Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə20/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   130

 

60 


 

Morfologiya tədrisinin  üslubi itmkanları, sintaksis və 



onun  tədrisi  məsələləri,  dil  təliminin  qanunları,  üslubiyyat 

iĢləri,  tələbənin  fərdi  iĢlərinə  nəzarətin  yoxlanması  məsə-

lələrini əhatə edən kitablar. 

 



Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası, 

Ana  dilinin  tədrisi  metodikası,  savad  təlimi,  oxu  təlimi  və 

nitq inkiĢafı ilə bağlı məsələləri əhatə edən kitablar. 

 



Respublikamızın  təhsil  sistemində  ilk  dəfə  tətbiq 

olunan  test  proqramları,  öyrədici  və  yoxlayıcı  proqramlar 

―fonetika‖,  ‖morfologiya‖  və  ―sintaksis‖  bölmələri  üçün 

ayrı-ayrılıqda hazırlanmıĢ və ayrıca kitabçalar Ģəklində nəĢr 

etdirmiĢdir. 

 



Təlimi  rus  dilində  olan  qruplarda  Azərbaycan  dilinin 

tədrisi məqsədilə yazılmıĢ kitablar. 

 

Azərbaycan  dili  və  ədəbiyyat  dərslərində  texniki 



vasitələrdən  istifadə,  pedaqoji  təcrübənin  keçirilməsinin 

təĢkili  və  Azərbaycan  dilindən  yoxlama  iĢlərinin  təĢkili  ilə 

bağlı metodik göstəriĢlər və s. 

 



Professor H.Balıyevin 2008-ci ildə ―Azərbaycan dilini 

müstəqil öyrənənlər üçün elektron dərslik‖ hazırlamıĢdır.  

     Beləliklə,  XX  əsrin  II  yarısı  Azərbaycan  dilini  tədrisi 

metodikası  elminin  yüksək  inkiĢaf  mərhələsi  olmuĢdur.  Bu 

mərhələdə  Azərbaycan  dilinin  tədrisi  metodikası  üzrə  güclü 

tədqiqatcılar  ordusu  meydana  gəlmiĢdi,  professorladan  A.Ab-

dullayev,  Y.Kərimov,  Ə.Əfəndizadə,  Ə.Fərəcov,  H.Balıyev, 

B.Əhmədov,  Ġ.Bayramov,  A.Rəhimov  və  b.,  dosentlərdən 

V.Qurbanov,  N.Cəfərova,  Ə.Əhmədov,  Ə.Abbasov,  N.Əhmə-

dov,  Ə.Kəlbəliyev,  A.Abdullayev,  M.Musayev,  N.Əhmədov, 

T.Babayeva,  S.Məmmədov,  S.Quliyeva,  A.Kazımov  və  baĢqa-

larının    Azərbaycan dilinin tədrisi  metodikasının bir elm kimi 

formalaĢması,  zənginləĢməsi  və  inkiĢafında  xidmətləri  bö-

yükdür. 


 

 



 

61 


Azərbaycan dilinin tədrisi metodikası elminin müasir 

vəziyyəti. Milli Kurikulum,  yeni kurikulum 

 

   


     Azərbaycan  dili  xalqımızın  milli-mənəvi  sərvəti,  dünya 

azərbaycanlılarının  sarsılmaz  həmrəylik  təməlidir.  Hazırda 

Azərbaycanın  rəsmi  dövlət  dili-Azərbaycan  dili  müstəqilliyin 

baĢlıca  rəmzlərindən  biri  kimi  öz  inkiĢafının  yüksək  zirvəsinə 

çatmıĢdır.  Bu  dildə  dünya  ədəbiyyatı  xəzinəsinə  daxil  olan 

misilsiz əsərlər yaradılmıĢdır.  

        Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin 

“Dövlət  dilinin  tətbiqi  iĢinin  təkmilləĢdirilməsi  haqqında”  18 

iyun  2001-ci  il  tarixli  və  “Azərbaycan  əlifbası  və  Azərbaycan 

dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli 

fərmanları  ölkənin  ictimai-siyasi  həyatında  mühüm  hadisə 

olmuĢ və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə 

təmin  etmiĢdir.  Latın  qrafikalı  Azərbaycan  əlifbası  artıq  həya-

tımızın bütün sahələrində tam yerini tutmuĢdur. 

        “Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında”  Azər-

baycan  Respublikası  Qanunun  tətbiq  edilməsi  barədə  Azərbay-

can  Respublikası  Prezidentinin  Fərmanı  (2  yanvar  2003), 

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan 

Respublikası  Qanununun  icrasının  təmin  edilməsi  barədə 

Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  (27  sentyabr 

2003) Azərbaycan dilinin inkiĢafı strategiyasının uzun müddətli 

konsepsiyasıdır. 

        XXI əsr qloballaĢma əsri kimi tarixə daxil oldu. Bu, özünü 

təhsil  sahəsində  daha  qabarıq  büruzə  verdi.  Təhsil  sahəsində 

gedən  islahatlar  çərçivəsində  yeni  yanaĢmalar  meydana  gəldi. 

Əsası  1999-cu  ildə  qoyulan  və  ardıcıl  həyata  keçirilən  “Azər-

baycan  Respublikasının  Təhsil  sahəsində  Ġslahat  Proqramı”nın 

tələblərinə  uyğun  təhsil  sahəsinə  aid  çoxsahəli  islahatlar  həyata 

keçirilməyə  baĢlandı.  Bu  islahatlar  çərçivəsində  “Azərbaycan 

Respublikasında  Ümumi  Təhsilin  Konsepsiyası  (Milli  Kuriku-

lumu)nun  qəbul  edilməsi(Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  2006-cı  il  30  oktyabr  233nömrəli  qərarı  ilə  təsdiq 




 

62 


edilmiĢdir)  təhsil  sahəsində  köklü  dəyiĢikliklərin  yaranmasına  

səbəb oldu.  

Yeni  kurikulum  sənədinin  qəbul  edilməsi  (Ümumtəhsil 

pilləsinin dövlət  standartı və proqramları(kurikulumları. 3 iyun 

2010) bu sahədə gedən iĢlərin geniĢ vüsət almasına səbəb oldu. 

Ümummilli  lider  Heydər  Əliyevin  “Cəmiyyətin  gələcək 



tərəqqisi  indi  gənclərimizə  nəyi  və  necə  öyrətməyimizdən 

asılıdır”  fikrinə  istinadən  deyə  bilərik  ki,  Ģagirdlərdя  yenи 

keyfиyyяtlяrиn  formalaшmasыnda  tяhsиlиn  rolu  danılmazdır. 

Kurikulum təhsili Ģagirdlərdə əzbərçilik deyil, sərbəst düĢün-

mə,  öyrəndiklərini  tətbiqetmə  bacarığını,  məntiqi  təfəkkürü 

inkiĢaf etdirir.  

 

 



 

 

  



Milli  kurikulum  təhsilin  məzmunu  (ümumtəlim  nəticə-

ləri,  məzmun  xətləri,  əsas  və  alt  standartlar);  təlim  strategi-



yaları  (fəal  dərsin  təĢkili  prinsipləri,  fəal  dərsin  planlaĢ-

dırılması,  fəal  dərsin  forma  və  üsulları);  qiymətləndirilməsi, 



qiymətləndirilmə mexanizmləri və standartları ilə bağlı bütün  

fəaliyyət sahəsini özündə əks etdirən konseptual sənəddir. 

Milli kurikulum konseptual sənədi özündə təhsilalanlar 

üçün  zəruri  kompetensiyaları,  məzmun  və  qiymətləndirmə 

standartlarını, hazırkı tədris planı və proqramlarını, Ģagirdə 

və  onun  hazırlıq  səviyyəsinə  verilən  tələbləri,  hər  bir  dərsin 

konkret  inkiĢafetdirici  məqsədlərini,  metodik  təminatını, 

dəyərləndirmə  modelini,  texniki  təchizatını  və  s.  əks  etdirir.   

Müəllim  və  məktəb  qarĢısında  duran  vəzifələri  və  onların 

həlli yollarını göstərir. 

Milli  Kurikulum  bilavasitə  aĢağıdakı  funksiyaların 

reallaĢdırılmasına xidmət edir:  



-ümumi  təhsilin  pillələri,  bu  pillələrdə  tədris  olunan 

fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi



-fənlərin  məzmununun  cəmiyyətin  tələbatına  uyğun 

daim təkmilləĢdirilməsi və yeniləĢdirilməsi; 



-təlim  texnologiyalarının  çevikliyi  və  interaktivliyinin 

təmin olunması; 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə