Dərslik layiHƏ 4 MÜNDƏRİcat


Xüsusiyyətlərindən asılı olaraq



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

120
Xüsusiyyətlərindən asılı olaraq 
mülki müdafiənin əsas vəzifələri:
1.
  
Obyektdə işləyənləri və onların ailə üzvlərini qəzaların, təbii fəla­
kət lərin  nəticələrindən  mühafizə  etmək.  Bu  məqsədlə  kollektiv 
və  fərdi  mühafizə  vasitələri  ehtiyatları  yaratmaq,  köçürmə  təd­
birlərini planlaşdırmaq və vaxtında yerinə yetirmək;
2.
  
Fövqəladə hallarda obyektdə işin fasiləsizliyini təmin etmək üçün 
tədbirlər hazırlamaq və həyata keçirmək;
3.
  
Obyektlərdə qəzaların və təbii fəlakətlərin nəticələrini aradan qal­
dırarkən xilasetmə işlərini yerinə yetirmək;
4.
  
Obyektdəki  ərzaq  mallarını,  kənd  təsərrüfatı  heyvanlarını,  su 
mən bələrini,  radioaktiv,  kimyəvi  və  bakterioloji  zəhərlənmədən 
qorumaq;
5.
  
Düşmən hücumu təhlükəsi, müasir qırğın silahlarının işlədil məsi, 
qəzaların, təbii fəlakətlərin nəticələri haqqında əhalini xəbərdar 
etmək;
6.
  
Fövqəladə  hallar  yaranarkən  fəaliyyət  göstərmək  üçün  mülki 
müdafiə dəstələri yaratmaq, lazımi avadanlıqla təchiz etmək və 
işə hazırlamaq;
7.
  
Obyektin  bütün  işçilərinə  fövqəladə  hallarda  mühafizə  olunmaq 
və fəaliyyət göstərmək üsullarını öyrətmək.
Obyektin  rəhbəri  mülki  müdafiə  rəisidir  və  bununla  bağlı  bütün  tədbirlərin 
vaxtında təşkil olunub yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
Obyektlərdə mühafizə və xilasetmə işləri görmək məqsədilə hərbiləşməmiş 
mülki müdafiə manqaları təşkil edilir. Bunlara ona görə hərbiləşməmiş dəstələr 
deyilir ki, onlar obyektdə işləyənlərdən, yəni hərbi qulluqçu olmayan adam lar dan 
təşkil edilir. Ümumiyyətlə, mülki müdafiə manqalarına 18 yaşından 62 yaşı na dək 
kişilər, 18 yaşından 55 yaşınadək qadınlar cəlb edilirlər. I və II qrup əlillər, hamilə 
və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali 
tibb təhsilli qadınlar cəlb olunmurlar.
Mülki müdafiə manqalarına cəlb edilmiş bütün vətəndaşlar bu dəstələrin işində 
(məş ğələlərdə, məşqlərdə, təlimlərdə) fəal iştirak etməyə borcludur. Bu tədbirlərdə 
iştirak etməkdən heç kəs boyun qaçırma malıdır. 
  LAYİHƏ


121
Mülki müdafiə manqaları, adətən, işçilərin sayı 50 nəfərdən artıq olan ob­
yektlərdə yaradılır. Onların şəxsi heyəti komandirlərin rəhbərliyi altında xüsusi 
proqramlar əsasında məşğələlər keçirməklə vəzifələrini öyrənirlər. Bu manqa­
lara cəlb edilib­edilmədiyindən asılı olmayaraq bütün vətəndaşlar mülki müda­
fiə işlərinin icrasına hazırlanırlar.
Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələri
Mülki  müdafiə  tədbirlərində  iştirak  etmək  hər  bir  vətəndaşın  borcudur.  Bu 
məqsədlə  hamıdan  lazım  olan  hallarda  əlində  silah  vətən  uğrunda  cəbhədə 
vuruşmaqla yanaşı, arxada həyata keçirilən müdafiə məqsədli tədbirlərdə fəal 
iştirak etmək tələb olunur. 
Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının dəhşətli nəticələri – on 
minlərlə  insanın  məhv  olması,  yüz  minlərlə  adamın  xəsarət  alması  hamıya 
məlumdur. Atom bombardmanının fəlakətli nəticələri neçə illərdən sonra da özünü 
göstərmək dədir. Mütəxəssislərin fikrincə, əgər həmin şəhərlərin əhalisi mühafizənin 
qaydalarını  bilmiş  olsaydı  və  mühafizə  düzgün  təşkil  edilsəydi,  itkilər  dəfələrlə  az 
olardı.
Əhalinin mülki müdafiə üzrə 
konkret vəzifələri aşağıdakılardan ibarətdir:
1.
  Əhali qəzalar və təbii fəlakətlər zamanı düzgün davranmalı, on­
ların nəticə lərindən, habelə kütləvi qırğın silahlarından mühafizə 
qaydalarını  öyrənməli,  mühafizə  tədbirlərini  əməli  sürətdə  icra 
etməyi bacarmalıdır.
2.
  
Əhali  kütləvi  qırğın  silahlarından,  qəzaların,  təbii  fəlakətlərin 
nəticələrindən mühafizə qaydalarını dəqiq yerinə yetirməlidir. 
3.
  
Hər bir kəs mülki müdafiənin bütün tədbirlərində şüurlu surətdə 
iştirak etməlidir.
4.
  
Əhalinin ən  vacib  vəzifələrindən  biri  – özündə  və yoldaşlarında 
yüksək mənəvi­psixoloji keyfiyyətlər tərbiyə etməkdir.
  LAYİHƏ


122
Əhali müasir qırğın silah larından, qəzaların, fəlakətlə rin nəticələrindən mü­
hafizənin üsullarını öyrənmək və mülki müdafiə üzrə vəzifələri layi qincə yerinə 
yetirməklə  vətə nimizin  müdafiə  qüdrətinin  ar tı rılmasına  yardım  etmiş  olar.  Bu 
məqsədlə müvafiq proqramlar əsasında məşğə lələr keçirilir, yəni əha linin mülki 
müdafiəyə hazırlan ması təşkil edilir.
Hər kəs bilməli və bacarmalıdır!
1.
  Müasir silahların zədələyici təsirini;
2.
  Yaşadığı rayon üçün səciyyəvi olan təbii fəlakətlərin xarakterini və ehti­
mal edilən nəticələrini, belə şəraitdə dəqiq davranmağı;
3.
  Yaşadığı rayondakı müəssisələrdə, magistral yollarda nəqliyyat qəzaları 
zamanı yarana biləcək təhlükəni, ətrafa güclü təsiri olan zəhərli maddə­
lər yayılarsa, onlardan mühafizə olunmağı;
4.
  Kollektiv və fərdi mühafizə vasitələrini;
5.
  Köçürülmə zamanı davranış qaydalarını;
6.
  Mülki müdafiənin xəbərdarlıq siqnalları verilərkən fəaliyyət göstərməyi;
7.
  Düşmən basqını, təbii fəlakət və istehsalat qəzalarının nəticələrinin ara­
dan qaldırılması üzrə işlərdə iştirak etməyi.
  LAYİHƏ


123
Əhalini mühafizə etmək üçün mülki müdafiənin gördüyü tədbirlər
Əhalinin müasir qırğın silahla rından, güclü istehsalat qəzaları və təbii fəla­
kətlərin nəticələrindən mühafizəyə hazırlanması olduqca vacibdir. Bunun üçün 
lazım olan bilik və əməli vərdişlər ümumi hazırlıqdan başlanır. Əhalinin müha­
fizəsi  məqsədilə  mülki  müdafiənin  gördüyü  tədbir lərdə  bütün  vətəndaşlar  fəal 
və bacarıqla iştirak etdikdə müsbət nəticələr əldə edilir. Beləliklə, mülki müda­
fiəni öyrətməkdə məqsəd – düşmən basqını təhlükəsi yaranarkən xəbərdarlıq 
siqnalları  üzrə  zədələnmə  ocaqlarında,  təbii  fəlakət  və  qəza  rayonlarında 
adamları inamla fəaliyyət göstərməyə hazırlamaqdan ibarətdir. Hazırlığın əsa­
sını  müəssisə lərdə,  təşkilatlarda  mülki  müdafiənin  rəhbər  heyətinin  bütün 
işləyən əhali ilə hər il apardığı məşğələlər və təlimlər təşkil edir.
Mülki  müdafiə  biliklərini  öyrənmək  üçün  ölkənin  bütün  əhalisi  şərti  olaraq 
aşa ğıdakı qruplara ayrılır:

 Mülki müdafiənin rəhbər və komandir­rəis heyəti;

 Mülki müdafiənin hərbiləşməmiş dəstələrinin heyəti;

 Mülki müdafiə manqalarına cəlb olunmamış fəhlə və qulluqçular; 

 İstehsalatda və xidmət sahəsində işləməyən əhali;

 Məktəbli gənclər (ali məktəb və kolleclərin tələbələri, texniki peşə və ümum­
təhsil məktəblərinin şagirdləri).
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə