Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə10/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   130

 

30 


Ġranın, Ģimal hissəsi isə Rusiyanın tərkibinə birləĢdirildi. 

Bu  dövrlərdə  Azərbaycan  məktəblərində  hələ  də  islam 

dininin  nüfuzu hökm  sürürdü. “Quran”  ayələrinin, “Çərəkə”nin 

öyrədilməsi təlim-tərbiyə iĢinin əsasını təĢkil edirdi.  

XIX  əsrin  birinci  yarısında  Azərbaycanın  qabaqcıl 

ziyalıları, dövlət xadimləri xalq arasında savadsızlığın aradan 

qaldırılması  üçün  gərgin  mübarizə  aparırdılar.      Azərbaycan 

ziyalıları  A.Bakıxanov,  Mirzə  Abbas  Abdullayev,  Abdulla 

Tofiq Sur, Seyfəddin ġirvani, Zeynalabdin Abaszadə, Əlimir-

zə  Nərimanov  və  b.  1827-ci  ildə  rus  hökumətinə  müraciət 

etdilər ki, respublikada yeni tipli (qəza, real, gimnaziya və s.) 

məktəblər  açılsın.  Bıı  məktəblərdə  rus  dili,  hesab  və  Ģəriət 

dərsləri ilə yanaĢı Azərbaycan dili də bir fənn kimi öyrədilsin. 

Çar  hökuməti  Azərbaycan  ziyalılarının  müraciətini  qəbul 

etdi.  1830-cu  ildən  baĢlayaraq  yeni  tipli  qəza  məktəblərinin 

açılmasına  icazə  verdi.  Həmin  ildən  qəza  məktəblərinin 

əsasnaməsi  hazırlandı.  Əsasnamə  üzrə  realnı  və  qəza  mək-

təbləri fəaliyyətə baĢladı. Azərbaycanda qəza məktəbləri ġu-

Ģada  (1830),  ġəkidə  (1831),  Bakıda  (1832),  Gəncədə  (1833), 

ġamaxı  və  Naxçıvanda  (1837)  və  baĢqa  Ģəhərlərdə  açıldı. 

Məktəblərdə dörd sinif fəaliyyət göstərdi. Azərbaycan dili bir 

fənn kimi tədris edilməyə baĢlandı. Azərbaycan və rus xalqı 

arasında  əlaqə  yaradılması  üçün  yeni  açılan  məktəblərdə 

dilmanclar (tərcüməçi) hazırlandı. Bu məktəblərdə Azərbay-

can  və  rus  dilləri,  coğrafiya,  hesab  fənləri  öyrədilirdi.  Mək-

təblərdə görkəmli maarif xadimləri (M.ġ.Vazeh, S.Ə.ġirvani, 

Ġsmayıl bəy QutqaĢınlı, Hacı Ağası, Mirzə Mehdi Hacı Cani 

oğlu Abdulla, Mirzə BaxıĢ Nazim, Baba bəy ġakir və b.) dərs 

deməyə dəvət olunurdular. Bundan baĢqa, bu illərdə A.Bakı-

xanov  Azərbaycanda  pansion  məktəbinin  təsis  olunması 

layihəsini hazırlayıb (1832-ci il, fevralın 20-də) Rusiya höku-

mətinə  göndərdi.  A.Bakıxanovun  bu  müraciəti  qəbul  edildi, 

Azərbaycanda pansion məktəbinin açılmasına icazə verildi. 

Pansion məktəbinin birinci sinfində əlifba təlimi, hesab, 




 

31 


Azərbaycan dilində dərslər aparılırdı. 2-ci və 3-cü siniflərində 

rus  dili,  qrammatika,  tarix,  coğrafiya  və  fars  dilinin  qram-

matikası öyrədilirdi. 

1884-cü  ilin  aprel  ayından  rus  məktəblərində  Azər-

baycan  dilinin  öyrədilməsinə  baĢlandı.  Bu  dilin  rus 

məktəblərində öyrədilməsində əsas məqsəd о idi ki, rus xalqı 

ilə  Azərbaycan  xalqı  arasında  möhkəm  əlaqə  yaransın.  Bu 

münasibətlə  ―Tatarskoe  vedomosti‖  qəzetində  A.Bakıxano-

vun  bu  məktəblər  haqqında  fikirləri  çap  olundu.  A.Bakı-

xanovun bu fikirlərinə Azərbaycan ziyalıları dəstək verdilər. 

Artıq  mətbuat  səhifələrində  silsilə  pedoqoji  məqalələr  çap 

olunurdu.  Azərbaycan  dilinin  tədrisi  üçün  dərslik,  lüğət  və 

dərs vəsaitləri hazırlanırdı. 

Demək  olar  ki,  XIX  yüzilliyin  birinci  yarısında  Azər-

baycanda  fəaliyyət  göstərən  məktəblər  vahid  tədris  planı  və 

proqramlarla  iĢlədi.  Məktəblərdə  Ģagird  sıxlığı  15-25  nəfərə 

çatdırıldı. Bu illərdə Gəncə Ģəhərində 5600, ġamaxıda 4700, 

Qubada 3500 nəfər Ģagird təhsil alırdı. Ölkənin 37 Ģəhərində 

və  689  kəndində  xalqın  savadlanması  üçün  məktəblər 

fəaliyyət göstərirdi. 

Bu dövrdə Ģöhrətli alim Mirzə Cəfər TopçubaĢov tərə-

findən  dilçiliyə  aid,  Ġbrahim  Gəncəvi  ―Tarixi-Gəncə”,  Mirzə 

Adıgözəl  bəy  Qarabaği  ―Qarabağnamə”  və  s.  kimi  əsərlər 

yazıldı.  ―Tifliskoe  vedomosti”  qəzetinə  həftədə  bir  dəfə 

Azərbaycan dilində ―Tatarskoe vedomosti” (1831-1837) adlı 

səhifə  əlavə  olundu.  Bu  səhifədə  Azərbaycanda  maarif  və 

onun  inkiĢafı  haqqında  rəsmi  xəbərlər  və  elanlar  çap  olu-

nurdu.  Sonralar  bu  iĢlər  ―Zakavkazskoe  vestnik”  (1841) 

qəzetində iki vərəqdə  yayımlanırdı.  

Görkəmli  maarif  xadimləri  və  alimlər  A.Budaqov, 

N.Vəzirov,  M.Qasımbəy  və  baĢqa  ziyalılar  yazdıqları  əsər-

lərinə görə xalq arasında yüksək Ģöhrət qazanmıĢdılar.    

M.ġ.Vazeh  və  A.Bakıxanovun  yazdıqları  elmi  əsərlər 

gənc  nəslə  dünyəvi  elmləri  öyrənmək  üçün  istiqamət  verirdi. 




 

32 


Elm,maarif ölkədə gücləndikcə yeni tipli məktəblərin sayı da 

çoxalırdı. Dərslik və dərs vəsaitlərinin nəĢri getdikcə artırdı. 

Məktəblərin spesifik xüsusiyyətini nəzərə alaraq tədris planı 

və  proqramlar  hazırlanırdı.  Proqramlarda  savad  təlimi, 

Azərbaycan  dili,  rus  dili,  hesabdan  dörd  əməliyyat  və  Ģəriət 

dərslərinin tədrisinə yer verilirdi. 

Birinci  sinifdə  -  əlifba  təlimi,  Ģifahi  və  yazılı  nitq  üzrə 

məĢğələlər aparılırdı. 

Ġkinci  sinifdə  -  Azərbaycan  dili,  hesabdan  dörd  əmə-

liyyat, coğrafiya və Ģəriət dərsləri keçirilirdi. Bu siniflərdə rus 

dili öyrədilirdi. 

Üçüncü  sinifdə  -  I-II  siniflərin  təhsili  davam  etdiril-

məklə, tarix dərsləri əlavə olunurdu. 

Dördüncü  sinifdə  -  bu  fənlərin  öyrədilməsi  ilə  bərabər 

fars dilinin qrammatikası, əməli yazılar, din, Ģəriət və baĢqa 

elmlər də öyrədilirdi. 

XIX yüzilliyin ikinci yarısında Azərbaycanda qəza mək-

təblərinin sayı çoxaldı, 600-800-ə yaxın oldu. Bu məktəblərdə 

Qori seminariyasında təhsil almıĢ azərbaycanlı mütəxəssislər 

dərs deyirdi.   

Qəza  məktəblərində  tədris  iĢi  ana  dilində  aparıldığına 

görə xalq kütləsinin bu məktəblərə marağı çoxalırdı. Xalqın 

bu  məktəblərə  axınını  nəzərə  alan  görkəmli  Ģəxslər:  Mirzə 

Sadıq, Mirzə Baqi, Molla Rəcəbli Vahid, Nəsirallah Xanxalı, 

Nəcəfli Badkubəy və b. burada pedaqoji fəaliyyət göstərmək  

arzularını reallaĢdırdılar.  

Azərbaycan  maarifçiləri  məktəblərin  spesifik  xüsusiy-

yətlərini nəzərə alaraq, köhnə dərsliklərdən əl çəkib, yeni ana 

dilində dərslik və dərs vəsaitləri yazmaq təĢəbbüsü qaldırdılar. 

Yeni  yazılan  dərsliklərin,  əvvəlki  dərslik  və  kitablarından 

müəyyən dərəcədə fərqli olması nəzərdə tutulurdu. Ġlk növbə-

də  yeni  yazılan  dərsliklərdə  iĢlənən  ərəb  və  fars  sözlərinin 

məzmunun  hamı  üçün  aydın  olması  diqqəti  cəlb  edirdi. 

Həmin  sözləri  Azərbaycan  dilində  iĢlətmək  məqamları  açıq-




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə