Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə25/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   130

 

75 


laĢdırmaqla,  Ģagirdlərin  nitq  mədəniyyətinə  yiyələnmələrini 

təmin etməkdən ibarətdir. Buna görə də: nitq və dil bacarıq-

larına yiyələnməklə ümumi nitq inkiĢafına nail olmaq; Azər-

baycan dilinin düĢünmə, öyrənmə və danıĢma vasitəsi olma-

sını  dərk  etmək;  davamlı  təhsil  prosesində,  praktik  fəaliy-

yətdə istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək 

vacib hesab edilir. 

―Azərbaycan  dili‖  fənni  Ģagirdlərin  lüğət  ehtiyatının 

zənginləĢdirilməsinə,  ən  zəruri  qrammatik  qaydaların,  ədəbi 

tələffüz normalarının öyrənilib tətbiq olunmasına, nitq baca-

rıqlarının,  nitq  mədəniyyətinin  formalaĢdırılmasına  daha 

geniĢ imkanlar yaradır.  Ġbtidai siniflərdə Azərbaycan dilinin 

məqsədi Ģagirdlərə oxu və yazını öyrətməklə yanaĢı, oxuduq-

ları və dinlədiklərinə munasibət bildirmək, dilimiz, tariximiz, 

mədəniyyətimiz,  adət-ənənələrimiz  haqqında  məlumat  əldə 

etmək bacarığı vermək, onların nitqini inkiĢaf etdirməkdir. 

Azərbaycan  dili  indi  çox  yüksək  səviyyəli,  yəni  onun 

qrammatik  quruluĢu,  baĢqa  sahələri  yüksək  olan  bir  dildir. 

Ġbtidai siniflərdə savad təlimi-Ģagirdlərin oxuyub-yaza bilmə-

sində,  Azərbaycan  dilindən  oxu  materialının,  dil  qaydala-

rının  öyrənilməsində  nitq  bacarığı,  nitq  inkiĢafı,  nitq  mədə-

niyyəti amili əsas götürülür. 

Ġbtidai siniflərdə  ana dili  ilə əlaqədar iĢlər iki istiqamətdə 

aparılır.  Birinci  və  ikinci  siniflərdə  əsasən  Ģagirdlər  əlifbanı 

öyrənir,  oxu  və  yazı  texnikasına  yiyələnirlər.  Bu  siniflərdə  Ģa-

girdlərin düzgün, sürətli, süurlu və ifadəli oxuması xüsusi diqqət 

mərkəzində saxlanılır. III-IV siniflərdə isə müəllimlər oxu dərs-

lərində  Ģagirdlərə  Azərbaycan  dilinin  dövlət  dili  olması,  onun 

ahəngdarlığı,  gözəlliyi,  cazibədarlığı  haqqında  sadə,  Ģagirdlərin 

anlaq səviyyəsinə uyğun məlumatlar verməklə olarda ana dilinə  

qarĢı məhəbbət hissi yaratmağa baĢlayırlar. 

Təcrübəli müəllimlər nəzm əsərlərinin tədrisidə bu sahəyə 

geniĢ yer verirlər. Çünki Ģeirlərdə Azərbaycan dilinin füsünkar 

gözəlliyi daha qabarıq nəzərə çarpır. Digər tərəfdən ibtidai sinif 

Ģagirdləri  Ģeir  əzbərləməyi,  Ģeir  söyləməyi  çox  sevirlər.  Müəl-



 

76 


limlər  Ģagirdlərin  bu  istəyindən  istifadə  edərək  tez-tez  müxtəlif 

müsabiqələr,  disputlar,  səhərciklər,  səhnəciklər  və  s.  keçirirlər 

ki, bunlar da Ģagirdlərin ana dilini daha yaxĢı mənimsəmələri və 

onu sevmələri üçün çox böyük Ģərait yaratmıĢ olur. 

Ġbtidai siniflərdə hər bir Ģagird müxtəlif formalı və məz-

munlu mətnləri səlis, Ģüurlu oxumağı, yazılı və Ģifahi Ģəkildə 

səmərəli  və  yaradıcı  ünsiyyət  qurmağı  bacarmalıdır.  Bu 

baxımdan, Azərbaycan dilinin bir fənn kimi təlim əhəmiyyəti 

böyükdür. ġagirdlər Azərbaycan dili fənni vasitəsilə milli mə-

dəniyyət nümunəsi kimi   Azərbaycan dilini və onun vasitə-

silə  milli-mənəvi  sərvətlərimizi  öyrənir,  əxlaqi  dəyərlərə  və 

yüksək  insani  keyfiyyətlərə  yiyələnir,  Azərbaycan  dilindən 

istifadə etməklə digər fənləri daha yaxĢı mənimsəyirlər. 

 

Ədəbiyyat 

1.A.  Sadıqlı.  Ümummilli  lider  Heydər  Əliyev  və  Azər-

baycan dili. Bakı: Mütərcim,    2011 

2.Azərbaycan  Respublikasında  Ümumi  Təhsilin  Kon-

sepsiyası  (Milli  Kurikulumu).  "Azərbaycan  müəllimi"  qəz., 

2006, 1 dekabr 

3.Əliyev H. Müstəqilliyimiz əbədidir.C.1.Bakı, 1997, s.9 

4.Əliyev  H.  Ədəbiyyatın  yüksək  borcu  və  amalı  (Nitq-

lər, məruzələr, çıxıĢlar). Bakı: Ozan, 1999,  496 s. 

5.  Əliyev  V.  Heydər  Əliyevin  dil  siyasəti  /  Elmi  red.: 

N.Cəfərov. Bakı: Nurlan, 2003, 100 s. 

6.

 

F.Köçərli.SeçilmiĢ əsərləri.  Bakı, 1988 



7.Heydər  Əliyev  dil  haqqında  və  Heydər  Əliyevin  dili.  

Bakı: Elm, 1998, 196 s. 

8. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili.  Bakı, 

1997,  281 s.  

9.Маркова А.К. Психология усвоения языка как 

средства общения, М., 1974 

11.Yusifov M. Dahi Ģəxsiyyətin nitq fenomenliyi. Bakı, 

1997, 144 s. 

 



 

77 


Azərbaycan dili ibtidai siniflərdə təlim fənlərinin əsasıdır 

 

Azərbaycan dili ibtidai siniflərdə təlim fənlərinin əsası-

dır. ġagirdlər ana dilinə yiyələnmədən, onun incəliklərinə bə-

ləd olmadan digər fənlər üzrə proqram materiallarını müvəf-

fəqiyyətlə  mənimsəyə  bilməzlər.  Ana  dili  xarakteri  etibarilə 

inteqrativ  fəndir.  Bu  fənn  lap  baĢlanğıcından  botanika, 

zoologiya, anatomiya, coğrafiya, fizika, kimya, tarix və digər 

fənlərin elementlərini özündə əks edir. 

Hər  bir  tədris  fənni  praktik  Ģəkildə  startı  ana  dili  fən-

nindən  götürür.  ġagirdlərdə  nitq  mədəniyyətinin  formalaĢ-

dırılmasında  Ana  dili  fənni  aparıcı  mövqe  tutur.  Ana  dili 

fənninin məzmunu dinləyib - anlama və danıĢma, oxu, yazı, 

dil qaydaları məzmun xətlərindən ibarətdir. Hər bir məzmun 

xətti üçün ayrı-ayrı məzmun standartları müəyyən edilmiĢdir. 

Müasir dərslikdəki materiallar da bu məzmun xətlərini əhatə 

edir. 


Ġndi  ibtidai  siniflər  üçün  fənn  kurikulumu  əsasında 

yazılan ―Azərbaycan dili‖ dərsliyi mövcuddur. ―Azərbaycan 

dili‖  dərsliyi  birinci  sinifdə  savad  təliminin  baĢlanğıcı  və 

əsasıdır. "Azərbaycan dili" termini altında savad təlimi xüsusi 

əhəmiyyət kəsb edir. Məhz təlimin bu mərhələsi uĢağın gözü-

nü həyata açır. Bu dövrdə uĢaq ilkin oxu və yazı texnikasına 

yiyələnir, ilkin oxu və yazı vərdiĢləri qazanır. 

Adətən, savad təlimi dilimizin əlifbasında olan 32 hərfi 

tanımaq,  onların  köməyi  ilə  oxumağı  və  yazmağı  öyrənmək 

kimi baĢa düĢülür. Bu dövrün baĢqa vəzifələri haqqında da-

nıĢarkən,  ana  dilinin  tədrisinin  baĢlıca  prinsipinin  nitq  inki-

Ģafı olması faktını unutmaq olmaz. Savad təlimi dövrünə kom-

munikativ  -  idrak  əsasında  baxılmalıdır.  Savad  təlimi  döv-

ründə  ilkin  oxu  təlimi  səs-heca-təhlil-tərkib  metodu  ilə 

aparılır. Səs ayrılıqda deyil, heca tərkibində təqdim olundu-

ğundan  bu  metod  səs-heca-təhlil-tərkib  metodu  adlandırılır. 

Həmin  metodun  tətbiqini  asanlaĢdırmaq,  oxu  təliminin 

əsasını  möhkəm  qoymaq  məqsədilə  əlifba  təliminə  hazırlıq 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə