Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

nnın sahəsini genişləndirməli və mövcud olan ehtiyatİann tamamilə 
istifadəsinə kömək göstərməlidir. 
Ekoloji sahibkarlığın effektivliyini müxtəlif səviyyələrdə 
təyin etmək olar: 
-
 
cəmiyyət səviyyəsində-məşğulluq (həm artma, həm də 
azalma ola bilər); 
-
 
region səviyyəsində-təkrar xammalın (tullantıların) istifadəsi 
və s.; 
-
 
firmalar səviyyəsində- əlavə gəlirin alınması. 
Ekoloji  sahibkarlığın  effektivliyi-bu  effektlərin,  yəni 
səmərələrin  (ekoloji,  sosial,  iqtisadi)  və  onlara  nail  olmaq  üçün 
zəruri  xərclərin  müqayisə  edilməsidir.  Sahibkarlığın  səmərəsi 
xidmət kimi istifadə edilə bilər. 
İstehsalın  ekolojiləşdirilməsi,  bir  qayda  olaraq,  yaxşı 
nəticələr verir. Bu əsasən tullantılardan da istifadədə özünü göstərir. 
Xalq 
istehlak 
mallarının 
istehsalı 
artır, 
tullantıların 
yerləşdirilməsinə görə ödəmələr azalır, ətraf mühitə ziyanın qarşısı 
almır, ucuz xammaldan istifadə edilir, müəssisələr əlavə gəlir əldə 
edir.  Eyni  zamanda  ilkin  xammalın  hasilatı  üçün  xərclər  azalır. 
Bütövlükdə, tullantılardan istifadənin ümumi səmərəsi müəssisənin 
və əhali istehlakmın səmərəsindən, habelə istehsalatda və sahələrdə, 
sosial-ekoloji sferada yaranan səmərədən ibarət olur. 
Tullantılardan  istifadənin  səmərəsinin  meyarı  ənənəvi 
xammal əvəzinə əldə edilmiş xalq təsərrüfatı nəticəsi olur: yəni 
C < C „ , + C „ + E  
olur 
Burada 
C-tullantılardan məhsulun alınmasına sərf edilən ümumi 
xərclərdir; 
C
M
-  kompensasiya  yatağının  mənimsənməsinə,  yəni 
əlavə xammal almaq üçün xərclərdir
CH-yeni  yatağın  xammalının  hasilatı  və  işlənməsinə 
(emalına) çəkilən xərclərdir; 
143 


E-təbiəti  mühafizə  sferasına  çəkilən  xərclərdir.  Həmin 
xərclər özündə aşağıdakılan birləşdirir: 
E = Y + C3 
Burada 
Y -iqtisadi ziyanın qarşısının alınması xərcləri; 
C
3
  -yeni  yatağın  açılması  və  istismarı  zamanı  təbiəti 
mühafizəyə çəkilən xərclərdir. 
Bəzi xarici ölkələrdə yaşıl biznesin iş təcrübəsi göstərir 
ki,  bir  çox  firmalar  ətraf  mühitin  çirklənməsinin  azaldılması 
hesabına  yüksək  gəlir  əldə  edirlər.  Kompaniyalar  ətraf  mühitin 
çirklənməsini  azaltmaq  (tullantıların  utilizasiyası)  üzrə  müxtəlif 
layihələr  hazırlayırlar.  Ətraf  mühitin  qorunması  kapital 
qoyuluşunun  etibarlı  mənbəyinə  çevrilir.  Ekobiznesin  müsbət 
təcrübəsi mətbuatda geniş işıqlandınlır. Bu firmanın ekoloji imicini 
artınr,  biliklərin  yayılmasına  kömək  edir  və  ekoloji  təfəkkürün 
formalaşmasına təsir göstərir. 
9.2.
 
Ekoloji menecment 
Son  zamanlar  təbiəti  mühafizə  problemlərinin  həllində 
menecmentdən  istifadəyə  maraq  xeyli  artmışdır.  Belə  fəaliyyətin 
əməli olaraq həyata keçirilməsi müəssisədə işin təşkilindən asıhdır. 
Firmanın fəaliyyətində, təbiətdən səmərəli istifadə məsələsi nəzərə 
alınmış  olsa,  müəyyən  şərtlər  daxilində  fayda  vermiş  olar.  Eyni 
zamanda  tələb  olunur  ki,  ekoloji  menecment  prosesinin 
formalaşması  ekoloji  mədəniyyətlə  ilk  növbədə  ekoloji-iqtisadi 
təfəkkürlə müşayiət olunsun. 
Sahibkarların  ekoloji  fəaliyyəti  onlann  inteqrasiya 
məqsədlərinə  nail  olmaq  bacarığından  və  imkanlarından  asılıdır. 
Deyilənlər içərisində  ekoloji  bilik  və təsərrüfatın elmi  təşkili  əsas 
yer  tutur.  Deyilənlərin  həyata  keçirilməsi  firmanın  uzunmüddətli 
inkişaf  strategiyasını  hazırlamaq  əsasında  mümkündür.  Amma 
burada  da  problemlər  ortaya  çıxır-xərclər  necə  olacaq,  ekoloji 
mənafelər kollektiv tərəfindən necə qəbul 
144 


ediləcək və s. Əgər müəssisə ekoloji orientasiyaya meyl göstərmək 
istəmirsə,  onda  ekomenecmentin  tətbiqi  öz  mənasını  itirmiş 
olacaqdır. 
Ekomenecmentin  növü  müəssisənin  bu  işə  marağından 
asılı  olaraq  müəyyən  edilə  bilər.  Ekoloji  məqsədlər  firma 
əməkdaşlarımn müəyyən qrupunun şəxsi marağını ifadə edə bilər, 
burada  əsas  məqsəd  yaşıl  imici  təmin  etmək  olacaqdır,  eyni 
zamanda  xərcləri  azaltmaq,  risklərin  təsirini  zəiflətmək  və 
s.məsələlərin  həlli  də  öz  yerini  tutmalıdır.  Ətraf  mühiti  mühafizə 
sahəsində fəal siyasət yeritməyin daxili stimulu həm iqtisadi, həm 
də  qeyri-iqtisadi  ola  bilər.  Məqsədlərdən  asılı  olaraq  ekoloji 
menecment  fəal  və  qeyri  fəal,  yəni  müdafiə  mövqeli  növlərə 
bölünür. Aktiv mövqe hücum xarakterli olmaqla ekomenecmentin 
fəaliyyəti aydın məqsədlə qurulur, müxtəlif funksiyaları əhatə edir 
və  bazara  istiqamətli  olur.  Eyni  zamanda  müəyyən  dərəcədə 
yaradıcı  olur.  Əksinə,  qeyri-fəal  ekomenec-  ment  ancaq 
qanunvericiliyin  tələblərinə  təmayüllü  olur,  təbiəti  mühafizə  ilə 
məcburiyyət qarşısında məşğul olur. 
Ekoloji menecmentin bir sıra anlayışları (təyinatları) 
vardır: 
-
 
konkret  bazar  şəraitində  müəssisə  və  təşkilatın  təbiəti 
mühafizə 
fəaliyyətinin 
yaxşılaşdırılması 
məqsədilə 
idarəetmə sənətinə sahib olmaq sistemi; 
-
 
gəlir  almaq  və  ekoloji  təhlükəsiz  inkişafı  təmin  etmək 
məqsədilə 
təbiəti 
mühafizə 
tədbirlərinin 
təhlili, 
planlaşdırılması,  həyata  keçirilməsi  və  onlara  nəzarətin 
həyata keçirilməsi
-
 
idarəetmə  vasitələri  sistemi-bir  çox  adamların  təbiəti 
mühafizə sahəsində əlaqələndirilmiş fəaliyyətlərinin təşkili. 
Ekomenecment  menecment  sisteminin  tərkib  hissəsidir 
və  tamamilə  müəyyən  edilmiş  obyektə  (kadr,  istehsalat,  maliyyə) 
yönəlmişdir.  Burada  məqsədli  obyektlər  müəssisənin  təsərrüfat 
fəaliyyətinin ətraf mühitə göstərdiyi effektlərdir: ətraf mühitə dəyən 
ziyanın ləğvi, enerji qorumaq və s. Ekoloji 
145 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə