Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə17/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   130

 

51 


aparmıĢ  maarifpərvər  ziyalılarımızdan  biri  də  Firudin  bəy 

Köçərli olmuşdur. F.Köçərli 1863-cü ildə Azərbaycanın ġuĢa 

Ģəhərində anadan olmuĢ, təhsilini rus dilində almıĢıdır. ―Qu-

ran‖, ―Gülüstan‖ və ―Bustan‖ əsərlərini oxumuĢdur. Firudin 

bəy Qori seminariyasını bitirdikdən sonra Ġrəvanda fəaliyyət 

göstərən  gimnaziyada  Azərbaycan  dili  müəllimi  iĢləmiĢdir. 

1918-ci  ildə  Qori  Müəllimlər  Seminariyası  Qazaxa  köçəndə 

Firudin  bəy  Köçərli  Azərbaycan  Ģöbəsinin  direktoru 

iĢləmiĢdir. O, 35 il pedaqoji fəaliyyətlə məĢğul olmuĢdur.  

Firudin bəy ‖Qafqaz‖, ―Kaspi‖, ―ĠrĢad‖, ―Tərəqqi‖ və 

s.  qəzetlərində  Azərbaycan  dilinin  tədrisinə  dair  sanballı 

məqalələrlə çıxıĢ  etmiĢdir. O, folklor nümunələrini toplayıb, 

elmi-nəzəri  cəhətdə  ümumiləĢdirmələr  aparmıĢdır.  F.Köçərli 

1912-ci  ildə  uĢaqlar  üçün  ―Balalara  hədiyyə”  adlı  dərslik 

hazırlamıĢ, kitabda nağıl, bayatı, tapmaca, atalar sözü, məsə-

lələr, sayaçı sözləri və s. folklor nümunələri verilmiĢdir ki, bu 

da həm uĢaqların, həm də böyüklərin qəlbində keçmiĢinə sevgi 

və  məhəbbət  hissləri  oyatmıĢdır.  Müəllif  kitabı  Bakı  Ģəhə-

rində çap etdirmiĢdir. Dərslik 102 səhifədən və iki bölmədən 

ibarətdir. Dərslikdə 42 tərbiyəvi məqsədli mətn, 33 mənzum 

hekayə öz yerini tutmuĢdur. Kitab uzun müddət Azərbaycan 

məktəblərində  dərslik  kimi  istifadə  olunmuĢdur.  Məktəb 

tarixində ―Balalara hədiyyə”  adlı dərslik qiymətli abidə kimi 

saxlanılır. 

XX  əsrin  əvvələrində  dərslik  yazan  müəlliflərdən  biri  də 

Abdulla bəy Əfəndizadə olmuĢdur. O, “Son türk əlifbası‖ adlı 

dərsliyin  müəllifidir.  Kitab  1919-cu  ildə  Bakı  Ģəhərində  çap 

olunmuĢdur.  Dərslik  34  səhifədən  ibarətdir.  Dərslikdə  hərf-

lərin müqayisəli Ģəkildə öyrədilməsi üçün  32 məĢğələ nəzərdə 

tutulmuĢdur. 

Dərslik sövti üsulla yazılsa da, diqqəti cəlb edən cəhət 

odur  ki,  vəsaitdə  latın  və  ərəb  əlifbası  müqayisəli  Ģəkildə 

verilmiĢdir.  Müəllifin  fikrincə,  latın  qrafikasını  öyrənən  hər 

bir Ģagird Avropa dillərini çox asanlıqla öyrənə bilər.  

Mirzə  Abbas  Abbaszadə  ―Mübtədir  üçün  birinci  il 




 

52 


əlifbası‖  adlı  dərslik  hazırlamıĢ,  həmin  dərslik  1913-cü  ildə 

Bakı Ģəhərində  çap olunmuĢdur. Dərslik 51 səhifədən ibarət 

idi.  Dərsliyin  birinci  bölməsində  hərflərin  öyrədilməsi  və 

hərflər  iĢlənən  Ģəkillər  verilmiĢdir.  Ġkinci  bölməsində  qiraətə 

aid 100-ə yaxın kiçik hekayə, nəsihətamiz sözlər və tərbiyəvi 

mətnlər  verilmiĢdir.  Dərslik  sövti  üsulla  yazılmıĢ  və  Gəncə 

Ģəhərində  Azərbaycan  dilində  dərs  aparan  müəllimlər  üçün 

nəzərdə tutulmuĢdur. 

Yuxarıda  adları  çəkilən  dərsliklərdən  baĢqa  ana  dilinin 

tədrisi  vəziyyətini  yaxĢılaĢdırmaq  üçün  bir  neçə  dərslik  də 

çap olunmuĢdur. 

Mirzə  BalaqardaĢ  Hacıyev  ―ġagirdlərə  hədiyyə‖  adlı 

dərslik yazmıĢ, dərslik 1902-ci ildə Bakı Ģəhərində nəĢr olun-

muĢdur.  Dərslikdə  əlifba  təlimi  bölməsi  və  Ģagirdlərin  oxu 

vərdiĢləri üçün qiraət materialları verilmiĢdir. 

Mirzə Abbas Mollazadənin ―Türk qiraəti‖ (1907) dərs-

liyində  təmsillər,  atalar  sözləri,  təbiətə  aid  mətnlərin  məz-

munu ilə tanıĢlıq oxu vərdiĢlərinin inkiĢafı məqsədini güdürdü.  

Hacı  Mirağa  Mirmöhsünzadənin  ―Hədiyyətül-ətfaf‖ 

adlı  kitabı  1911-ci  ildə  Bakı  Ģəhərində  çap  olunmuĢdur. 

Dərslikdə əsasən qiraət məzmunlu mətnlər verilmiĢdir.  

Mirzə Cəlal Yusifzadə ―Ata-baba nəsihətləri» adlı dərs-

lik  hazırlamıĢdır.  Dərslik  1912-ci  ildə  Bakıda  çap  olunmuĢ-

dur. 


Bakı  Ģəhərində  “Rus-Azərbaycan‖  məktəbinin  direk-

toru  Məmmədhəsən  Əfəndizadə  həmin  məktəbin  müəllimi 

Əlisgəndər Cəfərzadə ilə birlikdə 1906-cı ildə ―Dəbistan‖ adlı 

aylıq jurnal və ona əlavə olaraq “Valideynlər üçün” vərəqə çap 

etdirdi. Jurnalın səhifələrində Azərbaycan dilində olan mək-

təblərin  dərslikləri  haqqında  metodiki,  pedaqoji  məqalələr, 

bədii əsərlər (Ģeir, hekayə), rus və dünya ədəbiyyatından tər-

cümə olunmuĢ materiallara xüsusi yer ayrılmıĢdır. Bunlardan 

baĢqa  jurnalın  səhifələrində  məktəb  sənədləri,  maarif  və 

mədəniyyətin inkiĢafı tarixinə aid məqalələr verilmiĢdir. 

1906-cı  ildə  M.Mahmudbəyovun  redaktorluğu  ilə  “Rəh-



 

53 


bər”  jurnalı  nəĢrə  baĢlamıĢdır.  Jurnal  cəmi  beĢ  nömrə  nəĢr 

edilmiĢdir.  Jurnalda  əsasən  təlim-tərbiyə  məsələləri,  məktəbin 

inkiĢafı ilə əlaqədar mətnlər verilmiĢdir. 

Qafur  RəĢad  Mirzəzadə  və  Əbdülrəhman  Əfəndiza-

dənin  rəhbərliyi  altında  ―Məktəb‖  jurnalı  1911-ci  ildə  nəĢr 

olundu.  Jurnalın  səhifələrində  gənc  nəslin  təlim-tərbiyəsinə 

aid,  məktəb  və  maarifə  dair  məqalələrə  geniĢ  yer  verilirdi. 

Eləcə  də,  vətənpərvərlik,  əmək  və  təbiətin  gözəlliyinə  həsr 

olunmuĢ  M.Ə.Sabirin  ―Təbib  və  xəstə”,  ―CamıĢ  və  Ģel‖, 

A.Səhhətin  ―Ġlk  bahar‖,  Əlisəfanın  ―Düzlük‖,  ―Məktəbə 

gedəcəyəm‖,  C.Cabbarlının  ―Bahar‖  və  s.  kimi  əsərləri  jur-

nalda  öz  əksini  tapmıĢdır.  Jurnalın  naĢirləri  çox  yaxĢı  bilir-

dilər ki, körpə balalar folklor nümunələrindən ―qidalanır‖ və 

bu  da  onları  hər  zaman  firavan  yaĢadır,  həmçinin  xalq 

nümunələri onların əxlaqi və mənəvi inkiĢafında mühüm rol 

oynayır.  

XX  əsrin  baĢlanğıc  illərində  Azərbaycan  dilində 

məktəblərin geniĢlənməsi və bu məktəblərə dövlət tərəfindən 

nəzarət  edilməsi,  ana  diliniin  tədrisinə  geniĢ  hüququn  veril-

məsi böyük əhəmiyyət kəsb etdi. Bu sahədə görkəmli maarif 

xadimlərindən  H.Zərdabi,  S.Axundov,  M.Quluzadə,  müəl-

limlərdən  ġəfiqə  Əfəndizadə,  Əlimərdan  Mustafayev,  Hacı 

Səlim  və    baĢqalarının  adlnı  çəkmək  olar.  ġübhəsiz  ki,  bu 

zaman  klassiklərimizin  Ģeir  və  hekayələrinə  mətbuat  səhifə-

lərində  çap  olunmağa  yer  verilirdi.  Pedaqoji  mətbuat  tədris 

iĢinin  daha  da  səmərəli  olması  üçün  silsilə  məqalələr  çap 

edirdi  ki,  bu  da  Azərbaycan  dilində  tədris  iĢinin  yaxĢılaĢ-

dırılmasında mühüm əhəmiyyət kəsb edirdi. 

 

Həsən  Səbri  Eyvazovun  ―Üsuli  tədris  və  təlim-tərbiyə‖ 



adlı  metodik  əsəri  1906-cı  ildə  Bakı  Ģəhərində  çap  olun-

muĢdur.  Kitabda  müəllimin  nitqinin,  dilinin  tədris  iĢinin 

yaxĢılaĢdırılmasında  mühüm  əhəmiyyətindən  söz  açılmıĢ, 

əyanilikdən  istifadə,  Ģagirdlərə  elmi  əsasda  dəqiq  və  aydın 

məlumat  vermək,  təlimi  asandan  mürəkkəbə  doğru  təĢkil 

etmək,  dərsdə  müsahibə,  sual-cavab  üsullarına  yer  vermək, 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə