Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə8/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   130

 

23 


9.Kərimov  Y.ġ.  Təlim  metodları.  Bakı:  RS  Poliqraf  

MMC, 2007, 272 s. 

10.

 

Qasımova L, Mahmudova R. Pedaqogika. Bakı, 2003    



11.

 

Rəhimov  A.N.  Ana  dilinin  tədrisi  metodikası  (ibtidai 



siniflərdə). Bakı, Nurlan, 2003, 408 s. 

12.


 

Sadıqov  F.B.  Pedaqogika.  Bakı:  BDU-nun  nəĢriyyatı, 

2006 

13.


 

 UĢinski  K.D.  SeçilmiĢ  pedaqoji  əsərləri.  Bakı: 

AzərnəĢr, 1953, 311 s. 

14.


 

 Ümumi  təhsil  pilləsinin  dövlət  standartı  və  proqram-

ları (kurikulumları)// Kurikulum, 2010, №3, s. 116-130 

15.


 

http://www.tehsilproblemleri.com/?p=98məmməd 

həsənov 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

24 


II FƏSĠL 

 

 ANA DĠLĠNĠN TƏDRĠSĠ TARĠXĠNƏ DAIR 

 

Azərbaycan dilinin tədrisi metodikası elminin  

keçdiyi inkiĢaf yolu 

Əsas istiqamətlər: 

 



Azərbaycan  dilinin  tədrisi  metodikasının  keçdiyi 

inkiĢaf yolu (XIX əsr) 

 



Görkəmli  maarifçilərin  Azərbaycan  dilinin  tədrisi 

metodikasının inkiĢafında rolu 

 



Proqram, dərslik və dərs vəsaitlərinin tərtibi haqqında 

 



 XX  əsrin  I  və  II  yarısında  Azərbaycan  dilinin  tədrisi 

metodikasının inkiĢaf tarixi 

 



Azərbaycan  dilinin  tədrisi  metodikası  elminin  müasir 

vəziyyəti. Milli Kurikulum 

Azərbaycan dilinin formalaĢması çox uzun və mürəkkəb 

tarixi  inkiĢaf  yolu  keçmiĢdir.    Azərbaycan  dilinin  inkiĢafında 

söz sənətkarlarımız  Həsənoğlu, Nəsimi, Füzuli, Molla Pənah 

Vaqif,  Molla  Vəli  Vidadi,  ġah  Ġsmayıl  Xətai  və  b.  əməyi 

danılmazdır.  Onların  yazıb-yaratdıqları  əsərlər  Azərbaycan 

dilinin incəliyini, Ģirinliyini, gözəlliyini əks etdirmiĢ və xalqın 

sevgisini  qazanmıĢdır.  Tarixi  sənədlərdən  məlumdur  ki,  XVI 

əsrdə  Səfəvi  dövləti  zamanı  ana  dilində  məktəblər  açılmıĢdır. 

M.  Füzulinin  “Külliyatı”,  “Leyli  və  Məcnun”  əsəri  o  dövrdə 

məktəblərdə  (mollaxanalarda)  Azərbaycan  dili  dərsliyi  kimi 

istifadə olunmuĢdur. Azərbaycan dilinin inkiĢafı üçün bu dildə 

yazıb-yaradan  Füzuli,  Xətai,  Həbibi,  Qövsi  Təbrizi,  Təbriz 

ƏfĢar  və  s.  kimi  sənətkarların  əsərlərinə,  aĢıq  sənətinə,  xalq 

incilərinə  (bayatı,  qoĢma,  layla,  tapmaca  və  s),  о  cümlədən 

klassik  ədəbiyyata  xüsusi  yer  verilmiĢdir.  Bu  dövrdə 

Azərbaycan  dilində  «Əsli  və  Kərəm»,  «Koroğlu»  dastanları 

yaranmıĢdı.  Ümumiyyətlə,  XVI  əsr  Azərbaycanda  dastan-

ların yaradılması ili kimi yadda qalmıĢdır. 



 

25 


ġah Ġsmayıl Xətai Azərbaycan dilinin  inkiĢafına xüsusi 

diqqət yetirmiĢ, “Dəhnamə”, “Nəsihətnamə” əsərlərini, qəzəllə-

rini sadə Azərbaycan dilində  yazmıĢdır. Dövlət dili Azərbay-

can dili olmuĢ, dövlət tərəfindən kitabxanalar yaradılmıĢdır.  

Elmin  müxtəlif  sahələrində  (tarix,  ədəbiyyat,  folklor 

nümunələri,  coğrafiya  və  s.)  olan  kitablar  və  əlyazmalar  bu 

kitabxanalarda  cəmləĢdirilmiĢdi.  Ölkədə  maarif  ocaqlarının 

sayı  artmıĢ,  yeni  tipli  məktəblər  açılmıĢdı.  Məktəblərdə 

özünəməxsus  tədris  proqramları  tətbiq  olunurdu.  Tədris 

proqramlarında  ana  dilinə  məhəbbət,  vətəni  sevmək  və  s. 

kimi  tərbiyə  iĢlərinə  аyrıcа  yer  verilirdi.  Dövlət  sənədləri, 

fərmanlar,  eləcə  də  məktəb  sənədləri,  təlim-tərbiyə  iĢləri 

Azərbaycan dilində aparılırdı. 

XVII  əsrdə  Azərbaycanda  elm,  mədəniyyət  və  təhsil 

mütəĢəkkil  inkiĢaf  dövrü  keçirirdi.  XVII  əsrin  ortalarında 

Azərbaycanda  700-dən  artıq  mollaxana,  200-dən  çox 

müxtəlif  tipli  məktəblər  fəaliyyət  göstərirdi.  Məktəblərdə 

Ģəriət dərsləri ərəb və fars dilində aparılırdı. Azərbaycan dili, 

о  cümlədən  dünyəvi  elmlər:  coğrafiya,  tarix,  hesab  tədris 

olunurdu.  Ziyalılar  mollaxana  və  mədrəsə  məktəblərində 

klassik ədəbiyyatın öyrədilməsini, keçmiĢ tarixə aid biliklərin 

verilməsini  tələb  edirdilər.  Bu  dövrdə  dini  məktəblər  iki 

istiqamətdə fəaliyyət göstərirdilər. 

1.

 



Mollaxana- ibtidai siniflər 

2.

 



Mədrəsə - ali ruhani məktəbi 

UĢaq  mədrəsədə  oxumaq  üçün  əvvəlcə  mollaxanada 

hazırlıq mərhələsi keçməli idi. Mollaxanada oxuyan Ģagirdlər 

“Quran”ı  oxumaq  üçün  ―Çərəkə”  dərsliyi  vasitəsi  ilə  savad 

təlimini  öyrənirdilər.  ―Çərəkə‖  fars  sözüdür-  ―çəhar-yek‖ 

tərkibində  iĢlənir.  Kağızın  dörd  dəfə  bükülməsi  deməkdir. 

―Çərəkə‖ni yaxĢı xətti olan hər bir molla hazırlaya bilirdi. 

UĢaqlara  “Çərəkə”  dərslərində  ərəb  əlifbasının  hərfləri 

öyrədilirdi.  Öyrədilən  hərflərin  sözlərdə  oxunması  üzrə  iĢ 

aparılmırdı. Təlim əsasən “Höccələmə” (hərfi-heca üsulu) ilə 




 

26 


aparılırdı. ―Çərəkə‖ təlimində uĢaqlar əvvəlcə hərflərin adla-

rını öyrənir, sonra hərfi sait səslərə hərəkələrlə birləĢdirib heca 

əmələ  gətirir,  hecaları  birləĢdirib  sözlərdə  bütöv  oxumağı 

öyrənirdilər.  Əlifba  təlimi  qurtardıqdan  sonra  dərslərdə 

uĢaqlardan  mətni  üzündən  oxumaq,  onu  Ģifahi  danıĢmaq  və 

ya mətni əzbərdən söyləmək tələb olunurdu. 

UĢaqlar    “Quran”ı  oxuyub  qurtardıqdan  sonra  “Büstan”, 

“Gülüstan”, “Tarix-Nadir”, “Dərbəndnamə”, “Qarabağnamə” və 

s. əsərləri oxuyurdular.  

UĢaqlara məhəllə məktəblərində və ya ayrı-ayrı evlərdə 

də dərs keçirilirdi. Belə təhsil verən ―məktəblər‖in özünəməx-

sus  tədris  planı,  proqramları  və  dərslikləri  olmadığına  görə 

nəticədə mollaxana ilə birləĢirdilər. 

XVIII,  XIX  əsrlərdə  ziyalılar  dini  təhsildən  cana 

doymuĢdular.  Onlar  dünyəvi  məktəblərin  açımasına  can  atır, 

uĢaqlara  dünyəvi  biliklərin  verilməsini  tələb  edirdilər.  Mək-

təblərdə  milli  ədəbiyyatın  öyrədilməsinə  meyllər  çoxalırdı. 

Azərbaycan maarifçiləri, ziyalıları təhsilin yenidən qurulması 

üçün, xalqın maariflənməsini əsas məsələ kimi qarĢıya qoyur, 

yeni  tipli  məktəblərin  yranmasının  xalqın  maariflənməsində 

böyük rolu olduğuna inanırdılar.  

XVIII  və  XIX  əsrlərdə  Azərbaycanın  bir  sıra  yerlərində 

ana  dilində  məktəblər  açılmağa  baĢlamıĢdı.  DaĢ  Salahlıda  ġəfi 

Əfəndi,  Pənahabadda(ġuĢada)  Molla  Pənah  Vaqif,  Gəncədə 

Mirzə  ġəfi  Vazeh,  ġamaxıda  Seyid  Əzim  ġirvani,  Naxçıvanda 

Məmmədtağı  Sidqi  və  baĢqalarının  əzab-əziyyəti  nəticəsində 

Azərbaycan dilində məktəblər açılmıĢdır.  

Molla Pənah Vaqif ailəsi ilə birlikdə Qazax rayonundan 

Qarabağa  (Tərtər-basar)  köçmüĢ,  orada  məktəb  açıb,  gənc 

nəslin təlim-tərbiyəsi ilə məĢğul olmuĢdur. Sonra M.P. Vaqif 

ġuĢa (Pənahabad)  Ģəhərinə köçmüĢ və məktəb (1759) açmıĢ,  

müəllimlik sənətini davam etdirmiĢdir. 

Molla  Pənah  Vaqifin  ġuĢa  Ģəhərində  açdığı  yeni  tipli 

məktəbdə  təlim-tərbiyə  iĢləri  Azərbaycan  dilində  aparıldı-

ğından, Azərbaycan dilində ilk məktəb hesab olunur.  



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə