Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
1   2   3   4   5   6   7

14 

 

Axırıncı  abzasda  “Sunayoşi”  adının  “Tsunayoşi”  kimi  verilməsi  daha  düzgün 



olar. 

Səhifə 53. 1-ci abzasda “Onlara feodal əyanların qurultayında seçilən xanlar 

başçılıq edirdi” cümləsində “edirdi” sözü cəmdə verilməlidir. 

Səhifə  56.  1-ci  abzasda  olduğu  kimi,  4-cü  abzasda  da  “bəy”  sözünün  əvəzinə 

biy” sözünün yazılması daha düzgün olar. 



Səhifə  58.  1-ci  abzasda  “Tarxan  hərbi  rütbə  idi.  Bu  rütbəni  alan  feodallar 

Rusiyanın cənub-şərq sərhədlərini qoruyur, qazax və kalmık xanları ilə Rusiya 

arasındakı  danışıqlarda  vasitəçi  olurdular”  cümlələri  ilə  “Tarxanlar  vergi  və 

mükəlləfiyyətlərdən  azad  idilər”  cümləsi  arasında  “Bu  dövrdə  Volqaboyu  və 

Uralda  əsas  torpaq  mülkiyyətçisi  dövlət  idi”  cümləsinin  verilməsi  mətnin 

axıcılığını pozur. 



Səhifə  72.  4-cü  abzasda  “Titnat”  adının  “Fitnat”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  77.  Həm  ikinci  mərkəzləşmiş  İngiltərə dövləti olmadığına  görə, həm  də 

“əsasını  qoydular”  ifadəsi  birincilik  mənasını  verdiyinə  görə  motivasiyada  “ilk 

mərkəzləşmiş İngiltərə” ifadəsindən “ilk” sözünün çıxarılması məqsədəuyğundur. 

Səhifə  78.  3-cü  abzasda  “O  dövrdə  İngiltərə  protestantlarını  belə 

adlandırırdılar” cümləsində “protestantlarını” sözünün əvəzinə “protestantlarının 

çoxunu” ifadəsinin yazılması məqsədəuyğundur. 

Səhifənin  aşağısında  “Burjuaziya”  sözünə  verilmiş  “(fran.)  kapitalist 



cəmiyyətində istehsal alət və vasitələrinin sahibi olan və muzdlu əməyi istismar 

etməklə  izafi  dəyər  alaraq  kapitalist  gəliri  ilə  yaşayan  hakim  sinif”  izahının 

şagird  tərəfindən  başa  düşülməsi  çətin  olduğundan,  ayrıca  bir  açıqlamaya  ehtiyacı 

var. Tərifin daha sadə şəkildə verilməsi məqsədəuyğundur. 

Səhifə  79.  3-cü  abzasda  “icmalar  palatasının”  ifadəsinin  “nümayəndələr 

palatasının” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  83.  “Şotlandiya  parlamenti  “kovenant”  onu  öz  kralı  elan  etdi” 

cümləsindən belə çıxır ki, “kovenant” Şotlandiya parlamentinin xüsusi adıdır. Fikrin 

daha anlaşıqlı ifadəsi üçün sözün mahiyyətinin

4

 açıqlanması məqsədəuyğundur. 



                                                 

4

  



“Kovenant” - 1643-cü ildə Şotlandiya kilsəsi və İngiltərə parlamenti arasında ittifaq və dini 

etiqad haqqında imzalanmış sənəd 

http://www.britannica.com/event/Solemn-League-and-Covenant-England-Scotland-1643

 

  

 



15 

 

3-cü  abzasda  “Restavrasiya  məhdud  monarxiyanın  bərpası  demək  idi” 



cümləsindən  “məhdud”  sözünün  çıxarılması  məqsədəuyğundur.  Ona  görə  ki, 

1660-cı ildən əvvəl İngiltərədə monarxiyanın məhdud forması mövcud olmayıb. 



Səhifə 84. 3-cü abzasda andlılar məhkəməsinin nə olduğu aydınlaşdırılmalıdır. 

Səhifə  87.  3-cü    abzasda  “Kənd  təsərrüfatında  torpaqların  çox  hissəsinin 

burjuaziyanın  əlində  cəmləşməsi”  ifadəsində  “burjuaziyanın”  sözünün  əvəzinə 

yeni zadəganların” ifadəsinin yazılması məqsədəuyğundur. 



Səhifə  90.  1-ci  abzasın  4-cü  cümləsində  “kolonya”  sözünün  “koloniya”  kimi 

yazılması məqsədəuyğundur. 



Səhifə  92.  2-ci  abzasda  “...  İngiltərə  hökuməti  koloniyalarda  özbaşına  yeni 

ərazilərə köçməyi, torpaqlar tutmağı qadağan etdi” cümləsində “koloniyalarda” 

sözünün “kolonistlərə” sözü ilə əvəz edilməsi məqsədəuyğundur. 



Səhifə 94. 3-cü abzasda “İstiqlaliyyət bəyannaməsi” elan edirdi ki” ifadəsinin 

İstiqlaliyyət bəyannaməsiində elan edilirdi ki” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə 95. 2-ci abzasda “Böyük diplomat olan Benjamin Franklin Fransa və 

İspaniyanı İngiltərəyə qarşı müharibəyə qoşa bildi” cümləsinin “Böyük diplomat 

olan  Benjamin  Franklinin  Fransa  və  İspaniya  ilə  apardığı  danışıqların  nəticəsi 

olaraq,  bu  dövlətlər  İngiltərəyə  qarşı  müharibəyə  cəlb  edildi”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə 99. 4-cü abzasın axırında bir cümlədə “burjuaziyanın” sözünün təkrar 

işlədilməməsi məqsədəuyğundur. 



Səhifə  104.  2-ci  abzasda  1791-ci  il  konstitusiyasından  bəhs  edilərkən  verilmiş 

“mülkiyyəti  olan  adamlara”  ifadəsinin  “vergi  verən  adamlara”  ifadəsi  ilə  əvəz 

edilməsi məqsədəuyğundur. 

2-ci abzasda “vahid metrik sistem” ifadəsinin izahı verilməmişdir. 

3-cü  abzasda  “qanunverici  Məclis”  ifadəsində  birinci  sözün  də  böyük  hərflə 

verilməsi məqsədəuyğundur. 

Səhifə  106.  2-ci  sualda  verilmiş  “Müəssislər  məclisi”  ifadəsi  mətndə 

işlənməmişdir. 



Səhifə  107.  3-cü  abzasda  “Səhərisi  onlar  edam  edildilər”  cümləsində 

“Səhərisi” sözünün əvəzinə “Bir gün sonra” ifadəsinin yazılması məqsədəuyğundur. 

Səhifə 108.  3-cü abzasın sonunda işlənmiş “oturaqlıq senzi” ifadəsinin 

mənasını açıqlamaq lazımdır. 




Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə