163
Bunu müzakirə yolu ilə diqqətə çatdırmaq olar.
Müzakirə apararkən aşağıdakılara daha çox diqqət yetirmək lazımdır:
•
Bitkilərdə sitoplazmanın
bölünməsi;
•
Heyvanlarda sitoplazmanın bölünməsi;
•
Sitogenezin gedişində fərqliliyin meydana çıxmasının səbəbi;
•
Hüceyrələrdə çoxnüvəliliyin əmələ gəlməsi zamanı sitogenezin gedişində nə kimi
dəyişiklik baş verir.
Dərslikdə verilmiş ikinci tapşırıq tədqiqat apararkən, birinci və üçüncü tapşırıq isə
yaradıcı tətbiqetmə zamanı icra oluna bilər.
Dərsə aid referat mövzusu: Bitki və heyvan hüceyrələrində mitoz bölünmə və
onların gedişində fərq.
Qiymətləndirmə meyarı:
•
referat hazırlama
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Bitki
və heyvan
hüceyrəsində sitoplaz-
manın bölünməsinin
fərqlərinə
dair referat
hazırlamaqda çətinlik
çəkir.
Bitki və heyvan
hüceyrəsində sitop-
lazmanın bölünmə-
sinə dair hazırladığı
referat məqsədəmü-
vafiq deyil.
Bitki və heyvan
hüceyrəsində sitop-
lazmanın bölünmə-
sinə dair hazırladığı
referat sistemli
deyil.
Bitki və heyvan hü-
ceyrəsində sitoplaz-
manın bölünməsinə
dair
sistemli, elmi
dəlillərə əsaslanan
referat hazırlayır.
LAYİHƏ
164
45. Həzm prosesinin gedişində müxtəliflik
Alt standartlar:
2.1.1. Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat və təq di-
matlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
•
İnsanla məməli heyvanların həzm prosesinin müqayisəli şərhinə dair təqdimat ha-
zırlayır.
•
İnsanda həzm prosesində baş verən dəyişikliklərin fərqli mexanizmini şərh edir.
Mövzunun tədrisinə şagirdlərin Biologiya fənnindən əldə etdikləri mövcud bilik-
lərinə əsaslanaraq başlaya bilərsiniz. Bu zaman siz BİBÖ cədvəlindən istifadə etməklə
insanın və məməli heyvanların həzm prosesi haqqında bilgilərin ümumiləşdirilməsinə
nail olacaqsınız.
Bundan sonra növbəti addımı atmaq – bu iki canlının həzm prosesini müqayisə
etmək üçündür.
Fəaliyyət bölməsində verilən şəkillərə istinadən müqayisəyə başlamaq olar.
Mətnin müzakirəsi zamanı insanın həzm prosesində baş verən bəzi dəyişikliklərin
səbəbinin açıqlanmasına da diqqət yetirilməlidir. Şagirdlər dərsin gedişi zamanı əldə
etdikləri bilgiləri ümumiləşdirir, internet resurslardan istifadə edərək əlavələr edir və
referat şəklində təqdim edirlər.
Müzakirə zamanı aşağıdakılara diqqət yetirilməlidir:
1. İnsanda həzm prosesi;
2. Məməli
heyvanlarda həzm prosesi;
3. İnsanda və otyeyən heyvanlarda həzm prosesinin müqayisəsi;
4. İnsanın qaraciyərində piy infiltirasiyası;
5. Ateroskleroz;
6. Podaqra.
Dərslikdə verilmiş 1-ci və 2-ci tapşırıqlar yaradıcı tətbiqetmədə, 3-cü tapşırıq
tədqiqat apararkən, 4-cü tapşırıq evdə icra üçün nəzərdə tutulub.
Təqdimat və referat üçün mövzular:
•
“İnsanın həzm prosesində baş verən dəyişikliklər”.
•
Podaqra xəstəliyi zamanı böyrəklərin zədələnmə səbəbi.
•
Karbohidrat və lipid mübadiləsinin pozulması zamanı yaranan xəstəliklər.
Qiymətləndirmə meyarları:
•
təqdimat hazırlama
•
şərhetmə
LAYİHƏ
165
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
İnsanla
məməli
heyvanların həzm
sisteminin
müqayisəsinə dair
təqdimat ha zırlamaqda
çətinlik çəkir.
İnsanla
məməli hey-
vanların həzm siste-
minin müqayisəsinə
dair hazırladığı
təqdimat sistemsiz-
dir, mövzunu tam
əhatə etmir.
İnsanla məməli
heyvanların həzm
sisteminin
müqayisəsinə dair
təqdimatda cüzi
səhvlərə yol verir.
İnsanla məməli
heyvanların həzm
sisteminin
müqayisəsinə dair
sistemli, elmi
əsaslara istinad
edilən təqdimat
hazırlayır.
İnsanda həzm
prosesində baş verən
dəyişikliklərin
fərqli
mexanizmini şərh
etməkdə çətinlik çəkir.
İnsanda həzm
prosesində baş
verən
dəyişikliklərin
fərqli
mexanizmini
şərh edərkən bəzi
səhvlərə yol verir.
İnsanda həzm
prosesində baş
verən
dəyişikliklərin
fərqli mexanizmini
müəllimin köməyi
ilə şərh edir.
İnsanda həzm
prosesində baş
verən
dəyişikliklərin
fərqli mexanizmini
sərbəst şərh edir.
https://www.youtube.com/watch?v=z5MK8ggDNJ4
– podaqra
https://www.youtube.com/watch?v=aBTYuE8Olps
– ateroskleroz
https://www.youtube.com/watch?v=xhF2NiRcgsM
– ateroskleroz
Əlavə material
Beyin damarlarının aterosklerozu. Beyin qan damarlarının aterosklerozu yaşlı in-
sanlar arasında tez-tez təsadüf olunan xəstəliklərdəndir. Yaranma səbəbi lipid və xoles-
terin mübadiləsi pozğunluğudur. Beyin damarlarının divarına lipid çökməsi ilə əlaqədar
elastik qişa boşalır, bəzən də damar divarında kalsium duzları çökür, beləliklə, aterosk-
leroz baş verir. Beləliklə də damarın keçəcəyi daralır, nəticədə həmin damarın qidalan-
dırdığı nahiyədə qan azlığı yaranır, bu da beynin müxtəlif hissələrində yumşalma, çü-
rümə və qliya çapıqlarının yaranması ilə nəticələnir. Xəstəliyin əsas əlamətlərinə
başağrısı, başda olan ağırlıq, qulaqlarda küy, başgicəllənmə, yersiz əsəbilik, əmək qabi-
liyyətinin azalması, yaddaş zəifliyi, müvazinətin pozulması, səndələmə, yuxu pozğunlu-
ğu və s. aid edilir. Xəstəlik zamanı emosional zəiflik (qeyri-ixtiyari gülüş və ağlama)
hallarının baş verməsi kimi əlamətlər də ortaya çıxır. Ateroskleroz bir çox hallarda bey-
nin işemik insultuna gətirib çıxara bilir. Xəstəliyin əlamətləri müşahidə olunduğu halda
xəstəyə ilk növbədə lazımi rejim və ciddi pəhriz təyin edilir. Pəhriz zamanı yağlı ət, ba-
lıq,
qaraciyər, yumurta və qaymaqdan çox az istifadə olunması tövsiyə edilir.
Aterosklerozdan əziyyət çəkməmək üçün zərərli vərdişlərdən uzaq durmaq,sağlam
qidalanmaq, çəkini nəzarətdə saxlamaq, təmiz havada gəzmək vacibdir. Qanda xoleste-
rol artması, diabet və yüksək təzyiq kimi narahatlıqlar olduğu halda müalicə almaq müt-
ləqdir.
LAYİHƏ