Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə28/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   130

 

84 


qarĢılaĢdırsınlar,  onların  nə  dərəcə  təsdiq  olunduğuna  fikir 

versinlər.  Bu  mərhələ  də  olduqca  vacibdir.  ġagirdlər  ehti-

mallarla,  axtarıĢlarının  üst-üstə  düĢdüyünü  görəndə  çox  se-

vinirlər.  Azərbaycan  dili  dərslərində  fəal/interaktiv  təlimin 

tətbiqi  Ģadirdlərdə  həmçinin  müstəqillik,  fəallıq,  özünəinam, 

özünütənqid, yoldaĢlarına hörmət, təmkinlilik, dözümlülük, tole-

rantlıq,  yoldaĢlıq, dostluq, əməkdaĢlıq, dinləmə mədəniyyəti və 

s. tərbiyə olunmasına imkan yaradır. 



Azərbaycan  dilinin  tədrisi  metodikasının  qarĢısında 

aĢağıdakı ümumi və konkret didaktik vəzifələr durur: 

-  Ģаэирдлярин  тяфяккцрцнц,  мцстягиллийини  инкишаф  етдир-

mək; 


- Ģаэирдляри щяйата, məiĢətə ямяли ъящятдян щазырламаьа 

кюмяк етмяк; 

-Ģаэирдлярin  nitqini  və  тяфяккцрцнц  inkiĢaf  etdirmək, 

onları tam savadlı, ədəbi dilə mükəmməl yiyələnmiĢ Ģəxsiyyət 

kimi yetiĢdirmək; 

-Ģаэирдлярə  Azərbaycan  dilinin  əsas  bölmələrinə  dair 

müəyyən həcmdə bilik və bacarıqlar vermək; 

- Ģаэирдлярин дцзэцн тяляффцз, ифадяли оху вя рабитяли нитг 

вярдишлярини инкишаф етдирмяк; 

-  Ģаэирдлярдя  орфографийа  вя  дурьу  ишаряляри  иля  баьлы 

мющкям вярдишляр йаратмаг və s. 

 

Ədəbiyyat 

1.Azərbaycan  Respublikasinin  ümumtəhsil  məktəbləri 

üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-

IV siniflər). Bakı, 2012 

2.Balıyev H.B. Ana dilinin tədrisi metodikası. Bakı: 3 №li 

Sənaye Lis., 1997,102 s. 

3.Bədiyev  S.R.  Yeni  təlim  texnologiyalarından  mühazirə 

mətnləri. Bakı: Dərələyəz-M, 2009, 200 s. 

4.Əlizadə Ə.Ə., Sultanova  Ġ.H. Taksonomiya nəzəriyyəsi və 

təcrübəsi: müasir məktəbin iĢıqlı yolu. Bakı, 2008, 173 s. 



 

85 


5.

 Щцсейнов  H.  Азярбайъан  дили  дярсляриндя  рабитяли 

нитгин инкишафы цзря чалышмалар. Бакы, АПИ-нин няшри, 1974

 

6.Həmzəyev  M.Ə.  Kiçik  məktəbyaĢlı  uĢaqların  psixoloji 



xüsusiyyətləri. Bakı: Maarif, 1968, 67 s. 

7. Həsənov M.,  Cəfərova  N.  Ġbtidai  siniflərdə  Azərbaycan 

dilinin tədrisi metodikası. Bakı: Mütərcim, 2013, 404s. 

8.PaĢayev  Ə.,  Rüstəmov  F.  Pedaqogika.  Bakı:  Nurlan, 

2007   

 

Azərbaycan dili kurikulumu, əhəmiyyəti,  

məqsəd və vəzifələri 

  

Ana  dili  kurrikulumu  bu  fənn  üzrə  məqsəd  və  vəzifələri 



müəyyənləĢdirən  və    ona  doğru  istiqamətlənmiĢ  standartların 

reallaĢması  üçün  zəruri  fəaliyyətləri  əhatə  edən  konseptual  sə-

nəddir. Bu sənəd hazırlanarkən cəmiyyətimizin ehtiyac və tələb-

ləri, Ģagirdlərin imkanları, meyil və maraqları nəzərə alınmıĢdır. 

Burada  fənn  üzrə  ümumi  təlim  nəticələri,  məzmun  standartları, 

müəllim və Ģagird fəaliyyətinə aid texnologiyalar və qiymətlən-

dirmə məsələləri əhatə edilmiĢdir. Bu, dərslik və dərs vəsaitiləri 

müəlliflərini,  müəllimləri,  qiymətləndirmə  mütəxəssislərini  və 

ana  dili  təlimi  ilə  məĢğul  olan  digər  təhsil  iĢçilərini  istiqamət-

ləndirməyə xidmət edir. 

Azərbaycan  dili  təliminin  məzmunu  nəticəyönümlü  stan-

dartlar əsasında hazırlanmıĢdır. Nəticələrin əvvəlcədən müəyyən 

olunması onlara doğru yönəlmiĢ fəaliyyətlərin inkiĢafını izləmək 

və istiqamətləndirmək üçün ardıcıl qiymətləndirmə aparılmasına 

imkan yaradır. 

Məzmun  standartları  hazırlanarkən  Ģagirdlərin  idraki, 

informativ-  kommunikativ  və  qeyri-iradi  fəaliyyətlərinin  əhatə 

olunması, düĢünmə, emosional və psixomotor bacarıqlarının in-

kiĢaf etdirilməsi  nəzərdə tutulmuĢdur. Bütün standartlar fəaliy-

yətlərə aid bacarıqlar Ģəklində ifadə olunmuĢ,   Ģagirdlərin bilik 




 

86 


və  bacarıqları ilə  bağlı nailiyyətlərini  müəyyənləĢdirmək diqqət 

mərkəzində saxlanılmıĢdır. 



Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Ümumtəhsil 

məktəblərində  Azərbaycan  dilinin  tədrisi  milli  maraqlar  və 

dövlətçilik  baxımından  vacib  məsələlərdən  biri  hesab  edilir. 

Dünya ölkələrində ana dilinin öyrədilməsi milli təfəkkürün for-

malaĢmasında  mühüm  vasitə  kimi  yüksək  dəyərləndirilir.  Milli 

Kurikulumlar  bir  qayda  olaraq,  ana  dili  ilə  baĢlanır.  Təhsilin 

ümumi  inkiĢaf  səviyyəsini  müəyyənləĢdirmək  üçün  keçirilən 

beynəlxalq  və  milli  qiymətləndirmələrdə  ana  dili  üzrə  standart-

ların mənimsənilməsinə xüsusi diqqət yetirilir. Bütün bunlar isə 

bir fənn kimi ana dilinin Ģəxsiyyətin formalaĢmasındakı müstəs-

na  rolu  ilə  bağlıdır.  Firudin  bəy  Köçərlinin  fikrincə,  “ana  dili 

millətin  mənəvi  diriliyidir...  Ananın    südü  bədənin  mayəsi  old-

uğu kimi, ana dili də ruhun qidasıdır”. 

Azərbaycan  dilinə  yiyələnmə  ailədən  baĢlayır.  UĢaq  mək-

təbə gələnədək ana dilinin köməyi ilə ətraf aləm haqqında müəy-

yən  təsəvvürlər  əldə  edir.  Bu  onun  lüğət  ehtiyatını  zənginləĢ-

dirir, dəqiqləĢdirir, əĢya və hadisələr haqqında  fikirlərini forma-

laĢdırır,  baĢqalarının  dediklərini  anlamağa  imkan  yaradır. 

Məktəbdə isə həmin iĢ sistemli, ardıcıl, mütəĢəkkil davam etdiri-

lir.  Məhz  buna  görə  də  ana  dilinin  öyrənilməsi  Milli  Kuriku-

lumda özünəməxsus yer tutur. 

Azərbaycan  dilinin  öyrənilməsi  Ģagirdlərin  ünsiyyət  im-

kanlarını geniĢləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə ya-

naĢı, düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaĢdırır. 

Nəticədə bu dil düĢünmə, öyrənmə, danıĢma vasitəsinə cevrilir. 

Azərbaycan  dili  ümumtəhsil  məktəblərində  tədris  olun-

maqla  Ģagirdlərdə  nitq  mədəniyyətinin  formalaĢmasına  xidmət 

edir.  ġagirdlər  bu  fənnin  vasitəsilə  milli  mədəniyyət  nümunəsi 

kimi  ana  dilini  öyrənir,  onun  səs  sisteminə,  lüğət  ehtiyatına, 

üslubi-qrammatik  xüsusiyyətlərinə  yaxından  bələd  olur,  elmi, 

bədii,  publisistik  və  digər  üslublarda  yaradılmıĢ  ədəbiyyat  nü-

munələri  ilə  tanıĢ  olmaq  imkanı  qazanırlar.  Eyni  zamanda,  bu 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə