110
Nöqtəvi S mənbəyindən yayılan işıq dəstəsini SA və SC şüaları və ya mərkəzi
SB şüası
ilə göstərmək olar (
d
). İşıq hadisələrini öyrənən zaman əgər işıq dəstəsinin
istiqamətini göstərmək lazımdırsa, onu mərkəzi şüa ilə təsvir etmək əlverişlidir.
Əgər, işığın yayılma forması mühümdürsə, bu halda o, işıq dəstəsini məhdudlaşdıran
iki şüa ilə təsvir olunur. Bir çox işıq hadisələrini öyrənərkən paralel işıq şüalarından
istifadə edilir. Çox böyük uzaqlıqda yerləşən mənbələrdən, məsələn, Günəş və ul-
duzlardan yayılan işıq paralel işıq şüalarıdır.
İşıq şüası necә yayılır? Ağacların arasından keçən Günəş şüalarının, alüminium
folqanın dəliklərindən çıxan işıq şüalarının müşahidəsindən asanlıqla müəyyən
etmək olar ki,
işıq şüası düz xәtt boyunca yayılır. İşığın düz xətt boyunca yayılması
insanlara çox qədimdən məlumdur. Belə ki, işığın bu xassəsindən Qədim
Mesopota-
miyada (eramızdan 5000 il əvvəl) ehramların, Qədim Misirdə piramidaların (era-
mızdan 3000 il əvvəl) tikintisində istifadə olunmuşdur.
İşıq hansı mühitdә düzxәtli yayılır?
İşıq bir neçә mühitdәn keçdikdә düzxәtli yayılma xassәsini saxlayırmı?
Araşdırmadan
məlum oldu ki, işıq şüası suda düz xətt boyunca yayılır. Su (və ya
hava) bütün həcmi boyu eyni fiziki xassəyə malikdir, bu səbəbdən o,
bircins mü-
hitdir. Deməli, işıq bircins mühitdə düz xətt boyunca yayılır. Aparılan çoxsaylı
təcrübələr
işığın düzxәtli yayılma qanununu müəyyənləşdirdi:
İşıq vakuumda vә bircins mühitdә düz xәtt boyunca yayılır.
İşıq bütün mühitlərdəmi düzxətli yayılır?
Təchizat: lazer fənəri, içərisində
su olan şüşə akvarium, süd (50 ml).
İşin gedişi:
1. Akvariumdakı suya süd əlavə edib rəngini bir qədər tutqunlaşdırın. Lazer fənərini yandırıb
qabın divarına yapışdırın və lazer şüasının sudakı yolunu izləyin
(
e
).
2. Lazer fənərini akvariumun üzərində elə yerləşdirin ki, işıq şüası iki mühitdən, hava və
sudan,
şaqulu istiqamətdə keçsin (
f
). İşığın bu mühitlərdəki yolunu izləyin.
3. Lazer şüasını havadan suya maili istiqamətdə yönəldin və onun yolunu izləyin
(
g
).
Nəticəni müzakirə edin:
Hansı mühitdə işıq şüasının düz xətt boyunca yayılma xassəsini müşahidə etdiniz?
Araşdırma
2
(f)
(e)
(
g
)
LAYİHƏ
3
111
• III fəsil •
İşıq hadisələri
•
Mühit bircins olmadıqda işığın düzxәtli yayılma qanunu ödәnilirmi?
Mühit qeyri bircins olduqda (bir neçə bircins mühitdən ibarət olduqda) işığın düz
xətt boyunca yayılma qanunu o vaxt ödənilir ki, şüa qeyri-bircins mühitin səthinə
perpendikulyar istiqamətdə düşsün
(bax:
f
), bütün qalan hallarda işıq şüası
istiqamətini
dəyişir (bax:
g
)
.
1. İşıq dəstəsi işıq şüasından nə ilə fərqlənir?
2. İşığın düzxətli yayılma qanununun mahiyyəti nədən ibarətdir?
3. İşığın düzxətli yayılma qanunundan istifadə etməklə üç dayağı bir düz xətt boyunca necə
yerləşdirmək olar?
Yaradıcı tәtbiqetmә
İşıq şüasının havada düz xətt boyunca yayılmasını yoxlayaq.
Təchizat: şam, altlığı olan karton lövhə (3 əd.), metal mil (diametri
4 mm).
İşin gedişi:
1. Lövhələrdə eyni yerdə və eyni ölçüdə (
5 mm) dəlik açın.
2. Şamı yandırın və onu lövhələrlə birlikdə ardıcıl yerləşdirin.
3.
Lövhələri elə tənzimləyin ki, dəliklərdən keçən işıq şüasını görmək mümkün olsun (
k
).
4. Lövhələrin vəziyyətini dəyişmədən metal milin hər üç dəlikdən keçib- keçmədiyini
yoxlayın.
5. Təcrübəni lövhələrdən birini yana sürüşdürməklə təkrarlayın.
Nəticəni müzakirə edin.
Metal milin işıq şüasının göründüyü hər üç dəlikdən keçməsi nə deməkdir?
Nə üçün lövhələrdən birini yana sürüşdürdükdə alovun işığı görünməz oldu?
Araşdırmadan işığın havada yayılması haqqında hansı nəticəyə gəldiniz?
Araşdırma
3
•
İş vərəqində verilən açar sözlərdən istifadə etməklə qısa
esse yazın.
Açar sözlər:
İşıq şüası
Bircins mühit
İşığın düzxətli
yayılma qanunu
Vakuum
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
LAYİHƏ
112
İ
ŞIĞIN DÜZXƏTLİ YAYILMA QANUNUNUN İZAH ETDİYİ
HADİSƏLƏR
İşığın düzxətli yayılma qanunu əsasında bəzi işıq hadisələrini izah etmək mümkün
olmuşdur. Müəyyən edilmişdir ki, üzərinə işıq şüaları düşən bütün qeyri şəffaf cisimlər
kölgə yaradır. Əgər bu cisimlər nöqtəvi mənbə tərəfindən işıqlandırılırsa, ekranda onun
tam kölgәsi alınır. Bu ona görə baş verir ki, cismi nöqtəvi işıq mənbəyindən işıqlandır-
dıqda şüalar onun arxasına keçmir, qaranlıq sahə yaranır
(
a
və
b
).
3.3
Müəllim sinfə belə bir tapşırıq verdi: Sizə yalnız 1m uzunluğunda xətkeş verilmişdir. Kim
bu xətkeşdən istifadə etməklə məktəbin həyətindəki uca çinar ağacına çıxmadan onun
hündürlüyünü ölçə bilər?
– Mən, – deyə Aqil cavab verdi və dərhal ağacın hündürlüyünü onun kölgəsinin uzun-
luğuna əsasən ölçməyin əlverişli üsulunu izah etdi...
...Həm müəllim, həm də sinif yoldaşları bu izahdan razı qaldılar. Tənəffüsdə şagirdlər
həyətə çıxıb çinarın hündürlüyünü Aqilin təklif etdiyi üsulla təyin etdilər.
Çinarın hündürlüyünü onun köl-
gəsinin uzunluğuna əsasən siz
necə təyin edərdiniz?
Cisimlərin kölgəsinin yaranması
işığın hansı xassəsinə
əsaslanır? Hansı cisimlər kölgə
verir, hansılar yox?
Araşdırma
1
İşıq dirəyinin hündürlüyünü təyin edək.
Məsələ. İşıq dirəyinin kölgəsinin uzunluğu 6,5 m, qızın kölgə-
sinin uzunluğu isə 2 m-dir.
Qızın boyunun 1,5 m olduğunu bilərək dirəyin hündürlüyünü
təyin edin.
Nəticəni müzakirə edin:
Nə
üçün cisimlərin kölgəsi
yaranır?
Dirəyin hündürlüyünü üçbucaq-
ların hansı
xassəsinə əsasən
təyin etmək olar?
LAYİHƏ