Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə13/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   130

 

39 


tatar, realnı) məktəblər açılırdı. Dərslik və dərs vəsaitləri ya-

zılır,  pedaqoji  fəaliyyətə  gənclər  cəlb  olunurdu.  Azərbay-

canın folklor nümunələrinin toplanmasına, bədii ədəbiyyatın 

inkiĢafına,  yazıb  yaradan  sənətkarların  əsərlərinin  mətbuat 

vasitəsi  ilə  yayımlanmasına  diqqət  artırılırdı.  Bu  illərin  əsas 

simalarından biri M.F.Axundov idi. Mütəfəkkir ərəb əlifba-

sının  çətinliyini  görüb,  onu  baĢqa  əlifba  ilə  əvəz  etməyin  ilk 

təĢəbbüskarı olmuĢdur. 



Üçüncü  mərhələ  -  1870-1890-cı  illərə  təsadüf  edir.  Bu 

illərdə  Azərbaycanda  əsl  maarifçilik  zəmanəsi  yarandı.  Ġlk 

növbədə  maarifçilər  elmin  inkiĢafına  zidd  olan  dini  mək-

təblərin fəaliyyətinin əleyhinə  çıxıĢ etdilər. Pedaqoji və uĢaq 

ədəbiyyatının  inkiĢafı  mətbuat  vasitəsi  ilə  yayımlandı. 

Maarifçilərin demokratik görüĢləri gücləndi. Qori Müəllimlər 

Seminariyasının tatar (Azərbaycan) Ģöbəsində 1882-ci ildə ilk 

buraxılıĢ  oldu.  Qabaqcıl  maarifçilərin    S.Ə.ġirvani,  Həsənli 

Qaradaği,  Məmmədtağı  Sidqi,  Mirzə  Ġsmayıl  Qasirin  peda-

qoji fəaliyyəti dövlət tərəfindən qiymətləndirildi. Məktəbi əla 

qiymətlərlə  bitirən  Ģagirdlərə  qızıl  medallar  təsis  olundu. 

Qəzet  və  jurnalların  Azərbaycan  dilində  çap  olunması  və  s. 

Azərbaycanda maarifin inkiĢafında tarixi hadisələrdəndir. 

 

 Proqram, dərslik və dərs vəsaitlərinin tərtibi haqqında 



 

Ana  dilinin  tədrisi  vəziyyətini  yaxĢılaĢdırmaq  üçün 

maarifçi  ziyalı  və  qabaqcıl  müəllimlər  səmərəli  yollar  seç-

dilər. Ġlk növbədə əlifba və orfoqrafiya məsələlərini irəli sür-

dülər. Bu məqsədlə Mirzə ġəfi Vazeh ―Tatarsko-russkiy slo-

varı‖  kitabını  yazdı.  Kitab  Ģagirdlərin  lüğətini  zəngin-

ləĢdirmək üçün çox faydalı vəsait idi.  

Romanov  Ġoakim  Konistantinoviç  tərəfindən  yazılmıĢ 

―Tatarskiy bukvar‖ adlı dərslik pedaqoji cəhətdən çox usta-

lıqla  hazırlanmıĢ,  Ģagirdlərin  yaĢ  və  bilik  səviyyəsi  nəzərə 

alınmıĢdı.  Dərslik  Peterburq  Ģəhərində  1854-cü  ildə  buraxıl-

mıĢdı.  Dərslik  yeni  düzəliĢlərlə  təkrar-  təkrar  (1856,  1859, 




 

40 


1860)  nəĢr  olunmuĢdur.  Dərslikdə  ərəb  əlifbasının  öyrə-

dilməsi yolları haqqında üç bölmə verilmiĢdi. 

I- hərfin Ģəkil formasının öyrədilməsi. II - hərfin yazılı-

Ģında  və  yazı  zamanı  istifadə  olunan  nöqtələrin  qoyulma 

qaydalarının    öyrədilməsi.  III  -  isə  hərflərin  sözlər  daxilində 

iĢlənməsi, onların birləĢdirilməsi və tələffüzü haqqında məlu-

matın verilməĢi. 

Kitabda verilən mətnlər Ģagirdlərin oxu vərdiĢlərinə və 

nitq  inkiĢafına  xidmət  edirdi.  Eləcə  də  Azərbaycan  dilinin 

nitq  hissələri  haqqında  (isim,  sifət,  say,  əvəzlik,  fel)  yığcam 

formada  məlumat  verilirdi.  Dərslik  Azərbaycan  dilini  öy-

rənən rus dilli Ģagirdlər üçün nəzərdə tutulmuĢdu. 

Bu  dövrdə  dərslik  hazırlayan  digər  müəllif  Seyid  Əzim 

ġirvani  olmuĢdur.  S.Ə.ġirvani  Suriyanın  ġam  Ģəhərində 

mədrəsədə oxumuĢ, təhsilini tamamladıqdan sonra o, ġamaxı 

Ģəhərinə  qayıdıb,  yeni  tipli  ―Məclisi-üns”  adlı  bir  məktəb 

açmıĢdır. Məktəbdə Ģagirdlərə fars, rus və Azərbaycan dilləri 

öyrədilirdi.  Dərslərin  fəal  keçməsi  üçün  uĢaqları  maraqlan-

dıran bədii parçalardan istifadə olunurdu. 

S.Ə.ġirvani  uzun  müddət  məktəbdə  müəllim  iĢlədikdən 

sonra  ―Məcmueyi-asari-Hacı  Seyid  Əzim  ġirvani‖  adlı  bir 

dərslik  tərtib  edir.  Kitab  255  səhifədən,  170-dən  artıq  bədii 

əsərlərdən  ibarət  olmuĢdur.  Dərslikdəki  mətnlər  üç  yerə 

bölünürdü: 



Birinci  bölmədə  70  hekayə,  Sədinin  ―Gülüstan  və  Bus-

tan‖ əsərindən tərbiyəvi parçalar verilmiĢdir. 



Ġkinci  bölmədə  nəsihətamiz  sözlər  və  fars,  rus  kitab-

larından tərcümə etdiyi əsərlər öz əksini tapmıĢdır. 



Üçüncü  bölmədə,  öyüd-nəsihət,  doğruçuluq,  səxavət  və 

əxlaq haqqında mövzulara yer verilmiĢdir. Müəllif dərslikdə 

öz əsərlərindən ―Aslan və iki öküz‖, ―Xan və dehqan‖, ―As-

lan və siçan‖ və s. istifadə etmiĢdir. Seyid Əzim tərtib etdiyi 

kitabı  Zaqafqaziyada  ibtidai  məktəblərin  müfəttiĢi  iĢləyən 

A.O.Çernyayevskiyə  təqdim  etmiĢ,  kitabın  tərtibatı  Çernya-

yevskinin  xoĢuna  gəlmiĢdir.  O,  ―Vətən  dili‖  kitabını  tərtib 



 

41 


etdiyi zaman S.Əzimin Ģeirlərindən də istifadə etmiĢdir. Seyid 

Əzim  ġirvani M.F.Axundovun  ölümündən sonra maarifpər-

vər Həsən bəy Məlikov- Zərdabi ilə əlaqə saxlamıĢ, bu əlaqə 

―Əkinçi‖  qəzeti    nəĢr  olunandan  sonra  daha  da  möhkəm-

lənmiĢdir. 

S.Ə. ġirvani ikinci dəfə ―Tacül-kütüb‖ (1859) adlı dərs-

lik  yazmıĢdır.  Dərslikdəki  materiallar  uĢaqlara  Azərbaycan 

dilini  öyrətmək  məqsədi  daĢıyırdı.  Kitabda  fonetika  bölmə-

sində  ərəb  əlifbasının  və  alt,  üst  nöqtələrin  qoyulması  ilə  28 

hərf Ģəkli öyrədilməsi nəzərdə tutulur. Sonra morfologiya və 

sintaksisdən  bəhs  edilir.  Zaqafqaziya  tədris  idarəsi  S.Ə.ġir-

vaninin bir maarifçi kimi iĢini nəzərə alaraq onu 1886-cı ildə 

gümüĢ medalla təltif etmiĢdir. 

1857-ci  ildə  Mirzə  Nəsrullah  ―Kitabül-nəsihət‖  dərsli-

yini  yazmıĢdır.  Dərslik  150  səhifədən  ibarətdir.  Dərsliyin 

birinci  bölməsində  insana  xas  olan  insani  sifətlər:  səbir,  sirr 

saxlamaq,  səxavətli  olmaq,  əxlaq  və  həya,  rəhimli  olmaq; 

ikinci bölməsində - insanın pis sifətlərindən - xəsislik, lovğa-

lıq, paxıllıq, xəbərçilik,  söz gəzdirmək və s. əks olunan  mətn-

lər verilmiĢdir. 

         XIX  əsrin  pedaqoji  aləmində  görkəmli  simalardan  olan 

Aleksey Osipoviç Çernyayevskinin əsas xidmətlərindən biri ilk 

dəfə  “Vətən  dili”  dərsliyinin  yazılması  olmuĢdur.  Aleksey 

Osipoviç  Çernyayevski  1840-cı  ildə  ġamaxı  Ģəhərində  kasıb 

bir ailədə anadan olmuĢdur. O, ilk təhsilini ġamaxı Ģəhərində 

qəza  məktəbində  almıĢdır.  O,  Tiflis  Ģəhərində  Azərbaycan 

dili  müəllimi  və  Azərbaycan  Ģöbəsində  müfəttiĢ  vəzifəsində 

iĢləmiĢdir.  O,  bu  müddətdə  R.Əfəndiyevlə  birlikdə  Azər-

baycanda fəaliyyət göstərən məktəblərin (mollaxana, məhəl-

lə,  mədrəsə,  qəza,)  dərslik  və  proqramları  ilə  tanıĢ  olmuĢ, 

dərslik  və  proqramlarda  nöqsanların  olduğunu  bildikdə  

maarif  xadimlərini  Tiflis  Ģəhərinə  dəvət  etmiĢdir.  GörüĢ  za-

manı aĢağıdakı məsələlər müzakirə olunmuĢdur:  



Birinci məsələ - dərslik və proqramlardakı mövcud olan 

nöqsanları  aradan  qaldırmaq,  Azərbaycan  məktəblərinə  hə-




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə