirdi. 

Hazırda əsası ümummilli lider Heydər Əliyev tərəfindən 

qoyulmuĢ  siyasi  ənənə  cənab  Prezident  Ġlham  Əliyev 

tərəfindən  uğurla  davam  etdirilir.  Prezidentin  ―Azərbaycan 

Milli  Ensiklopediyasının  nəĢri  haqqında‖  və  ―Azərbaycan 

dilində latın qrafikası ilə kütləvi nəĢrlərin həyata keçirilməsi 

haqqında‖  12  yanvar  2004-cü  il  tarixli  sərəncamları  da  öz 

ictimai-tarixi  əhəmiyyətinə  görə  kifayət  qədər  uğurlu  bir 

sənəd kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezi-

denti Ġlham Əliyevin ―Azərbaycan dilinin qloballaĢma Ģərai-

tində  zamanın  tələblərinə  uyğyn  istifadəsinə  və  ölkədə  dilçi-

liyin  inkiĢafına  dair  Dövlət  Proqramı  haqqında‖  sərəncamı 

(23  may  2012-ci  il)  dövlətciliyimizin  baĢlıca  rəmzlərindən 

olan Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qay-

ğısının artırılmasını, ölkəmizdə dilçılik elmi sahəsində vəziy-



 

74 


yətin əsaslı surətdə yaxĢılaĢdırılmasını təmin etmək məqsədi 

daĢıyır.  Bütün  bunlar  cənab  Prezidentin  milli-mənəvi  də-

yərlərimizə,  elmin  və  mədəniyyətin  inkiĢafına  böyük  diqqət 

yetirdiyini göstərir. 

Ümumiyyətlə,  Azərbaycan  Respublikası  bu  gün  bütün 

sahələrdə  sürətlə  inkiĢaf  edir.  Bu  inkiĢaf  təhsil  sahəsində  də 

özünü göstərməkdədir. Təhsil haqqında Azərbaycan Respub-

likasının  Qanununda  göstərilir  ki,  Azərbaycan  Respub-

likasında təhsil sahəsindəki inkiĢaf insan hüquqları haqqında 

beynəlxalq  konvensiyalara  və  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təh-

sil  sahəsində  milli-mənəvi  və  ümumbəĢəri  dəyərlərin  priori-

tetliyi  əsasında  dünya  təhsil  sisteminə  inteqrasiya  olunaraq 

gedir. Ölkəmizin təhsil sisteminin yenidən qurulması qabaq-

cıl  dövlətlərin  təhsil  sistemlərinə  inteqrasiya  olunmasına 

geniĢ imkanlar açılmıĢdır. 

Ġndi  ən  mühüm  vəzifə  Azərbaycan  dilinin  statusunun 

yüksəldilməsi,  onun  daha  da  inkiĢaf  etdirilməsi,  zəngin-

ləĢdirilməsi, yad təsirlərdən qorunması, dövlətdə, cəmiyyətdə 

nüfuz dairəsinin geniĢlənməsinə diqqət və qayğı göstərilməsi 

ilə əlaqədardır. 

Müasir  dövrdə  təhsil  paradiqmalarının  dəyiĢməsi, 

zəngin innovasiyalar, yeni təlim texnologiyalarının tətbiqi bir 

tərəfdən  biliklər  arasında  əlaqənin,  digər  tərəfdən  zəruri 

bacarıqların formalaĢmasını ön plana çəkir. 

Rəsmi dövlət dili, əsas təlim fənni olan Azərbaycan dili-

nin milli iftixar və qürur  mənbəyi kimi daim inkiĢaf etdiril-

məsi,  bu  dilə  məhəbbət  hissi  tərbiyə  olunması  məhz  bu  iĢin 

ibtidai mərhələdə aparılması səviyyəsi ilə sıx bağlıdır. Ġbtidai 

siniflərdə  Azərbaycan  dilinin  tədrisi  qarĢısında  çox  zəruri 

vəzifələr qoyulur. Bu da, hər Ģeydən əvvəl, onun təlim dili ol-

ması  ilə  əlaqədardır.  Azərbaycan  dilinin  öyrənilməsi 

Ģagirdlərin ünsiyyət imkanlarını geniĢləndirir. 

Milli  Kurikulum  sənədində  qeyd  edilir  ki,  Azərbaycan 

dili təliminin məqsədi ümumi nitq və dil bacarıqlarını forma-



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə