154
Alt standart:
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, mə-
ruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
•
Sağlam gələcəyin təmin olunması üçün sağlam həyat tərzinin vacibliyini dəyərləndirir.
Artıq aşağı siniflərdən şagirdlər sağlam həyat tərzi, reproduktiv sağlamlıqla bağlı
müəyyən bilik və bacarıqlara yiyələniblər. Bu baxımdan A blokunda verilmiş motivasi-
yadan istifadə edə bilərsiniz. Şagirdləri “Sağlam həyat tərzi nədir? Sağlamlığın şərtlə-
rinə əməl etməsək, nə baş verər? Sağlam ailənin qurulmasında bunun nə kimi əhəmiy-
yəti var?” sualları ətrafında düşünməyə sövq edin. Onların sağlam həyat tərzinə dair
qeyd etdiklərini lövhədə yazaraq hər birinin ailənin sağlamlığı baxımından əhəmiyyəti-
ni müəyyən etmələrini tapşırın. Qeyd olunmuş fikirləri bu ifadələrin qarşısında qeyd
edin. Məsələn:
1. Yoluxucu xəstəliklərdən qorunmaq sonsuzluğun qarşısını alar.
2. Zərərli vərdişlərdən uzaq olmaq dünyaya şikəst uşaqların gəlməsini, ailə mü-
naqişələrini önləyər, uşağın ana bətnində ölmə riskini azaldar.
Bunlar fərziyyələrdir. Bu səbəbdən də çox müzakirə tələb etmir. Şagirdlərin fikirlə-
ri şərhsiz qeyd olunur. Dərsin sonunda bu fərziyyələrə qayıtmaq vacibdir. Doğru və
yanlış olan fikirlər şagirdlərin diqqətinə çatdırılmalıdır.
Qeyd: Bu problemlər şagirdləri yaş baxımından da çox maraqlandırır. Yaş dövrü ilə
əlaqədar zərərli vərdişlərə aludəçiliyi nəzərə alaraq, “zərərli vərdişlər” üzərində xüsusi
dayanmaq məqsədəuyğundur.
B blokundakı tapşırıq şagirdlər tərəfindən icra olunmalıdır. Bu suallar kollektivdə
müzakirə oluna bilər.
Ümumiləşdirmə və nəticə mərhələsində yeniyetmələrə reproduktiv sağlamlığın,
hərəkətin, zərərli vərdişlərdən uzaq olmanın, gigiyena qaydalarına əməl etmənin, cins-
lər arasında normal münasibətlərin və s. olduqca vacib olduğunu, eyni zamanda bu
amillərin gələcəyin sağlam ailəsinin qurulmasında olduqca böyük əhəmiyyət daşıdığını
xüsusi vurğulamaq lazımdır. Bu mərhələdə videomaterial da nümayiş etdirmək olar.
Videomaterial rus dilində olduğundan onu siz özünüz də səsləndirə bilərsiniz.
https://www.youtube.com/watch?v=TAR5k1GAETQ
https://www.youtube.com/watch?v=sHdXZ8ef74g– zərərli vərdişlər
https://www.youtube.com/watch?v=MzAfphyqZKQ
Sinifdə şagirdlərin sayı çox olarsa, F blokundakı 2-ci tapşırıq da qrup tapşırığı kimi
verilə bilər. F blokundakı 3-cü tapşırığı isə ev tapşırığı kimi vermək məqsədəuyğundur.
42. Ailədə sağlam münasibətlər
LAYİHƏ
155
Qiymətləndirmə. Təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar
üzrə qiymətləndirə bilərsiniz:
Qiymətləndirmə meyarı:
•
dəyərləndirmə
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Sağlam gələcəyin
təmin olunması üçün
sağlam həyat tərzinin
əhəmiyyətini bilir,
dəyərləndirməkdə
çətinlik çəkir.
Sağlam gələcəyin
təmin olunması
üçün sağlam həyat
tərzinin əhəmiy-
yətini vurğulayır,
dəyərini faktlar əsa-
sında şərh etməkdə
çətinlik çəkir.
Sağlam gələcəyin
təmin olunması
üçün sağlam həyat
tərzinin əhəmiy-
yətini müəllimin
sualları əsasında
dəyərləndirir.
Sağlam gələcəyin
təmin olunması
üçün sağlam həyat
tərzinin əhəmiyyəti-
ni müxtəlif faktlara
əsasən dəyərlən-
dirir.
Əlavə material
http://news.atv.az/az/social/29195-nikah-baglamaq-isteyenlerin-hansi-xestexana-
larda-tibbi-muayine-olunacagi
http://news.lent.az/news/202927
Azərbaycanda sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qrupları-
nın müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinə-
dən keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 17 oktyabr 2014-cü
il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi
haqqında” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərman
imzalayıb.
Sənədə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keç-
mələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minmişdir.
Fərmanın icrası ilə bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 aprel
tarixində müvafiq qərar verib. Qərara uyğun olaraq sağlam ailənin formalaşması üçün
şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan talassemiya və anadan-
gəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədilə Azər-
baycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi
tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli
olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən
keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdikləri-
ni təsdiq edən arayışın forması” təsdiq edilib.
Nikaha daxil olmaq istəyən şəxslər mütləq aşağıdakı xəstəliklər üzrə tibbi müayinə-
dən keçməlidirlər:
• hemoqlobinopatiyalar;
• böyük beta-talassemiya;
• aralıq beta-talassemiya;
• drepanotalassemiya;
• oraqvarı hüceyrəli anemiya;
• İİV/QİÇS;
• sifilis.
LAYİHƏ
156
43. Sağlam həyat tərzi – sağlam ailə
Alt standart:
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, mə-
ruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
•
Sağlam gələcəyin təmin olunması üçün sağlam psixoloji şərait yaratmağın vacib-
liyini dəyərləndirir, məruzə hazırlayır.
Motivasiya məqsədilə şagirdlərə “Ağıl, şüur, sevgi, maraq, istək, qəzəb, qısqanclıq,
qeybət və iftiranın insanlararası münasibətlərə təsir etdiyi sizə məlumdur. Sizcə, ailə
münasibətlərinə bu amillərdən başqa hansı amillər təsir göstərir? Ailədə ailə üzvləri
arasındakı münasibətlərdə ümumi cəhətlərin nə kimi əhəmiyyəti vardır?” sualları ilə
müraciət etməniz məqsədəuyğundur. Şagirdlərin fikirləri dinlənilməli, ehtiyac varsa,
yönəldici suallar verilməlidir.
Şagirdlərə bu qeyd olunanların mənəvi və emosional sağlamlığın əsasını təşkil et-
diyini söyləyərək “Ailədə sağlam psixoloji şəraitin yaradılmasının nə kimi əhəmiyyəti
vardır? ” sualı ətrafında tədqiqat aparılmalıdır.
Standartın tələbini və reallaşdırılacaq təlim məqsədini əsas götürərək tədqiqat, hansı
formada motivasiyanın qurulmasından asılı olmayaraq sonuncu sual ətrafında aparılmalıdır.
Tədqiqatın aparılması zamanı elektron təqdimatdan, şəkillərdən və başqa əyani və-
saitlərdən də istifadə edə bilərsiniz. Bu zaman dərsi mühazirə deyil, daha çox diskussi-
ya şəklində aparmaq vacib şərtdir. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq şəxsi
gigiyena ilə bağlı məsələlərə xüsusi diqqət yetirməniz vacibdir.
B blokundakı tapşırığın müzakirəsi qruplarda aparıla bilər. Şagirdlərə sağlam həyat
tərzini şərtləndirən amillərdən olan reproduktiv sağlamlığın nə dərəcədə əhəmiyyətli
olduğunu faktlar və nümunələrlə əsaslandırmağa, münasibət bildirməyə, öz fikirlərini
faktlarla sübut etməyə imkan yaratmaq vacibdir.
C blokundakı mətn fasiləli oxu üsulundan istifadə olunaraq hər bir bənd müzakirə
olunmalıdır.
Şagirdlərə F blokundakı 1-ci tapşırığın icrası məqsədilə bu material “Gənc ailə
proqramı” paylama materialı şəklində şagirdlərə təqdim oluna bilər. Bu materialı aşağı-
dakı linkdən əldə edə bilərsiniz:
http://www.e-qanun.az/alpidata/framework/data/5/f_5194.htm
F blokundakı 3-cü tapşırığı şagirdlər sosial aspektdən yanaşmaqla yerinə yetirə
bilərlər.
Ümumiləşdirməni aşağıdakı fikirlərlə tamamlamaq məqsədəuyğundur:
LAYİHƏ
Dostları ilə paylaş: |