nunlar sisteminin üzə çıxarılması sosioekologiyanın əsas məqsədini təşkil
edir.
Sosial ekologiyanın qanunları insanın dəyişdirici fəaliyyəti və təbiətdə
maddə, enerji və informasiya dövranları təsiri ilə yaranmış maddə, enerji və
informasiya axınlarının sinxronluğunu, uyğunluğunu əks etdirməlidir. Yalnız
bu qanunlara arxalanmaqla cəmiyyət ekoloji və sosial- iqtisadi inkişafın
qarşılıqlı bağlılıq məsələlərini həll edə bilər.
İndiyə qədər bizim sivilizasiyanın xüsusiyyətindən, onun ziddiyyətindən
irəli gələrək, sosial-iqtisadi inkişaf ekologiyanın hesabına olmuşdur. Həmin
ziddiyyətin həllini sosial-iqtisadi iftkişaf ləngitməkdə deyil, (bu, son nəticədə
insanların həyat səviyyəsini aşağı salardı), həm cəmi}^əti, həm də təbiəti
harmonik inkişaf etdirməkdə axtarmaq lazımdır, yəni söhbət davamlı inkişafa
keçilməkdən getməlidir. Bundan ötrü isə cəmiyyət, təbiət və texnikanın
qarşılıqlı təsirinin qanunauyğunluqlarını dərindən bilmək lazımdır.
Amerika ekoloqu B. Kommonerin bu məsələyə yanaşması maraq
doğurur. O, bioekologiya və bəşəriyyətin təbiətdəyişdirici təcrübəsini
müəyyən dərəcədə ümumiləşdirməklə dörd sosial-ekoloji qanun
formalaşdırmağa cəhd etmişdir.
Birinci qamın:
Hər şey hər şeylə bağlıdır.
Bu qanun ekosferdə mürəkkəb qarşılıqlı təsir şəbəkəsinin olduğunu əks
etdirir. Onun məqsədi insanı ekosistemin ayrı-ayrı hissələrinə düşünülməmiş
təsirdən saxlamaqdır. Belə ki, bu cür təsirlər gözlənilməyən zərərli hadisələr
törədə bilər.
İkinci qanun:
Hər şey harayasa getməlidir?
Bu qanun materiyanın saxlanması kimi fundamental qanundan ortaya
çıxır. O, maddi istehsalın tullantılarına yeni nöqteyi-nəzərdən baxmağa imkan
verir. Yerin təkindən çıxarılmış külli miqdarda maddə, yeni maddələrə
çevrilərək, «hər şey haradasa olmalıdır» faktı nəzərə alınmadan ətraf mühitə
səpələnib. Nəticədə külli miqdarda maddə elə yerlərdə toplanır ki, təbiətdə
onların orada olması məsləhət deyildir.
Üçüncü qanun:
Təbiət yaxşı bilir.
Bu qanun o mövqedən çıxış edir ki, «indi yaşayan canlı varlıqların
orqanizmlərinin strukturu və ya müasir təbii ekosistemin təşkili o mənada
yaxşıdır ki, onlar əlverişsiz variantlar içərisindən diqqətlə seçilmişdir və
istənilən yeni variant yəqin ki, indikindən pis olacaqdır». Bu qanun
hərəkətsizliyə yox, əksinə, təbii bio - və ekosistemləri diqqətlə öyrənməyə,
dəyişdirici fə-
524
aliyyəto şüurlu yanaşmağı tələb edir. Təbiətin dəyişdirilməsinin nəticələrini
dəqiq bilmədən təbiəti «yaxşılaşdırmaq» kimi hərəkətlərə yol verilə bilməz.
Dördümü qamın:
Heç nə təmənnasız verilmir.
B.Kommoner hesab edir ki, dördüncü qanun əvvəlki üç qanunu özündə
birləşdirir, «Ona görə ki, qlobal ekosistem vahid sistem olub, onun hüdudları
daxilində uduş və ya ilki ola bilməz, belə ki, insanın əməyi vasitəsilə ondan
alınmış hər şeyin əvəzi ödənilməlidir».
Əlbəttə, B.Kommonerin qanunları cəmiyyət və təbiətin qarşılıqlı təsirinin
bütün tərəflərini əhatə etmir. Onlarda, məsələn, sosial-iqtisadi, hüquqi
mexanizmlərin təbiətdən istifadənin xarakterinə təsiri, mədəniyyətin təbiətlə
münasibətlərinin harmoniyalaşdırılmasmda mümkün olan rolu öz əksini
tapmamışdır.
Deyilənləri nəzərə almaqla sosial ekologiyanın aşağıdakı prinsiplərini
formalaşdırmaq mümkündür:
•
bəşəriyyət istənilən populyasiya kimi ölçüsüz, sonsuz inkişaf edə
bilməz;
•
cəmiyyət öz inkişafında biosfer təzahürlərinin imkanlarını nəzərə
almalıdır;
•
cəmiyyətin davamlı inkişafı alternativ ehtiyatlara və texnologiyalara
vaxtında keçirilməsindən asılıdır;
•
cəmiyyətin istənilən dəyişdirici fəaliyyəti ekoloji proqnoza
əsaslanmalıdır;
•
təbiətin mənimsənilməsi biosferin müxtəlifliyni azaltmamalı və
insanların həyat keyfiyyətlərini pisləşdirməməlidir;
•
sivilizasiyanın davamlı inkişafı insanların əxlaqi keyfiyyətlərindən
asılıdır;
•
hər bir kəs öz hərəkətlərinə görə gələcək qarşısında məsuliyyət daşıyır;
•
qlobal fikirləşib, lokal hərəkət etmək lazımdır;
•
təbiətin vəhdəti bəşəriyyəti əməkdaşlığa məcbur edir.
Sosial ekologiya insan fəaliyyətinin uyğun normativini müəyyən edən
cəmiyyət və təbiətin harmoniyasının şərtlərini açır.
26.2.
TƏBİƏTİ MÜHAFİZƏ FƏALİYYƏTİNDƏ
ƏSAS İSTİQAMƏTLƏR
Əkinçiliyin geniş inkişaf tapması hər şeydən əvvəl təbii bitki örtüyünün
məhv edilməsi ilə əlaqədardır. Əkinçiliyin ətraf mühitə təsiri aşağıdakı kimi
təzahür olunur:
525
—
geniş ərazilərdə təbii bitki örtüyünün məhv edilməsi və onların tarla
bitkiləri və plantasiya əkinləri ilə əvəz olunması;
—
təbii biogeosenozların aqrosenozlara çevrilməsi;
—
meliorasiya tədbirləri ilə əlaqədar bəhrəsiz və ya az məhsuldar
ərazilərin yüksək məhsuldar əkinçilik sahələrinə çevrilməsi (lakin bəzən əks
vəziyyətin baş verməsi istisna olunmur);
—
heyvanların təbii məskənlərinin dağıdılması;
—
torpaq örtüyündən səmərəli istifadə edilməməsi şəraitində onun
deqradasiyası (su və külək torpaq eroziyası, torpağın gücdən düşməsi,
torpağın şorlaşması və şorakətləşməsi, torpağın bataqlaşması, səhra- laşma,
izafi miqdarda gübrələrdən və pestisidlərdən istifadə nəticəsində torpağın
çirklənməsi);
—
iqlimin dəyişməsinə aparan geniş ərazilərdə radiasiya və su balansının
dəyişməsi;
—
ərazinin hidroloji rejiminin dəyişməsi (səth axımının güclənməsi,
qrunt sularının səviyyəsinin aşağı düşməsi və ya tükənməsi, suvarma ilə
əlaqədar qrunt sularının səviyyəsinin qalxması, çay yataqlarında sedi-
mentasiya prosesinin güclənərək orada üzvi və mineral çöküntülərin
toplanması);
—
səth və qrunt sularının gübrələr, pestisidlər, suda həll olan duzlar və
istehsalat tullantıları ilə çirklənməsi;
—
atmosferin çirklənməsi (aviasiyanın köməyi ilə gübrələrin və
pestisidlərin verilməsi, denitrifıkasiya yolu ilə torpaqdan gübrələrin, azot
birləşmələrinin atmosferə ayrılması);
—
yararsız torpaqların əmələ gəlməsi; səhralaşma prosesinin inkişafı;
Heyvandarlığın təbii mühitə təsirinin istiqamətləri:
—
geniş ərazilərdə bitki örtüyünün məhv edilməsi, otlaqların hədsiz
yüklənməsi nəticəsində səhralaşma prosesi;
—
otlaqlarda təbii bitki örtüyünün deqradasiyası; eroziya nəticəsində
torpağın yuyulub aparılması, yarğanların əmələ gəlməsi;
Sallaxana və mal-qaranın burdaqda saxlanılan yerlərin yaxınlığında,
həmçinin mal-qaranın təbii su hövzələrinə və çaylara suvata sürülən yerlərdə
səth sularının çirklənməsi.
Kənd təsərrüfatında təbiəti mühafizə haqqındakı konseptual fikirlərə
əsaslanaraq, lazım olan işlərin aparılması (layihələşdirilməsi) aşağıdakı
aiqoritm üzrə yerinə yetirilməsi məsləhətdir (İ.P.Laptev):
1.
Təsərrüfatın təbii-iqtisadi xüsusiyyətləri
1.1.
İqtisadi xarakteristikası və inkişaf perspektivləri
1.2.
Əhali (sayı, paylanması)
1.3.
Kənd təsərrüfatı sahələri və digər torpaqlar (sahəsi, onların nisbəti və
istifadəsi, torpağa antropogen təsir, eroziya prosesinin inkişafı)
526
Dostları ilə paylaş: |