134
•
Biosferə mənfi təsir
göstərən antropogen amillər;
•
Elmi-texniki tərəqqinin canlılar aləminə təsiri;
•
Təbiət hadisələrinin biosferə təsiri;
•
Biosferin qorunmasının əsas strategiyası;
•
Regional ekoloji problemlərin qarşısının alınması.
Müzakirə zamanı əyani vəsaitlərə, şəkillərə, elektron təqdimatlara istinad oluna
bilər. Tədqiqat məqsədilə B1 blokundakı və F blokundakı tapşırıqlara əsaslanmaq olar.
Standartın tələbi çərçivəsində tapşırıqlar hazırlamaqda sərbəstsiniz.
Özünümaarifləndirmə məqsədilə Azərbaycan Respublikasının qoşulduğu bey-
nəlxalq konvensiyalar haqqında məlumatı aşağıdakı linkdən istifadə etməklə əldə edə
bilərsiniz:
http://files.preslib.az/projects/azereco/az/eco_m4_7.pdf
Ümumiləşdirmə və nəticə mərhələsində tədqiqat sualına qayıdılmalıdır. Bu mər-
hələdə ekoloji tarazlığın pozulmasının nəticələri və bu sahədə görülən tədbirləri sistem-
li əks etdirən slayd da təqdim oluna bilər.
Qiymətləndirmə meyarları:
•
dəyərləndirmə
•
təqdimat və məruzə hazırlama
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Ekoloji problemlərin
qlobal
xarakterini
dəyərləndirməkdə
çətinlik çəkir.
Ekoloji problemləri
sadalayır, qlobal
xarakterini dəyər-
ləndirməkdə çətinlik
çəkir.
Ekoloji problemlə-
rin
qlobal xarak-
terini müəllimin
sualları əsasında
dəyərləndirir.
Ekoloji problemlə-
rin qlobal xarakteri-
ni müxtəlif faktlara
əsasən dəyərlən-
dirir.
Məruzə
və təqdimat
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər
əks olunmayıb.
Dəqiq mənbələrə
istinad olunsa da,
təqdimatın hazır-
lanmasında məntiqi
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat
sistemli,
dəqiq elmi mən-
bələrə istinadən
hazırlanıb.
LAYİHƏ
136
Şagirdlərin fikirləri dinlənildikdən sonra C blokundakı mətnin fasiləli oxu üsulun-
dan istifadə olunmaqla oxunması və müzakirəsi təşkil olunmalıdır. Müzakirə zamanı
əyani vəsaitlərə, şəkillərə, elektron təqdimatlara (“Yaşıl paket” CD disk) istinad oluna
bilər.
https://www.youtube.com/watch?v=jhiejbJZH2Y
https://www.youtube.com/watch?v=ekso09TdXjI
Tədqiqat məqsədilə B blokundakı tapşırıq ayrı-ayrı cütlərdə və yaxud kollektivdə
müzakirə oluna bilər. Şagirdlər öz fikirlərini faktlar əsasında izah edə bilərlər.
Tədqiqat mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırlar. Bunun
üçün “Açar sözlərin tapılması” strategiyasından istifadə etmək olar. Şagirdlər öyrənilə-
cək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələ-
ri taparaq dəftərlərində qeyd edirlər. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət
daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir.
Qruplarda karusel üsulundan istifadə etməklə aşağıdakı tapşırıqların həllinə nail ol-
maq mümkündür:
•
Ekoloji böhran vəziyyətinin yaranması Yerdə biomüxtəlifliyin mövcud olmasına
və insanların sağlamlığına ciddi təsir göstərir. Onların qarşısını hansı yollarla almaq
olar?
•
Dünyanın hansı regionları və ölkələri səhralaşmaya daha çox məruz qalır?
•
Qlobal səviyyədə ekoloji problemlərə meşələrin qırılması, torpaqların pozulması,
səhralaşma, ozon qatının seyrəlməsi aiddir. Onların yaranmasına hansı təsərrüfat
sahələri təsir göstərir?
QEYD:
Şagirdlər bu mövzuları Coğrafiya fənninin tədrisindən bildikləri üçün bu
istiqamətdə tapşırıqlar verilmişdir.
Qiymətləndirmə meyarı:
•
əlaqələndirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Müasir dövrün qlobal
ekoloji problemlərini
regional problemlərlə
əlaqələndirməkdə
çətinlik çəkir.
Müasir dövrün
qlobal
ekoloji prob-
lemlərini
regional
problemlərlə qismən
əlaqələndirir.
Müasir dövrün
qlobal ekoloji prob-
lemlərini regional
problemlərlə əsasən
əlaqələndirir.
Müasir dövrün
qlobal ekoloji prob-
lemlərini regional
problemlərlə düz-
gün əlaqələndirir.
LAYİHƏ