146
38. İnsan psixikasının inkişaf xüsusiyyətləri
Alt standartlar:
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və refe-
ratlar hazırlayır.
Məqsəd:
•
İnsan psixikasının inkişaf xüsusiyyətlərinin digər primatlarla müqayisəsinə dair
təqdimat hazırlayır.
•
İnsan psixikasının inkişaf xüsusiyyətlərini müqayisəli şərh edir və
təqdimat
hazırlayır.
Şagirdlərin Biologiya və Həyat bilgisi fənlərindən əldə etdikləri biliklərə istinad
edərək motivasiya yaratmaq mümkündür. Bu zaman təqdim olunan suallara cavab irsən
keçmənin qanunauyğunluqlarına, insan orqanizminə mühit amillərinin təsir mexaniz-
minə istinad edilərək verilə bilər. Suallar:
•
Uşaqların psixi inkişafına təsir göstərən faktlar hansılardır?
•
Psixikanın formalaşmasında irsi faktorların nə kimi rolu var?
•
Mühit amilləri insan psixikasının inkişafına necə təsir göstərir?
Tədqiqat sualı:
İnsan psixikasının inkişafı digər primatlardan hansı xüsusiyyətlərinə görə fərqlənir?
Tədqiqat işinə fəaliyyət bölməsində təqdim olunan tapşırığın icrası ilə başlamaq
mümkündür.
Mətnin nəzəri hissəsinin müzakirəsini fasiləli oxu üsulu ilə apara bilərsiniz. Bu za-
man müvafiq qeydlərin aparılması labüddür. Müxtəlif yaş dövrlərində psixikanın inki-
şaf xüsusiyyətlərinin müqayisəsi üçün aşağıdakı cədvəlin sütunlarının doldurulmasını
da təklif edə bilərsiniz.
Uşaq psixikasının inkişaf xüsusiyyətləri
0–1 yaş
1–3 yaş
3–6 yaş
6–13 yaş
13–17 yaş
Mövzuya aid layihə:
1. İnsan psixikasının inkişaf xüsusiyyətləri;
2. İnsan psixikasının inkişafının meymunlarla müqayisəsi.
LAYİHƏ
148
39. Təşviş pozuntuları
Alt standart:
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və refe-
ratlar hazırlayır.
Məqsəd:
•
Təşviş pozuntuları və bu zaman orqanizmdə baş verən dəyişiklikləri müqayisəli
şərh edir və referat hazırlayır.
Motivasiya bölməsində təqdim olunan sualların müzakirəsi zamanı şagirdlər
müxtəlif fərziyyələr söyləyə bilərlər. Bu fərziyyələrin qeyd olunması və nəticə ilə
müqayisə olunması gərəkdir.
Tədqiqat sualı:
Təşviş pozuntuları zamanı orqanizmdə nə kimi dəyişikliklər baş verə bilər.
Fəaliyyət kimi nəzərdə tutulan tapşırığın icrası zamanı paylama materialının veril-
məsi zəruridir. Əgər şərait varsa, internet resurslarından istifadə etməklə də bu prosesi
həyata keçirmək olar.
Nəzəri materialın müzakirəsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət verilməlidir:
•
Təşviş nədir?
•
Təşvişin yaranma səbəbləri:
1) psixoloji faktorlar;
2) bioloji faktorlar.
•
Təşvişin digər psixoloji pozuntulardan fərqi.
•
Təşvişin əlamətləri:
1) psixi əlamətlər
2) fiziki əlamətlər
•
Yaranma səbəbinə görə təşvişin növləri:
1) generalizə olunmuş;
2) sosial fobiya;
3) aqorafobiya;
4) panik pozuntu.
Təşvişin müalicəsi
Dərslikdə təqdim olunmuş 1-ci və 2-ci tapşırıqların icrası ümumiləşdirmə və nəticə
mərhələsində həll edilə bilər. Axırıncı tapşırıq ev tapşırığı üçün nəzərdə tutulub.
LAYİHƏ
149
Layihə üçün nəzərdə tutulan mövzu: “Təşviş pozuntuları zamanı orqanizmdə baş
verən dəyişikliklərin müqayisəsi”
Qiymətləndirmə meyarı:
•
şərhetmə
I səviyyə
IIsəviyyə
III səviyyə
IV səviyyə
Təşviş pozuntuları və
bu zaman orqanizmdə
baş verən dəyişikliklə-
ri çətinliklə şərh edir.
Təşviş
pozuntu-
ları və bu zaman
orqanizmdə baş
verən
dəyişiklikləri
şərh edərkən kiçik
səhvlərə yol verir.
Təşviş pozuntu-
ları və bu zaman
orqanizmdə baş
verən dəyişiklikləri
müəllimin köməyi
ilə şərh edir.
Təşviş pozuntu-
ları və bu zaman
orqanizmdə baş
verən dəyişiklikləri
nümunələr əsasında
sərbəst şərh edir.
LAYİHƏ