Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə11/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   130

 

33 


lanırdı. 

 Bu çətin və məsuliyyətli iĢi öz üzərinə götürən görkəmli 

maarifçi Abbasqulu Ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Təh-

zibül-əxlaq”, “Kitabi nəsihət” və ya “Nəsihətnamə” əsərlərini 

yazdı. A.Bakıxanovun yazdığı bu üç əsər Azərbaycanda yeni 

çiçəklənən maarifin ilk dərsliyi kimi meydana çıxdı. 

“Qanuni-Qüdisi”(1828)  əsəri  dərslik  kimi  yazılmıĢdır. 

Fars dilinin qrammatik qayda-qanununu öyrədən bu əsər üç 

fəsildən “Hərflər, Kəlmələr və Cümlələrdən” ibarət idi. Dərs-

liyin giriĢində  dilin qayda-qanunları yığcam  Ģəkildə verilmiĢ 

və  dilin  qanunları  elmi  təriflər  əsasında  izah  edilmiĢdir. 

Müəllif bu  əsəri yazarkən fars dilinin canlı danıĢıq dili kimi 

öyrədilməsini  də  nəzərdə  tutmuĢdur.  Əsərin  ikinci  fəslində 

nitq hissələrinin bölgüsü, üçüncü fəslində isə cümlələrin Ģərhi 

verilmiĢdir. 

Fars  dilində  iĢlənən  ərəb  sözlərinin  izahlı  lüğəti  də 

kitaba daxil edilmiĢdir. Dərslik 1831-ci ildə fars dilində Təb-

rizdə, rus dilində tərcüməsi isə 1841-ci ildə Tiflisdə çap olun-

muĢdur.  Əsər  Qafqazda  fəaliyyət  göstərən  rus  gimnazi-

yalarında uzun müddət dərslik kimi istifadə edilmiĢdir. 

Maarifçi  alim  1836-cı  ildə  “Nəsihətnamə”  adlı  bir 

dərslik tərtib etdi. Dərslik 24 səhifədən ibarət olsa da burada 

tərbiyəyə aid 102 mətn verilmiĢdi. Bu dərslikdə nəsihətlərdən 

böyüklərə  hörmət,  dostluq,  düzlük,  doğru  danıĢmağa  adət 

etmək,  mərdlik,  qoçaqlıq,  zəhtəmi  sevmək,  elm  və  təhsilə 

maraqlı olmaq, tənbəllərə qarĢı nifrət və s. kimi əxlaqi məz-

munda  nəsihətlər  öz  əksini  tapmıĢdı.  “Təhzibül-əxlaq”  əsəri 

pedaqoji  və  psixoloji  elmin  nəzəri  məsələlərini  əhatə  edirdi. 

Əsər 12 fəsildən və nəticədən ibarət idi. Əsərin əsas məqsədi 

insanları  pis  əməllərdən  çəkindirmək,  gənc  nəsli  nəcib  və 

gözəl əxlaqi normalarda tərbiyələndirmək idi. Kitabda mərd-

lik,  ədalət,  insanlarla  yaxĢı  rəftar  etmək,  dünya  malına 

tamah salmamaq , zəhməti, oxumağı və elmi sevmək, vətənə 

və  xalqa  məhəbbət  və  s.  kimi  əxlaqi  məsələlər  öz  əksini  tap-




 

34 


mıĢdı.  

A.Bakıxanovun  yazdığı  bu  əsərlər  mədrəsə  məktəb-

lərində Azərbaycan dilini öyrədən yeganə dərs vəsaiti idi. Bu 

əsərlər  XX  əsrin  əvvəllərinə  kimi  məktəblərdə  istifadə  olun-

muĢdur.  

A.Bakıxanov  öz  əsərlərində  elmi,  əqli  mühakimələrini 

və  vətənpərvərlik  hisslərini  əks  etdirmiĢdir.  O,―Gülüstani-

Ġrəm‖  əsərində  Azərbaycan  torpaqlarını  düĢmənlərdən 

müdafiə edən igid, qoçaq oğlan və qızların qəhrəmanlığından 

bəhs  etmiĢdir.  A.Bakıxanov  Babəkin  üsyanı  haqqında  və 

Tutu  Bikənin  kiĢi  paltarı  geyinib  döyüĢ  meydanında  göstər-

diyi qəhrəmanlığına dair yazan ilk maarifçidir.    

XIX  əsrin  Azərbaycanlı  alim  Mirzə  Kazımbəy  tarixə, 

dilçiliyə,  ĢərqĢünaslığa  aid  yüzdən  artıq  elmi  əsər  yazmıĢ, 

dünya Ģöhrətli, istedadlı alim kimi tarixə düĢmüĢdür. 

Mirzə  Kazımbəy  ―Gülüstan‖  əsərini  rus  dilinə,  ―Dər-

bəndnamən‖ əsərini ingilis dilinə, ―Azərbaycan dilinin qram-

matikası‖  kitabını  alman  dilinə  tərcümə  etmiĢdir.  Mirzə 

Kazımbəy  1835-ci  ildə  Peterburq  Akademiyasının  həqiqi 

üzvü  və  1837-ci  ildə  London  akademiyasının  fəxri  üzvü 

seçilmiĢdir. 

M.Kazımbəyə  ―Türk tatar dilinini qrammatikası‖ əsə-

rinə görə ona  o dövrün  ən yüksək Demidov mükafatı veril-

miĢdir.  

Professor  M.Kazımbəy  ―Türk-tatar  dilinin  qrammati-

kası‖  əsərini  Qazan  Ģəhərində  (1839)  çap  etdirmiĢdir.  Əsər 

556 səhifəlik dərslik idi. Dərslik üç bölməni əhatə edirdi: 

Birinci  bölmədə-fonetika  (əlifba,  sait,  samit  və  onların 

tələffüz  qaydaları)  və  nitq  hissələri  (isim,  sifət,  say,  əvəzlik) 

verilmişdir. 

Ġkinci bölmədə-fel, zərf, köməkçi nitq hissələri (qoĢma, 

bağlayıcı, nida) öz əksini tapmıĢdır. 

Üçüncü bölmədə-isə cümlə üzvləri, sözlərin uzlaĢması və 

bağlanması ümumi sistemdə verilmiĢdir.  




 

35 


Dərslik rus dilində (“Qrammatika turetsko - tatarskoqo 

yazıka‖)  yazılmıĢdır.  Həm  də  Azərbaycan  dilini  öyrənən 

qeyri-millətlər üçün gözəl, sanballı vəsait hesab olunur. Mirzə 

Kazımbəy  Azərbaycan  dili  qrammatikasının  ilk  yaradıcısı 

olmuĢdur. 

 

Görkəmli maarifçilərin Azərbaycan dilinin tədrisi 



metodikasının inkiĢafında rolu 

 

XIX  əsrin  ortalarında  Azərbaycanda  yeni  həyat  canla-

nırdı.  Ticarət,  sənətkarlıq  Ģəhərlərdə  surətlə  inkiĢaf  edirdi. 

Təkcə  Təbriz,  Gəncə,  ġamaxı  Ģəhərlərində  6  minə  yaxın 

sənətkar öz mövqelərini qoruyub saxlamıĢdı. Ölkədə iqtisadi 

və  mədəni  həyat  canlandıqca  çəkiĢmələrə  son  qoyur,  dinc 

həyat  baĢlayırdı.  Bu  dinclik  elmə,  mədəniyyətə,  ədəbiyyata 

və  təhsilin  inkiĢafına  öz  təsirini  göstərirdi.  Qəza,  ginmaziya, 

real adlı məktəblər təkcə Ģəhər yox, eləcə də kənd əhalisinin 

savadlanmasına da xidmət edirdi. 

        Azərbaycanda  məktəblərin  sayı  çoxaldıqca,  maarifpər-

vərlər  (M.F.Axundov.  L.Z.Budaqov,  M.M.ƏfĢar,  M.O.ġir-

vani,  S.Vəlibəyov,  S.Ə.ġirvani,  M.Ə.Təbrizi)  Rusiya  höku-

məti qarĢısında xalqın savadlanması üçün Azərbaycan dilində 

açılmıĢ  məktəblərdə  ana  dilinin  bir  fənn  kimi  öyrədilməsinə 

daha  çox  saatın  ayrılması  məsələsini  irəli  sürdülər.  Maarif-

pərvərlərin  təĢəbbüsü  ilə  Rusiya  hökuməti  tərəfindən  Azər-

baycan dilində fəaliyyət göstərən məktəblərdə ana dilinin bir 

fənn kimi tədrisinə icazə verildi, Azərbaycan dilinə həftədə 3-

4  saat  vaxtı  ayrıldı.  Bu  vaxt  ərzində  əlifba  öyrədilir,  lüğət, 

qrammatika  üzrə  Ģifahi  və  yazılı  məĢğələlər  aparılırdı.  XIX 

əsrin  ortalarında  ölkədə  yeni  tipli  ―Üsuli-cədid‖  məktəbləri 

açıldı.  Bu  məktəblərdə    ġamaxıda  S.Ə.ġirvani,  ġuĢada  Mir 

Möhsün Nəvvab, Lənkəranda Mirzə Ġsmayıl Qasir, Ġrəvanda 

Mirzə  Kazım  Ələsgərzadə  kimi  maarifpərvər  ziyalılarımız 

fəaliyyət göstərirdilər. Bu məktəblərin üstün xüsusiyyəti о idi 

ki, burada dərslər ana dilində aparılırdı. 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə