7
A
Motivasiya. Mövzu ilə bağlı problemli situasiya yaradılır və əksər hal larda
suallarla yekunlaşdırılır.
B
Araşdırma məqsədilə verilmiş tapşırıqlar. Maraq yaradılan ha di sə lə rin
araş dırılmasına yönəlmiş tədqiqat xarakterli tapşırıqlardan ibarətdir. Bu işarə
altında verilmiş laboratoriya işləri, təcrübələr, müxtəlif tipli tapşırıqlar həm
fərdi, həm də qrup şəklində icra oluna bilər.
C
Yeni biliklər. Mövzunun əsas məzmununu əhatə edir. Burada mövzu ilə
bağlı izahlar, anlayışlar, təriflər və s. verilir.
D
Maraqlı məlumatlar. Mövzu ilə bağlı statistik məlumatlar, maraqlı faktlar
və hadisələr haqqında məlumatlar verilir.
E
Yeni terminlər. Mövzuda istifadə olunan yeni termin və anlayışların izahı verilir.
F
Sual və tapşırıqlar. Standartda nəzərdə tutulan əsas bilik və baca rıq la rın
hansı səviyyədə formalaşdırılmasını müəyyənləşdirməyə xid mət edir. Təq-
dim olunmuş tapşırıqlar məntiqi, tənqidi və yaradıcı tə fək kürün in ki şa fına
yö nəlmişdir. Bu tapşırıqlardan tədqiqatın apa rılması, ya radıcı tət bi q etmə mər-
hələlərində və ev tapşırıqlarının veril məsində isti fadə etmək nəzərdə tu tul-
muş dur.
LAYİHƏ
8
Yeni dərsliklərlə işləmək təcrübəsinin artırılması, standartlarda nəzərdə tutul-
muş tələblərin reallaşdırılması və dərsliklərdən yaradıcılıqla istifadə olunması baxı-
mından Metodik vəsait olduqca böyük əhəmiyyətə malikdir.
Metodik vəsaitdə hər bir standartın reallaşdırılması ilə bağlı tövsiyələr, illik və
gündəlik planlaşdırma nümunələri, inteqrasiya cədvəli, qiymətləndirmə vasitələri
və onun hazırlanmasına verilən tələblər, müəllimin istifadə edəcəyi mənbələr öz
əksini tapmışdır.
Hər bir mövzunun tədrisi ilə bağlı verilmiş tövsiyələr, illik və gündəlik planlaş-
ma nümunələri istiqamətverici xarakter daşıyır. Özünüz buna yaradıcı yanaşaraq
işinizi təhsil müəssisəsinin maddi-texniki bazasını, infrastrukturunu, sinfinizdəki
şagirdlərin potensial imkanlarını, maraq və ehtiyaclarını və s. nəzərə almaqla plan-
laşdıra bilərsiniz. Öz fəaliyyətinizi planlaşdıran zaman standartın tələbi mütləq
nəzərə alınmalıdır.
• Biologiya fənn kurikulumu haqqında;
• 11-ci sinif Biologiya fənni üzrə məzmun standartları;
• Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli;
• 11-ci sinif Biologiya fənni üzrə məzmun standartlarının inteqrasiya imkanları;
• Biologiya fənninin tədrisinə dair tövsiyələr;
• İllik planlaşdırmanın aparılmasına dair tövsiyələr;
• 11-ci sinif üçün Biologiya fənni üzrə təxmini illik planlaşdırma;
• Biologiya fənninin tədrisində müasir təlim metodlarının tətbiqi;
• Referatların hazırlanması;
• Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr;
• Qrup təqdimatının qiymətləndirilməsi;
• Mövzuların gündəlik planlaşdırılmasına dair tövsiyələr;
• Gündəlik planlaşdırma nümunəsi;
• Mövzuların tədrisinə dair tövsiyələr;
• İstifadə edilmiş ədəbiyyat və müəllimin istifadə edə biləcəyi mənbələr.
LAYİHƏ
9
BİOLOGİYA FƏNN KURİKULUMU HAQQINDA
Məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə et-
məklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilmiş ənənəvi
fənyönümlü proqramlardan fərqli olaraq, bu gün respublikanın ümumtəhsil mək-
təblərində Biologiya fənni aşağıdakı xüsusiyyətləri özündə birləşdirən və şəxsiyyətin
formalaşmasına, inkişafına yönələn müasir proqram əsasında tədris olunur:
• Bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilir;
• İnsanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər
əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön pla-
na çəkilir;
• Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan mini-
mum biliklərin həcmi müəyyənləşdirilir və həmin biliklər minimum təlim
məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutulur;
• İnteqrativ məzmunu ilə seçilir və s.
Biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün, fənlə bağlı
həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən mürəkkəbə doğru in-
kişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni tex-
nologiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur.
Müasir Biologiya fənn proqramına əsasən, ümumtəhsil məktəblərində fənnin
tədrisi prosesinin təşkilinin aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə
tutulur:
• Pedaqoji prosesin tamlığı;
• Təlimdə bərabər imkanların yaradılması;
• Şagirdyönümlülük;
• İnkişafyönümlülük;
• Fəaliyyətin stimullaşdırılması;
• Varislik;
• Yaşa uyğunluq;
• Əyanilik;
• Tədqiqatyönümlülük;
• Müşahidəyönümlülük;
• Yaradıcı tətbiqetmə;
• Dəstəkləyici mühitin yaradılması.
Bu prinsiplərə əsasən şagirdin bir şəxsiyyət kimi formalaşması nəzərdə tutulur.
Biologiyanın tədrisi vasitəsilə şagirdlərdə estetik zövq, ekoloji tərbiyə formalaşır.
LAYİHƏ
10
Şagird öz sağlamlığının, ətraf mühitin, vətəndaşı olduğu dövlətin qorunması ruhun-
da tərbiyə alır, təhsil prosesində dünyanın bütöv bir vahid kimi qavranılmasına və
dərk edilməsinə hazırlanır. Şagirdlər təbii mühitin qorunmasının zəruriliyini dərk et-
məklə vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal eko-
loji problemləri dərk edir, insanın qorunmasının Yer kürəsinin bütövlükdə qorunma-
sı ilə bağlı olması qənaətinə gəlirlər. Təbiətin gözəlliklərindən zövq almaqla yanaşı
vətənə, torpağa, onun təbii sərvətlərinə qarşı daha doğma münasibət bəsləyirlər.
Biologiya fənn kurikulumu fənnin tədrisi zamanı şagirdin praktik vərdişlərə
yiyələnməsini, müşahidə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi sayə-
sində məntiqi nəticələr çıxarmasını, müxtəlif resurslardan bacarıqla istifadə etmək-
lə şagirdin fəaliyyətinin stimullaşdırılmasını, nailiyyətlərinin dəstəklənməsini nə-
zər də tutur.
Bildiyimiz kimi, biologiya dərslərində əyanilik xüsusi əhəmiyyət kəsb edir. Bu
baxımdan şagirdlərin eşidərək və yaxud da yalnız müşahidə edərək deyil, kinestetik
öyrənməsinə üstünlük verilməlidir. Məzmun standartlarında nəzərdə tutulan baca-
rıqların reallaşdırılması zamanı müxtəlif əyani vasitələrdən, təbii bitkilər və herba-
rilərdən, canlı guşədə olan heyvanlar, müxtəlif mulyajlar və tablolar, mikroskop,
lupa və s. istifadə etməyin zəruriliyi də Biologiya fənn kurikulumunda vurğulanır.
Fənnin tədrisi şagirdin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməklə ümumiləş-
dirmək, eksperimentlər aparmaq, müasir elm sahələrinin nailiyyətlərini, sağlam
ailənin qurulmasında sağlam həyat tərzinin rolunu, qlobal və regional ekoloji
problemləri araşdırmaq, təbii mühitdə canlılar aləmi üzərində müşahidə apar-
maqla bitkilərin yetişdirilməsi, heyvanların bəslənməsi, insan sağlamlığının qo-
runması və s. bu kimi bacarıqların inkişaf etdirilməsini vəzifə olaraq önə çəkir.
Müasir kurikuluma əsasən, ümumi orta təhsil səviyyəsində şagirdin canlılar
aləmini öyrənməklə daha dolğun bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur-
dusa, tam orta təhsil səviyyəsində bu bilik və bacarıqlar dərinləşdirilməklə (canlıla-
rın bütün təsnifat səviyyələri əhatə olunmaqla daxili və xarici quruluşu, qidalanma-
sı, tənəffüsü, orqanizmlərdə suyun və digər maddələrin daşınma xüsusiyyətləri,
canlıların çoxalması və inkişafı, hüceyrənin elektron mikroskopu səviyyəsində quru-
luşu, onun kimyəvi tərkibi, canlıların təkamülü və təkamülün dəlilləri, qlobal ekoloji
problemlər, ekoloji tarazlığın qorunması, yoluxucu xəstəliklər, seleksiya və onun qa-
nunları, biotexnologiya, bionika, regional ekoloji problemlər, sağlam ailənin qurul-
masında sağlam həyat tərzinin rolu), daha elmi və məntiqi əsasda şagirdlərə çatdırıl-
ması nəzərdə tutulur.
LAYİHƏ
Dostları ilə paylaş: |