Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə206/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   202   203   204   205   206   207   208   209   ...   216

Lakin tam qurudulma aparılmanın ikinci ilində L.persıılcatus gənə- sinin 

cəm göstəricisi qurudulma dövrünə nisbətən 7-18 dəfə çoxalmışdır. 

D.

 

pictus gənə növü qurutma işindən 3-4 il sonra kəskin artmışdır, lakin 



onların  daşıyıcıları  olan  siçanvari  gəmiricilər  az  olduğundan  infeksiya-  nın 

yayılmasında böyük rol oynamamışdır. 

Qurudulma işinin sibir xorası mənbəyinə təsiri başqa cür olmuşdur, onun 

törədicisi bir çox onilliklər torpaqda qalmaq qabiliyyətinə malikdir. 

Tədqiqatçıların  bir  sıra  müşahidələri  göstərmişdir  ki,  bataqlaşmış  ərazi 

qrunt suyunun səviyyəsinin yuxarıda olduğu üçün sibir xorası üçün əlverişli 

sayılmır.  Adətən  sibir  xorası  mənbəyi  əsasən  çay  subasarında  və  ya  xırda 

çayların  yaxınlığında  yerləşir, daşqın dövründə sibir xorası sporları yuyulub 

səthə çıxır və onlar yaxınlıqda yerləşən sahələrə yayılır. 

Ümumiyyətlə, izafi rütubətli və bataqlaşmış ərazilərin qurudulması yerli 

təbii  biosenozları  kökündən  dəyişdirir  və  təbii  yoluxucu  xəstəliklərin 

ocaqlarının aktivləşməsinin yatırılmasına səbəb olur, bu əsasən rütu- bətsevər 

gəmiricilərin  və  qansoran  buğumayaqlıların  məskunlaşma  şəraitinin 

pisləşməsi nəticəsində baş verir. 



25.6.

 

HEYVANDARLIĞIN İNTENSİVLƏŞDİRİLMƏSİ 

və İNSAN SAĞLAMLIĞI 

Gələcəkdə 

maldarlığın 

müasir 


metodların 

təkmilləşdirilməsi 

istiqamətində aparılması mal-qaranın yoluxucu xəstəliklərini azalda bilər. Belə 

ki, mal-qaranın iri sürülərdə toplanması, bütün  yay ərzində çəmənlərin otlaq 

kimi  istifadə  edilməsi,  otlağın  mal-c^ara  tərəfindən  güclü  tapdanması  çöl 

gəmiricilərinin  məskunlaşma  şəraitini  pisləşdirir.  Bu  isə  tulyaremiya,  Ku 



qızdırma xəstəliklərinin təbii ocaqlarının sönməsinə səbəb olmalıdır. 

Bununla belə, heyvandarlığın intensivləşdirilməsi, törədici mənbəyi kənd 

təsərrüfatı heyvanları olan zoonozların (brüselloz, sibir xorası, lep- tospiroz və 

b.) profilaktikası işlərinin aktivləşdirilməsinin vacib olmasını qarşıya qoyur. 

Bu  işdə  aktual  vəzifələrdən  biri  profilaktik  tədbirlərin  zoonozların  təbii 

ocaqlarının  antropogen  (antropurqik)  infeksiya  ocaqlarına  çevrilməsinin 

qarşısını almaq istiqamətində gücləndirilməsidir. 

Dırnaqlı heyvan sürülərinin otarılması insanın təbii bioloji komplekslərə 

ən geniş yayılan təsir formasıdır. Otarma səmərəli aparıldıqda bitki örtüyünün 

tərkibində müxtəlif otların miqdarı artır, bu isə olduqca müxtəlif heyvanların 

və  onların  növ  müxtəliyinin  çoxalmasına  səbəb  olur.  Lakin  hədsiz  otarma 

zamanı  çəmən  və  bozqır  bitki  örtüyü  deqradasiyaya  uğrayır,  çim  qatı  məhv 

edilir, torpaq qatı dağıdılır, faunanın növ tərkibi kasatlaşır. Otarma nəticəsində 

bozqır örtüyünün zəif kom- 



519 


ponentbri  sıxışdınlır,  ölü  örtük  tapdalanır  və  məhv  edilir,  yeyilmədən 

mühafizə olunan komponentlər (tikanlı, sıx yatıxmış, süd şirəli və b. bitkilər) 

güclü  inkişaf  edir,  birilliklər  və  efemerlər  çoxalır,  kənardan  gətirilən  alaq 

otları artır, torpaq tapdanır, quruluğu güclənir, bu isə quraqlıq sevən bitkilərin 

peyda olmasına səbəb olur, torpağa çoxlu miqdarda gübrə verilir. 

Otarmanm təsiri nəticəsində torpağın hidroloji rejimi pozulur, bər- kimiş 

torpaqda  otların  böyüməsi  olduqca  zəifləyir,  nəticədə  qurumuş,  tapdanmış 

torpaq qatı bitkidən məhrum olur. 

Mal-qara  tapdağının  nəticəsi  yaşayış  məntəqələri  ətrafında  daha  çox 

nəzərə çarpır. Belə yerlərdə eroziya və səhralaşma prosesi özünü göstərir. 

Bozqır sahələrin mal-qara döyənəyinə çevrilməsi və burada xam yerdən 

fərqli alçaq boylu və quraqlıq sevən bitkilərin yayılması müxtəlif sünbülqıran 

növlərinin yayılması üçün əlverişli şərait yaradır. Yuvalarının bilavasitə açıq 

sahədə yerləşməsi sünbülqırana düşmənini izləmək imkanını asanlaşdırır. Bir 

çox  tədqiqatçıların  müşahidələri  göstərir  ki,  ot  örtüyü  daha  çox  tapdanaraq 

məhv edilmiş açıq sahələrdə sünbülqıranlar daha çox məskunlaşır. 

Beləliklə,  infeksiyanın  təbii  ocaqlarının  aktivləşməsinə  yol  verməmək 

üçün gəmiricilərinin sayına nəzarət  etməlidir. Gəmiricilərin sayını azaltmaq 

üçün heriyə qoyulan sahələrdə taxıl otları assosiasiyalarını bərpa etmək, quru 

çöl  və  yarımsəhra  zonalarında  rnal-qaram  norma  ilə  otarmaq,  örüşləri 

şumlayaraq ot səpini aparıb mədəni otlaqlar yaratmaq məqsədəuyğundur. 

Təbii  otlaqlardan  fərqli  olaraq  səpin  aparılan  otlaqlarda  yeni  ekoloji 

şəraitə malik olan və gənələrin yaşaması üçün az əlverişli şəraitli olduqca yeni 

biotop  yaranır,  belə  ki,  burada  onları  yemləyənlərin  sayı  kəskin  azalır. 

Məsələn,  təsərrüfatda  istifadə  edilən  səpin  aparılan  otlaqlarda  dördüncü  - 

beşinci ilində gənələrin miqdarı təbii otlağa nisbətən on dəfələrlə az olmuşdur. 

Mal-qaranın  döyənəyi  gəmiricilənin  məskunlaşmasına  mozaiki-ocaq 

xarakteri  verir.  Çoxsaylı  gəmirici  olan  belə  ocaqdar  (mənbələr)  insanın 

yaşayış  yerinə  qədər  uzanırsa,  mal-qara  döyənəyi  elementar  infeksiya 

ocaqlarının olmasına və onların keçirilməsinə şərait yaradır. 

Quru  step  (bozqır)  və  yarımsəhra  rayonlarında  mal-qara  otarılması 

gəmiricilərin yem bazasını dağıdır və çox vaxt onların özlərini və yuvalarını 

da məhv edir. 

Lakin otarmanm intensivləşdirilməsi ilkin təbii xəstəlik ocaqlarını törəmə 

antropogen ocaqlarla əvəz edə bilər, bir halda ki, bir tərəfdən iksod gənələrin 

yeyicilərinin sayı çoxalır, digər tərəfdən isə gəmiricilər  yem  axtarmaq üçün 

çox hərəkətli olur və onların iksod gənələrlə təmas 

520 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə