Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
1   2   3   4   5   6   7

 

adı çəkilməyən Yaponiyanın tarixi ilə bağlı “Gündoğan  ölkə” paraqrafının dərsliyə 



daxil edilməsi mübahisəlidir. 

Motivasiyanın “Yapon xalqı da əksər slavyan və alman tayfaları kimi ibtidai 



icma  quruluşundan  birbaşa  feodalizmə  qədəm  qoydu”  cümləsində  ibtidai  icma 

quruluşundan birbaşa feodalizmə qədəm qoymuş tayfalar arasında ərəblərin də adının 

çəkilməsi təklif edilir. 

Səhifə 33. Yaponiyada aparılmış təcridolma siyasətinin, o cümlədən antixristian 

tədbirlərin həmin ölkənin digər Şərq, Afrika və Amerika ölkələri kimi müstəmləkəyə 

çevrilməməsində böyük rol oynadığını nəzərə çatdırmaq məqsədəuyğundur. 

Antixristian  tədbirlərin  daha  rasional  açıqlamasına  ehtiyac  var.  O  tədbirlər 

təcridolma siyasətinin tərkib hissəsi olub, həm də antiassimilyativ məqsəd daşıyırdı. 

Xristianlığın  bərabərləşdirici  ideyası  güclü  təsirə  malik  olsaydı,  başda  Müqəddəs 

Roma  imperiyası  olmaqla  əksəriyyəti  xristianlığı  qəbul  etmiş  Avropa  dövlətlərində 

təbəqələşmə olmamalı, kilsələr isə əhalinin dini inanclarından yararlanıb var-dövlətə 

sahib olmamalı idi. 

Səhifə  38.  4-cü  abzasda  XVII  əsrdə  Çin  incəsənətinə  və  memarlığına  Avropa 

mədəniyyətinin  ciddi  təsir  edə  bilməməsinin  səbəbi  kimi  Çinin  özünütəcrid  siyasəti 

göstərilir.  Lakin    səhifə  26-nın    3-cü  abzasında  Çinin  bu  siyasətə  XVIII  əsrin  II 

yarısında (1757-ci ildə) keçdiyi yazılmışdır. 



Səhifə  42.  2-ci  abzasın  axırında  Karlovitsa  sülhünə  görə,  Osmanlı  ərazisinin 

Avstriya,  Polşa  və  Rusiya  arasında  bölüşdürüldüyü  yazılır.  Həmin  sülhə  görə 

Rusiyaya  heç  nə  verilmədiyinə  görə  onun  əvəzinə  Dalmasiya  və  Moreyanı  almış 

Venesiya”nın adı verilməlidir. 



Səhifə 44.  1-ci abzasda “Venesiya ilə  müharibə  Osmanlı  dövlətinin qələbəsi 

ilə başa çatdı” cümləsində hansı müharibədən bəhs olunduğu məlum deyil. 

1-ci  abzasın  3-cü  cümləsində  verilmiş  “Pojarevatsk  sülh  müqaviləsinə  görə 



Serbiya  və  Bosniyanın  şimalı  Avstriyaya  verildi”  ifadəsi  ilə  növbəti  səhifənin 

axırıncı abzasında verilmiş “Pojarevatsk müqaviləsi ilə Avstriyaya verilmiş Şimali 



Serbiya və Belqrad” ifadəsi fikir qarışıqlığına səbəb olur. Ziddiyyət yoxdursa, eyni 

şərtin hər iki yerdə vahid formada verilməsi məqsədəuyğundur. 



Səhifə  44-45.  2-ci  abzasdakı  “Cəmiyyətin  sosial-iqtisadi  həyatında  olduğu 

kimi,  siyasi  sistemdə  də  böhran  dərinləşməkdə  idi”,  “Ölkənin  iqtisadi 

vəziyyətinin pisləşməsi ... ” fikri ilə  növbəti abzasda verilmiş “XVIII əsrin birinci 

yarısında  Osmanlı  imperiyasında  kənd  təsərrüfatında  və  iqtisadiyyatın  digər 


 

sahələrində müəyyən dərəcədə irəliləyiş gözə çarpırdı. Əmtəə-pul münasibətləri 



inkişaf edirdi” fikri  arasında uyğunsuzluq var. 

Səhifə  48.  Motivasiyada  sadəcə  tarixi  məlumat  əks  etdirildiyindən,  şagirdlər 

idraki fəallığa sövq edilmir. 



Səhifə 53. İlk abzaslar arasında əlaqə zəifdir. 

Qırğız  xalqının  tarixi  barədə  “Onların  siyasi  qurumu  yox  idi”  və  “Siyasi 



qurumun  olmaması  dedikdə  nə  başa  düşürsünüz?”  cümlələrinin  verilməsi 

məqsədəuyğun deyil. 



Səhifə  62.  Bir  abzasın  daxilində  9-10  xalqın  adının  verilməsi  və  onların 

yaşadıqları ərazinin göstərilməsi mövzunu ağırlaşdırır. 



Səhifə  63.  Sonuncu  abzasda  Tabasaran  maysumluq  kimi  Şimali  Qafqaza  aid 

edildiyi halda, 8-ci sinif “Azərbaycan tarixi” dərsliyində (Bakı: Təhsil, 2015)  səhifə 



85 və 103-dəki xəritələrdə sultanlıq kimi Azərbaycana aid edilmişdir. 

Səhifə  72.  4-cü  abzasda  “Nəbi,  Nedim,  Titnat  xanım  XVII  əsr  türk 

ədəbiyyatının  tanınmış  simalarından  olublar”  cümləsində  adı  çəkilən  Nedim  və 

Fitnat xanımın yaradıcılığı XVIII əsrə aiddir. 



Səhifə  73.  Axırıncı  abzasda  XVII-XVIII  əsrlərdə  Arif  Şirvani,  Arif  Təbrizli, 

Xəstə  Qasım,  Şəkili  Nəbi,  Molla  Vəli  Vidadi  və  bir  çox  başqa  şairlərin 

yaşayıb-yaratdıqları  qeyd  edilir.  Lakin  ədəbiyyat  tarixinə  əsasən,  adı  çəkilmiş 

ədiblərin XVII əsrdə yaşaması mübahisəlidir. 



Səhifə  81-85.  Böyük  Britaniya  adının  XVIII  əsrin  əvvəlində  necə  yaranması 

haqqında paraqrafın axırında bir abzas verildiyi halda, mətnin böyük hissəsinin XVII 

əsrdən  bəhs  etdiyi  paraqrafın  “Böyük  Britaniya  krallığı  necə  yarandı?” 

adlandırılması sual yaradır. 



Səhifə  81.  Verilmiş  açar  sözlər  əvvəlki  paraqrafa  daha  çox  uyğun  gəlir. 

“Kavaler” və “girdəbaşlar” sözləri əvvəlki paraqrafda istifadə edilmişdir. 

Səhifə  85.  1-ci  abzasda  “liberallar”  və  “mühafizəkarlar”  partiyalarının 

adlarının  çəkilməsi  düzgün  deyil.  Çünki  bu  partiyalar  XIX  əsrin  sonu-XX  əsrin 

əvvəllərində formalaşmışdır. 

Səhifə  81,  86.  §  13-ün  I  hissəsindən  (səh.77)  fərqli  olaraq,  II  (səh.81)  və  III 

(səh.86) hissələrində motivasiya və tədqiqat sualı verilməmişdir. 



Səhifə  93.  1-ci  abzasda  kolonistlərin  ucuz  qiymətə  satılmalı  olan  çaya  etiraz 

etmələrinin səbəbləri göstərilmədiyindən, hadisənin mahiyyətini anlamaq çətindir. 



Səhifə 94. Paraqrafın əvvəlində motivasiya verilməmişdir. 


Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə