Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
1   2   3   4   5   6   7

 

Səhifə  99-100.  Jan  Melyenin  Volter,  Russo,  Monteskyö,  Didro  səviyyəsində 

təqdim  edilməsi  məqsədəuyğun  deyil.  Jan  Melye  sağlığında  geniş  şəkildə 

tanınmamış, onun əsəri yalnız ölümündən sonra, Fransa burjua inqilabı zamanı tapılıb 

yayılmışdır. 

Səhifə  102-106. 

Paraqraf  qarışıq  işlənmiş,  əvvəlində  motivasiya  və  tədqiqat 

sualı 

verilməmişdir. 



Səbəb-nəticə 

əlaqələrinə 

xüsusi 

diqqət 


ayrılması 

məqsədəuyğundur.

 

Səhifə  104-105.  Jirondistlərin  kimliyi  haqqında  məlumat  verildiyi  halda, 

yakobinçilərin kimliyi haqqında məlumat verilməmişdir. 



Səhifə  105.  2-ci  abzasda  verilmiş  kralın  həbsi  Paris  kommunası  və  Yakobin 

klubunun  birgə  həyata  keçirdikləri  üsyanın  nəticəsində  olmuşdur  və  bunun 

Qanunverici Məclisə aidiyyəti olmamışdır. 

Səhifə  106. Fransa da daxil olmaqla, bir çox ölkələrin tarixşünaslığında Fransa 

burjua inqilabının 1799-cu ildə

2

 başa çatdığı yazıldığı halda, onun 1789-1794-cü illər 



çərçivəsinə  aid  edilməsi  məqsədəuyğun  deyil.  Bu  səbəbdən  axırıncı  yarımbaşlıqda 

inqilab qurtarmamış onun əhəmiyyətini vermək məqsədəuyğun deyil. 



Səhifə  107.  Paraqrafda  motivasiya  və  tədqiqat  sualı  verilməmişdir.  Mətndə 

Şomet və Eberə yer ayrılması, onların şəkillərinin verilməsi dərsliyi yükləyir. 



Səhifə 108. Baböfün (“Fransua Noel”) adının çəkilməsinə  ehtiyac yoxdur. Bu, 

şagird üçün faydası olmayan əlavə yükdür. 



Səhifə  1092 və 3-cü abzaslarda səbəb-nəticə əlaqələri pozulub. Əvvəlcə hərbi 

uğurların nəticələri, sonra isə hərbi uğurlar haqqında məlumat verilir. 



Səhifə  112.  Motivasiyanın  axırıncı  cümləsindən  belə  nəticə  çıxır  ki,  Rusiyada 

mütləqiyyət rejiminin yaranması I Pyotrun hakimiyyətə gəlişi ilə əlaqədar olub. 

Prikaz  sistemi  “XVII  əsrin  ikinci  yarısında”  deyil,  artıq  “XV”  əsrdə 

yaranmışdı. 



Səhifə  123.  1-ci  abzasda  “Rus  coğrafiyaçıları  Kuril  adalarını,  Alyaska 

yarımadasını  kəşf  etdilər” cümləsində fikir yanlışlığı var. Tarixən Yaponiyaya aid 

olmuş Kuril adalarını rus coğrafiyaçıları kəşf etməyib. “Kuril adalarını” ifadəsinin 

Kamçatkanı” kimi yazılması məqsədəuyğundur. 

Səhifə 126. 6 internet resursu göstərilmişdir  ki, onlardan üçünün

3

 dərsliklə heç 



bir əlaqəsi yoxdur. Bu resursların MMV-də göstərilməsi kifayətdir. 

                                                 

2

 

http://www.britannica.com/event/French-Revolution/The-Directory-and-revolutionary-expansion



  

3

 3. 



http://www.urokiistorii.ru

 ; 4. 


http://www.uroki.net

 ; 5. 


http://teachers.net/lessonplans/subjects/history

 



10 

 

Dərslik komplektinin Azərbaycan və rus dillərində olan variantları arasında bəzi 



uyğunsuzluqlar  vardır.  Altından  xətt  çəkilmiş  səhifə  nömrələnmələri  dərsliyin  rus 

dilində olan variantına aiddir. 



Səhifə  8.  2-ci  abzasın  sonuncu  cümləsində  “поменялись”  sözünün  əvəzinə 

изменились” sözünün verilməsi məqsədəuyğundur. 



Səhifə  9.  Şəklin  altındakı  “T

anınmış  alman  rəssamı  Hans  Holbeynin 

“Səfirlər”  əsərində  Azərbaycan  xalçası  da  təsvir  olunmuşdur”  yazısının  “На 

картине  известного  немецкого  художника  Ганса  Гольбейна  был  также 

изображен  азербайджанский  ковер”  kimi  deyil,  “На  картине  известного 

немецкого  художника  Ганса  Гольбейна  “Послы”  был  также  изображен 

азербайджанский ковер” kimi tərcümə edilməsi məqsədəuyğundur. 

Səhifə  12.  3-cü  abzasda  “Гандахар”  sözünün  “Кандагар”  kimi  verilməsi 

məqsədəuyğundur. 



Səhifə 18. 2-ci abzasda “В 1796 году Ага Мухаммед хан Гаджар, проведя 

церемонию  коронования,  воссел  на  царский  трон”  cümləsində  “царский” 

sözünün “шахский” sözü ilə əvəzlənməsi məqsədəuyğundur. 



Səhifə  21.  3-cü  abzasda  “Хейдарабад”  adının  “Хайдарабад”  kimi  verilməsi 

məqsədəuyğundur.

 

Səhifə  25.  Motivasiyanın  sonuncu  cümləsində  “…  какая  династия  в  это 

время  находилась  у  власти  в  Китае”  deyil, “… какие династии в это время 

находились у власти в Китае” verilməsi məqsədəuyğundur. 

1-ci  abzasda  “период  власти”  ifadəsinin  “период правления”  kimi  verilməsi 

məqsədəuyğundur. 

Səhifə  37.  1-ci  abzasda  “уличные  представления”  ifadəsinin  “площадные 

представления” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  39.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  verilmiş  “XVI  əsrin 

sonlarından  başlayan durğunluq getdikcə  geriləməyə  çevrildi”  cümləsinin 

“Застой, начавшийся с конца XVI века, постепенно принял форму упадка – 

регресса”  kimi  tərcümə  edilməsi  dəqiq  deyil.  Tərcümədə  həm  “XVI”  ifadəsi 

buraxılmış,  həm  də  8-ci  sinif  şagirdlərinin  əksəriyyəti  tərəfindən  çətin  anlaşılan 



“регресс” sözü istifadə edilmişdir. Müvafiq sözü “отставание” ilə də ifadə etmək 

olardı.  Cümlənin  “Застой, начавшийся  с  конца  XVI  века,  постепенно 



превратился в отставание kimi tərcümə edilməsi məqsədəuyğundur. 


Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə