Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
1   2   3   4   5   6   7

 

Dərslikdə  inklüzivliyi  təmin  edən  materiallara,  demək  olar  ki,  rast  gəlinmir. 



Diferensial  təlim  üçün  nəzərdə  tutulmuş  materiallar  isə  sual  və  tapşırıqlar 

çərçivəsindən  kənara  çıxmır.  Halbuki  siniflərdə  təlim  nəticələri  zəif,  yüksək  və 

sağlamlıq imkanları məhdud olan şagirdlər də  təhsil alır. 

Təlim  materiallarında    tarixi  hadisə  və  proseslərin  səbəb-nəticə  əlaqələrinə, 

sinxronluğuna,  qanun  və  qanunauyğunluqlarına  daha  çox  diqqət  verilməsi 

məqsədəuyğundur.  Nəticədə  şagirdlərin  tarixi  hadisə  və  proseslərin  qanun  və 

qanunauyğunluqlarını dərk etmək, onların inkişaf tendensiyalarını proqnozlaşdırmaq 

imkanları xeyli artardı. 



2.1.2. (Dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini xəritə 

və  sxemlərdəki  məlumatlar  əsasında  kontur  xəritələrə  köçürür)  alt  standartının  tam 

reallaşdırılması üçün dərslik komplektində kontur xəritə nümunəsi verilməmişdir. 



3.1.1.  (Dövlətlərin  (İngiltərə,  Fransa,  Rusiya,  ABŞ,  Osmanlı,  İran,  Çin, 

Hindistan,  Mərkəzi  Asiyanın  türk  dövlətləri,  Qazaxıstan,  Krım,  Sibir,  Volqaboyu, 

Qafqaz  xalqları)  yaranmasını,  idarəçilik  formalarını,  siyasi,  sosial-iqtisadi 

münasibətlərini  təhlil  edir)  alt  standartında  Krımın  adı  çəkilsə  də,  dərslikdə  onun 

haqqında cüzi məlumat verilmişdir. 



Səhifə  5.  İlk  bölmələrdə  tarixi  dövr  göstərilsə  də,  3-cü  bölmədə 

göstərilməmişdir.

 

Səhifə 9-10. “Səfəvi dövlətinin zəifləməsi və süqutu” yarımbaşlığında əvvəlcə 

əfqanların  İsfahanı  tutması,  sonra  Osmanlı-Rusiya  müqaviləsi  və  onun  şərtlərinə 

əsasən,  Azərbaycan  torpaqlarının  bölüşdürülməsi,  daha  sonra  isə  Azərbaycan 

ərazisinin  XVIII  əsrin  əvvəllərində  əfqanlar  və  osmanlılar  tərəfindən  tutulmasından 

bəhs edilir. Belə bir vaxtda Nadir xanın hakimiyyətə gəlməsi, torpaqların əfqanlardan 

və osmanlılardan azad edilməsi və bununla da, Səfəvi dövlətinin sərhədlərinin bərpa 

edilməsi  şərh  olunsa  da,  Rusiyanın  Azərbaycan  torpaqlarını  tutması  və  sonra 

çıxarılması haqqında heç bir  məlumat verilməmişdir. 

Yarımbaşlıqda 

Şah  Sultan  Hüseynin  hakimiyyət  illərinin  verilməsi 

məqsədəuyğundur. 

Səhifə 14. 1-ci abzasda

1

 “Kuhi-nur”un dünyada ən məşhur brilyant kimi deyil, 



məşhur brilyantlardan biri kimi təqdim edilməsi məqsədəuyğundur. 

                                                 

1

 

Paraqraflardakı motivasiya, yönləndirici sual, qırmızı şriftli sual və tapşırıqlar abzasların sayılmasında 



nəzərə alınmamış, həmçinin başlanğıcı əvvəlki səhifədə olan abzasın davamı növbəti səhifədə 1-ci abzas 

kimi götürülmüşdür.

 



 

Axırıncı abzasda “Gündən-günə  artırılan  vergilər  ölkədə  narazı  qüvvələrin 



üsyanına  səbəb  oldu” cümləsində narazı qüvvələrin kimlərdən ibarət olması aydın 

deyil. 


Səhifə  16.  Açar  söz  kimi  təqdim  olunan  “Qəndəhar”  sözü  mətndə  əksini 

tapmamışdır. 



Səhifə  18,  36.  3-cü  abzasda  “Bu  əsərdə  İranın  həmin  dövrdəki  daxili 

vəziyyəti  haqqında  xeyli  material  verilib” 

cümləsinin  “



Bu  əsərdə 

Əfşarlar 

imperiyasının

  həmin  dövrdəki  daxili  vəziyyəti  haqqında  xeyli  material  verilib

” kimi 


verilməsi məqsədəuyğundur. 

Səhifə  20.  Açar  söz  kimi  təqdim  olunan  “Heydərəli”  adına  mətndə  rast 

gəlinmir. 

1-ci  abzasda  XVII  əsrin  başlanğıcında  Hindistanda  daxili  ticarətin 

canlanmasından,  ayrı-ayrı  vilayətlərin  məhsul  istehsalı  üzrə  ixtisaslaşmasından, 

şəhərlərin  ticarət  və  sənətkarlıq  mərkəzlərinə  çevrilməsindən  bəhs  olunur.  Bunlar 

Hindistanda  natural  təsərrüfatdan  əmtəə  təsərrüfatına  keçildiyini  göstərən 

əlamətlərdir. Lakin 3-cü abzasda isə XVII əsrdə Hindistanda feodalların kəndlilərdən 

vergini  məhsulla  topladıqları  göstərilmişdir.  Bu,  tarixi  qanunauyğunluğa  və  tarixi 

gerçəkliyə ziddir. Əslində, hələ XVI əsrin ikinci yarısından Hindistanda  təkcə daxili 

deyil, həm  də  xarici ticarət  nisbətən  sürətlə  inkişaf  etməyə  başlamış, hələ qədimdən 

ticarət,  sənətkarlıq  və  mədəniyyət  mərkəzləri  kimi  tanınmış  şəhərlərin  sırasına 

yeniləri əlavə olunmuşdu. Bu səbəbdən də hələ XVI əsrin sonlarından hind feodalları 

vergini kəndlilərdən məhsulla deyil, pulla almağa başlamışdılar. 

Səhifə  25.  1-ci  abzasda  “İmperiya  əyalət,  vilayət,  dairə,  mahal,  qəza  və 

kəndlərə  bölünmüşdü”  cümləsinin  “İmperiya  canişinlik,  əyalət,  dairə,  qəza, 

kəndlər, həyətlərə bölünmüşdü” kimi verilməsi daha dəqiq olar. 

Səhifə  25-35.  “Çin–“Qapalı  ölkə”    “Gündoğan  ölkə”  adlı  paraqraflar 

şagirdlər  tərəfindən  çətin  anlaşıldığından,  yenidən  işlənməsi  tövsiyə  edilir.  Hər  iki 

paraqrafda  çoxlu  faktlar,  çətin  adlar  yer  almışdır  ki,  bu  da  şagirdlər  üçün  çətinlik 

yaradır. 



Səhifə  31-35.  “Dövlət”  məzmun  xətti  üzrə  3.1.1.  (Dövlətlərin  (İngiltərə, 

Fransa,  Rusiya,  ABŞ,  Osmanlı,  İran,  Çin,  Hindistan,  Mərkəzi  Asiyanın  türk 

dövlətləri,  Qazaxıstan,  Krım,  Sibir,  Volqaboyu,  Qafqaz  xalqları)  yaranmasını, 

idarəçilik formalarını, siyasi, sosial-iqtisadi münasibətləri təhlil edir) alt standartında 


Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə