Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

Sinxron tərcümə kabinələrində normal məşq 20 dəqiqə 
olsa  da,  tələbələr  əvvəlcə  5  dəqiqə  çalışmalarla  fəaliyyətə 
qoşulurlar. Sonra isə bu müddət getdikcə artır. 
Məşğələ  zamanı  müəllimlər  sinxron  tərcümə  mətnini 
səsləndirmək üçün öz səslərindən də istifadə edirdilər. Məşqin 
gedişində  müəllim  ayrı-ayrı  kabinələrlə  əlaqə  saxlayaraq 
tərcümələri dinləyirdi. 
Məşqdən sonra 
tələbələrin  işləri  bir-bir  müzakirə  olunur,  onların  maqnitafon 
lentlərindəki  tərcümələri  səsləndirilir,  müəyyən  məsləhət  və 
tövsiyələr verilirdi. Məsələn, onlara deyilirdi: 
1.
 
Bu barədə siz nə düşünürsünüz? 
2.
 
Eşitdiyiniz fikri təbii şəkildə ifadə edin. 
3.
 
Orijinaldakı müəyyən şeyləri deməkdən çəkinməyin. 
4.
 
Fikrinizi  yarımçıq  qoymayın.  Onu  tamamlamağa 
çalışın. 
5.
 
Fikri  geniş  və  müxtəsər  şəkildə  ifadə  edə  bilərsiniz. 
Qısa variant daha münasibdir. 
6.
 
Səhv edəndə deyin ki, «icazə verin bunu ayrı şəkildə 
ifadə  edim».  Bu  zaman  sizə  inam  itməz.  Buna  görə  də  səhv 
etdiyinizi duyduqda dərhal üzr istəməyin. 
7.
 
Müəyyən  sözdə  çətinlik  olanda  dayanmayın, 
tərcüməni davam edin. (Əgər özünüzü sakit saxlasanız, hər şey 
qaydasında  olacaq.  Hətta  sözü  bilməsəniz  belə,  dayanmayın, 
əsas məzmundur). 
Mövzuya aid tapşırıq: 
Sinxron  tərcümənin  ədəbiyyat  nəzəriyyəsindən 
(R.Counz) götürülmüş «Qızıl qaydalar»ını ingiliscədən 
dilimizə tərcümə edin və bu qaydaların hər birinə əməl 
etmək  üçün  hansı  addımların  atılmasının  lazım 
olduğunu söyləyin. 
36 


The “Golden Rules” of SI 
The simultaneous interpreters must: 
1.
 
remember that they are communicating
2.
 
make the best possible use of the technical 
facilities; 
3.
 
ensure  they  can  hear  both  the  speaker  and 
themselves clearly; 
4.
 
never  attempt  to  interpret  something  they 
have not heard or acoustically understood
5.
 
maximize their concentration; 
6.
 
not  be  distracted  by  focusing  attention  on 
individual problematic words; 
7.
 
cultivate  split  attention,  with  active, 
analytical  listening  to  the  speaker  and  critical 
monitoring of their own output
8.
 
use, where possible, short, simple sentences
10.
 
be grammatical; 
11.
 
make sense in every single sentence; 
12.
 
always finish their sentences (16, 77-78). 
37 


2.8. SİNXRON TƏRCÜMƏNİN DİGƏR İKİ FORMASI 
HAQQINDA 
İşarə dilinin tərcüməsi nədir? 
«İşarə dili» dedikdə kar adamların ünsiyyət vasitəsi kimi 
istifadə  etdiyi  jest,  mimika  və  əl-qol-bədən  hərəkətlərindən 
ibarət  işarələr  sistemi  nəzərdə  tutulur.  Bu  işarələr  həm  kar 
adamlar  arasında,  həm  də  onlarla  ünsiyyətdə  olan  normal 
eşitmə  qabiliyyətli  adamlar  arasında  işlənir.  Normal  şifahi 
nitqin işarələr dilinə çevrilməsi və ya əksinə, işarələr dilindəki 
fikrin  normal  nitq  şəklində  çatdırılmasına  transliterasiya 
deyilir. Bu proses hər iki tərəf, yəni eşitmə qabiliyyəti qüsurlu 
olan  şəxs,  eləcə  də  onunla  əlaqə  yaradan  normal  eşitmə 
qabiliyyətli  şəxs eyni  dilin  nümayəndələri olduqda baş verir. 
Tərəflər  müxtəlif  dillərin  daşıyıcaları  olduqda  isə  onların 
fikrinin  işarələr  dilində  və  ya  şifahi  şəkildə  ifadə  olunması 
üçün  üçüncü  bir  tərəfin  müdaxiləsinə  -  işarə  dili  üzrə 
tərcüməçinin iştirakına ehtiyac yaranır. 
İşarə dili üzrə tərcümə sinxron şəkildə həyata keçirilir və 
sinxron tərcümənin ənənəvi formasından fərqli olaraq burada 
tərcüməçinin  təcrid  olunmuş  kabinədə  qulaqcıqlardan  və 
mikrafondan  istifadə  etməsi  əvəzinə,  eşitmə  qabiliyyəti 
qüsurlu olan auditoriya qarşısında birbaşa fəaliyyət göstərməsi 
tələb  olunur.  Bu  halda  tərcüməçi  eşitdiyi  şifahi  nitqi  işarə 
dilinə, işarə dilində ifadə olunanları isə adi nitqə çevirməli olur. 
İşarə dili üzrə tərcüməçilik mürəkkəb peşə sayılır. Təkcə onu 
qeyd etmək kifayətdir ki, işarələrin tərkib hissələri sayılan əl 
hərəkətləri,  əlin  forması  və  yerləşdiyi  məkandan  birinin 
dəyişməsilə ifadə olunan sözün mənası dərhal dəyişir. Amerika 
İşarə Dili Lüğətində əlin aldığı 18- 19 forma, 24 əl hərəkəti və 
12  əl  mövqeyi  sadalanır.  Nəqli,  sual  və  əmr  cümlələrinin 
işarələr  vasitəsilə  bildirilməsi  müəyyən  mimika  və  bədən 
hərəkətləri,  bu  hərəkətlərin  sürətindəki  dəyişiklik  vasitəsilə 
həyata keçirilir. 
38 


Tərcümənin  bu  forması  üzrə  çalışan  mütəxəssislər 
müəyyən kurs keçərək orada işarə dili, karların mədəniyyəti, 
barmaq  vasitəsilə  hərfləmə,  işarə  dilinin  quruluşu, 
dilmanclığm 
əsasları, 
dilmanclıq 
və 
transliterasiya, 
səsləndirmə və s. kimi fənləri öyrənməlidirlər. 
Tərcümənin digər formaları üzrə mütəxəssislərlə olduğu 
kimi,  işarə  dili  üzrə  dilmancm  da  əvvəlcədən  materialla 
tanışlığı, tədbirdən əvvəl məruzəçiyə tanış olmayan terminlərə 
aid suallar vermək imkanı işin keyfiyyətinə təsir edə bilir. İşarə 
dilindən  istifadəyə  ehtiyac  duyulan  auditoriyada  məruzəçi 
eşitmə qabiliyyəti qüsurlu olan iştirakçıların deyilənləri əyani 
şəkildə  tərcüməçiyə  baxaraq  qəbul  etdiklərini  nəzərə  alaraq, 
müəyyən  cədvəllərə,  lövhələrə,  şəkillərə,  xəritəyə  və  sairə 
istinad  edərkən  əvvəlcə  cümləsini  bitirməli,  tərcüməçini 
izləyərək daha .sonra danışmadan nümayiş etdirdiyi vəsaitlərə 
üz tutmalıdır. 
Bütün dünya üzrə 100-dən artıq təbii işarə dili olduğunu 
nəzərə alsaq, tərcümənin bu tərzinin əhəmiyyəti bir daha aydın 
olar. 
Sinxron  tərcümənin  digər  ən  çox  yayılmış  tərzi  məhz 
pıçıltı vasitəsilə tərcümədir. Pıçıltı ilə tərcümə fransız termini 
olan  «chuchotage»  da  adlanır.  Sinxron  tərcümənin  bu 
tərzindən  adətən  tədbirlərdə  hədəf  dildə  danışan  xarici 
nümayəndələrin  sayının  az  olduğu  hallarda  istifadə  edilir. 
Pıçıltı  ilə  tərcümə  zamanı  dilmanc  xarici  nümayəndənin 
yanında oturub eşitdiklərini onun qulağına o tərzdə pıçıldayır 
ki,  tərcüməni  yalnız  ehtiyacı  olan  bu  şəxs  eşidir,  digər 
nümayəndələrə isə maneəçilik törətmir. İki nəfərin tərcüməyə 
ehtiyacı olduğu halda dilmanc onların arxasındakı cərgədə elə 
əyləşir ki, qonaqlardan birinin sağ qulağına, digərinin isə sol 
qulağına  yaxın  məsafədə  pıçıltı  ilə  deyilənləri  çatdıra  bilsin. 
Tərcüməyə ehtiyacı olanların sayı ikidən artıq olduqda, iki və 
ya daha artıq dilmancm xidmətindən istifadə edilir. Bu halda 
bir  dilmancm  tərcüməsi  xüsusi  aparatla  bir  neçə  nəfərə 
çatdırıla da bilər. Pıçıltı ilə tərcümədə bəzi qeyri- 
39 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə