Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 186,18 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix15.03.2018
ölçüsü186,18 Kb.
#32381
növüDərs
1   2   3   4   5   6   7

16 

 

Səhifə 115. 1-ci abzasda “1667-ci ildə Solsahil Ukraynası və Kiyev Rusiyaya 



birləşdirildi”  cümləsinin  “1667-ci  ildə  Kiyev  də  daxil  olmaqla,  Solsahil  Ukraynası 

Rusiyaya birləşdirildi” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  116. Axırıncı abzasda “I  Pyotrun  islahatları  nəticəsində  ...  təqvim  və 

əlifba  yaradıldı”  cümləsində  “təqvim  və  əlifba  yaradıldı”  ifadəsinin  “təqvim 

yaradıldı və əlifbada dəyişiklik edildi” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə  117.  “İsti  dənizlərə  çıxmaq  uğrunda  mübarizə”  paraqrafının  adı 

uğurlu seçilməmişdir. “İsti” deyəndə, ilk növbədə, o dənizlərin ilin bütün fəsillərində 

isti olması təsəvvürü yaranır. İsti tropik qurşaqlarda bu dənizlərdən daha isti dənizlər 

mövcuddur. Mövzuya reallığa uyğun ad qoyulması məqsədəuyğundur. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərslik  dizayn  və  bədii  tərtibat  baxımından  qənaətbəxşdir.  Rəsm  və 

illüstrasiyalar  orijinal,  mətnə  uyğun,  ifadəli  və  aydındır.  Rəsmlərin  əksəriyyəti 

cəlbedicidir. 

Dərslikdə  95  şəkil,  16  xəritə,  12  müxtəlif  sxem  və  cədvəl  (8-i  tapşırıqlar 

bölməsində,  4-ü  isə  əsas  mətndə)  verilmişdir.  Şəkil  və  illüstrasiyalardan  50-si 

müxtəlif  tarixi  şəxsiyyətlərin  portretləridir.  Dərslikdə  tarixin  öyrənilməsinə  Şərqdən 

başlansa  da,  onun  üz  qabığında  Rusiya  və  Fransa  motivləri  qabardılmış,  Osmanlı 

sultanı  və  ordusu  isə  arxa  planda  təsvir  etmişdir.  Dərsliyin  ilk  səhifələrində  şərti 

işarələrin izahı verilməmişdir. 

Mövzular  üzrə  şəkillər  bərabər  paylanmamışdır.  Məsələn,  §1,  10,  11.2-də  bir, 

§11.1,  13.1,  13.3,  14.1,  16.2-də  iki  illüstrasiyadan  istifadə  olunmuş,  §7-də  isə 

illüstrasiya  verilməmişdir.  Xəritələrdəki  şəkillərin  bəzilərinin  adı  verildiyi  halda, 

bəzilərinin adı verilməmişdir. 

Şəkil,  xəritə  və  sxemlər  nömrələnməmişdir.  İllüstrasiyaların  bir  qismində 

şəkilaltı  informasiya  çatışmır  və  onların  təqdimatında  vahid  dizayn  üslubu 

pozulmuşdur.  Bəzi  şəkillər  solğun  və  qarışıq  (səh.12,  26,  49,  113),  bəziləri  kiçik 

ölçüdə (səh.22-də 3-cü, səh.46, 53, 57 və s.) verilmiş, bəziləri (səh.45, 54 və 84) isə 

yerində deyil. Bəzi görkəmli tarixi şəxsiyyətlərin təsvirləri təhrif olunmuş (səh.21-də 

1-ci, səh.83), bəzi şəkillər isə ifadəlilik və cəlbedicilik baxımdan uğurlu seçilməmiş, 

yaxud  keyfiyyətsiz  təqdim  olunmuşdur  (səh.16,  41  və  s.).  Bəzi  şəkillərdə  şiddət 



17 

 

təsvirinin  yer  alması  (səh.22-də  1-ci,  34,  79)  şagirdlərin  yaş  xüsusiyyətləri 



baxımından məqsədəuyğun deyil. 

Dərslikdə  mövzuların  mənimsənilməsinə  yardım  edən  16  müxtəlif  xəritədən 

istifadə edilmişdir. Onların  əksəriyyətində şərti işarələr verilmiş, coğrafi obyektlərin 

adı  aydın  oxunur,  istifadə  olunmuş  rənglər  yorucu  deyil.  Bununla  belə,  bəzi 

xəritələrin  üzərində  yenidən  işlənməlidir.  Məsələn,  bəzi  xəritələrdə  (səh.8,  13,  27, 

104)  şərti  işarələr  natamamdır  (xüsusilə,  paytaxt  şəhərlər  göstərilməyib),  bəzi 

xəritələrdə  isə  şərti  işarələr  verilməmişdir  (səh.54,  55,  59,  118).  Bəzi  paraqraflarda 

(§3,  13,  15.3  və  16.1)  ciddi  ehtiyac  olmasına  baxmayaraq,  ümumiyyətlə,  xəritə 

verilməmişdir, bəzi xəritələr (səh.59, 118) isə tarix fənninə uyğunlaşdırılmamışdır. 

Xəritələrdə  bəzi  xüsusi  adların  da  düzəldilməsinə  ehtiyac  var.  Məsələn, 



“Braxmaputra”  əvəzinə  “Brahmaputra”  (səh.23),  “Mogilov”  əvəzinə  “Mogilyov”, 

“Yevpotoriya”  əvəzinə  “Yevpatoriya”,  “Balaxiya”  əvəzinə  “Valaxiya”  (səh.51), 

“Məşəd”  əvəzinə  “Məşhəd”  (səh.55),  “Volqaqrad”  əvəzinə  “Volqoqrad”, 

“Çuvaşistan”  əvəzinə  “Çuvaşıstan”  (səh.59),  “Piçmona”  əvəzinə  “Riçmond”, 

“Karpolina”  əvəzinə  “Karolina”,  “Çarpston”  əvəzinə  “Çarlston”,  “Pod-Aylend” 

əvəzinə  “Rod-Aylend”  (səh.91),  “Dunkerk”  əvəzinə  “Dünkerk”  (səh.104) 

yazılmalıdır. 

Paraqrafların sonunda tapşırıq məqsədilə verilmiş zaman oxlarının sayı 24-dür. 2 

paraqrafın sonunda (§ 7, 16.1) zaman oxuna dair tapşırıq verilməmişdir. 

Təlim materiallarının daha yaxşı qavranılması üçün nəzəri məlumatı özündə əks 

etdirən sxem, qrafik və cədvəlin sayının artırılması tövsiyə edilir. 

Səhifə  8.  1556-cı  ildən  ruslar  tərəfindən  işğal  edilmiş  Həştərxan  xanlığının 

1587-1736-cı  illəri  əhatə  edən  xəritədə  yer  alması  məqsədəuyğun  deyil.  Həmçinin 

xəritədən  belə  anlaşılır  ki,  Həştərxan  Şimali  Qafqaz  ərazisindədir.  Halbuki  həmin 

xanlıq  Volqa  çayının  Xəzər  dənizinə  töküldüyü  ərazidə  yerləşirdi.  “Həştərxan 



xanlığı”nın  yerinə  Terek  çayından  şimalda  “Rusiya”  yazılmalıdır.  Xəritənin  altında 

Portuqaliyadan  geri  alınmış  ərazinin  ili  1620  deyil,  1622  verilməlidir.  Xəritədə 

verilən  şəklin  adı  qeyd  olunmamış,  şərti  işarələrin  izahında  qılınc,  qala  və  paytaxt 

işarəsinin  açıqlaması  yazılmamışdır.  Xəritənin  adında  “sələfləri”  sözünün  əvəzinə 

xələfləri”  sözü  yazılmalıdır.  Həmçinin  bu  xəritə  8-ci  sinif  “Azərbaycan  tarixi” 

dərsliyində (Bakı: Təhsil, 2015)  səhifə 22-də verilmiş xəritənin eynisidir. 



Səhifə  13.  “Nadir  şah  Moğol  hökmdarı  Məhəmməd  şahı  vassallığa  qəbul 

edir” adlı rəsmdə Nadir şahın nə etmək istədiyi aydın deyil. 


18 

 

Xəritədə  Nadir  şahın  Xivəyə  yürüşü  və  Buxara  xanlığının  onun  vassalı  olduğu 



göstərilməmişdir. Xəritədə paytaxt, qılınc və qala işarələrinin izahı yazılmamışdır. 

Səhifə  16.  Ağa  Məhəmməd  şah  Qacarın  mum  fiqurunun  verilməsi  onun 

haqqında formalaşmış mənfi obrazı daha da gücləndirir. 



Səhifə  23.  Xəritədə  Maratx  dövlətinin  mətndə  adı  çəkilən  paytaxtı  Puna 

şəhərinin  yeri  əks  olunmamışdır.  “Böyük  Moğol  imperiyası”nın  adı  “Böyük 



Moğollar” kimi verilmişdir. 

Mətndə  İngiltərə-Maysor  müharibəsindən  bəhs  olunsa  da,  təqdim  olunan  şəkil 

ingilislərin maratxlarla döyüşünə həsr olunmuşdur. 

Səhifə 24. Şəkil kimin kimdən asılı  olması barədə dəqiq fikir söyləməyə imkan 

vermir. 


Səhifə  27.  Xəritədə  şərti  işarələrdə  “Cunqar  xanlığı”,  xəritənin  özündə  isə 

“Cunqariya xanlığı” yazılmışdır. 

Səhifə  28.  Sxemdə  verilmiş  “hərbi  məskənlərə  aid  torpaqlar”  və  “döyüşçü 

kəndlilərə verilən torpaqlar” ifadələrinin fərqinin nə olduğu başa düşülmür. 

Səhifə  45.  Kiçik  Qaynarca  sülhünə  aid  şəklin  müqavilə  şərtlərinin  yazıldığı  

səhifə 47-də verilməsi məqsədəuyğundur. 

Səhifə  46.  Kiçik  Qaynarca  sülhünün  imzalandığı  dövrdə  Almaniya  imperiyası 

mövcud olmadığına görə xəritədəki müvafiq ifadə əvəzlənməli və ya silinməlidir. 



Səhifə  49.  Rus  tarixçilər  tərəfindən  rus  ordusunun  qəhrəmanlığına  sübut  kimi 

istinad  edilən  “Rusların  İzmayıl  qalasını  tutması”  rəsminin verilməsi  vacib deyil. 

Həmçinin şəkil çox tutqun olduğundan, tədris zamanı istifadəyə çox da yararlı olmur. 

Səhifə  51.  Xəritədə  1783-cü  ildə  Rusiyaya  verilmiş  ərazi  kimi  Krım  da 

göstərilmişdir.  Halbuki  Krım  Rusiyaya  verilməmiş,  Rusiya  tərəfindən  işğal 

edilmişdir. 

Səhifə 54. Tauke xanın şəklinin onun haqqında məlumatın verildiyi səhifə 53-ə 

keçirilməsi məqsədəuyğundur. 



Səhifə  59.  Xəritələrin  tarix  dərsləri  üçün  daha  yararlı  şəklə  salınması 

məqsədəuyğundur. 2-ci xəritədə Sibir türklərinin yaşadığı ərazilərə Mərkəzi Asiya və 

Volqaboyu  da  daxil  edilmişdir.  Həmçinin  sözügedən  xəritənin  “Sibir  türkləri” 

yarımbaşlığının  verildiyi    səhifə  60-a  keçirilməsi  məqsədəuyğundur.  Bundan  əlavə, 

həmin xəritədə Azərbaycanın şimal və cənuba bölünməsi dövrə uyğun deyil. 

Səhifə  63.  Şəkildə  osetinlərdən,  çərkəzlərdən,  kabardinlərdən  fərqli  olaraq, 

çeçen millətinin nümayəndəsi tək təsvir edilmişdir. 




19 

 

Səhifə  64.  O dövrdə Azərbaycan bölünmədiyindən, Azərbaycanla İran arasında 

müasir  dövrdəki  sərhəd  xətlərinin  verilməsi  düzgün  deyil.  Arazdan  cənubda  Muğan 

adlı ərazinin göstərilməsi mübahisəlidir. Kartli adı altında bütün Gürcüstan verilir və 

belə  təəssürat  yaranır  ki,  o,  müstəqil  dövlət  olub.  Xəritədə  “Osmanlı  imperiyası” 

ifadəsinin əvəzinə, o dövrə aid olmayan “Türkiyə” sözü yazılmışdır. 



Səhifə  68.  I  Pyotrun  tapşırığı  ilə  tərtib  olunmuş  Cənubi  Qafqazın  şərqinin  və 

Xəzər  dənizinin  xəritəsi  8-ci  sinif  “Azərbaycan  tarixi”  dərsliyində  (Bakı:  Təhsil, 

2015) səhifə 49-da da verilmişdir. I Pyotrun Azərbaycana yürüşü “Azərbaycan tarixi” 

dərsliyində  daha  geniş  təsvir  edildiyindən,  “Ümumi  tarix”  dərsliyindəki  xəritənin 

başqa bir illüstrativ materialla əvəzlənməsi məqsədəuyğundur. 

Səhifə  91.  Florida  uzun  müddət  İspaniyanın,  XVIII  əsrin  ikinci  yarısında  20  il 

Böyük  Britaniyanın  müstəmləkəsi  olmuşdur.  Buna  görə  də  xronoloji  çərçivəsi 

bilinməyən  xəritədə  Floridanın  yaşıl  rənglə  Böyük  Britaniyanın  müstəmləkə  ərazisi 

kimi verilməsi mübahisəlidir. 

Şəklin adı ilə məzmunu bir-birinə uyğun gəlmir. Burada rəftardan çox, qarşılıqlı 

vuruşma  şəraitində  gedən  döyüş  təsvir  olunmuşdur.  Şəkil  1876-cı  ildə  baş  vermiş 

Biqhorn  döyüşünə

5

 aid  olduğundan,  dərsliyin  xronoloji  çərçivəsinə  uyğun  deyil. 



Həmçinin  şəklin  “Hindularla  son  dərəcə  amansız  rəftar  edilirdi”  kimi 

adlandırılması  səhifə 97- verilmiş “ABŞ bəşəriyyətə o zaman üçün demokratiya 



nümunəsi verdi” ifadəsi ilə ziddiyyət təşkil edir. 

Səhifə 95. “Şimali Amerikada İstiqlaliyyət müharibəsi” adı altında XIX əsrə 

aid vətəndaş savaşlarından birinin şəkli verilmişdir. 



Səhifə 96. Sxemdə C.Vaşinqtonun adının verilməsinə ehtiyac yoxdur. 

Səhifə 118. XVII-XVIII əsrlədə Bolqarıstan adlı müstəqil dövlət olmadığından, 

xəritədə göstərilməsi məqsədəuyğun deyil.  Səhifə 46-da olduğu kimi, həmin ərazinin 

Osmanlı imperiyasına aid edilməsi məqsədəuyğundur. 

 

4. Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

 

Təqdim olunan sual və tapşırıqların çoxu şagirdlərin yaş səviyyəsinə uyğundur. 



Onların  bir  qismi  həm  də  yaradıcı  xarakter  daşıyır.  Lakin  qapalı  tipli  sual  və 

tapşırıqlar dərslikdə üstünlük təşkil edir. 

                                                 

5

 



http://www.manataka.org/images/Little_Big_Horn_Battle.jpg

  



20 

 

Dərslikdə  müəllim  və  şagirdlərin  istifadəsinə  304  sayda  müxtəlif  tipli  sual  və 



tapşırıqlar  təqdim  olunmuşdur.  Onların  147-si  paraqraf  daxilində,  157-si  isə 

paraqrafın sonundakı “Sual və tapşırıqlar” bölməsində verilmişdir. Lakin dərslikdə və 

ya MMV-də illüstrasiyalar üzərində işləmək üçün sual və tapşırığın nəzərdə tutulması 

yaxşı olardı. Mətnin içərisində verilmiş sual və tapşırıqlar qırmızı kursivlə yazılmış 

və  nömrələnməmişdir.  Sual  və  tapşırıqların  bu  cür  təqdimatı  metodik  baxımdan 

məqsədəuyğun  deyil,  çünki  fikrin  bütövlüyünü  pozur  və  şagirdlərin  diqqətini  əsas 

mətndən  yayındırır.  Bu  problemi  aradan  qaldırmaq  üçün  sual  və  tapşırıqların  tipinə 

və  xarakterinə  görə  qruplaşdırılıb,  müvafiq  çərçivə  içərisində  bir  yerdə  verilməsi 

yaxşı olar. 

Sual  və  tapşırıqların  paylanmasında  qeyri-mütənasiblik  var.  Məsələn,  13-cü 

paraqrafın I hissəsində (“Parlament, yoxsa kral?”, səh.77-80) 16 sayda, III hissəsində 

isə  (“Dünyanın  ilk  sənaye  dövləti”,  səh.86-89)  7  sayda  sual  və  tapşırıq  nəzərdə 

tutulmuşdur. 

Səhifə  10.  “Azərbaycan  Səfəvi  dövlətində  baş  vermiş  hadisələrin  səbəb-

nəticə əlaqələrini müəyyənləşdirən xronoloji cədvəl tərtib edin” tapşırığı metodiki 

baxımdan  düzgün    tərtib  olunmamışdır.  Tapşırığın  məzmunu  nəinki  8-ci  sinif 

şagirdinin, hətta bir çox yaşlıların belə qavrayacağı səviyyədə deyil. Tapşırığı yerinə 

yetirmək  üçün  əvvəlcə  hadisələrin  xronoloji  ardıcıllığını  əks  etdirən  cədvəl  tərtib 

edilməsi,  sonra  həmin  cədvəldən  istifadə  edərək,  hadisələrin  mümkün  səbəbləri  və 

nəticələrinin müəyyənləşdirilməsi tələb oluna bilər. 



Səhifə 10, 15, 19, 24. Qeyd edilmiş səhifələrdə paraqrafın axırında verilmiş sual 

və tapşırıqların heç biri MMV-də müvafiq dərs nümunələrində tövsiyə olunan 2.1.2

(MMV, səh.54), 4.1.1. (MMV, səh.57) və 1.1.1. (MMV, səh.59, 61) alt standartlarını 

reallaşdırılmağa istiqamətlənməmişdir. 



Səhifə 12. “Sizcə, Moğol imperatoru əfqanlara sığınacaq verməsəydi, Nadir 

şah  Hindistana  yürüş  etməzdimi?”  sualının  “Sizcə,  Moğol  imperatoru  əfqanlara 

sığınacaq verməsəydi, Nadir şah Hindistana yürüş edərdi?” kimi  verilməsi üslubca 

daha doğru olar. 



Səhifə 15. 2-ci abzasdan sonrakı “Nadir şaha verilən bu qiymətlər sizdə hansı 

hisləri  oyadır?”  sualının  “Nadir  şahın  Avropanın  məşhur  fatehləri  ilə  müqayisə 

edilməsi sizdə hansı hisləri oyadır?” kimi verilməsi üslubca daha doğru olardı. 

Səhifə  35.  Paraqrafın  axırında  verilmiş  “Yaponiyanın  siyasi  cəhətdən 

birləşdirilməsi  prosesini  Avropa  ölkələrindən  fərqləndirən  nə  idi?”  sualı 


21 

 

mahiyyətcə  səhifə 



32-də  verilmiş  “Yaponiyada 

mərkəzləşmiş  dövlətin 

yaranmasını Avropa ölkələrindən fərqləndirən nə idi?” sualının təkrarıdır. 

Səhifə 38. Paraqrafda yalnız bir Şərq ölkəsində tarixi əsərlərin meydana gəlməsi 

haqqında məlumat verildiyi halda, 1-ci sualda Şərq ölkələrində tarixi əsərlərin daha 

çox yaranmasının nə ilə izah olunması soruşulur. 

Mətndə Çin mədəniyyətdən bəhs edilsə də, ona aid heç bir sual verilməmişdir. 



Səhifə  43.  3-cü  tapşırıqda  elmi  kəşf  və  ixtiraların  Osmanlı  imperiyasının 

həyatına  və  mədəniyyətinin  inkişafına  təsirinin  izahı  tələb  olunur,  lakin  mətndə 

verilən məlumatdan bunun nədən ibarət olduğunu müəyyən etmək çətindir. 

Səhifə  48.  “Yunan  layihəsi”  mahiyyətcə  “Şərq  məsələsi”nin  tərkib  hissəsi 

olduğundan,  “Yunan  layihəsi”  ilə  “Şərq  məsələsi”nin  oxşar  və  fərqli  cəhətləri 



nədən ibarət idi?” sualının verilməsi məqsədəuyğun deyil. 

Səhifə  57.  Kokand  xanlığının  yaranması  haqqında  mətndə  müvafiq  məlumat 

verilmədiyi halda, “Kokand xanlığı harada və necə yarandı?” sualı verilmişdir. 

5-ci  sualdakı  “Mərkəzi  Asiya  və  Qazaxıstan”  ifadəsi  elmi  baxımdan 

mübahisəlidir.  Qazaxıstanı  Mərkəzi  Asiyaya  aid  olduğundan,  ifadənin  “Mərkəzi 



Asiya” kimi verilməsi kifayətdir. 

Səhifə  58.  Yönləndirici sual mövzunu tam əhatə etmir. Sualın bir hissəsinin və 

ya əlavə bir sualın da Sibir xalqlarına aid edilməsi məqsədəuyğundur. 



Səhifə  79.  2-ci  sualda  vətəndaş  müharibəsinin  ilk  dəfə  harada  baş  verdiyi 

soruşulsa da, suala birmənalı cavab tapmaq çətindir. 

Sonuncu  sualın  “Vətəndaş  müharibəsi”  yarımbaşlığından  əvvələ  keçirilməsi  

məqsədəuyğundur. 



 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) 

məzmununun işlənməsi baxımından 

 

128 səhifədən ibarət olan MMV-də “Metodik vəsait haqqında” başlığı altında 

giriş,  “Fənnin  məzmun  xətləri  və  onların  əsaslandırılması”,  “Məzmun  xətləri 

üzrə  təlim  nəticələri”,  “Fəaliyyət  xətləri”,  “VIII  sinif  Ümumi  tarix  fənni  üzrə 

məzmun  standartları”,  “VIII  sinif  Ümumi  tarix  fənni  üzrə  məzmun 

standartlarının  şərhi”,  “Ümumi  tarix  fənninin  inteqrasiya  imkanları”,  “Təlim 

strategiyaları”,  “Planlaşdırmanın  aparılmasına  dair  tövsiyələr”,  “Tədrisin 

səmərəli olması üçün tövsiyələr”“Qiymətləndirməyə dair tövsiyələr”“Tematik 



22 

 

planlaşdırma”,  “Mövzuların  reallaşdırılması  üçün  metodik  tövsiyələr”,  “Dərs 



nümunələri”“Ümumi tarix fənni üzrə resurslar”“İstifadə olunmuş ədəbiyyat” 

və “Kitabın içindəkilər” verilmişdir. 

Müəllim  üçün  metodik  vəsait  müəllimə  iş  prosesində,  hər  bir  şagirdin  fərdi 

bacarığından asılı olaraq, tapşırıqları sadələşdirmək və ya mürəkkəbləşdirmək imkanı 

verir.  Fənn  kurikulumunun  tələblərinin  reallaşdırılma  mexanizmləri  şərh  edilmiş  və 

əsaslandırılmışdır.  Həmçinin  dərs  zamanı  əlavə  vasitələrə  (elektron  resurslar,  əyani 

vasitələr və s.) istiqamətləndirmə də verilmişdir. 

Dərsliyin  hazırlanması  prinsiplərinin  şərhi,  qiymətləndirmənin  müxtəlif 

növlərinə  aid  vasitələrin  verilmə  səviyyəsi  qənaətbəxş  deyil.  Qiymətləndirmə 

meyarlarının bəzi yerlərdə 3 səviyyədə verilməsi  səhifə 51-də qeyd edilmiş təlimata 



(“Qiymətləndirmə  standartı:  ...  məzmun  standartının  tərkibinin  kəmiyyət  və 

keyfiyyət 

göstəriciləri 

ilə 

tamamlanaraq 



çətinlik 

səviyyəsi 

üzrə 

diferensiallaşmasıdır”) uyğun deyil. 

Gündəlik planlaşdırılma ilə bağlı nümunələrdə resurslar ümumi şəkildə məsləhət 

bilinmiş,  inteqrasiyaya  isə  kifayət  qədər  diqqət  ayrılmamışdır.  Gündəlik  dərs 

planlaşdırılmasında  tövsiyə  olunmuş  təlim  üsulları  bir  sıra  hallarda  müvafiq  alt 

standartı reallaşdırmaq üçün tam şərait yaratmır. Məsələn, səhifə  73-75;  78-79;  90-

91; 100-101; 107-108; 109-110-da təqdim olunmuş dərs nümunələrində vəziyyət bu 

cürdür.  Bəzi  dərs  nümunələrində  təlim  üsullarının  çoxu  ya  standartlara  uyğun 

seçilməmiş,  ya  da  göstərilən  təlim  üsullarının  sırasında  göstərilməmişdir.  Məsələn, 

78,  86,  90,  100,  107,  109-cu  səhifələrdə  verilən  dərs  planlarında  təlim  üsulu  kimi 

Venn diaqramının  göstərilməsi məqsədəuyğundur. 

Mühüm  məsələlərdən  biri  də  tədqiqat  suallarının  aydın  olmamasıdır.  Nümunə 

üçün  “Böyük  Moğol  imperiyasının  parçalanmasından  sonra  Hindistanın 



tarixdəki  rolu nədən ibarət  olmuşdur?”  (səh.62), “Çinin XVII-XVIII  əsrlərdəki 

tarixi  rolu  nədən  ibarət  olmuşdur?”  (səh.65),  “Yeni  dövrə  köhnə  qaydalarla 

daxil  olan  Osmanlı  imperiyasının  rolu  nədən  ibarət  oldu?”  (səh.74),  “Böyük 

Britaniya  krallığının  yaranmasının  tarixi  şəraiti  nədən  ibarətdir?”  (səh.93), 

“XVIII əsrin sonlarının Fransanın tarixindəki rolu nədən ibarətdir?” (səh.103) 

suallarını göstərmək olar. 

İstər  dərslikdə,  istərsədə  MMV-də  elə  ifadələr  var  ki,  dildə  ağırlıq  yaradır. 

Məsələn,  “cədvəlləşdirin”,  “variantlaşdırın”,  “təşkilatlanmamışdılar”  və  s.  Bəzi 

səhifələrdə orfoqrafik və qrammatik səhvlər var. Məsələn, səhifə 91-də cədvəlin orta 



23 

 

sütunundakı  3-cü  cərgədə  “Məllim”  əvəzinə  “Müəllim”,  səhifə  115-də  “Vaşiqton” 



əvəzinə “Vaşinqton”  yazılmalıdır. 

Səhifə  59-62.  3  və  4-cü  paraqraflarla  bağlı  tövsiyələrdə  1.1.1.  alt  standartının 

reallaşdırılması  tələb  olunsa  da,  alt  standartın  reallaşdırılmasına  yararlı  sual  və 

tapşırıq verilməmişdir. 

Səhifə 90. Vaxtdan nə qədər səmərəli istifadə edilsə də, çox vaxt aparan ziqzaq 

və karusel üsullarının bir dərsdə tətbiqi real görünmür. 



Səhifə  100.  İnsert  təlim  üsulu  kimi  göstərilmədiyi  halda,  dərsdə  istifadə 

edilmişdir. 



Səhifə  103. Özünüqiymətləndirmə vərəqi nümunəsinin səhifə  101-də verilməsi 

məqsədəuyğundur.  Çünki  əvvəlki  dərsdə  də  özünüqiymətləndirmə  vərəqlərindən 

istifadə etmək tövsiyə edilmişdir. 

Səhifə  109-110.  Verilən  dərs  nümunəsində  4.1.1.  alt  standartına  uyğun  heç  bir 

tapşırıq təqdim edilməyib. Bu alt standartın necə reallaşdırılması dərsin gedişində öz 

əksini tapmamışdır. 

Müəllimin sinfin qarşısına hansı məsələ qoyduğu aydın deyil. 



Səhifə  121.  “Ümumi  tarix”  fənni  üzrə  resurslar  siyahısında  “ABŞ-da  vətəndaş 

müharibəsi”  xəritəsi,  “Borodino”,  “Şimal  və  Cənub”  bədii  filmləri  dərsliyin  zaman 



çərçivəsinə uyğun deyil. 

Yüklə 186,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə