Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə16/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   130

 

48 


XX  əsrin  əvvəllərində  Mahmud  bəy  Mahmudbəyov 

―Türk  əlifbası  və  Ġlk  qiraət‖  dərsliyini  tərtib  etmiĢdir.  Bu 

kitab  1907-ci  ildə  Bakıda  çap  olunmuĢdur.  Dərslik  1923-cü 

ilə  qədər  Azərbaycan  məktəblərində  istifadə  edilmiĢdir. 

Mahmud  bəy  Mahmudbəyov  sonralar  ―Ġkinci  il‖,  ―Üçüncü 

il‖, ―Yeni türk əlifbası” və s. kimi dərsliklərin də əsas müəllifi 

və tərtibçisi olmuĢdur. 

―Ġkinci il‖ dərsliyi əlifbadan sonrakı dövr üçün nəzərdə 

tutulmuĢdur.  Bu  dərsliyin  ikinci  nəĢrində  S.Axundzadə, 

F.Ağazadə,  A.Talıbzadə,  A.Əfəndizadə  və  baĢqaları  müəllif 

olmuĢlar.  Dərslik  114  səhifədən  ibarət  olmuĢ  və  1908-ci  ildə 

Bakı  Ģəhərində  çap  edilmiĢdir.  Dərslikdə  yazı  iĢlərinə  aid 

çalıĢmalar,  inĢa  və  ifadə  yazılara  aid  mövzular  və  qiraət 

bölməsinə aid mətnlər verilmiĢdir. Kitabın 96-cı səhifəsindən 

sonra ―Yazı dərsləri‖ Ģagirdlərin orfoqrafik vərdiĢlərini inki-

Ģaf  etdirməyə,  tək  və  cəm  isimlərə,  əvəzliyə,  sifətə  aid 

məlumatlar verilmiĢdir. 

M.Mahmudbəyov  A.Səhhətlə  birlikdə  ―Türk  dilinin 

təlimi üçün üçüncü ilə məxsus qiraət kitabı‖nı tərtib etmiĢ və 

onu 1909-cu ildə Bakı Ģəhərində çap etdirmiĢdir. Dərslik 162 

səhifədən  ibarət  olmaqla,  doqquz  bölmədən  ibarətdir.  Bu 

bölmələr  ayrı-ayrı  baĢlıqlar  altında  verilmiĢdir.  Kitab  sadə 

dildə  yazılmıĢ,  uĢaqların  yaĢ  və  bilik  səviyyəsi  nəzərə  alın-

mıĢdır. 


Mahmud bəy Mahmudbəyov 1911-ci ildə Bakı  Ģəhərində 

“Ġmlamız”adlı  o  zaman  üçün  çox  qiymətli  və  faydalı  olan  bir 

kitabça yazıb, çap etdirmiĢdir. Onun 24 səhifəlik “Ġmlamız”adlı 

bu  əsərində  orfoqrafiyamız  haqqında  çox  qiymətli,  o  zamana 

qədər söylənilməmiĢ və tədqiq olunmamıĢ məsələlər barədə ori-

jinal fikirlər irəli sürmüĢdür. Bu əsər zamanı üçün elmi-metodiki 

cəhətdən  qiymətli  bir  vəsait  idi.  Vəsait  22  il  məktəblərdə  öz 

qüvvəsini saxlamıĢdır. 

Gözəl müəllim, məĢhur metodist Mirzə Həsən RüĢdiyyə 

(1850-1943)  Cənubi  Azərbaycanda  ömrünün  axırına  kimi 

müəllimliklə  məĢğul  olmuĢ,  öz  təcrübəsinə  əsasən  yeni  tipli 



 

49 


məktəb açmıĢdır. Məktəb savad təliminə 60 saat vaxt vermiĢ, 

Ģagirdlərin  ana  dilində  yazıb-oxumağı  bacarmasını  qarĢısına 

məqsəd qoymuĢ, Cənubi Azərbaycanda “Vətən dili‖ dərsliyini 

yazmıĢdır.  Həmin  dərslik  1905-ci  ildə  Təbriz  Ģəhərində  nəĢr 

olunmuĢdur.  Böyük  pedaqoji  təcrübəyə  malik  olan  Mirzə 

Həsən  RüĢdiyyə  ərəb  əlifbasının  tədrisinin  sövti  üsulla  öy-

rədilməsi fikrini irəli sürmüĢdür. “Vətən  dili‖  dərsliyində üs-

lubi məsələlərə və elmi-metodik sahələrə xüsusi diqqət yetir-

miĢdir.  Kitabın  qiraət  bölməsində  xalq  ədəbiyyatına  (atalar 

sözü, tapmacalar, məsələlər), о cümlədən tərbiyəvi xarakterli 

mətnlərə yer verilmiĢdir. Dərslik 110 səhifədən və iki bölmə-

dən  ibarət  olmuĢdur.  M.H.RüĢdiyyə  çalıĢqan  uĢaqlara  qızıl 

medal təsis etmiĢdir. 

Məhəmməd  ağa  ġahtaxtinski  M.F.Axundovun  davam-

çısı  olmuĢ,  ərəb  əlifbasını  islah  etmək  yox,  onu  əvəz  etmək 

fikrində  olmuĢdur.  Xalqı  M.F.Axundovun  tərtib  etdiyi 

əlifbaya  alıĢdırmaq  və  həvəsləndirmək  məqsədilə  mətbuat 

səhifələrində dəyərli məqalələrlə çıxıĢ etmiĢdir. 

Məhəmməd ağa ġahtaxtinski ―Sövti ġərq Əlifbası” adlı 

dərsliyi  1902-ci  ildə  yazmıĢ,  1903-cü  ildə  isə  həmin  dərslik 

Tiflisdə ―ġərqi-rus‖ qəzetinin mətbəəsində nəĢr olunmuĢdur. 

Müəllif bu dərs kitabını M.F.Axundovun tərtib etdiyi əlifba 

əsasında  yazmıĢdır.  Kitabda  hərflərin  gözəl  xətlə  yazılması 

metodikası da verilmiĢdir. 

Dərslik  18  səhifədən  ibarət  idi.  Kitabda  rus  dilində 

mətnlərə  də  yеr  verilmiĢdir.  Məqsəd  odur  ki,  rus  dilli  xalq 

yeni əlifbadan istifadə  edə bilsin. Kitabda yeni  əlifba, sözlə-

rin  fonetik  və  qrammatik  cəhətdə  yazılĢı,  dilin  tədrisinə  aid 

metodik iĢləmələr verilmiĢdir.  

XX  əsrin  pedaqoji  aləmində  yazıçı  Abdulla  ġaiq 

Talıbzadənin  böyük  fəaliyyəti  olmuĢdur.  Abdulla  ġaiq 

(1881)  Tiflis  Ģəhərində  anadan  olmuĢ,  ilk  təhsilini  rus, 

fars dillərində almıĢdır. Tiflis Ģəhərindəki Aleksandrovs-

ki  gimnaziyasında  oxumuĢ,  dil-ədəbiyyat  müəllimi  hü-

ququnu  qazanmıĢdır.  O,  Bakıya  köçüb,  S.S.Axundovun 



 

50 


məktəbində ana dili müəllimi iĢləmiĢdir. 

―Dəbistan‖,  ―Məktəb‖,  ―Rəhbər‖  jurnalları  üçün 

yazdığı  uĢaq  əsərləri  ―Murad‖,  ―YaxĢı  arxa‖,  ―Tıq-  tıq 

xanım‖,―Çoban MəmiĢ‖ və s. çap edilmiĢdir. 

Abdulla  ġaiq  ―UĢaq  gözlüyü‖  adlı  dərsliyini  sövti  üsul 

əsasında yazmıĢdır. Dərslik 1910-cu ildə Bakı  Ģəhərində çap 

olunmuĢdur.  Kitab  58  səhifədən,  üç  bölmədən  ibarət  idi. 

Birinci  və  ikinci  bölmələrdə  ərəb  əlifbasının  öyrədilməsi  və 

yazı  qaydalarına  aid  nümunələr  verilmiĢdir.  Kitabın  üçüncü 

bölməsində  bədii  əsərlər  hekayə,  Ģeir,  quĢ,  heyvan  və  təbiət 

hadisələrinə aid mətnlər öz əksini tapmıĢdır.  

Abdulla ġaiq ―Gülüzar‖, ―Milli qiraət‖, ―Ġkinci il‖ və s. 

dərsliklərini nəĢr etmiĢdir. 

Məktəb  tarixindən  məlumdur  ki,  ana  dilinin  bir  fənn 

kimi tədrisi ―Vətən dili‖ və ―UĢaq bağçası” adlı dərsliklərdən 

sonra  baĢlanmıĢdır.  Bu  dərsliklər  Azərbaycan  dilində  dərs 

aparan müəllimlərə tədris üçün gözəl Ģərait yaratdı. Azərbay-

can  məktəblərində  tədris  planı,  proqramlar,  əlifbanın  islahı 

bu  dərslik  vasitəsilə  sahmana  salınmıĢ,  bu  sahədə  müəllim-

lərin qabaqcıl pedaqoji təcrübəsi də xüsusi rol oynamıĢdır. 

Mirzə  Hüseyn  Həsənzadə  ―Tamam  əlifba‖  adlı  dərslik 

hazırlamıĢ  və  bu  dərslik  1912-ci  ildə  Tiflis  Ģəhərində  çap 

olunmuĢdur.  Dərsliyin  22  səhifəsi  əlifbanın  öyrədilməsinə 

ayrılmıĢ,  qalan  səhifələrində  qiraətə  aid  mətnlər  verilmiĢdir. 

Müəllif  dərsliyin  iĢləmə  bölməsində  qeyd  edir  ki,  ərəb 

əlifbasındakı bəzi hərflərin tələffüzü qaydalarını Azərbaycan 

dilinə  uyğunlaĢdırmaq  lazımdır.  M.H.Həsənzadə  kitabın 

tərtibində daha  bir  məsələni  diqqət mərkəzində saxlamıĢdır. 

O,  Azərbaycan  dilinin  zənginliyinə  əsaslanaraq  9  sait  səsin 

iĢlənmə təĢəbbüsünü irəli sürmüĢdür. Müəllifin fikrincə, dildə 

sait  səslərin  iĢlənməsi,  dili  zənginləĢdirir,  yeni  sözlər  düzəlt-

mək üçün Ģəkilçilərdən istifadə etməyə imkan yaradır. Dərs-

likdə hərflərin hüsnxət qaydasına yazılıĢına da diqqət yetiril-

miĢidir. 

Xalqın xoĢbəxtliyi və gələcəyi uğrunda ardıcıl mübarizə 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə