Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
1   2   3   4   5   6   7

11 

 

Səhifə 



55.  Xəritədə  “Машхад”  adının  “Мешхед”  kimi  verilməsi 

məqsədəuyğundur.  



Səhifə  79,  81.  “долгий  парламент”  ifadəsində  “долгий”  sözünün  böyük 

hərflə verilməsi məqsədəuyğundur. 



Səhifə  80.    “Армия  нового  типа”  ifadəsinin  “армия  нового  образца”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  84.  3-cü  abzasda  sonuncu  cümlənin  “…  правительственные 

перестановки  могли  осуществляться  лишь  путем  парламента”  ifadəsinin 

… смена правительства могла осуществляться лишь парламентским путём” 

kimi verilməsi məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  sonuncu  abzasda  “…  действующие  в  стране 

религиозные  течения  и  секты  регулировались  законами”  əvəzinə  “… 

деятельность религиозных течений и сект в стране регулировалась законами” 

olmalıdır. 



Səhifə  85.  2-ci  abzasda  “зачатки”  sözünün  “основы”  sözü  ilə  əvəzlənməsi 

məqsədəuyğundur. 



Səhifə 

86. 

Paraqrafın  adında  “индустриальное”  sözünün  əvəzinə 

промышленное” sözünün verilməsi məqsədəuyğundur. 

Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  verilmiş  (səh.86,  açar  sözlər) 



“Cenni”  cəhrəsi”  ifadəsinin  tərcüməsi  kimi  verilmiş  “прядильный  станок 

“Дженни” ifadəsinin “прялька “Дженни” kimi verilməsi məqsədəuyğundur. 

Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  (səh.86,  3-cü  abzas)  verilmiş 



“mübarizəyə  “ikinci  yüzillik  müharibə”  deyilirdi”  ifadəsinin  “Войны,  ...  , 

назывались  “войной  второго  столетия”  kimi  verilməsi  yanlışdır.  Tərcümənin 

Войны,  ...  ,  назывались  второй  столетней  войной”  kimi  verilməsi 

məqsədəuyğundur. 

Səhifə 88. 3-cü abzasda “переход от мануфактуры к фабрикам” ifadəsində 

“фабрикам” sözünün “ фабрике” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  92.  2-ci  abzasın  axırıncı  cümləsində  “Земли  расположенной” 

ifadəsinin “Земли расположенные” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə  102.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantındakı  “məhsulun  bir 

hissəsini”  ifadəsinin  tərcüməsi  kimi  verilmiş  “половины  урожая”  ifadəsinin 

часть урожая” kimi verilməsi məqsədəuyğundur. 




12 

 

Səhifə 103. 3-cü abzasda “были созваны Генеральные Штаты” ifadəsinin 

был созван Генеральные Штаты” kimi verilməsi məqsədəuyğundur. 

4-cü abzasda “штурм Бастильской крепости” ifadəsinin “штурм крепости 



Бастилья” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 104. 3-cü abzasda “законодательный Совет” ifadəsində birinci söz də 

böyük hərflə verilməlidir. 



Səhifə  105.  4-cü  abzasda  “29  сентября”  ifadəsinin  “20  сентября”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  107.  Başlıqda  “термидористы”  sözünün  “термидорианцы”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  112.  2-ci  abzasın  1-ci  cümləsində  “Свод  законов”  ifadəsinin 

Саборное  уложение”  kimi  verilməsi  məqsədəuyğundur.  2-ci  cümlədə 



“Завершился  процесс  узаконивания  крепостной  зависимости  крестьян” 

cümləsinin “Завершился процесс юридического оформления крепостного права” 

kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  115.  4-cü  sətirdən  başlayan  “В  1667  году  Левобережная  Украина 

была присоединена к Киевской Руси” cümləsinin “В 1667 году Левобережная 

Украина,  включая  Киев  была  присоединена  к  России”  kimi  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  121.  Şəklin  altında  “Монголфье”  sözünün  “Монгольфье”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  124.  2-ci  abzasda  “был  открыт  театр  Ла-Пасда”  ifadəsinin  “был 

открыт театр в Ла-Пасе” kimi verilməsi məqsədəuyğundur. 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  yeni  söz  və  anlayışlar  xüsusi  şriftlə  fərqləndirilmiş,  onlardan  31-nin 

izahı tam və ya qismən açılmışdır. Dərslikdəki mətnlərin sadə dildə verilməsinə cəhd 

edilmişdir.  Mətnlərin  bəziləri  çətin  şərh  olunduğundan,  məzmunu  da  şagirdlər 

tərəfindən  çətin  mənimsənilə  bilər.  Həmçinin  bəzi  vacib  ifadələr  ya  xüsusi  şriftlə 

verilməyib,  ya  da  izah  olunmamışdır.  Məsələn,  “tranzit”  (səh.7),  “qəyyum” 

(səh.11),  “Ost-Hind”  (səh.22),  “istehsal  münasibətləri”  (səh.28),  “yezuit 

missionerlər”  (səh.33),  “monumental”  (səh.38),  “ziyamət”  (səh.40),  “Patron” 

(səh.44), “Tavrida” (səh.118) və  s. kimi söz və ifadələr izah olunmamışdır. 




13 

 

Fikirlərin çatdırılmasında qrammatik və leksik cəhətdən qüsurlara da rast gəlinir. 



Səhifə  11.  “II  Təhmasibin  Osmanlı  dövləti  ilə  sülh  bağlaması  və  yenidən 

Səfəvi  torpaqlarının  itirilməsi  onun  Nadir  xan  tərəfindən  hakimiyyətdən 

kənarlaşdırılması və azyaşlı oğlu III Abbasın şah elan olunması ilə nəticələndi” 

cümləsində  25-dən  çox  söz  var.  Həmin  cümlə  daha  qısa  və  anlaşıqlı  şəkildə  belə 

yazıla  bilərdi:  “Bağlanan  sülh  müqaviləsinə  görə  azad  edilmiş  torpaqlar  yenidən 

itirildi. Bu səbəbdən Nadir xan II Təhmasibi devirib, hakimiyyətə şahın azyaşlı oğlu 

III Abbası gətirdi”. 

Səhifə  12.  “Kabul”  əvəzinə  “Kabil”  yazılması  məqsədəuyğundur.  Səhifə 

13-dəki xəritədə də “Kabil” verilmişdir. 

Səhifə  13-14.  Bəzi  yerlərdə  “Nadir  şah”  ifadəsinin  əvəzinə  “Nadir”  sözü 

işlənmişdir. 



Səhifə  13-21. Mətnlərdə həddindən çox şagirdlərə tanış olmayan, çətin tələffüz 

edilən,  lüzumsuz  yer  adları  verilib:  “Şahcahanabad”,  “Karnal  düzü”,  “Kəlat 



kəndi”“Maharaştra”“Puna”“Surat” və s. 

Səhifə 20. 3-cü abzasda “cagirdar”  “zəmindar” sözlərinin xüsusi şriftlə və 

izahının verilməsi məqsədəuyğundur. 



Səhifə 23. Yuxarıdakı xəritədə olduğu kimi, axırıncı abzasda “Maysor” əvəzinə 

Maysur”  yazılmalıdır.  Sipahilər  sözünün  ilk  dəfə  işləndiyi  yerdə  xüsusi  şriftlə 

(“Sipahilər”) verilməsi məqsədəuyğundur. 

Səhifə 25. Açar sözlərdə “Tsin sülaləsi” ifadəsinin “Tsin Mancur sülaləsi” kimi 

verilməsi  daha  dəqiq  olar,  çünki  tarixdə  başqa  bir  Tsin  sülaləsi  də  olmuşdur. 

Həmçinin “Taivan” sözünün “Tayvan” kimi verilməsi məqsədəuyğundur. 

Verilmiş tarixlərdən də aydın olduğu üçün 1-ci abzasda “1626-cı ildə başlayan 



kəndli üsyanı, demək olar ki, 20 il davam etdi” cümləsinin “1626-cı ildə başlayan 

kəndli üsyanı 20 ilədək davam etdi” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 27. 2-ci abzasda “oryat” əvəzinə “oyrat” yazılmalıdır. 

Səhifə  29-30.  Axırıncı  yarımbaşlıqda  ümumi  sözlər  həddindən  artıq  çoxdur, 

konkret heç bir üsyanın adı çəkilmir. 



Səhifə  31.  Eyni  adamın  adı  1-ci  abzasda  “Nobunaqa”,  növbəti  abzasda 

“Nobuqa” kimi verilmişdir. 

Səhifə 34. “Faktoriya” sözü ilk dəfə burada işləndiyi halda, izahı  səhifə 86-da 

verilmişdir. 




Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə