143
Qiymətləndirmə meyarı:
•
təqdimatın hazırlanması
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Hazırladığı təqdimat-
da xordalıların embri-
onal inkişafı doğru
əks olunur.
Hazırladığı təqdi-
matda xordalıların
embrional inkişafı-
nın müqayisəsi sis-
temsiz verilmişdir.
Xordalıların embri-
onal inkişafının
müqayisəsinə dair
hazırladığı təqdi-
matda
bəzi səhvlərə
yol verir.
Xordalıların embri-
onal inkişafının
müqayisəsinə dair
sistemli və elmi
dəlillərə əsaslanan
təqdimat hazırlayır.
Əlavə material
Onurğalıları yaşayış şəraitinə, yumurtanın quruluşu və inkişaf xüsusiyyətinə görə iki
qrupa – anamnilərə və amniotlara ayırırlar. Balıqlar və suda-quruda yaşayanlar anam-
nilərə, sürünənlər, quşlar və məməlilər sinfi isə amniotlara daxildir.
Qığırdaqlı balıqlar və bəzi suda-quruda yaşayanlardan başqa, anamnilərin hamısında
mayalanma xaricidir, yumurta suda inkişaf edir, sürfə su həyatı keçirir; suda-quruda ya-
şayanların sürfəsi isə yalnız metamarfoz keçirdikdən sonra sudan quruya çıxır. Bu xüsu-
siyyətinə görə anamnilər ilk su onurğalıları olub ya həmişə suda yaşayır, ya da inkişafın
ilk mərhələsini suda yaşayır.
Amniotlar anamnilərdən fərqli olaraq, ilk quru onurğalılarıdır. Bunlarda mayalanma
daxilidir. Yumurta ilə çoxalan amniotların yumurtaları quruda inkişaf edir; yumurta sarı
maddəsi ilə zəngindir, sürfə mərhələsi olmur, inkişaf metamarfozsuz gedir. İkinci dəfə su
mühitinə keçən amniotlar yumurta qoymaq üçün quruya çıxır (dəniz tısbağaları, timsah-
lar və s.), digərləri diri bala doğur. Hər iki qrupa daxil olan heyvanlar bir-birindən aşağı-
dakı əlamətlərinə görə fərqlənir:
• Yumurta quruluşuna görə anamnilərin kürüsu həlməşik pərdə ilə əhatə olunurki, bu
da onun suda öz formasını saxlamasını təmin edir. Sarı maddəsi az olur, rüşeymin inkişa-
fına lazım olan su yumurtaya xaricdən daxil olur. Amniotların yumurtası isə quruda qo-
yulur, sərt qabıqla örtülür. Bu yumurtanı qurumaqdan qoruyur. Yumurtanın sarı maddəsi
çox olur. Tərkibində rüşeymin inkişafını təmin edəcək qədər su olan yumurta ağı çoxdur.
Yumurtanın formasını saxlamağa xidmət edən xarici qatlar sıx və möhkəmdir. Kər-
tənkələ və ilanlarda perqament kağızı kimi, quşlarda, tısbağalarda isə sərt kirəcli olur.
• Rüşeymin inkişafına görə anamnilərin yumurta hüceyrəsi tam qeyri-bərabər bölünür.
İnkişafın sonrakı mərhələlərində formalaşmış sürfə yumurta pərdəsini dələrək suya düşür
və qəlsəmələrlə tənəffüs edir. Sürfənin inkişafı suda başa çatır. Amniotların yumurtahücey-
rəsi sarı maddəsi ilə zəngin olur, bölünmə yalnız animal qütbdə gedir. İnkişaf etməkdə olan
yumurtada vacib uyğunlaşma əlaməti olan bir sıra mühim pərdələr əmələ gəlir.
LAYİHƏ
144
37. İnsanın embrional inkişafı
Alt standart:
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
Məqsəd:
•
İnsanın embrional inkişafının müxtəlif mərhələlərinin müqayisəsini aparır və təq-
dimatlar edir.
Motivasiya yaratmaq məqsədilə dərsliyin bu bölməsində təqdim olunmuş şəkillərin
nümayişi həyata keçirilə və təqdim olunmuş sualların müzakirəsi aparıla bilər.
•
Bu canlıların çoxalması ilə insanın çoxalmasında nə kimi oxşarlıqlar və fərqlər
görürsünüz?
•
İnsanın çoxalması və inkişafı haqqında daha nələr söyləyə bilərsiniz?
•
İnsanın çoxalmasında digər xordalılarla nə kimi oxşarlıq və fərqlər görürsünüz?
•
İnsan embrionunun inkişafı xordalı heyvanların hansı sinfinin nümayəndələrinə
daha çox oxşardır?
Sualların müzakirəsi zamanı söylənilən fərziyyələr əsasında tədqiqat sualı formalaşır.
•
İnsanın embrional inkişafının nə kimi özünəməxsus xüsusiyyətləri var?
Tədqiqata başlayarkən fəaliyyət bölməsində təqdim olunmuş şəkillərin ardıcıllıqla
düzülüşü həyata keçirildikdən sonra verilmiş suallara cavab axtarılır.
Mövzunun müzakirəsi zamanı diqqət yetirilməli olan məsələlər.
Orqanizmin embrional inkişafının mərhələləri:
•
Parçalanma;
•
Morula;
•
Blastula;
•
Qastrula;
•
Neyrula;
•
Rüşeym vərəqlərindən orqanların yaranması;
•
Təqdim olunmuş sxemlərin müzakirəsinin təşkili.
Bu zaman elektron və ya adi lövhədə tərtib etdiyiniz cədvəlin doldurulmasını da
təşkil edə bilərsiniz.
Orqanizmin embrional inkişafının mərhələləri:
Baş verən dəyişikliklər
Parçalanma
Morula
Qastrula
Neyrula
LAYİHƏ
145
Rüşeym vərəqləri
Əmələ gələn orqanlar
Ektoderma
Mezoderma
Endoderma
F blokunda təqdim olunmuş 1-ci və 3-cü tapşırıqlar yaradıcı tətbiqetmə zamanı,
2-ci tapşırıq ev tapşırığı kimi istifadə oluna bilər.
http://gakh.cls.az/front/files/libraries/1524/books/534101448137466.pdf
Qiymətləndirmə meyarı:
•
təqdimetmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
İnsanın
embrional in-
kişafının mərhələlərini
öz təqdimatında tam
əks etdirmir,
müqayisə
etməkdə çətinlik çəkir.
İnsanın embrional
inkişafının mər-
hələlərini
tam əks
etdirir, müqayisə
etməkdə
çətinlik
çəkir.
İnsanın embrional
inkişafının mər-
hələlərini öz təqdi-
matında
əks etdirir,
sistemsiz müqayisə
aparır.
İnsan embrional
inkişafının mər-
hələlərini tam əks
etdirir və sistemli
müqayisə edir.
Əlavə material
İnsanların nəsilartırma prosesində 2 növ cinsi hüceyrə (qametlər) iştirak edir: kişi cinsi
hüceyrəsi və ya spermatozoid və qadın cinsi hüceyrəsi – yumurtahüceyrə. Eyakulyasiya za-
manı 1,5–5,0 ml sperma qadının uşaqlıq yoluna daxil olur; spermanın tərkibində 75-100
milyona qədər (40 milyondan az olmamaq şərtilə) spermatozoidlər vardır. Onlar “üzərək”
uşaqlıq yolundan uşaqlıq boynuna, sonra isə uşaqlıq boşluğuna daxil olurlar və yumurta hü-
ceyrəsi ilə fallop borusunda görüşürlər. Adətən, yumurtahüceyrəyə yalnız bir spermatozoid
daxil olur və onunla birləşir mayalanma baş verir .
Mayalanmanın baş verməsi hamiləliyin başlanması deməkdir. Hamiləliyin ilk əlamətlə-
rindən biri aybaşı tsiklinin kəsilməsidir. Mayalanmış yumurtahüceyrə ziqota çevrilir və o
uşaqlıq borusunda bölünərək çoxhüceyrəli rüşeymə/embriona çevrilir. Bir həftəyə boru va-
sitəsilə uşaqlıq boşluğuna çatır və onun daxili qatına (endometrium) yapışaraq (implantasi-
ya) oradan qidalanmağa başlayır. Ziqotun bölünməsi nəticəsində yaranmış 8 həftəlik çox-
hüceyrəli rüşeym və ya embrion əlin baş barmağı boyda olur. Lakin, buna baxmayaraq,
onun bütün hissələri – beyni və sinirləri, ürəyi və qanı, mədə və bağırsaqları, əzələləri və
dərisi formalaşıb.
Dölün inkişafını ananın orqanizmi təmin edir. Düzgün inkişaf üçün dölə mühafizə, ok-
sigen və qida/su lazımdır. Mexaniki zərbələrdən və silkələnmədən dölü uşaqlıq özü və döl
kisəsindəki (amnion) dölyanı maye mühafizə edir. Dölə oksigen və qida ananın qanından
cift (plasenta) vasitəsilə çatdırılır. Cift ziqotun müəyyən hüceyrələrindən yaranan uşaqlığın
divarına bitişmiş süngərəbənzər, disk şəklində olan strukturdur və göbək ciyəsi vasitəsilə
döllə əlaqəni təmin edir.
Hamiləlik müddəti 280 gün və ya təxminən 9 aydır.
LAYİHƏ