Dərslik layiHƏ 4 MÜNDƏRİcat



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

113
Koordinat zonası
Düzbucaqlı koordinat sistemi
Xəritə  üzərində  ölçmə  və  hesablama  işlərini  çətinləşdirən  mənfi  ordinat 
qiymətlərindən azad olmaq üçün zonanın ox meridianı şərti olaraq 500 km qərbə 
tərəf  çəkilmişdir.  Yəni  hər  bir  zonada  koordinat  başlanğıcı  x=0,  = 500  km  qəbul 
edilir  ki,  bunun  da  nəticəsində  bütün  nöqtələrin  ordinatları  500  km  artırılmış  olur. 
Ona görə də ox meridianından qərbdə yerləşən nöqtələrin ordinatları 500 km­dən 
kiçik, şərqdə yerləşən nöqtələrin ordinatları isə 500 km­dən böyük olur. 
Düzbucaqlı  koordinat  sistemində  nöqtənin  vəziyyəti  ancaq  zona  daxilində 
müəyyən edilir. Ordinatın qiymətləri hər bir zonada təkrarlandığından, onun hansı 
zonaya aid olduğunu bildirmək üçün ordinatın qiymətinin əvvəlinə zonanın nömrəsi 
əlavə edilir. Nöqtənin koordinatlarının bu cür yazılışı tam koordinat adlanır.
Nümunə 1. Nöqtənin tam düzbucaqlı koordinatları x=4485365, y=9394775. Bu 
o  dеməкdir  кi,  nöqtə  екvatordan  4  485  km  365  m  şimalda,  9­cu  zonanın  ox 
meridianından 105 km 225 m qərbdə yerləşir (394775 – 500000 = –105225).
Nümunə 2. Tam düzbucaqlı koordinatları x=4536185, y=28617440 olan nöqtə 
екvatordan 4536 km 185 m şimalda, 28­ci zonanın ox meridianından 117 km 440 m 
şərqdə yerləşir (617440 – 500000 = 117440).
  LAYİHƏ


114
Şəkil 7.9. Xəritə üzərində düzbucaqlı koordinatların təyini
Xəritə  üzərində  nöqtələrin  düzbucaqlı  koordinatlarının  təyini.  Nöqtənin 
xəritə üzərində yerini təxmini göstərmək üçün onun yerləşdiyi kvadratı göstərmək 
kifayətdir.  Bunun  üçün  kvadratın  cənub­qərb  küncünü  təşkil  edən  üfüqi  və  şaquli 
kilometr  xətlərinin  uclarında  yazılmış  rəqəmləri  –  əvvəl  absisi,  sonra  ordinatı 
oxumaq lazımdır. Məsələn, şəkil 7.9­da təsvir olunmuş tək daşın yerini göstərmək 
üçün  belə  deyilməlidir:  “Kvadrat  yetmiş  dörd  on  beş,  tək  daş”.  Yazılış  qaydası 
belədir: “Tək daş (7415)”.
Bəzən hədəfgöstərmədə  kvadrat xəyalən 9 yerə 
bölünərək  rəqəmlərlə  işarələnir.  Hədəfi  göstərmək 
üçün  əvvəl  kvadratın  nömrəsi  deyilir,  sonra  isə  ona 
hədəfin  kvadrat  daxilində  yerini  göstərən  rəqəm 
əlavə  olunur.  Məsələn,  şəkildəki  M  nöqtəsinin  yeri 
belə  göstərilir:  kvadrat  7614­4,  hədəf  M.  (Hərbi 
qulluqçular öz aralarında bunu 
ilbiz adlandırırlar)
Hər hansı nöqtənin yerini dəqiq göstərmək üçün 
onun  koordinatlarını  təyin  etmək  lazımdır.  Bunun 
üçün  nöqtənin  yerləşdiyi  kvadratın  cənub  və  qərb 
tərəflərindən  təyin  edilən  nöqtəyə  qədər  ölçülmüş 
məsafələr  müvafiq  ola raq  həmin  xətlərin  x  absis  və  y  ordinat  qiymətlərinə  əlavə 
edilir.  Məsələn, A  nöq təsinin  koordinatlarını  təyin  etmək  üçün  bu  nöqtədən  onun 
yerləşdiyi  kvadratın  cənub  və  qərb  tərəflərinə  perpendikulyar  üzrə  m  və  n 
  LAYİHƏ


115
məsafələri xətkeşlə (pərgarla, koordinatölçənlə) ölçülərək miqyasa uyğun ərazidəki 
uzunluqları  hesablanır  (= 560  m,  = 410  m).  Sonra  m  və  n  məsafələri  A 
nöqtəsinin  yerləşdiyi  kvadratın  cənub­qərb  küncündən  keçən  üfüqi  və  şaquli 
kilometr xətlərinin ucunda yazılmış rəqəmlərlə toplanır. Beləliklə, A nöqtəsinin absis 
(x) və ordinatlarının (y) qiyməti aşağıdakı kimi alınır: 
= 74 km + 560 m = 74560 m
y = 15 km + 410 m = 15410 m
A  nöqtəsinin  bu  qayda  ilə  tapılmış  koordinatlarına  onun 
qısa  koordinatları 
deyilir. Kiçik ərazidə, məsələn, tək xəritə vərəqi üzərində işləyən zaman qısaldılmış 
koordinatlardan istifadə olunur. Koordinatların qısa yazılışı 5 rəqəmlə ifadə olunur: 
kilometrlərin  sayı  onluq  və  təklik,  metrlərin  sayı  isə  yüzlük,  onluq  və  təklik 
mərtəbəyə qədər göstərilir.     
Nöqtənin 
tam koordinatlarını yazmaq üçün kilometr xətlərinin ekvatordan və 
ox  meridianından  olan  məsafəsini  tam    yazmaq  lazımdır. A  nöqtəsinin  yerləşdiyi 
kvadratın  cənub­qərb  küncünün  tam    koordinatları        x=  6074000,  y= 4315000 
olduğu üçün nöqtənin tam koordinatları          x= 6074560, y= 4315410 olacaqdır. 
Düzbucaqlı  koordinatlarına  görə  nöqtənin  xəritəyə  köçürülməsi.  Koordi­
natları x= 6074930, y= 4316825 olan B nöqtəsini xəritəyə köçürmək lazımdır (şəkil 
7.9). Əvvəlcə nöqtənin yerləşdiyi kvadratı tapmaq lazımdır. Koordinatların son üç 
rəqəmini çıxdıqdan sonra yerdə qalan kilometrlərə görə kvadratı tapırıq – bu, 7416 
kvadratıdır.
Kvadrat daxilində nöqtənin yeri belə təyin edilir: Nöqtənin absisindən 6074 km 
çıxılır,  alınmış  məsafə  (930  m)  kvadratın  sol  və  sağ  tərəfində  aşağıdan  yuxarıya 
doğru  xəritənin  miqyasına  görə  ölçülərək  düz  xətlə  birləşdirilir.  Eyni  qaydada 
ordinatın  qiymətindən  4316  km  çıxdıqda  alınmış  məsafə  (825  m)  çəkilmiş  xəttin 
üzərində  soldan  sağa  doğru  xəritənin  miqyasına  uyğun  ölçülür  və  qeyd  edilir. 
Beləliklə, koordinatları verilmiş nöqtə xəritə üzərinə köçürülmüş olur.
1.  Verilmiş xəritə çərçivəsi üzrə ixtiyari nöqtənin coğrafi koordinatını 
təyin edin.
2.  Verilmiş  xəritə  çərçivəsi  üzrə  ixtiyari  nöqtənin  düzbucaqlı  koor­
dinatını təyin edin.
3.  Sizcə,  hərb  işində  ixtiyari  nöqtənin  koordinatlarının  dəqiq  müəy­
yən edilməsi lazımdırmı?
4.  Düzbucaqlı koordinatları verilmiş nöqtəni (x = 6658725, y = 7363375) 
xəritəyə köçürün.
5.  Coğrafi koordinatları verilmiş nöqtəni (φ = 54°30′40′′; λ=45°02′00′′) 
xəritəyə köçürün.
Sual və tapşırıqlar
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə